Azərbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,29 Mb.
səhifə13/97
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51525
1   ...   9   10   11   12   13   14   15   16   ...   97

 

39 


qiymət  verirdilər.  Sidqiyə  yazılmış  və  onun  şəxsi  arxivində 

mühafizə  olunan  onlarca  məktublar  bunu  aydın  təsdiq  edir. 

Sidqinin  yaxın  dostlarından  biri  də  böyük  inqilabçı-demokrat 

yazıçı  Cəlil  Məmmədquluzadə  olmuşdur.  Sidqinin  vəfatı 

münasibətilə  ―Şərqi-rus‖  qəzetində  nəşr  etdirdiyi  bir 

məqaləsində  C.Məmmədquluzadə  yazırdı  ki,  ―Sidqinin 

vətənimizə  varid  olmaqlığı  şəhərimizin  mədəniyyət  və  maarif 

tarixi  üçün  bir  mühüm  fəqərə  oldu...  Gözəl-gözəl  xasiyyətlər 

Sidqini  Naxçıvanda  zərbi-məsəl  etmişdir.  O  hörmət  və 

məhəbbət ki camaatımız mərhuma göstərirdi, indiyə qədər heç 

bir şəxsə göstərilməyib‖

 1



M.T.Sidqinin  mühazirələri,  məktubları,  xüsusən  siyasi  və 

təbii  coğrafiyaya  aid  tərtib  etdiyi  əlyazma  dərsliyi  onun  öz 

siyasi  görüşləri  etibarilə  də  çox  irəli  getdiyini  göstərir.  Bu 

yazılarda  Sidqinin  İran  istibdadına  və  çarizmin  müstəmləkə 

siyasətinə nifrəti çox aydın duyulmaqdadır. 

Hüseyn  Cavid  ―Məktəbi-tərbiyə‖yə  14  yaşında  ikən  daxil 

olmuşdu. Bu vaxta qədər o, beş il mollaxanada oxumuş, yazı 

yazmağı  və  oxumağı  öyrənmiş,  Sədi,  Hafiz  və  başqa  şairlərin 

əsərləri  ilə  tanış  olmuş  və  12-13  yaşlarından  ―Gülçin‖

2

 



təxəllüsü  ilə  Racinin

 

təsiri  altında  bir  neçə  şeir  (mərsiyə) 



yazmışdı.  Naxçıvanda  Sidqinin  məktəbi  şöhrət  qazandığı  və 

yeniliyi  sevən  ailələr  uşaqlarını  bu  məktəbə  qoyduqları 

zamandan,  1895-ci  ildə  Hüseyn  də  o  vaxtın  maarifpərvər 

ziyalılarından  olan  Qurbanəli  Şərifovun  təşviqi  ilə 

mollaxanadan  qaçıb,  atasından  gizlin  bu  məktəbə  daxil  olur. 

Lakin Hüseynin bu sərbəst hərəkəti atasını çox narazı salmışdı. 

Görünür,  nüfuzlu  rövzəxan  oğlunu  ruhani  etmək  istəyirmiş. 

Ata  oğluna  yeni  tipli  məktəbə  getməyi  qadağan  edir.  Hüseyn 

bu  fəqərəni  müəllimi  Sidqiyə  və  Qurbanəli  Şərifova  bildirib, 

onlardan kömək istəyir. Sidqi və Şərifov, çox çətinliklə də olsa, 

Molla  Abdullanı  razı  salır,  Hüseyn  ―Məktəbi-tərbiyə‖də  qalır. 

                                                 

1

 ―Şərqi-rus‖ qəzeti, 1903, № 110. 



2

 “Gulçin‖ — Gül dəstəsi bağlayan. 




 

40 


Sonralar  Q.Şərifova  məktubunda  Cavid  yazır  ki,  ―Mən  də 

atamın  proqramı  ilə  böyüsəydim,  indi  kim  bilir  nə  məsləkdə 

idim?.. Sidqinin məktəbinə məni təşviq edən Siz oldunuz‖.

1

 



Sidqi  şagirdinin  şairlik  istedadını  görüb,  onunla  xüsusi 

məşğul  olurdu;  onu  təkcə  elmdə  deyil,  bədii  yaradıcılıqda  da 

yeni  yola  çağırırdı.  İndi  artıq  balaca  Gülçin  mərsiyə  deyil, 

müəlliminin təsiri ilə ana dilində və farsca klassik üslubda lirik 

şeirlər  yazırdı.  Sidqi  Gülçinin  şeirlərini  diqqətlə  oxuyur, 

səhvlərini  göstərir,  Azərbaycan  və  fars  klassiklərini  oxumağı 

ona  tövsiyə  edir,  bir  sözlə,  bədii  yaradıcılıqda  da  ona 

müəllimlik  edirdi.  Hüseyn  də  Sidqinin  şagirdi  adını  daşımağı 

ilə fəxr edirdi. 

1896-cı ilin axırlarında Cavidin atasının Şahtaxtıdan Sidqiyə 

yazdığı  bir  məktub  göstərir  ki,  inadkar  ata  da  yumşalmış, 

oğlunun  müəllimindən,  onun  atalıq  qayğısından  çox  razı 

qalmışdır.  Bu  məktubda  Molla  Abdulla  Sidqini  ―müəllimlərin 

müəllimi‖  adlandırır  və  oğlunu  yaxşı  tərbiyə  etdiyi  üçün  ona 

razılığını  bildirir.  Məktubda  Cavidin  öz  müəlliminə  bəslədiyi 

coşqun məhəbbətə də işarə olunurdu. Molla Abdulla yazırdı ki, 

onun  oğlu  ―Hüseyn  atasının  yanında  öz  müəllimini  çox 

tərifləmişdir‖.  Ata  da  ―Hüseynin  bu  fikri  ilə  tamamilə  şərik‖

olmuşdur. Cavidin öz müəlliminə bəslədiyi məhəbbət Sidqinin 



vəfatı  münasibətilə  Təbrizdən,  onun  ailəsinə  yazdığı  bir 

məktubda da çox aydın ifadə olunmuşdur. Bu məktubda Cavid 

yazırdı  ki:  ―Sidqinin  vəfatı  xəbərini  eşidib  elə  bildim  ki, 

həqiqət  mənim  atam  vəfat  edibdir...  İnsanın  üç  atası  olur: 

əvvəlincisi  elm  atasıdır...  Güman  edirəm  ki,  o  mərhumun 

rehləti  heç  kəsə  məndən  artıq  təsir  eləməyib  və 

eləməyəcəkdir‖

3



Cavid  ―Məktəbi-tərbiyə‖də  dərslərinə  yaxşı  çalışmaqla 

                                                 

1

 Professor Əziz Şərifin şəxsi arxivi, Cavidin məktubları. (Qeyd: monoqrafiyanın bu fəslində 

Cavidin Türkiyədən yazdığı məktublardan gətirilən parçaların hamısı professor Əziz Şərifin 

şəxsi arxivindəki avtoqraflardan götürülmüşdür). 

2

 Rəf, arx. 7, Q-2 (185). 

3

 Rəf, arx. 7, Q-3 (276). 




 

41 


bərabər,  mütaliəni  də  çox  sevər,  vaxtının  çoxunu  kitab 

oxumağa sərf edər və arabir yenə ―Gülçin‖ və ―Salik‖ təxəllüsü 

ilə  şeirlər,  qəzəllər  də  yazardı.  Bu  lirik  şeirlərdən  bir  neçəsi 

Sidqinin arxivində mühafizə olunmuşdur. Onlardan biri budur: 

 

Verdim o gün ki zülfi-pərişanə könlümü, 



Saldı nigar o zülfdə zindanə könlümü. 

Yalvardım iczinən ona bəlkə xilas edə,  

Zənciri-zülfə bağladı divanə könlümü.  

Hər qədr uydum ol ləbi-tərsa cəmalına, 

Yandırdı şəm’i-hüsni çü pərvanə könlümü.  

Gülzari-hüsnə Yusifi-dil çıxdı seyr edə, 

Saldı o yar çahi-zənəxdana könlümü. 

Etdikcə mən məhəbbət o kafər balasinə, 

Etdi cəfayi-naz ilə viranə könlümü. 

Vəslə yetirməyib, gecə-gündüz fəraqdə, 

Təbdil etdi laləsifət qanə könlümü. 

Bəzmi-visalə həsrətü ümmidvar idim, 

Saldı cilayi-firqətə məstanə könlümü. 

Gülçin binəva, oldum müridi-şeyx, 

Yandırmışam mən atəşi-hicranə könlümü.

 1

 

 

Hüseyn  bu  qəzəli  məktəbli  yoldaşlarının  yanında  müəllimi 



Sidqiyə  oxuduqda,  Sidqi  demişdir:  ―Mən  atan  Molla 

Abdullanın  yerinə  olsaydım  və  Gülçin  kimi  bir  şair  oğlum 

olsaydı,  rövzəxanlığı  buraxıb,  xanəndəlik  edərdim  və  həmişə 

Racinin yox, öz oğlumun şeirlərini oxuyardım‖. 

Şagirdlərindən  birinin:  ―müəllim!  Bu  günlərdə  Hüseynin 

atasının  səsi  batmışdır,  mərsiyə  oxuya  bilmir‖  —  replikasına 

cavab olaraq Sidqi yenə zarafatla demişdir: ―Bəlkə elə oğlunun 

səsi atasının səsini batırıb!..‖ Hüseyn utana-utana ―mənim heç 

yaxşı səsim yoxdur!‖ dedikdə müəllim.: ―Var, sənin çox yaxşı 

                                                 

1

 Rəf, arx. 7, Q-3 (309). 

 



Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə