Azərbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,29 Mb.
səhifə15/97
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51525
1   ...   11   12   13   14   15   16   17   18   ...   97

 

45 


Səd Həzardan driğ, səd əfsus!

 1

 



 

—  beyti  ilə  başlanan  farsca  şeiri  də  Urmidən  göndərilmişdi. 

Bunlardan  əlavə  yaradıcılığının  son  dövrlərində  yazdığı  ―Kor 

Neyzən‖  şeirində  Cavidin  Urmi  şəhərini  və  onun  təbii 

gözəlliklərini məhəbbətlə təsvir etməsi göstərir ki, şair Urmidə 

bir  neçə  dəfə  olmuş,  bu  gözəl  Azərbaycan  şəhəri  ilə  çox 

maraqlanmışdır. 

 

Cavid Cənubi Azərbaycanda 1898-ci ldən 1903-cü ilin may 



ayına  qədər  qalmışdır.  1903-cü  ilin  iyul  ayında  o,  ali  təhsil 

almaq  məqsədilə  İstanbula  gedir.  Həmin  ildə  Batumdan 

Məhəmmədəli  Sidqiyə  yazılmış  bir  məktubdan  da  Cavidin 

1903-cü  ildə  Türkiyədə  olduğunu  öyrənərik.  Məktubda  deyilir 

ki,  ―Sidqinin  şagirdlərindən  Hüseyn  Rasizadə  bu  saat 

İstanbulda  təhsili-elmdədir‖

2

.  Lakin  İstanbulda  Cavid  ağır 



xəstələndiyindən təhsilini davam etdirə bilmir. 1904-cü ildə o, 

Naxçıvana qayıdır, bir müddət burada qalıb sağaldıqdan sonra 

Bakıya gəlir və 1905-ci ilin mart-aprel aylarında Bakıda qalır. 

Onun  bu  aylarda  Bakıda  olduğunu  şair  A.Şaiq  də  ―Mənim 

həyatım‖  əsərində  təsdiq  edir.  O  yazır  ki,  ―Cavid  ilə  1905-ci 

ildə tanış oldum. O zaman Bakıya siyahət üçün gəlmişdi...‖

  3

 

  1905-ci  ilin may  ayında  Cavid  ikinci  dəfə  İstanbula gedir. 



Şairin  məqsədi  darülfünuna  daxil  olmaq,  ali  təhsil  almaq  idi. 

Lakin  orta  təhsil  haqqında  rəsmi  vəsiqəsi  olmadığından  bu 

məqsədə  birdən-birə  nail  ola  bilmir.  Əvvəlcə  5-6  ay  orta 

məktəb proqramı üzrə hazırlaşıb, imtahan verməli olur. Ancaq 

bundan  sonra  o,  darülfünunun  ədəbiyyat  şöbəsinə  daxil  ola 

bilir.  İstanbuldan  yazdığı  bir  məktubda  şair  bu  xüsusda 

                                                 

1

 



  Sidqinin  vəfatı  münasibətilə  Cəlil  Məmmədquluzadənin  yazdığı  məqalədə  də  bu  şeirin  bir 

misrası işlənmişdi: ―...Getdi Həyatdan Həzrəti-Sidqi. Amma çox zamanlar çəkər ki, mərhumun 

adı  vətəndaşlarımızın  yadından  fəramuş  ola.  Çox  zamanlar  maarifpərvər  həmşəhərlilərimiz 

deyəcəklər:  ―Səd  həzaran  driğ,  səd  əfsus‖  (―Şərqi-rus,  1903).  Həmin  ildə  M.S.Ordubadi  də 

―Maddeyi-tarixi-vəfati-Məhəmməd Tağı Sidqi sərlevhəsi ilə bir şeir yazmışdır. Rəf, arx. 7, Q-2 

(157). 


2

 

Rəf, arx. 25, Q-4 (342.)



 

3

 



A.Şaiq. ―Mənim həyatım‖, şəxsi arxivi.

 



 

46 


dostlarına belə bir izahat verir: ―Ta ramazana qədər beş-altı ay 

ə’dadi  proqramını  ikmala  çalışırdım...  Sonra  ramazanda 

darülsənaye  istid’a  təqdimi  ilə  ədəbiyyat  şöbəsinə  qeyd  və 

qəbul olundum‖. 

Türkiyədən  yazdığı  məktublarından  görünür  ki,  Cavid  ali 

məktəbə  hazırlaşdığı  zaman  bir  neçə  ay  müddətində  həftədə 

bir-iki  saat  Türkiyə  şairi  və  filosofu  Rza  Tövfiqin  də  yanında 

oxumuşdur.  1905-1906-cı  illərdə  Rza  Tövfiq  Şərq 

ədəbiyyatında  olan  təsəvvüf  cərəyanlarının  tədqiqi  ilə  məşğul 

idi.  Bu  tədqiqat  çox  böyük  bir  səmərə  verməsə  də,  o  zaman 

ədəbiyyatla  məşğul  olan  gəncləri,  tələbələri  maraqlandırırdı. 

Bu  tədqiqatla  Cavid  də  maraqlanmışdı.  Lakin  bu  maraq  və 

Cavidin Rza Tövfiqdən dərs alması uzun sürməmişdi. Bu fikri 

şairin öz sözləri də təsdiq edir. O, məktublarının birində yazır: 

―...Ə’dadi  proqramını  ikmala  çalışır  və  ...filosof  Rza  Tövfiq 

bəydən  həqayiqə  aid  bir-iki  dərs  proqram  xaricində 

oxuyurdum...  Sonra  iş  iş  üstündən  aşdı-daşdı,  dərsə  vaxt 

qalmadı‖. 

Cavidin  oxuduğu  İstanbul  darülfünunun  ədəbiyyat  şöbəsi 

üçillik  idi.  Şair  təhsil  məsələsinə  çox  ciddi,  şüurlu  münasibət 

bəsləyirdi.  Birinci  sinifdə  oxuduğu  halda,  2-ci  sinfin  də 

dərslərinə  davam  edirdi.  Bu  illərdə  yazılmış  məktubların 

birində  deyilir:  ―...Məktəbimiz  üç  sənəlik  və  üç  sinifdən 

ibarətdir...  Birinci  sinifdə  oxuyuram.  Fürsəti  fövt  etməmək 

üçün  ikinci  sinfin  də  dərslərinə  davam  edirəm‖.  Sonra  şair 

əlavə  edir  ki:  ―Mənə  elm  lazımdır,  şəhadətnamə  lazım 

deyildir‖. 

Məktublarda  darülfünunun  ədəbiyyat  şöbəsində  keçilən 

dərslər  haqqında  da  məlumat  vardır.  Bu  dərslərdən  Cavid 

aşağıdakı  fənləri  qeyd  edir:  ümumi  tarix,  siyasi-tarixi 

coğrafiya,  osmanlı  ədəbiyyatı  tarixi,  fars  ədəbiyyatı  tarixi, 

ümumi 


ədəbiyyat  tarixi,  fəlsəfənin  əsasları,  məntiq. 

Məktublarda  şair  həmçinin  ―1-ci  sinifdə  gündə  bir  saat 

fransızca, iki saat türkcə‖ dərs keçdiyini qeyd edir. 



 

47 


Cavid əcnəbi dillərdən almanca və ingiliscəni də öyrənməyə 

çox  səy  etməsi,  ancaq  darülfünunda  bu  mümkün  olmamış, 

xüsusi  müəllimlərdən  də  dərs  almağa  maddi  vəziyyəti  imkan 

verməmişdir.  Məktublarının  birində  Cavid  bu  xüsusda  yazır: 

―Bir  əcnəbi  lisanını  mükəmməl  bilməyə...  əcnəbilərin  özləri 

kimi  yaxşı  bilməyə  ehtiyac  vardır‖.  Məktublardan  görünür  ki, 

rus dilini mükəmməl öyrənməyə Caviddə həmişə xüsusi həvəs 

olmuşdur.  O,  Q.Şərifova  yazır:  ―Ən  məsləhətlisi  budur  ki, 

ruscanı  mükəmməl  öyrənməyə  çalışalım‖.  Yenə  başqa  bir 

məktubda  Q.Şərifovdan  xahiş  edir  ki,  qafqaza  qayıtdıqdan 

sonra  ona  elə  bir  yerdə,  mümkün  olsa  Tiflisdə,  müəllimlik  işi 

tapsın  ki,  orada  rus  dilini  mükəmməl  öyrənməyə  şərait  olsun. 

Bunlardan  sonra  şair:  ―Mən  dərs  verdiyim  yerdə  gecələri  bir 

tərbiyəli rus ailəsi içərisində yaşamağı arzu edirəm‖ deyir. Hə- 

lə  1906/7-ci  illərdə  Cavid  məktublarında  qeyd  edirdi  ki,  ―rus 

dilində  az-çox  yazı-pozu  bacarıram‖.  Bu  sözlərdən  aydın  olur 

ki,  şair  rus  dilini  gənc  yaşlarından  bilirmiş.  Onun  məqsədi  bu 

dili  daha  mükəmməl  öyrənmək  imiş.  Bunlardan  əlavə 

məktublarının  birində  şair  Tiflisdə  bir  müddət  rus  zabitlərinə 

dərs  dediyini,  onlara  Azərbaycan  dili  öyrətdiyini  də  qeyd 

etmişdir.  Şübhə  etmək  olmaz  ki  Cavidin  bu  vəzifəni  qəbul 

etməkdən  məqsədi,  hər  şeydən  əvvəl,  yenə  rus  dilini  ruslarla 

yaxın əlaqədə yaxşı öyrənmək imiş. 

Türkiyədə  Cavid  çox  ağır  maddi  çətinliklərə,  məh- 

rumiyyətlərə  məruz  qalmışdı.  O,  bir  məktubunda  əlində  olan 

―3-5 lirədən yeyə-yeyə (daha doğrusu həftələrlə pendir-çörəklə 

qənaət  edərək)  kəmali-səfalətlə  ömür  sürdüyündən‖  acı-acı 

şikayətlənirdi.  Bununla  belə  şair  məktublarında  dönə-dönə 

dostlarına hiss etdirirdi ki, bu ağır vəziyyət, məhrumiyyət heç 

də onu mənəvi köləliyə sövq edə bilməmiş, ―biliyini satmağa‖, 

istibdada xidmət etməyə, həqiqətdən ayrı düşməyə məcbur edə 

bilməmişdir.  O,  məktublarının  birində  bu  xüsusda  yazırdı: 

―Mən  hamballığı,  xidmətkarlığı  pək  ziyadə  sevirəm.  Fəqət 

böylə  bir  dövri-hürriyyət  və  zəmani-səadətdə  biliyimi  satmaq, 




Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə