Azərbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,29 Mb.
səhifə16/97
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51525
1   ...   12   13   14   15   16   17   18   19   ...   97

 

48 


əsir olmaq istəməm. Əsir olduğum bir şey varsa, o da həqiqət 

və  yenə  həqiqətdir.  Əsarət  zəncirinə  bağlanmaq,  o  müləvvəs 

qeydini çəkməyə razı olmayıram‖. 

Cavid çirkin  ―əsarət zənciri‖ dedikdə Əbdülhəmid irticasını 

nəzərdə  tuturdu.  Şairin  tələbə  ikən  Türkiyədən  yazdığı  başqa 

məktublarda  Əbdülhəmid  istibdadını  kəskin  tənqid  etməsi  bu 

fikri  çox  aydın  sübut  edir.  Bu  məktubların  birində  Cavid 

Türkiyədə  siyasi  azadlığın,  söz,  fikir  və  vicdan  azadlığının 

amansızcasına boğulduğundan bəhs edərək yazır ki, Türkiyədə 

―istiqlala  dair  bir  söz  belə  oxunması  və  qonuşulması  pək 

məmnu olub, artıcaq mahaldır... Əcnəbi poçtları vasitəsilə azad 

ruhlu  qəzet  almağa  mane  olurlar...  Ən  irəli  gəlmiş  məktəblər 

əsgəri və tibbi məktəblərdir... Azad ruhlu müəlliflərin kitabları 

qadağandır. Qiraətxana yoxdur‖. 

Əbdülhəmid  irticası  dövründə  din  təbliği,  təəssübkeş 

ruhanilərin  fəaliyyət  istdabdadın  əsas  dayaqlarından  biri  idi. 

Panislamizm  təbliği  geniş  yayılmışdı.  Bütün  bunlar  ölkədə 

müasirləşməyə,  tərəqqiyə  böyük  əngəl  olmuşdu.  Mürtəce 

mətbuatda din və şəriətlə elmi bir növ barışdırmaq meylləri çox 

qüvvətli idi. 

Cavidin  məktublarından  aydın  görünür  ki,  o  bu  mürtəce 

təbliğatın əleyhinə olmuş, din və  şəriətlə  elm və maarifin bir-

birinə zidd, düşmən olduğunu hələ tələbəliyində dərk etmişdir: 

―Əmmamə,  came,  məsəleyi-xilafətlə  mədəniyyət,  həmiyyət, 

tərəqqi kəlmələri bir-birinə qarışaraq məhəssilə təşkil edəcəyini 

və  ya  edə  biləcəyini  düşünərkən  bütün-bütün  bir  xəyal,  bir 

kölgə, bir namütənahilik və heçlik qarşısında bulunduğuma heç 

şübhə  etmirəm...  Heç  bir  şeyin  göydən  zənbil  ilə  nazil 

olacağına inanmıram‖. 

Məktublarının  birində  Cavid  yazır  ki,  ―Türkiyədə  iranlı  və 

başqalarına şübhə ilə yanaşırlar‖. Bu ―şübhəli‖ ziyalılardan biri 

də Cavid idi. Məktublarında şair İstanbulda qafqazlı ziyalılarla 

yaxın, sirdaş olduğunu, daim onların mühitində dolaşdığını da 

tez-tez  qeyd  edir.  Bu  məktubların  birində  şair  İstanbulda 




 

49 


Validəxanədə çoxlu qafqazlı tələbələrin  yaşadığını, özünün də 

həmin  Validəxanədə  bir  evdə  kirayə  ilə  yaşadığını  və  hər 

həftənin  cümə  günləri  qafqazlı  yoldaşlarla  birlikdə  bir  yerə 

toplaşıb 

qəzet 

oxuduqlarını 



yazır: 

―Cümə 


günləri 

arkadaşlarımız  qafqazlılarla  bir  yerdə  oluruq,  ―Həblül-mətin‖ 

və s. qəzetləri oxuyuruq‖. 

Məktublarda  Cavidin  Türkiyədə  olduğu  illərdə  daim  öz 

vətəni  haqqında  düşündüyünü,  mümkün  qədər  təhsili  tez 

bitirib,  vətənə  qayıtmaq  arzusunda  olduğunu  göstərən  parçalar 

da  çoxdur.  Şair  başqa  ölkələrdən  Türkiyəyə  gəlib,  tamamilə 

―osmanlılaşan‖,  ―türkiyəli  olub  gedən‖  və  öz  vətənlərini 

unudan  ziyalılara,  onların  aqibətinə  gülür,  bu  yolun  yanlış 

olduğunu  söyləyir.  Q.Şərifova  yazılmış  bir  məktubda  deyilir: 

―Burada  mən  3-4  sənə  qədər  dəxi  oxuya  bilərəm...  Lakin 

validəm,  vətənim,  vətəndaşlarım  bütün-bütün  unudulacaq  bir 

hala  gəlir.  Şimdi  burada  minlərcə  iş  başında  tatar,  türküstanlı, 

qafqazlı  və  krımlı  var  ki,  təhsillərini  ikmal  etdikdən  sonra 

istanbullu...  olub  getmişlər.  Bu,  məncə  pək  gücdür...  İndi  əsil 

məqsəd  vətənə  xidmət,  həm  də

 

layiqincə  xidmət  etməkdir‖. 



Məktubun axırında şair öz dostundan xahiş edir ki, indidən ona 

vətəndə bir müəllimlik yeri tapsın ki, gələndə işsiz qalmasın. 

Türkiyədən  yazılmış  məktublarda  həmçinin  o  zaman 

Cavidin  dünyagörüşündə  olan  ziddiyyətlər,  tərəddüdlər,  şairin 

inqilaba münasibəti, maarif və mədəniyyət haqqında fikirləri də 

öz  əksini  tapmışdır.  Məktublardan  aydın  olur  ki,  Türkiyədə 

olduğu  illərdə  Cavid  1905-ci  ildən  etibarən  bütün  Şərqdə, 

Asiyada və şərqi Avropada başlanan siyasi azadlıq hərəkatının, 

burjua-demokratik  inqilabların  böyük  tarixi  əhəmiyyətini  və 

mütərəqqi  rolunu  aydın  təsəvvür  etməmişdir.  O,  ümumiyyətlə 

inkişaf üçün sadəcə maariflənməyi, mədəniləşməyi yeganə yol 

hesab  etmişdir.  Cavid  vətəni  Azərbaycanın  parlaq  gələcəyi 

üçün  görüləcək  işlərdən  bəhs  edərək  yazırdı  ki,  ―Bizə  yalnız 

məktəb  lazımdır.  Bütün  inqilabati-mədəniyyə  həp  məktəb 

məhsuludur‖. 



 

50 


Cavid  ümumiyyətlə  Şərqin,  o  cümlədən  də  Azərbaycanın 

geriliyinin  əsas  ictimai  səbəblərini  görə  bilmirdi.  Ona  elə 

gəlirdi  ki,  əsarətə  və  mədəni  geriliyə  səbəb  ancaq  şəriət, 

mövhumat  və  mollalardır.  Buna  görə  o,  məscidin  dövlətdən 

ayrılması  ideyasını  müdafiə  edir,  ziyalıların  başlıca  vəzifəsini 

məktəblərdə dünyəvi elmləri əsaslandırmaqda görürdü: ―Bizim 

vəzifəmiz  ancaq  kiçik-kiçik  məktəblər  açmaq,  riyaziyyat, 

təbiət, tarix, elmi-bəşər dərsləri oxutmaqdır, şəriət dərslərini isə 

mollalara buraxmaqdır‖. 

Bu  illərdə  Cavid  gözü  qarşısında  cərəyan  edən  Türkiyə 

inqilabına da yabançı idi. Onun, Əbdülhəmid istibdadına qarşı 

mübarizə  aparan  inqilabçı  türk  gənclərinə  münasibəti  aydın 

deyildi.  Hətta  Əbdülhəmidin  süqutundan  sonra  da  belə  hesab 

edirdi  ki,  ―minlərcə  ədəbsizliklərdə  bulunan  Əbdülhəmidi 

yıxan, məhv edən öz açdırdığı məktəblər oldu‖. 

Demək, əvvəlcə məktəb, maarif, təkamül, tərəqqi, sonra da 

inqilab!  Cavid  belə  düşünürdü.  O,  mədəni  tərəqqini  ―bütün 

işlərin  əsası,  kökü‖  hesab  edirdi.  Cavidə  görə,  iranlıların  və 

qafqazlıların əsarətdə, köləlikdə yaşamasının da yeganə səbəbi 

müasir  mədəniyyətdən  geridə  qalmalarıdır.  Bu  nöqteyi-nəzər- 

dən  də  Cavid  İranın  və  Qafqazın  gələcəyini  hələ  bir  20-30  il 

çox qaranlıq görürdü: ―Bəndəniz iranlıların və Qafqazın hənuz 

mədəniyyətə  yaxlaşmayan  tərəflərinin  gələcəyini  20-30  sənə 

qədər  çox  zəhmətli  və  qaranlıq  görürəm.  Neçin?  — 

deyəcəksiniz.  Çünki  əsas  yoxdur,  əsas!  Əsası,  kökü  bərkitmək 

üçün  də  yalnız  evolyusion,  qanuni-təkamülə  ehtiyac  vardır. 

İşdə  əsas  olmaz  isə,  inqilab  heç  bir  fayda  verməz.  Fəqət 

bununla  belə  mən  Qafqazın  istiqbalını  İrana  nisbətlə  daha 

ziyadə parlaq görürəm‖. 

Qafqazın istiqbalı haqqında bu sözləri dedikdə də Cavid heç 

də  Qafqazdakı  inqilabi  hərəkatı  deyil,  burada  maarif  və 

mədəniyyət işlərinin İrana nisbətən daha irəli getdiyini nəzərdə 

tuturdu. 

Bu  illərdə  Cavidin  görüşlərində  ən  ciddi  nöqsanlardan  biri 




Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə