Azərbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,29 Mb.
səhifə23/97
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51525
1   ...   19   20   21   22   23   24   25   26   ...   97

 

70 


Cavidə  də  öz  təsirini  göstərir.  Şairdə  həyatla  qaynayıb 

qarışmaq meylləri qüvvətlənir. Yeni şərait onun da qəlbində bir 

ümid çırağı yandırır. Türkiyədə yazdığı şeirlərdən fərqli olaraq, 

yeni  şeirlərində  Cavid  bədbinliyi,  ümidsizliyi  pisləyir,  onları 

zəiflik, gücsüzlük əlaməti hesab edir. ―Otuz yaşında‖ şeirində, 

şair  taleyindən  narazı  olan  anaları  ümidlə  yaşamağa,  yeni, 

nikbin bir nəslin tərbiyəçisi olmağa çağırır: 

 

Bu gün sıxıntılı zənn etdiyin sürəkli həyat,  



Həyat, ailə bilsən yarın nasıl sevilir? 

Çoluq-çocuq sana ithaf edər də xoş nəğəmat, 

O dəm gözündə cahan pərdə-pərdə cilvələnir?

 1

 

 

―Qadın‖  sərlövhəli  başqa  bir  şeirində  Cavid  Şərq  qadınını 



hüquq,  azadlıq  uğrunda  mübarizəyə  çağırır,  çadranı  zülmət 

pərdəsi adlandırır: 

 

Qadın, ey sevgili həmşirə, oyan! 



Ana! Ey nazlı qadın, qalx! — Uyuyan — 

Daima mövt ilə həmduş oluyor, 

Zillü möhnətlə həmağuş oluyor. 

...Oluyor iştə hüququn pamal, 

Çalış, öyrən, ara, bul, haqqını al! 

Pərdeyi-zülmət içindən sıyrıl! 

Qəhrəmanlar kimi qovğaya atıl!

 2

 

 

Bu  yeni  şeirlərdə  artıq  əvvəlki  bədbin,  ümidsiz  şair  yavaş-



yavaş başqalaşır,  yavaş-yavaş  aradan  çıxır, onu artıq məhdud, 

qaranlıq  şəxsi  mənəvi  aləmindən  kənara  çıxan,  tədriclə  həyat 

həqiqəti  ilə,  gerçəkliklə  hesablaşan  başqa  tipli  bir  şair  əvəz 

edirdi. 


Vətənə  qayıtdıqdan  sonra  yeni  ictimai-siyasi  həyat  və  yeni 

                                                 

1

 ―Otuz yaşında‖ H.Cavid. Seçilmiş əsərləri, səh. 500. 



2

 ―Qadın‖, yenə orada, səh. 506-507 




 

71 


ədəbi  mühit,  hətta  ayrı-ayrı  qabaqcıl  yazıçılar  da  Cavidin 

mənəvi  inkişafına  müsbət  təsir  edirlər.  Bu  yazıçılar,  şairin 

yaradıcılığında  və  görüşlərində  olan  zəif  cəhətləri  tənqid  edir, 

ona  doğru  yol  göstərirdilər.  Bu  həqiqəti  təsdiq  etmək  üçün 

təkcə  bir  faktı  göstərmək  kifayətdir.  Cavid  Türkiyədə  təhsil 

aldığı illərdə ―Pənbə çarşaf‖ adlı bir şeir də yazmış və burada 

qadına olan köhnə, mürtəce baxışları əks etdirmişdi. Bu şeirdə 

Cavid  qadınların  örtünməsində,  çadraya  bürünməsində  xüsusi 

bir  cazibə,  incəlik,  lətafət  görür,  çadranı  ulduzları  saran 

şəfəqlərə,  gülə  başqa  bir  gözəllik  verən  yarpağa,  gözəl  rəsm 

əsərini bəzəyən kölgələrə bənzədirdi. 

 

... O vücudi-lətifi qoy sarsın  



Nurdən işlənən ipək tellər, 

Məncə məğrurü möhtəris baxışın  

Ruhi təltif için kifayət edər... 

 

Müəllif şeirin sonunda: 



 

Örtün! Örtün, fəqət unutma, saqın! 

Sənin açmaq zamanın: iştə yarın

 1

 — 



 

—  deyə  gələcəkdə  çadranın  aradan  qaldırılacağına  şübhə 

etmədiyini  bildirirdisə  də,  bu  heç  də  qadına  olan  köhnəlmiş, 

mürtəce baxışı ört-basdır edə bilmirdi. Qeyd etmək lazımdır ki, 

bu,  Cavidin  çadranı,  örtünməyi  müdafiə  edən  ilk  və  son  şeiri 

olmuşdur.  Şair  vətənə  qayıtdıqdan  sonra  özü  yeni  şeirlərində 

bu  fikrin  əleyhinə  çıxmışdır.  Bununla  belə  ―Pənbə  çarşaf‖ 

şeirinin  mətbuatda  nəşr  olunması  Azərbaycanın  qabaqcıl 

yazıçılarını çox qəzəbləndirmişdi. Şair Məhəmməd Hadinin bu 

şeir  münasibətilə  yazdığı  ―Əlvahi-nəfasət‖  adlı  məşhur  şeiri 

bunu  aydın  təsdiq  edir.  M.Hadi  qəzəb  və  kinayə  ilə  dolu  olan 

bu  şeirində  çadranı  müdafiə  etməyi  cəhalət,  nadanlıq, 

                                                 

1

 ―Bahar şəbnəmləri‖, Bakı, 1917, səh. 21-22. 




 

72 


düşüncəsizlik adlandırır, bu mürtəce fikri azadlıq, mədəniyyət, 

tərəqqi  və  inkişaf  əleyhinə  çevrilmiş  bir  görüş  hesab  edir, 

qadınlara  ―örtün!‖  deyə  məsləhət  verməyi  həyatdan  geri 

qalmaq,  müasir  həyatın  ruhunu,  tələbini  anlamamaq  əlaməti 

kimi  qiymətləndirirdi.  Cavidin  əksinə  olaraq,  M.Hadi  qadını 

zülmət  içində  boğulan  nura,  çadranı  gülüzlü  səhərin  üzünü 

tutan  qaranlıq  gecəyə  bənzədir,  sənət  yollarında  bu  qaranlıq 

gecəni  əridən  bir  ildırım  olmaq  lazım  gəldiyindən  danışırdı. 

Şeir aşağıdakı beytlə başlanırdı: 

 

Bir yıldırım olsam da, əritsəm gecələrdən, 



Bir parça olan örtüyü gülüzlü səhərdən! 

 

M.Hadi ―Pənbə çarşaf‖ şeirinin, demək olar, hər misrasına 



cavab verir, qüvvətli bir məntiqlə Cavidin bütun fikirlərini alt-

üst edirdi: 

 

Mən istəməm də öpsün o cinsi-lətifi, ah, o məlun niqablər! 



Nurdan hörülsə də üzü tutmuş olan siyah, yerə keçsin hicablər! 

... ―Örtün‖ deyirsən. 

Mən istəməm bu örtüyü, ey şair, istəməm! 

... Mən pənbə çarşafın da ədüvvi-həyatıyam, ölsün niqablər! 

... ―Çarşaf!‖ Bunu qovmalıyız həp lüğatdən, yaşasın  

ləfzi-inkişaf! 

...Doğmaz zəmini-Şərqdə ruhi-tərəqqiyat, doğmazsa inqilab! 

... Ey canlı kölgələr, baxın ülvi cahanlara! 

Sizi yüksəlmiş istərəm. 

Mən ölmədən siz dirilin, kamyab olun! 

Görsün bu gözlərim. 

Yüksəklənin, işıq yaradan afitab olun! 

Parlaqmı sözlərim? 

Parlaq düşüncə istər işıqla qaranlığı  

Ayırsın və anlasın! 



Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə