Azərbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,29 Mb.
səhifə25/97
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51525
1   ...   21   22   23   24   25   26   27   28   ...   97

 

76 


Yaşar, qoşar, çalışar, zift içində, hər yanda,  

Həyatı güldürəcək bir ümidə bağlanaraq, 

İş arxasınca qoşuşmaqda həpsi çırpınaraq. 

Bir az da yaxlaşalım, gör zavallı insanlar  

Nələr çəkir yaşamaqçın? Nasıl yaşar onlar? 

Görüncə tab edəməzsin, acırsın, ağlarsın, 

Nədir bəlayi-məişət, duyarsın, anlarsın

1

. 



 

İndi artıq Şəfiqə üçün aydın olur ki, uzaqdan ona şairanə bir 

sərvistan kimi görünən mədənlərdə minlərcə insanlar bir parça 

çörək üçün gecə-gündüz qan-tər içində çalışırlar. Həm də onlar 

həyatın  bütün  gözəl  nemətlərindən  məhrumdurlar.  Neft 

quyuları  onların  ―əcəl  qapısı‖  olmuşdur.  İndi  yaxınlaşmaqda 

olduqları buruqlar Şəfiqəyə qəbir  daşları kimi görünür. Şəfiqə 

geri  dönmək,  bu  ―cansıxıcı  mühitdən‖  ayrılmaq  istəyir. 

Şəfiqənin  neft  mədənlərini  ―cansıxıcı  kədərli  bir  mühit‖ 

adlandırması Məsuda toxunur. Çünki Şəfiqə əsas həqiqəti başa 

düşmür  ki,  şəhərlərdə  varlılar  mühitində  gördüyü  bütün 

təntənələr,  dəbdəbələr  bu  kədərli  mühitdə  qan-tər  içərisində 

işləyən  fəhlələrin  zəhməti  nəticəsində  başa  gəlir.  O,  Şəfiqəyə 

deyir: 


 

Fəqət çox aldanıyorsun, mənim gözəl mələyim, 

Düşündüyün gözəl, amma yanılma, sevdiciyim. 

Bu nəşəsiz, kədərəfza, bu müzlim aləmdən — 

Ziyalanır bütün evlər, cahan olur rövşən. 

O zift axan quyular mənbeyi-səadətdir, 

Axıb gedən sular altundur, eyni, sərvətdir. 

Bax, iştə, həp o buruqlar birər böyük bütdür  

Ki, pişigahinə çox kimsə varmadan bükülür. 

Bu şəhr içində görüb, duyduğun o hissi-nəşat, 

Bütün o dəbdəbələr, həp o anlı-şanlı həyat, 

Bütün o təntənələr, həp o süslü heykəllər  

                                                 

1

 H.Cavid. Seçilmiş əsərləri, səh. 494. 




 

77 


Bu sisli, hisli buruqlarla iftixar eylər

1

. 



 

Bu  həqiqəti  biləndən  sonra  Şəfiqəni  artıq  mühüm  ictimai 

məsələlər  düşündürməyə  başlayır.  O,  fikirləşir  ki,  nə  üçün  bu 

ağır  zəhmət  şəraitində  yaşayan  fəhlələr  hər  şeydən  məhrum 

olsun,  onların  yaratdığı  sərvət  isə  bir  yığın  müftəxora  məxsus 

olsun?  Nə  üçün  gərək  sərvətin,  dövlətin,  səadətin  yaradıcısı 

olan bu insanlar zəhərli qazları udmalı, nəmli yerlərdə yaşama- 

lı olsunlar, bir ovuc varlılar isə onların zəhməti hesabına bollu 

sərvət  içərisində,  kədər,  qayğı  nə  olduğunu  bilmədən  mənasız 

həyatlarını eyş-işrət içərisində keçirsinlər? 

Məsud da Şəfiqənin fikrinə şərik olur, lakin bu ədalətsizliyin 

aradan  qaldırılmasını  hələlik  çox  çətin  hesab  edir,  onun  ancaq 

gələcəkdə mümkün olacağını söyləyir. 

Bu  mükalimədən  aydın  olur  ki,  Şəfiqə  və  Məsud  hakim 

istismarçı  siniflərlə  zəhmətkeşlər  arasındakı  ziddiyyəti 

görürlər.  Onlar  fəhlə  sinfinə  dərin  məhəbbət,  rəğbət  bəsləyir, 

dünyanın  bütün  sərvətini  yaradan  bu  insanların  hər  növ maddi 

və  mənəvi  hüquqdan  məhrum  edilməsini  böyük  ədalətsizlik 

hesab  edirlər,  ancaq  bu  ədalətsizliyin  aradan  qaldırılması 

yollarını bilmirlər. 

―Məsud  və  Şəfiqə‖  bu  illərdə  H.Cavidin  Bakı  fəhlələrinin 

həyatı  ilə  maraqlandığını,  zəhmətkeşlərə  dərin  rəğbət 

bəslədiyini,  fəhlə  sinfinin  azad  gələcəyi  haqqında  arzular 

bəslədiyini  göstərən  bir  əsər  idi.  Doğrudur,  bu  əsərdə  şairin 

fəhlə  həyatına  münasibəti  bir  liberal  xırda  burjua  ziyalısının 

münasibəti idi, Cavid proletar məfkurəsindən uzaq idi; bununla 

belə  fəhlə  sinfinin  həyatı  və  taleyi  ilə  məşğul  olması  onun 

yaradıcılığında  və  görüşlərində  bir  yenilik  idi,  müsbət  bir 

hadisə idi. 

―Məsud və Şəfiqə‖ təbii, şairanə bir pafosla  yazılmışdı. Bu 

pafos,  hər  şeydən  əvvəl,  Məsud  ilə  Şəfiqənin  xarakterində, 

onları  düşündürən  ictimai  fikirlərdə,  neft  Bakısı  və  fəhlə 

                                                 

1

 H.Cavid. Seçilmiş əsərləri, səh. 495. 




 

78 


sinfinin  həyatı,  taleyi  və  gələcəyi  haqqında  bəslədikləri  gözəl 

arzularda özünü göstərirdi. Bu surətlərdə həm kəskin ağıl, həm 

də  zəngin  hissiyyat,  zəhmətkeş  insanın  səadəti  üçün  döyünən 

nəcib bir ürək vardır. Əsərdəki şeiriyyət də bu iki xüsusiyyətin 

birləşməsindən  doğurdu.  Müəllif  hər  iki  gəncin  fərdi 

xarakterini  verməyə  xüsusi  səy  göstərmişdir.  Mühüm  ictimai 

məsələlərdə  eyni  fikirdə  olan  gənclər  xaraktercə  fərqlənirlər: 

Şəfiqə  xəyalpərvər  olduğu  halda,  Məsud  canlı,  həyat 

müşahidələrinə  malik  bir  realistdir.  Şəfiqənin  fəhlə  sinfi  və 

onun  parlaq  gələcəyi  haqqında  bəslədiyi  gözəl  arzuları 

Məsudun  canlı  həyat  müşahidələri,  başqa  sözlə  romantik 

xəyallarla  real  mühakimə  bir-birini  tamamlayır  və  şeirin  əsas 

ideyasının bədii bir şəkildə ifadəsinə kömək edirdi. 

Cavidin  1913-cü  ildə  Bakı  mətbəə  işçilərinin  həyatından 

―Rəmzi‖ adlı dram yazmasını da nəzərə alsaq (bu əsər sonradan 

işlənib  ―Şeyda‖  adı  ilə  nəşr  edilmişdir),  yeni  şəraitin  şairə  nə 

qədər dərin təsir göstərdiyi daha da aydınlaşmış olur. 

 

* * * 



 

1911-1912-ci  illərdən  başlayaraq  Hüseyn  Cavid  öz 

əsərlərində bir moralist, mütəfəkkir şair kimi çıxış edirdi. Lakin 

bu illərdə onun fəlsəfi və əxlaqi görüşləri çox ziddiyyətli olub, 

müəyyən  müsbət  meyllərinə  baxmayaraq,  əsasən  idealist, 

eklektik  mahiyyət  daşıyırdı.  Bunu  biz  şairin  1912-ci  ildə  30 

yaşında ikən yazdığı və 330 misradan ibarət ―Bir xatirə‖ yaxud 

―Sən  nəsən?  Kimsən?‖  deyən  ariflərə!‖  şeirində  çox  aydın 

görürük. 

Şeir, sərlövhəsinə uyğun olaraq, doğrudan da, öz müəllifini 

tanıtdırmaq məqsədilə  yazılmışdı. Ancaq şair sözün müstəqim 

mənasında tərcümeyi-halını  yox, öz görüşləri,  müxtəlif dinlər, 

dini  təriqətlər,  o  vaxtadək  tanış  ola  bildiyi  siyasi-fəlsəfi 

sistemlər  haqqında  və  bir  sıra  daha  başqa  məsələlər:  müasir 

cəmiyyət,  insan,  bəşərin  hal-hazırı  və  gələcəyi  haqqında  öz 



Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə