Azərbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,29 Mb.
səhifə18/97
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51525
1   ...   14   15   16   17   18   19   20   21   ...   97

 

54 


dərdiyi  məktubda  dostuna  yazır  ki,  ―Hüseyn  Cavidin  işinin 

dalısınca  olginən.  Orucova  o  iki  kitabı  verdinmi?‖

  1

.  Çox 


ehtimal  ki,  bu  iki  kitab  ―Maral‖  və  ―Bahar  şəbnəmləri‖ 

məcmuəsi  imiş.  Bu  əsərlərin  ancaq  1917-ci  ildə  nəşr  edildiyi 

bizə məlumdur. Görünür, bütün səylərinə baxmayaraq, şair bu 

iki əsəri 1917-ci ilə qədər çap etdirə bilməmişdir.  

1913-cü 

ilin 


sentyabrında  Cavid  Tiflisdən  Bakıya 

Məhəmmədəli  Sidqiyə  göndərdiyi  bir  məktubda  sevinclə, 

nəhayət  iş  yeri  tapdığını,  müəllimliyə  qəbul edildiyin  yazırdı

2



1913-cü  ilin  tətil  aylarını  Cavid  Naxçıvanda  keçirir.  Şair 

buradan  iyul  və  avqust  aylarında  Bakıya,  Hüseyn  Minasazova 

və  M.Ə.Sidqiyə  göndərdiyi  məktublarda  M.Ə.Sidqidə  olan 

―Şeyx Sənan‖dan çox danışır və dönə-dönə ―Şeyx Sənan‖ı ona 

göndərməsini  xahiş  edir.  Bu  ―Şeyx  Sənan‖ın  Cavidin 

əlyazmasımı, ―Şeyx Sənan‖ əfsanəsinə aid başqa bir əsərin və 

ya  qeydlərin  olduğunu  müəyyən  etmək  mümkün  olmur.  Hər 

halda məktubdakı həyəcanlı tələblər aydın göstərir ki, 1913-cü 

ilin tətil aylarında Naxçıvanda olan Cavid 1912-ci ildə Tiflisdə 

ikən  başladığı  ―Şeyx  Sənan‖  faciəsi  üzərində  həvəslə 

işləyirmiş. 

1914-cü ilin birinci yarısında da şair ―Şeyx Sənan‖ üzərində 

çalışmışdır.  Bu  faciənin  bir  çox  variantı  olmuşdur.  Həmin 

variantlar  göstərir  ki,  Cavid  əsər  üzərində  müəyyən  fasilələrlə 

dörd  il  işləmişdir.  Son  variant  1914-cü  ilin  axırlarında  yazılıb 

qurtarmışdır.  Bunu  A.Şaiqin  xatirələri  də  təsdiq  edir.  Şaiq 

1914-cü ildə ―Şeyx Sənan‖ı oxuduğunu və bəyəndiyini bildirir: 

―...Mən  gənc  şairin  arabir  ―Tərəqqi‖  və  ―Təzə  həyat‖ 

qəzetlərində  ―Salik‖  imzası  ilə  yazdığı  mənzumələrini 

oxuyurdum.  Birpərdəli  ―Ana‖  dramı  mənə  onun  həm  böyük 

şair,  həm  də  böyük  dramaturq  olacağı  qənaətini  bəxş  edirdi. 

1914-cü  ildə  ―Şeyx  Sənan‖  faciəsini  böyük  bir  həvəslə  oxu- 

muş,  onun  böyük  müvəffəqiyyətini  səmimi-qəlbdən  təbrik 

                                                 

1

 Rəf, arx. 25, 1915 (13). 



2

 Yenə orada, arx. 6, Q—3 (293). 




 

55 


etmişdim‖

 1



Birinci  imperialist  müharibəsi,  müharibənin  törətdiyi 

fəlakətlər  Cavidin  yaradıcılığına  və  dünyagörüşünə  çox  dərin 

təsir  göstərir.  Şair  öz  səsini  imperialist  müharibəsinə  qarşı 

mübarizə aparan mütərəqqi qüvvələrin səsinə qoşur, imperialist 

müharibəsinə qarşı bir çox qiymətli əsərlər yazır. 

1915-ci  ildə  Cavid  Bakıya  gəlib  1916-cı  ilin  iyun  ayına 

qədər  burada  qalır.  Bakıda  o,  ―Səfa‖  məktəbində  Azərbaycan 

dili  dərslərini  aparır,  eyni  zamanda  bədii  yaradıcılığını  davam 

etdirir.  1915-ci  ildə  Bakıda  nəşr  olunan  ―Qurtuluş‖ 

məcmuəsinin  birinci,  ikinci  və  üçüncü  nömrələrində  ―Şeyx 

Sənan‖ faciəsinin birinci və ikinci pərdələri nəşr olunur. 1917-

ci  ildə  may  ayında  ―Qardaş  köməyi‖  məcmuəsində  Cavidin 

yanvar ayında yazdığı ―Hərb və fəlakət‖ şeiri çıxır. Həmin ildə 

şair ―Uçurum‖ faciəsini bitirir. 

A.Şaiq  dostunun  1918-ci  ildən  ―İblis‖  faciəsi  haqqında 

düşünməyə  başladığını,  onun  bu  əsəri  ―səssizcə‖  yazmağa 

başladığını, 1919-1920-ci illərdə də bu əsər üzərində çalışdığını 

ehtimal edib yazır ki, ―Cavid öz sənətini çox sevən, öz üzərində 

çalışmağı bacaran şairdir. O, minlərcə göz önündə uçuşan möv- 

zulardan  yalnız  ən  çox  sevdiyini,  ruhuna  və  sənətinə  ən  çox 

müvafiq  gələnini  yaxalar  və  onu  bir  müddət  zehnində 

hazırladıqdan  sonra  səssiz,  kimsəyə  sezdirmədən  yazmağa 

başlar.  Ondan  sormayınca  hansı  əsər  üzərində  çalışdığını 

söyləməz,  öz  əsərini  birdən-birə  kamil  surətdə  meydana 

çıxarmaq  istərdi‖.  Bu  sözlərdən  sonra  şair  əlavə  edir  ki, 

―zənnimcə 

―İblis‖ 

faciəsini 

1918-ci 

ildə 


yazmağa 

başlamışdır‖

2



Bakı kommunası dövründə, 1918-ci ildə ―Bakı ətrafı fəhlə, 



əsgər  və  matros  şurasının  əxbarı‖  qəzeti  12-ci  nömrəsində 

Cavidin  ―Hərb  və  fəlakət‖  şeirinin  işlənmiş  yeni  variantını, 

―Haqqını  sən  mübarizə  ilə  ala  bilərsən‖  sərlövhəsi  ilə  çap 

                                                 

1

 Rəf, arx. 25, Q-1 (30). 



2

 A.Şaiq. Mənim həyatım, şəxsi arxivi. 




 

56 


etmişdi. 

Mart  hadisələrindən  bir  neçə  ay  sonra  Cavid  Cənubi 

Azərbaycana  gedir,  az  sonra  yenə  Naxçıvana  qayıdır.  1918-ci 

ilin  avqust  ayında  şair  burada  yoxsul  kəndli  ailəsindən  olan 

Mişkinaz ilə evlənir. O, dekabr ayına qədər Naxçıvanda qalıb, 

―İblis‖  üzərində  işləyir.  1919-cu  ilin  ortalarında  Cavid 

həmişəlik olaraq Bakıya köçür. 

Azərbaycanda  Sovet  hakimiyyətinin  qələbəsindən  sonra 

Cavidin  həyatının  yeni  dövrü  başlanır.  Sosialist  Bakısı,  bütün 

tərəqqipərvər  yazıçılar  kimi,  Cavidi  də  qayğı  ilə  əhatə  edir. 

Teatrlar  onun  pyeslərini  tamaşaya  qoyur,  əsərləri  nəşr  edilir. 

Cavid  ancaq  bu  illərdə  özünə  həmişəlik  iş  yeri  tapa  bilir.  O, 

teatr  texnikumunda  və  Bakı  darülmüəlliminində  dil-ədəbiyyat 

müəllimi  təyin  olunur,  maarif  işlərində,  məktəblər  üçün  yeni 

dərslik və proqramların tərtibində yaxından iştirak edir. 

1920-25-ci  illər  arasında  Cavid  Azərbaycan  Dövlət 

Darülfünununda da müəllimlik edir. 1926-cı ildən etibarən şair 

şəxsi təqaüdə çıxır, yalnız teatr texnikumunda həftədə bir neçə 

saat dərs deyir. 

Azərbaycanın  yeni,  azad  həyatı  Cavid  yaradıcılığına  çox 

qüvvətli,  müsbət  təsir  buraxır.  1926-cı  ildən  başlayaraq  onun 

yaradıcılığında  və  görüşlərində  ciddi  dönüş  əmələ  gəlir.  Bu 

zaman  şair  həyatda,  məişətdə  və  şüurlarda  əmələ  gələn 

yenilikləri,  xalqın  mədəni  inqilab  uğrunda  mübarizəsini  əks 

etdirən ―Azər‖ poemasından parçalar nəşr etdirir. 

1926-cı  ildə  Cavid  dövlət  hesabına  Xalq  Maarif 

Komissarlığı  tərəfindən  Almaniyaya  məzuniyyətə  göndərilir. 

Səfər ərəfəsində şairə belə bir şəhadətnamə verilmişdi: 

―Bu  şəhadətnamə  verilir  Azərbaycan  şairi  Hüseyn  Cavid 

Rasizadəyə  ondan  ötrü  ki,  şair  Azərbaycan  Xalq  Maarifi 

komissarının tərəfindən müasir Avropa ədəbiyyatını öyrənmək 

və  müalicə  üçün  1926-cı  ilin  aprel  ayının  10-dan  oktyabrın 

birinə qədər Berlin və Parisə göndərilir. 

Xalq Maarif komissarı: müavini: Cəlil Məmmədzadə. 




Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə