Azərbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,29 Mb.
səhifə28/97
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51525
1   ...   24   25   26   27   28   29   30   31   ...   97

 

85 


dövrdə  şairdə  hələ  inkarçılıq  meyli  axtarıcılıq  meylindən 

qüvvətli idi. Bu inkarçılıq da hələ yeni, aydın bir fəlsəfi görüşə 

arxalanmırdı.  Şair  hər  nə  qədər  köhnə  fəlsəfələrdən  üz 

döndərsə  də,  hələ  özü  də  görüşlərinin  həm  qüvvətli,  həm  də 

zəif  cəhətləri  etibarilə  bu  fəlsəfələrin  təsiri  altında  idi.  Cavid 

özü də hələlik yeni əsrə, əsasən, qoca, mütəfəkkir Şərqin gözü 

ilə baxırdı. Onun şeirində sanki bu qoca, mütəfəkkir Şərq nə di- 

lini,  nə  də  əməlini  aydın  dərk  edə  bilmədiyi  XX  əsr  adamının 

qarşısında heyran-heyran durub, bu dəhşətli zamanların işindən 

heç nə anlamadığını danışırdı: 

 

Bir oyuncaqdır cahan başdan-başa, 



Qafil insanlarsa, bənzər sərxoşa, 

Səndələr hər kəs əməlsiz, qayğısız.  

Həpsi kəndindən xəbərsiz, sayğısız. 

Söyləşirlər anlaşılmaz sözləri,  

Həp baxarlar, görməz amma gözləri...

 1

 

 

Bu  fəlsəfi  çaşqınlıq  bəzən  şairin  lirikasına,  bir  çox 



romantiklərdə  olduğu  kimi,  ifrat  bir  fərdiyyətçilik  qüruru, 

şəxsiyyəti  cəmiyyətə  qarşı  qoymaq  meyli,  bir  növ  Şərq 

dekadentizmi  ruhu  və  fəlsəfi  eklektizm  gətirirdi.  Şair  özünün 

―çünki həp cəhlə doğru hər addım‖ kimi yanlış mülahizələrinə 

əsaslanıb, insan kamalını və idrakını, insanın cəmiyyətdəki fəal 

ictimai rolunu da bəzən şübhə altına alırdı: 

 

―Mən nəyim?‖ Kəndim də bilməm, vaz keçin, 



―Sən nəsin?‖ Boş bir sual insan için. 

...Göz, qulaq, — görmək, eşitmək aləti, 

Çox zaman aldatmış insaniyyəti.  

Hər nə göstərsəm, nə söylərsəm sizə, 

Etibar etməzsiniz heç bir sözə. 

...Çünki anlaşmaq deyildir pək qolay. 

                                                 

1

 H.Cavid. Seçilmiş əsərləri, səh. 539-540 




 

86 


Laylalaylay, laylalaylay, laylalay!..

 1

 

 

Dini-idealist  görüşləri  şübhə  altına  alması,  yeni  həyat 



problemlərinin  həllində  köhnə,  idealist  fəlsəfi  sistemlərin 

gücsüz  olduğunu  dərk  etməyə  başlaması  şairin  qüvvətli  cəhəti 

idisə,  hələlik  yeni  bir  fəlsəfi  sistemə  möhkəm  bağlana 

bilməməsi də onun zəif tərəfi idi. 

 

3. ĠLK DRAMLARI 

 

―Ana‖ və ―Maral‖ 

 

1910-cu ildə Cavid birpərdəli mənzum ―Ana‖ dramını yazır. 



Bu  əsərdə,  hər  şeydən  əvvəl,  şairin  görüşlərində  yavaş-yavaş 

formalaşmağa  başlayan  demokratizm,  varlıların  və  zalımların 

azğınlığına,  feodal  adət-ənənələrinə,  qadın  hüquqsuzluğuna 

qarşı onun nifrəti əks olunmuşdu. İkinci tərəfdən ―Ana‖ gərgin 

dramatik  konfliktlər  və  xarakterlər  yaratmaqda  Cavidin  xüsusi 

istedada  malik  olduğunu  göstərirdi.  Əsərdə  alicənablıqla 

xudbinlik,  mərdliklə  namərdlik,  sadəliklə  lovğalıq  kimi  zidd 

mənəvi  keyfiyyətlər  qarşılaşdırılmış  və  bütün  bunlar  canlı 

xarakterlərdə göstərilmişdi. 

Xarakterlərin  mühüm  ictimai  məzmuna  malik  olması 

xüsusilə  diqqəti  cəlb  edirdi.  Dramaturqun  yaratdığı  surətlər 

mövqeləri, eləcə də əxlaqi, mənəvi  keyfiyyətləri etibarı ilə iki 

cəbhəyə ayrılırdılar: yoxsullar və varlılar. 

Müəllif  nə  qədər  gözəl,  insani  sifətlər  varsa,  yoxsullarda, 

sadə insanlarda tapır, nə qədər mənfi əxlaqi keyfiyyətlər varsa, 

bunların çoxunu hakimlik,  ağalıq,  bəylik, xanlıq  ehtiraslarında 

görürdü. 

Dramın  mövzusu  Dağıstan  həyatından  alınmışdır.  Səhnə 

―Dağıstanda  otlu,  ağaclı  bir  bağça  ərz  edər.  Bağçanın  ucunda 

sadə  və  fəqiranə  bir  evciyəz  görünür‖.  Bu  sadə  və  fəqiranə 

                                                 

1

 



H.Cavid. Seçilmiş əsərləri, səh. 536.

 



 

87 


evciyəzin sahibi yoxsul bir ailənin pərəstarı olan ixtiyar qadın 

Səlmadır.  Bu  yoxsul  ana  el  arasında  alicənablığı, 

insanpərvərliyi,  cəsarəti,  böyük  ürəkliliyi  ilə  tanınmışdır. 

Dramaturq  bu  xarakteri  hərəkətdə  göstərməklə  bərabər,  onun 

simasını başqa surətlərin dili ilə də izah edir. 

 

Gəzdim, dolaşdım, uğradım hər elə, 



Mən boylə bir qadın görmədim hələ. 

Böyüklükdə, mərhəmətdə seçilmiş, 

Alicənablıq boyuna biçilmiş

 1

. 



 

Səlma  həm  də  igid  bir  oğul  anasıdır.  Onun  oğlu  Xanpolad 

bir  ildən  çoxdur  ki,  uzun  səfərə  çıxmış,  hələ  qayıtmamışdır. 

İndi  Səlma  yoxsul  evciyəzində  Xanpoladın  nişanlısı,  çərkəs 

qızı  gözəl,  vəfalı  İsmətlə  yaşayır.  İsmət  də  kimsəsiz, 

əqrəbasızdır.  O  da  yoxsul  ailədəndir.  Səlma  İsməti  öz  doğma 

balası kimi sevir, əzizləyir, ona həqiqi analıq edir. Səlma kimi 

İsmət  də  gözəl  insani  sifətlərə,  yüksək  əxlaqi  keyfiyyətlərə 

malikdir.  Varlı  ailələrdən  olan  bir  çoxları  İsmətlə  evlənmək 

istəyir.  Lakin  qız  yoxsul  Xanpoladı  hər  kəsdən  yüksək  tutur. 

Gözəl,  təmiz  əxlaqa,  nəcib,  incə  bir  ürəyə  malik  olan  İsmət 

Xanpoladı  mərdliyinə,  igidliyinə,  namuslu  və  alicənab 

olduğuna  görə  seçmişdir.  İsmətin  yeganə  qardaşı,  Xanpoladın 

yaxın,  sədaqətli  dostu  Səlim  də  bacısının  bu  qərarını 

bəyənmişdir. 

Xanpoladın  uzaqda  olmasından  istifadə  edərək  namərd, 

xudbin  xanzadə  Orxan  öz  varına,  dövlətinə  və  ―əsil-

nəcabətinə‖  arxalanıb,  İsmətə  ―elani-eşq‖  edir,  yoxsul 

Xanpoladı  atıb  onunla  evlənməsini  təklif  edir.  Vəfalı  İsmət 

Orxanın  bu  namərd  hərəkətini  nifrətlə  qarşılayır,  onun  yersiz 

təklifini qətiyyətlə rədd edir: 

 

Artıq yetər, allah için, çəkil get!  



                                                 

1

 H.Cavid. ―Ana‖, Tiflis, Gürcü Şirkət Mətbəəsi, 1913, səh. 31. 




Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə