Azərbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,29 Mb.
səhifə21/97
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51525
1   ...   17   18   19   20   21   22   23   24   ...   97

 

63 


amansızcasına  təqib  olunurdu.  İrtica  ədəbiyyata  da  öz  mənfi 

təsirini  göstərmişdi.  Tövfiq  Fikrət  və  Məhəmməd  Əmin  kimi 

tərəqqipərvər şairlər müstəsna olmaqla qalanları, hətta tənzimat 

ədəbiyyatına  mənsub  olanlar  da  ―inzivaya‖  çəkilmişdilər. 

Türkiyə ədəbiyyatında bədbinlik, xəyalpərvərlik, mübarizədən, 

siyasətdən  uzaqlaşmaq  səciyyəvi  bir  hal  almışdı.  1908-ci  ildə 

baş verən burjua inqilabı ədəbiyyatda bu düşkünlüyün qarşısını 

ala bilməmişdi. Heç şübhəsiz ki, bu ədəbi mühitin, gənc Cavidə 

də  müəyyən  mənfi  təsiri  olmuş,  onun  da  şeirlərinə,  ―Yadi-

mazi‖  şeirində  olduğu  kimi,  bədbinlik,  ümidsizlik  motivləri 

gətirmişdi. 

 

Məhv etmədə şimdi məni alamü təhəssür;  



Hər dəm qara xülyalar olub qəlbimə məhrəm, 

Lərzan ediyor ruhimi min dürlü məzalim; 

Əfsus ki, mazi ədəm, ati isə müzləm...

1

 

 

Bədbinlik,  küskünlük  motivləri  gənc  şairin  İstanbuldan 



Naxçıvana,  qardaşlarından  birinin  məktubuna  cavab  olaraq 

yazdığı ―Elmi-bəşər‖ şeirində daha qüvvətli idi: 

 

―Kəsbi-ürfan için, fəzilət için —  



Durma, yüksəl!‖ diyorsun... İştə mənim  

Ən böyük, ən sevimli amalım,  

Qayeyi-məqsədim budur, lakin  

Nə için gizləmək gərək, yetişir... 

Nə qədər pürümidü biaram –  

Gecə-gündüz çalışsam, uğraşsam, 

Yenə ən son nəticə, – heçlikdir

2



 

Cavidin  belə  ifrat  bir  bədbinliyə  düçar  olmasına  o  zaman 

son dərəcə dindar bir mühit hesab olunan İstanbul darülfünunu 

                                                 

1

 H.Cavid. Seçilmiş əsərləri, səh. 498. 



2

 H.Cavid. Seçilmiş əsərləri, səh. 504. 




 

64 


və  xüsusən  gənc  şairə  fəlsəfi  axtarışlarda  müəllimlik  etmək 

istəyən  türk  aqnostiki  Rza  Tövfiqin  də  təsiri  olmuşdu.  Rza 

Tövfiq  bu illərdə,  yuxarıda deyildiyi kimi,  Şərq  ədəbiyyatında 

sufi  cərəyanlarını  öyrənirdi;  lakin  o,  sufizm  tənqidi  yanaşmaq 

əvəzinə, özü də sufiyanə şeirlər yazmaqla məşğul idi. 

Tələbəlik  illərində  yazılmış  lirik  şeirlər  içərisində  Cavidin 

vətən,  dost,  əqrəba  həsrətlərini  ifadə  edən,  xüsusən  qürbət 

ellərdə  çox  darıxdığını,  daima  ―müztərib‖  olduğunu,  ―acılar 

duyduğunu‖ göstərən ―Ah!.. yalnız sən!‖, ―Son baharda‖ kimi 

şeirlərə də rast gəlirik: 

 

Ruhim, ey aşineyi-əsrarım! 



Həp uzaq, bəzmi-vüslətindən uzaq

Qürbət ellərdə təlxkam olaraq, 

Səni özlər də sızlayıb yanarım. 

Gecə-gündüz həyati-müztəribim 

Sənin alami-həsrətinlə sönər; 

Fikrə gəldikcə həp keçən günlər

Daima çırpınıb durur qəlbim. 

...İştə! həp növbaharə nəşə verən 

Qönçələr, nəğmələr, təbəssümlər, 

Al şəfəqlər, nəsimi-şuxi səhər

Mana biganə... ah!.. Yalnız sən!..

1

 



 

1907-ci ildə Cavidin ―H.P.Naxçıvani‖ imzası ilə ―Füyuzat‖a 

göndərdiyi  ―Bir  ahi-məzlumanə‖  şeiri  məzmun  etibarilə  onun 

Türkiyədə  yazdığı  başqa  şeirlərdən  fərqlənirdi  (bu,  Cavidin 

―Füyuzat‖ məcmuəsinə göndərdiyi birinci və axırıncı şeiri idi). 

Bu şeirdə görkəmli Azərbaycan romantiki Məhəmməd Hadinin 

vətənpərvərlik  ruhunda  yazdığı  şeirlərin  qüvvətli  təsiri 

görünürdü.  Qürbətdə  yaşayan  gənc  şair  bu  şeirində, 

əvvəlkilərdən  fərqli  olaraq,  yalnız  şəxsi  dostlarını,  tanışlarını, 

əqrəbasını  deyil,  ―Ey  vətən!  Ey  könül  pərəstari!‖—  deyə 

                                                 

1

 Yenə orada, səh. 559. 




 

65 


vətənini  xatırlayır,  vətənin  keçmişini,  hazırını  və  gələcəyini 

düşünürdü. Şair: 

 

Mayeyi-iftixarı hər kişinin  



Vətən uğrunda bəzli-himmətdir — 

 

— deyə vətənə xidmət etmək haqqında xəyallar bəsləyir və: 

 

Bana gəl, gəl bana, zavallı vətən!  



Heç unutmam səni bu hal ilə bən — 

 

—  deyirdi.  Bu  şeirin  yazıldığı  dövrdə  Cavid  hələ  öz  doğma 

vətəni Azərbaycan haqqında, onun keçmişi, gələcəyi haqqında 

tam,  düzgün  real  təsəvvürə  malik  deyildi.  Vətənə  o  hələ  çox 

birtərəfli  baxırdı.  Vətən  onun  nəzərində  ―zəvalə  uğramış‖, 

―böyük  bəlalərə  düçar  olmuş‖,  ―ayaq  altında  paymal  olmuş‖, 

―dərmansız dərdə giriftar olmuş‖, ―ürəyi, cismi yaralı bir xəstə‖ 

idi. 


Məlumdur  ki,  bu  şeirin  yazılıb  nəşr  edildiyi  illərdə  birinci 

rus  inqilabının  təsiri  ilə  Azərbaycanın  hər  iki  hissəsi  inqilab 

ocağına  çevrilmişdi.  Cavid  vətənin  bu  yeni  həyatını,  tarixini 

görə bilmirdi; öz azadlığı və istiqlaliyyəti uğrunda mübarizəyə 

qalxan  xalqın  qüdrətini  qiymətləndirə  bilmirdi.  Gənc  şair 

vətənin,  vətəndaşların  azadlıq  uğrunda  vuruşmalarda  aldığı 

yaraları  deyil,  ―ancaq  tarixi  əsarət  və  köləlikdən  qalan  köhnə 

yaraları müşahidə edə bilirdi. O, vətənə çox uzaqdan baxırdı və 

bəzən də ―vətən‖ dedikdə konkret olaraq doğma vətənini deyil, 

ümumiyyətlə  məzlum  Şərqi  nəzərdə  tuturdu.  Bu  halında  gənc 

şair  özü  də  hələ  mübarizəyə  qoşulmuş,  aydın  siyasi-ictimai 

görüşə malik olan bir vətəndaş səviyyəsinə yüksələ bilməmişdi. 

Buna  görə  də  o,  vətəninə  sadəcə  ―bir  ―ahi-məzlumanə‖  ilə 

müraciət 

etməklə,  uzaqdan  vətənin  halına  acımaqla 

kifayətlənirdi. Bununla belə, müəyyən dərəcə mücərrəd şəkildə 

olsa da, özünün vətəndaşlıq borcunu dərk etməsi və: 



Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə