Azərbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,29 Mb.
səhifə24/97
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51525
1   ...   20   21   22   23   24   25   26   27   ...   97

 

73 


Lazım təbib kim, bilə bilsin də sağlığı, həyatı qucaqlasın!

 1

 

 

Məhəmməd Hadi ―Əlvahi-nəfasət‖ şeirini Cavidə ithaf etmiş 



və  sərlövhənin  altında  ―Şairi-nəsihətpərvər  Hüseyn  Cavid 

bəradərimə‖  sözlərini  yazmışdı.  Lakin  o  öz  şair  qardaşına 

mədhiyyələr  oxumamış,  onu  tənqid  etmiş,  ―işıqla  qaranlığı 

fərqləndirməyi‖  bacaran  parlaq  düşüncəyə  malik  olmağa, 

qabaqcıl sənət yolu ilə getməyə çağırmışdı. 

Cavidin  vətənə  qayıtdığı  1909-cu  ildə  və  ondan  sonrakı 

illərdə 1905-ci il inqilabı ideyaları və bolşevizm ideyalarından 

ruhlanan  mollanəsrəddinçilər  mürtəce,  əksinqilabi  fikirlərə, 

millətçiliyə,  istismara,  burjua-mülkədar  əxlaqına  və  imperi-

alist  burjua  fitnəkarlığına  qarşı  geniş  bir  mübarizə  cəbhəsi  aç- 

mışdılar. Cavid vətənə qayıtdıqdan sonra belə bir yeni tələbkar 

ədəbi  mühitlə  əhatə  olunmuşdu.  Bu  da  onun  yaradıcılığına  və 

görüşlərinə öz müsbət təsirini göstərirdi. 

1910-1911-ci  illərdə  yazılmış  ―Öksüz  Ənvər‖,  ―Kiçik 

sərsəri‖,  ―Vərəmli  bir  qız‖,  ―Bir  qızın  son  fəryadı‖  və 

―Gecəydi‖ şeirlərində Caviddəki mənəvi təbəddülat daha aydın 

hiss olunurdu. Bu şeirlər artıq fərdi, intim hisslərdən uzaq idi. 

Ədalətsiz ictimai mühitin bədbəxt etdiyi vətəndaşların həyat 

faciəsi,  küçələrə  atılmış  kimsəsiz,  yetim  uşaqların  dərdi, 

iniltisi,  köhnə  adət-ənənələrin,  feodal  əxlaq  normalarının 

qurbanı  olan,  dərdi  başından  aşmış,  kimsəyə  açılmamış  gizli 

qəmlərin  əlində  vərəm  almış  Şərq  qadınının,  Azərbaycan 

qızları  və  gəlinlərinin  fəryadı,  ―altun  və  dəbdəbə‖  əsiri  olan 

yüksək  cəmiyyət  gözəllərinin  vəfasızlığı  ucundan  həyat  və 

səadətdən əbədilik əlini üzmüş gənclərin məhv olmuş əməlləri 

bu şeirlərin əsas məzmununu təşkil edirdi. 

Budur:  oxuduğu  sinifdə  həmişə  dərsdə  və  əxlaqda  bi- 

rinciliyi  qazanan  doqquz  yaşlı  balaca  Ənvər  neçə  gündür  ki, 

susur, dinib-danışmır; dindirəndə də sel kimi göz yaşları tökür, 

hıçqırıqlarla  boğulur.  Ənvər  çoxdandır  ki,  atadan  yetim 

                                                 

1

 M.Hadi. Seçilmiş əsərləri, ADU nəşriyyatı, Bakı, 1957, səh. 269-270. 




 

74 


qalmışdır. İndi bir neçə gündür ki, yeganə ümidi, təsəllisi olan 

kimsəsiz,  əqrəbasız  anasını  da  itirmişdir.  Ata  yox,  ana  yox, 

cəmiyyətdə  də  kimsəsiz  uşaqların  tərbiyəsi  qeydinə  qalan  bir 

müəssisə,  bir  qanun  yoxdur.  Bəs  bu  yurdsuz,  kimsəsiz 

istedadların  axırı,  bu  zavallıların  taleyi  nə  olacaqdır?  (―Öksüz 

Ənvər‖). 

Yaxud  həyatın  başqa  bir  lövhəsi:  hər  bir  hüququ  tap- 

dalanmış,  bütün  arzuları  gözündə  qalmış,  əsarətdə  yaşayan 

gənc  Azərbaycan  qızı  öz  dərdlərini  yaxın  bir  adama  demək 

imkanından  məhrumdur.  O,  qəmli  ürəyini  ancaq  təbiətə,  aya, 

ulduza  aça  bilir.  Bəxtiyar  səyyarələr  isə  nə  bilirlər  ki,  yer 

üzündə əsarətdə yaşayan şərqli qızlar nə çəkirlər? 

 

Ürəkdə qaldı məramım, duyulmaz oldu səsim! 



Gözümdə qalmadı nur, ah, iştə son nəfəsim!.. 

Məzalim atəşi yaxdıqca qovrulur bədənim, 

Nə hali-müdhiş! Aman, son günüm bumuydu mənim?! 

Solub bahari-şəbabım, dəyişdi hər halım; 

Bu surətim, bu vücudum, bu dönmüş iqbalım...

1

 



 

Başqa  bir  qəmli  hadisə:  gecədir,  milyonerlərə  məxsus 

böyük,  təntənəli  bir  binanın  balkonu  qarşısında  solğun  çöhrəli 

bir  gənc  ziyalı  dayanmışdır.  İçəridəkilər  kef-nəşəyə  dalıb,  şən 

qəhqəhələrlə gülürlər. Onlardan biri də vaxtilə bu gəncə könül 

verən,  sonra  isə  ―altun  və  dəbdəbəyə‖  aldanıb  vəfasız  çıxan 

―əski sevgilidir‖. Solğun baxışlı gənc kədərli, yorğun, xəstə bir 

halda  balkonun  qarşısında  çətin  nəfəs  ala-ala  məcnun  kimi 

inləyib fəryad edir: 

 

Nə oldu? Söylə, neçin, böylə bivəfa çıxdın? 



Şikəstə könlümü bilməm neçin yaxıb-yıxdın? 

Neçin ümidimi məhv eylədin? Nədən bıkdın?

2

 

                                                 

1

 ―Bir qızın son fəryadı, yaxud zindan guşəsindən bir səs‖, H.Cavid. Seçilmiş əsərləri, səh. 550. 



2

 ―Bir qızın son fəryadı, yaxud zindan guşəsindən bir səs‖, H.Cavid. Seçilmiş əsərləri, səh. 501. 




 

75 


 

Gənc  romantik  aşiq  təntənəli  salon  gözəllərindən  əhd-

peyman, sədaqət,  vəfa,  mehribanlıq  umur.  İnsana məxsus  olan 

bütün  bu  gözəl  sifətləri  isə  altun  və  dəbdəbə  hərisliyi  çoxdan 

ayaqlayıb  keçmişdir.  Gəncin  ah-fəryadına  içəridən  istehzalı, 

―sitəmli  qəhqəhələr‖  cavab  verir.  O  isə  təhqir  edildiyini, 

aldandığını  görüb,  revolverini  çıxarır,  dərdlər,  ələmlərlə  dolu 

olan ürəyini nişan alır. 

Əlbəttə, bu şeirlər də həyat dəyişmək qüvvəsinə malik olan, 

tam,  mübariz  sənət  nümunələri  sayıla  bilməzdi.  Bununla  belə 

Türkiyədə  yazılmış  şeirlərə  görə  bunlar  müəyyən  ictimai 

məzmunu  olan  əsərlər  idi.  Bu  şeirlərdə  şair  artıq  öz  məhdud 

şəxsi hissləri ilə deyil, məhkum insanların taleyi ilə məşğul idi; 

o, zalım mühitin bədbəxt etdiyi insanlar haqqında düşünürdü. 

Yeni  şəraitin  və  ədəbi  mühitin  Cavid  yaradıcılığına  təsiri 

onun  ―Bakıda‖,  yaxud  ―Bakıda-Balaxanı  neft  mədənlərinə 

gedirkən  Məsud  ilə  Şəfiqə  arasında  bir  müsahibə‖

1

 şeirində 



özünü  daha  aydın  göstərmişdi.  Şeirdə  Bakı  fəhlələrinin  ağır 

həyatından,  sahibkarlar  tərəfindən  onların  amansız  istismar 

edilməsindən bəhs olunur. 

İki ziyalı gənc 

— 

Şəfiqə və Məsud Balaxanı 



neft 

mədənlərini 

gəzməyə çıxmışlar. Şəfiqə ağıllı, 

mər


həmətli, həssas bir qızdır. 

Ancaq  onun  hələ  həyat  təcrübəsi  yoxdur,  üstəlik  bir  az  da 

romantik,  xəyalpərvərdir.  Gənc  qız  neft  mədənlərində  çalışan 

Bakı  fəhlələrinin  həyatı,  məişəti  haqqında  aydın  təsəvvürə 

malik  deyildir.  Odur  ki,  Balaxanı  neft  buruqları  uzaqdan  ona 

yaşıl  bir  meşə,  şairanə  bir  sərvlik,  buruqlarda  çalışan  fəhlələr 

isə sərvlikdə gəzən şən, qayğısız insanlar kimi görünür. Məsud 

isə  fəhlələrin  həyatı  və  acınacaqlı  taleyi  ilə  yaxından  tanışdır. 

O,  Şəfiqəyə  fəhlələrin  nə  qədər  çətin  zəhmət  şəraitində 

işlədiklərini,  yaşamaq  üçün  nə  qədər  ağır  məşəqqətlərə 

dözdüklərini başa salır: 

Yığın-yığın bəşəriyyət o müzlim ormanda  

                                                 

1

 Bu şeirin ilk variantı 1909-cu ildə nəşr edilmişdir. 




Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə