Azərbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,29 Mb.
səhifə20/97
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51525
1   ...   16   17   18   19   20   21   22   23   ...   97

 

60 


Yenə də yarın gözəl simasının sevdası başımdadır. 

Onun üzü Yusifin üzündən gözəldir. 

Təb’imin şahbazı qanad çalaraq eşq yolunda yüksəlir. 

Aya bənzər Yusif üzünün eşqində 

Yəqub kimi iki gözüm ağlamaqdan kor olmuşdur. 

O, kaman qaşlı, ay üzlü, sərv qamətlidir. 

Camalının şöləsi ilə dünyanı işıqlandırmışdır. 

Rəftarı sərv kimi olmasa da, qaməti sərv kimidir, 

Qırmızı yaquta bənzər dodaqları meydən xoşdur. 

Onun xumar gözləri ürəyimin səbir-qərarını apardı. 

Ürkək ahuya bənzəyən ürəyim onun gözəl gözlərinin şikarı 

olmuşdur. 

Qamətim o sənəmin zülfü kimi bükülmüşdür. 

Bu bəlalı könül o dilbərin qıvrım saçlarının əsiridir. 

Zahid! Sənin nəsihətlərin bizə xeyir verməz, 

Bizcə nigarın dodaqları abi-kövsərdən xoşdur. 

―Gülçin‖ üçün yarın visalı yanında behişt bir heçdir. 

Bizim sevgilimiz behiştdəki hurilərdən qat-qat gözəldir. 

 

İlk  şeirlərini  farsca  yazan  Cavid  sonralar  müəllimi 



M.T.Sidqinin  təsiri  altında  azərbaycanca  da  şeirlər  yazmışdır. 

Onun keçən fəsildə misal gətirdiyimiz ―Verdim o gün ki zülfi-

pərişanə könlümü‖ misrası ilə başlanan qəzəli və yenə Sidqinin 

arxivində  mühafizə  olunan  və  üzərində  ―Hüseyn  Rasizadənin 

şeirlərindən‖  qeydi  olan  aşağıdakı  qəzəli  də  şairin 

azərbaycanca  yazdığı  ilk  qəzəllərdə  Sidqinin  qüvvətli  təsiri 

olduğunu göstərir: 

 

Məndən fələk ayırdı vəfapişə yarımı, 



Tar etdi zülfi-yar kimi ruzigarımı. 

Səbrim tükəndi, yox qəmi-hicranə taqətim,  

Hicri-nigar əlimdən alıb ixtiyarımı. 

Bir əhli-dərd yoxdu bu viranə şəhrdə, 

Tainki şərh edəm ona mən qəlbi-zarımı. 



 

61 


Dərdi-fəraq dəhrdə bir müşkül əmr imiş, 

Ya rəb, tükətdi taqətü səbrü qərarımı. 

Bəzmi-visalə məhrəm olan vaxtda bilmədim, 

Məndən kənar edər fələk ol gülüzarımı. 

Bir aşiqəm ki, laləsifət tuş qılmışam  

Tiği-bəlayə mən bu dili-dağidarımı. 

Ya rəb, əsib səmumi-cəfa bir dəqiqədə — 

Qıldı əvəz xəzanə mənim növbaharımı...  

Hər kəs ki, Salika, çəkib eşqin bəlasını — 

Mən’ eyləməz görəndə mənim ah-zarımı.

 1

 

 

Cavidin  ilk  şeirlərindən  əlimizdə  olan  bu  dörd  qəzələ 



əsasən, ehtimal şəklində olsa da, demək olar ki, onun ilk qələm 

təcrübələrində kədər əsas motivdir. Lakin bu hələ ictimai kədər 

səviyyəsinə

 

yüksələ bilməmiş, daha çox fərdi, intim hisslərdən 



ibarət  olmuşdur.  İkinci  tərəfdən,  ilk  qələm  təcrübələrində  şair 

klassik  məhəbbət  lirikasının  qüvvətli  təsiri  altındadır.  Bədii 

forma, surətlər nöqteyi-nəzərindən onlarda orijinallıq çox azdır. 

Cənubi Azərbaycanda, Təbrizdə olduğu illərdə Cavidin şeir 

yazıb-yazmadığı  hələlik  bizə  məlum  deyildir.  İstanbulda 

oxuduğu  illərdə  isə  o,  bir  neçə  şeir  yazmışdır.  Bunlar  da 

―Rəqs‖,  ―Hər  yer  səfalı‖,  ―Çəkinmə,  gül‖,  ―Pənbə  çarşaf‖, 

―Xuraman-xuraman‖,  ―Uyuyur‖,  ―Mən  istərəm‖,  ―Kiçik  bir 

lövhə‖, ―Şeir məftunu‖, ―Dəniz pərisi‖, ―Son baharda‖, ―Yadi-

mazi‖,  ―Ah,  yalnız  sən!‖  və  ―Hali-əsəfiştimalimi  təsvirdə  bir 

ahi-məzlumanə‖ şeirlərindən ibarətdir. 

İlk  qəzəllərə  görə  üslub,  bədii  forma  cəhətindən  bu  şeirlər 

qismən  yeni  idi.  Lakin  məzmunca  bunlarda  da  ciddi  bir 

orijinallıq,  yenilik  görünmürdü.  Bu  şeirlərin  də  çoxunun  lirik 

qəhrəmanı zamanın ictimai-siyasi həyatından uzaq düşmüş, öz 

məhdud, şəxsi, həm də mücərrəd arzu və həsrətləri ilə əylənən, 

təbiətə  və  gözəlliyə  məftun  olmuş,  sadəlövh,  xəyalpərvər, 

                                                 

1

 Rəf, arx. 7 Q-3 (309) 



 


 

62 


sentimental  bir  gənc  idi.  Bu  gənc  lirik  qəhrəman  gah  xəyalın 

doğurduğu süni sevinclərə qərq olur, gah da yenə daxili, dəruni 

hisslərin  yaratdığı  ağır  kədərə,  ümidsizliyə  düçar  olur,  lakin 

onun  nədən  razı  və  nədən  narazı  olduğu  aydın  olmur.  ―Rəqs‖ 

şeirindən gətirdiyimiz aşağıdakı parça buna misal ola bilər: 

 

Ruhim yenə ləbrizi-səadət... 



Ya rəb, bu nə tufani-lətafət?! 

Göydən yerə enmiş kimi cənnət, 

Yer-yer saçılır nuri-məsərrət,  

Həp qol-qola pürşövqü şətarət, 

Rəqs etmədə azadeyi-sənət,  

Ərvahi-lətifi-mələkiyyət. 

...Əfsus ki, ömrüm kimi hər an,  

Hər xətvədə bu leyli-zərəfşan  

Bir heçliyə olmaqda şitaban,  

Həsrətlə baxıb iştə uzaqdan  

Dan ulduzu guya edər elan: 

―Yaxlaşmada artıq dəmi-hicran. 

Ey məsti-məhasin olan insan! 

Al! İştə günəşdən sizə fərman!

 1

 

 

Məzmun  cəhətindən  həyəcanlandırıcı  xəyallar,  fövqəladə, 



mücərrəd  mənəvi  səadət  həsrəti,  forma  cəhətindən  isə  süni 

pafos,  dəbdəbəli  üslub,  fars  və  ərəb  sözləri,  tərkibləri  ilə 

ağırlaşdırılmış  qəliz  dil  bu  şeirlərin  çoxunun  əsas  xüsusiyyəti 

idi. 


Cavidin  Türkiyədə  oxuduğu  illərdə  belə  şeirlər  yazması 

təsadüfi  deyildi.  Bu  haman  illər  idi  ki,  türk  ədəbiyyatının 

parlaq  dövrü  sayılan  tənzimat  ədəbiyyatı  son  günlərini 

yaşayırdı.  Hələ  əsrin  əvvəllərində  tənzimatçıların  son  ədəbi 

orqanı  olan  ―Sərvəti-fünun‖  bağladılmışdı,  Türkiyənin  ən 

qabaqcıl 

yazıçıları 

sultan 


Əbdülhəmid 

tərəfindən 

                                                 

1

 Hüseyn Cavid. Seçilmiş əsərləri, Azərnəşr, Bakı, 1958, səh. 519-520. 




Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə