Azərbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,29 Mb.
səhifə17/97
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51525
1   ...   13   14   15   16   17   18   19   20   ...   97

 

51 


1905-ci  il  inqilabını,  onun  Şərqə təsirini,  eləcə də  Azərbaycan 

inqilabını  düzgün  qiymətləndirə  bilməməsi,  ölkənin  istər 

şimalında,  istərsə  də  cənubunda  baş  verən  və  bütün  mədəni 

dünyanın diqqətini cəlb edən inqilabi hərəkata laqeyd qalması, 

hətta  təkamül  nəzəriyyəsini  bu  inqilabi  hərəkata  qarşı  qoy- 

ması idi. 

Yeni əsri Cavid əsarət və cəhalət zənciri əleyhinə çevrilmiş 

―həqiqət  əsri‖,  ―dövri-hürriyyət‖,  ―zəmani-səadət‖  uğrunda 

mübarizə  əsri  adlandırırdı.  Heç  şübhəsiz  ki,  bunlar  birinci  rus 

inqilabından  alınan  müəyyən  müsbət  təsirlərin  nəticəsi  idi. 

Bununla  belə  Cavid  belə  güman  edirdi  ki,  bu  yeni  həqiqət 

əsrini  yaradanlar  ellərin  gücünü  qollarında  toplamış  olan 

səttarxanlar  deyil,  ―evolyusion‖  tərəfdarı  gimnazistlər 

olacaqdır. 

Türkiyədə  oxuduğu  illərdə  Cavid  böyük  həcmli  bir  əsər 

yazmamışdır.  Onun  burada  yazdığı  əsərlər  bir  neçə  lirik, 

sentimental şeirdən ibarət olmuşdur. Şairin vətənə qayıtdıqdan 

bir neçə il sonra Türkiyə həyatından yazdığı ―Uçurum‖, ―Afət‖ 

əsərləri  də  göstərir  ki,  o,  İstanbulda  onunla  birlikdə  ali 

məktəbdə oxuyan zadəgan balalarının həyatını bəyənməmiş, bu 

həyata kəskin tənqidi münasibət bəsləmişdir. Lakin Türkiyədə 

olduğu illərdə şair, yuxarıda qeyd etdiyimiz kimi, Əbdülhəmid 

istibdadına  qarşı  mübarizə  aparan  inqilabçı  gənclərə  də  yaxın 

olmamışdır. 

1909-cu  ildə  Cavid  Naxçıvana  qayıdır.  O  burada  hər  nə 

qədər  bir  işdən  yapışmağa  səy  edirsə  də,  müvəffəq  olmur; 

əlacsız  qalıb  öz  evində  məktəb  açır,  müxtəlif  səviyyəli 

şagirdlərə  dərs  deməklə  keçinməli  olur.  1900-1910-cu  illərdə 

Caviddən xüsusi dərs alan görkəmli səhnə ustası, professor Rza 

Təhmasib şairin öz şagirdləri ilə həvəslə  çalışdığını  xatırlayır. 

1910-cu  illərdə  Naxçıvanda  ikən  Cavid  birpərdəli  ―Ana‖ 

pyesini,  ―Məsud  və  Şəfiqə‖  və  bir  sıra  başqa  şeirlərini  yazır. 

―Məsud və Şəfiqə‖ 1909-cu il dekabr ayında Bakıda ―Həqiqət‖ 

qəzetində nəşr olunur.  




 

52 


1911-ci  ildə  Cavid  Tiflisə  gedib,  1912-ci  ilin  axırlarına 

qədər orada qalır. Şair Tiflisdə də daimi bir iş yeri tapa bilmir, 

ancaq  böyük  qardaşının  cüzi  yardımı  ilə  yaşamalı  olur. 

Vəziyyətin  ağırlığına  baxmayaraq,  şair  bu  illərdə  çox 

məhsuldar  işləyir:  ―Şeyx  Sənan‖  faciəsi  üzərində  çalışır,  ―Bir 

xatirə‖ adlı lirik poemasını, ―Öksüz Ənvər‖, ―Gecəydi‖ və bir 

sıra  başqa  şeirlərini  yazır.  Professor  R.Təhmasib  1912-ci  ildə 

Cavidin ona ―Şeyx Sənan‖ əsərindən bir neçə səhnə oxuduğunu 

söyləyir və 1911-12-ci illərdə Tiflisdə ikən ―Şeyx Sənan‖ əsəri 

ilə ciddi məşğul olduğunu, bu əfsanə ilə əlaqədar olaraq tez-tez 

monastıra getdiyini, orada rast gəldiyi qocalarla söhbət etdiyini 

xatırlayır. 

1912-ci  ildə  Cavidin  Tiflisdə  olduğunu  həmin  ilin  sentyabr 

ayında  İsmayıl  Həqqinin  Tiflisdən  Bakıya,  Məhəmmədəli 

Sidqiyə yazdığı bir məktub da təsdiq edir. Məktubda deyilir ki, 

―Hüseyn Cavid  bu saat  oturub qabağımda, onun nurani üzünə 

baxıb ləzzət aparıram. Sizə salam yetirir‖

 1



Qori seminariyasını bitirib, uzun müddət Naxçıvanda, sonra 

da  Tiflisdə  müəllimlik  etmiş,  hazırda  təqaüddə  olan  müəllim 

Xəlil  Hacılarov  da  Cavidin  1911-12-ci  illərdə  Tiflisdə 

yaşadığını, işsiz olduğunu, tez-tez ona rast gəldiyini və həmişə 

də  pərişan,  qayğılı  göründüyünü,  maddi  cəhətdən  çox  ağır 

vəziyyətdə olduğunu xatırlayır.  

1912-ci  ilin  axırlarında  Cavid  yenə  daimi  bir  iş  yeri 

axtarmaq  məqsədilə  Gəncəyə  gedir.  Burada  bir  neçə  aylığa 

müəllimlik yeri tapırsa da, az sonra işdən çıxarılır. Şair əlacsız 

qalıb,  Gəncə  dəmiryolunda  mühasiblik  edir.  Cavidin  Gəncədə 

mühasiblik etdiyini H. Zeynallı da bir məqaləsində qeyd edir. 

Cavidin  öz  ixtisasına  görə  daimi  bir  iş  yeri  tapa  bilməməsi 

təsadüfi  deyildi.  Bu,  hakim  dairələr  tərəfindən  məktəblərdən 

azərbaycanlı müəllimlərin amansızcasına sıxışdırıldığı illər idi. 

Məsələn,  1912-ci  ildə  Naxçıvandan  rus  dili  müəllimi  Mirzə 

Cəlil Mirzəyev (Şürbi) Bakıya yazmışdı ki, ―Məktəbdən məni, 

                                                 

1

 Rəf, arx. 25, Q-1 (30). 




 

53 


Mirzə  Məhəmmədi  və  Mirzə  Həbibi  kənar  ediblər...  Məlum 

oldu 


ki, 

Türkiyə-Rusiya  davası  münasibətilə  bizdən 

bədgümanlıq var‖

  1


Gəncədə  mühasib  olduğu  aylarda  Cavid  ―Maral‖  faciəsi 

üzərində  işləyib,  1913-cü  ilin  yanvarında  əsəri  tamamlayır. 

Faciənin  birinci  pərdəsinin  remarkasındakı  ―hadisə  Qafqaz 

şəhərlərindən birində vaqe olur‖ sözləri də, çox güman, Gəncə 

şəhərinə işarədir. 

1913-cü ilin əvvəllərində Cavid yenə Tiflisə qayıdır. Burada 

vaxtilə Mirzə Şəfi, M.F.Axundov və X.Abovyanın dərs dediyi 

binada  yerləşmiş  məktəbdə  fars  dili  müəllimi  vəzifəsini  tutur. 

Şairin  Tiflisə  bu  yeni  səfəri  uğurlu  olur.  Fevral  ayında  Tiflis 

gürcü  şirkəti  mətbəəsində  onun  1910-cu  ildə  yazdığı  ―Ana‖ 

pyesi,  may  ayında  isə  ―Şərq‖  mətbəəsində  ―Keçmiş  günlər‖ 

adlı  ilk  şeir  məcmuəsi  nəşr  olunur.  Bu  məcmuənin  ―Keçmiş 

günlər‖ adlandırılması təsadüfi deyildi. Burada şairin həqiqətən 

keçmişdə,  1905-1909-cu  illərdə  yazdığı  bəzi  şeirləri 

toplanmışdı. Kitabın sonunda belə bir təvazökar qeyd də vardı 

ki, ―Keçmiş günləri‖ şairanə bir nəzərlə gözdən keçirənlər şeirə 

bənzər dəyərli bir şey bulamazlar. Şu  yarpaqlar yalnız hekayə 

və həsbhal tərzində qaralanmış bir takım parçalardır‖

 2



Çox  güman  ki,  ―Ana‖  və  ―Keçmiş  günlər‖i  Cavid  1911-ci 

ildə  Tiflisə  gəlirkən  nəşriyyata  vermiş,  ancaq  əsərlər  sonra, 

1913-cü  ildə  nəşr 

edilmişdir.  ―Keçmiş  günlər‖  şeir 

məcmuəsinin  axırında  müəllifin  həmin  ildə  çapa  hazırladığı 

əsərlər  haqqında  məlumat  verilmişdi.  Bu  əsərlər  ―Maral‖ 

faciəsindən,  ―Bahar  şəbnəmləri‖  adlı  şeir  məcmuəsindən  və 

sonralar ―Şeyda‖ adlandırılan ―Rəmzi‖ adlı faciədən ibarət idi. 

Arxiv materiallarından həmin ildə Cavidin nəşrə hazırladığı bu 

əsərlərdən ikisini çap olunmaq üçün Bakıya Orucov qardaşları 

nəşriyyatına  göndərdiyini  öyrənirik.  1913-cü  ildə  Məhəmməd 

Əsgərov  Tiflisdən  Suraxanıya,  Məhəmmədəli  Sidqiyə  gön- 

                                                 

1

 Rəf, arx. 25. Q-2(33) 



2

 H. Cavid. Keçmiş günlər, Tiflis, ―Şərq‖ mətbəəsi. 1911, səh. 24. 




Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə