Azərbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,29 Mb.
səhifə29/97
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51525
1   ...   25   26   27   28   29   30   31   32   ...   97

 

88 


Hörmətin, izzətin, varın, şöhrətin, 

Nəslin, nəcabətin, gücün, qüdrətin —  

Həp sənin olsun, get! Çəkil get, Orxan! 

Mən ayrılmam o yoxsul Xanpoladdan!

 1

 

 

Bu  arada  Xanpoladdan  məktub  gəlir.  O,  yaxın  günlərdə 



gələcəyini  yazır.  Qoca  ananın  və  nişanlının  sevinci  yerə-göyə 

sığmır.  Tezliklə  həsrətli  ürəklər  birləşəcək,  ana  oğluna  toy 

edəcəkdir.  Lakin  namərd  Orxan  bu  səadətə  mane  olur, 

yoldaşları  Murad  və  İzzətlə  səfərdən  qayıdan  Xanpoladın 

yolunu  kəsir.  Vuruşmada  Orxan  və  İzzət  ölür.  Murad  isə 

Xanpoladı  ağır  yaralayıb,  Səlmanın  evinə  gəlir,  Səlmanın  öl- 

dürdüyü  igidin  anası  olduğunu  bilmədən  ondan  aman  istəyir. 

Yaralı  Xanpoladı  evə  gətirirlər.  O,  artıq  qan  tökməməyi  və 

Muradın  bağışlanmasını  vəsiyyət  edib  can  verir.  Oğlunun 

vəsiyyətinə  görə  ana  qatili  bağışlayıb  onu  azad  edir.  Murad 

artıq  işlədiyi  cinayətdən,  anadan  gördüyü  alicənablıqdan 

peşman olub vicdan əzabı çəkir. 

Əsər  heca  vəzni  ilə  yazılmışdır.  Bu  ümumiyyətlə 

Azərbaycan  ədəbiyyatında  heca  vəzni  ilə  yazılan  ilk  mənzum 

dram idi. Cavid əruz vəznində yazdığı əsərlərindəki ustalığı bu 

əsərdə  göstərə  bilməmişdi.  Vəzndə  qırıqlıq  aydın  nəzərə 

çarpırdı.  Orxanın  xarakteri  ziddiyyətli  idi.  Müəllif  bu  surətin 

dilinə  onun  mənəvi  keyfiyyətləri  ilə  uyğun  gəlməyən  sözlər 

vermişdi;  bəzi  yerdə  qatil,  xudbin  Orxan  bir  şair  təbiəti  kəsb 

edirdi.  Əsərdə  bir  çox  tiplərin  eyni  dildə  danışması  da  nöqsan 

idi. Lakin bunlara baxmayaraq, ―Ana‖ ehtiraslar dramı ruhunda 

yazılmış  bir  əsər  idi.  Burada  dramatizm  qüvvətli  idi.  Müəllif 

birpərdəlik  dramda  yeganə  oğlunu  itirən  ananın,  onun  nakam 

oğlunun, nişanlısını itirən vəfalı İsmətin, dostunu itirən Səlimin 

iztirablarını  sənətkarlıqla  əks  etdirə  bilmişdi.  Varlılarla 

yoxsullar  arasında  olan  ziddiyyəti  göstərməsi  isə  əsərin  ideya 

məzmununu xeyli qüvvətləndirmişdi. 

                                                 

1

 H.Cavid. ―Ana‖, Tiflis, Gürcü Şirkət Mətbəəsi, 1913, səh. 12. 




 

89 


Əsərdə  Cavidin  görüşləri,  mənəvi  böhranları  və 

ziddiyyətləri üçün ümumiyyətlə çox səciyyəvi olan bir məsələ 

də:  ―məhəbbət  yoxsa  nifrət,  həyatdakı  ziddiyyətləri  bunların 

hansının vasitəsi ilə aradan qaldırmaq olar?‖ problemi idi. Şair 

məhəbbətə  və  mərhəmətə  üstünlük  verirdi.  Lakin  sonrakı 

əsərlərində Cavid bu problemə, bir qədər aşağıda görəcəyimiz 

kimi, tamamilə başqa nöqteyi-nəzərdən yanaşmışdır. 

 

* * * 



1912-ci  ildə  nəsrlə  yazılmış  ―Maral‖  faciəsində  Cavid daha 

irəli  getmiş,  onun  həyat  müşahidələri  daha  da  zənginləşmiş, 

şair mühitin daha yeni xüsusiyyətlərini, adamlarını dərk etmiş, 

ictimai  konfliktləri  ilk  dramına  nisbətən  daha  aydın  göstərə 

bilmişdi. 

Dramın  ilk  səhnəsi  tamaşaçını  gənc  Azərbaycan  qızı 

Maralın faciəli həyatı ilə tanış edir: Maral ziyalı bir ailədən idi. 

Ağlı, tərbiyəsi və gözəlliyi ilə çoxlarından seçilirdi. Məktəbdə 

oxuyur,  vətənin  ziyalı  qadınlarından  biri  olmaq  arzusu  ilə 

―məsud  bir  göyərçin  kimi  saf  və  azad‖  yaşayırdı.  Lakin  təh- 

silini  bitirmədən  Maral  sevimli  və  maarifpərvər  atasını  itirir. 

Bu  arada  ―allahın  ikiayaqlı  balası‖, ―ürək  bulandırıcı,  murdar‖ 

mülkədar  Turxan  bəy  bir  ―bəla  ildırımı‖  kimi  Maralın  üstünü 

alır, on beş yaşında ikən onu kimsəsiz, əqrəbasız anasından və 

deyiklisi Aslandan  ayırır, pul  və  qol  gücünə özünə arvad  edir. 

İndi  iki  ildir  ki,  Maralın  həyatı  qəfəsə  salınmış  bir  quşun 

həyatına  oxşayır.  Bütün  əsər  boyu  Maral  daim  məhzun, 

küskün,  boynu  bükük,  dalğındır.  Mülkədar  Turxan  bəyin 

bəzəkli  otaqları  onu  dar,  qaranlıq  məzar  kimi  sıxır.  ―Gözəl 

bahar  hər  kəsin  könlünü  açdığı  halda,  Maralı  kədərləndirir, 

rəngarəng  çiçəklərin  lətif  rayihələri  onu  boğur,  bülbüllərin 

sevimli  nəğmələri  sanki  ona  gülür,  sanki  onun  talesizliyinə 

ağlayır‖.  Maral  öz  taleyini  vərəmli  bir  çiçəyə,  ayaqlar  altına 

atılmış  gülə  bənzədir.  17  yaşlı  Maral  bu  ağır  həyata  dözə 

bilmir.  O,  aydın  dərk  edir  ki,  düşdüyü  ev  ər  evi  deyil,  bayquş 



 

90 


yuvasıdır.  O  bu  bayquş  yuvasını  tərk  etmək,  sevimli  Aslanla 

birləşmək  arzusu  ilə  yaşayır.  Bu  arzusuna  görə  onu  şəriətə 

itaətsizlikdə taqsırlandırmaq istəyənlərə deyir: ―Xain bir cəllad 

əlində  qəhr  olmaq  şəriətə  itaətmi  deməkdir?‖  Bununla  belə 

Maral  ―mələk  kimi  məsumdur‖.  O,  bir  tərəfdən  kimsəsiz, 

əqrəbasız  anasının  halını  düşünür,  bir  tərəfdən  də  avamlar 

arasında  namussuz  adlandırılacağından  qorxub,  tərəddüd  edir. 

―hər  iki  tərəfin  təhlükəli  uçurum...  Burada  qalsam,  Turxan 

bəyin  murdar  nəfəsi...  qoşulub  qaçsam,  namus,  iffət  məsələsi 

məni  bitirəcək,  məni  məhv  edəcəkdir‖

  1

.  Zavallı  gənc  qadın 



başqa bir çıxış yolu tapa bilmir. 

Dramaturq  turxanbəylərin  hökmranlıq  etdiyi  bir  mühitdə 

qadınların  hüquqsuzluğunu  və  qadın  azadlığı  düşmənlərini, 

xüsusən  yavaş-yavaş  köhnəlikdən  ayrılan,  azad  yaşamağa  can 

atan  yeniyetmələrin  faciəsini  göstərmək  üçün  Maral  ilə  yanaşı 

Humay surətini yaradır. 

Maral  azərbaycanlı,  Humay  isə  dağıstanlıdır.  Lakin  onların 

hər ikisinin taleyi bir-birinə çox yaxındır. Hər ikisi ―azad ruhlu 

əsirlər‖dir.  Humay  da  Maral  kimi  oxumuş,  iyirmi  iki  yaşında 

olduqca gözəl və məlumatlı bir qız idi. Ancaq o da həyata göz 

açmamış  ―qılıncını  şaqırdadan‖,  gecə-gündüz  klublarda, 

teatrlarda boşboğazlıq edən zabitlərdən biri olan mülkədar oğlu 

Şahmar  bəyə  nişanlanır.  Şahmar  bəy  gül  kimi  nişanlısını 

yaddan  çıxarıb,  uzaq  şəhərlərdə  əyyaşlıqla  məşğuldur.  Çox 

çəkmir ki, Şahmar bəyin başqa bir qız ilə maraqlandığı, sonra 

da bu qız üçün intihar etdiyi xəbəri gəlib çıxır. Humay üçün də 

yeni həyat yolları görünür. O, Qafqazın gözəl şəhərlərindən biri 

olan Borjomda istirahətdə ikən özü kimi yeni ruhlu, azad fikirli 

bir  müasirinə,  gənc  hüquqşünas  azərbaycanlı  Cəmil  bəyə  rast 

gəlir. Lakin bu səadət ancaq onların ata yurduna qayıtmalarına 

qədər davam edir.  Gənc hüquqşünas Humayı atasının, Turxan 

bəyin  evinə  gətirir.  Bu  ata-oğul  başqa-başqa  adamlardır.  Ata 

―insan şəklində bir canavar‖, yalnız özünü, öz kefi-mayəşasını 

                                                 

1

 H.Cavid. Seçilmiş əsərləri, səh. 147. 




Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə