Azərbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,29 Mb.
səhifə31/97
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51525
1   ...   27   28   29   30   31   32   33   34   ...   97

 

94 


Təkcə  Nadir  bəy  deyil,  burjua-mülkədar  mühitinin 

yetişdirdiyi  yeni  nəsil  nümayəndələri  Cəmil  bəy,  Humay, 

Aslan  və  Maral  surətləri  də  mühafizəkarlığa  qarşı  çıxan  yeni 

tipli  insanlardır.  Onlar  turxanbəylər  mühitində  dolaşsalar  da, 

əslində bu mühitin tələbləri, adət-ənənələri ilə deyil, başqa bir 

həyat,  gələcək  arzusu  ilə  yaşayan  romantik  gənclərdir. 

Onlardan  heç  biri  mövcud  quruluşu  dəyişdirmək  haqqında 

düşünmür,  bu  səviyyəyə  çata  bilmir;  lakin  hər  necə  olsa  da, 

onlar  müəyyən  mənada  yeni  səciyyəli  gənclərdir.  Bu  yeni 

xarakterlər içərisində dolaşdıqları mühitə, köhnə adət-ənənələr 

çərçivəsinə,  ―çulsuz,  noxtasız  uzunqulaqlar‖  mühitinə,  şəhər 

qazılarının  əxlaqı  və  görüşü  çərçivəsinə  sığmırlar.  Onlar 

köhnəliyi  ayaqlayıb,  yeni  həyat  yollarına  çıxmağa  can  atırlar, 

yeni  ailə  qurmaq,  köhnə  adət-ənənələrdən  ayrılmaq  istəyirlər, 

lakin  köhnəlik  buna  mane  olur.  Buradan  da  bu  yeni  nəslin 

faciəli həyatı başlanır. 

Bu  nəslin  nümayəndələri  içərisində  Cəmil  bəyin  taleyi 

dramaturqu  ayrıca  düşündürmüşdür.  Ümumiyyətlə  Hüseyn 

Cavidin  romantizmini  və  onun  romantik  qəhrəmanlarının 

səciyyəsini  yaxşı  başa  düşmək  üçün  Cəmil  bəy  surəti  kifayət 

qədər təsəvvür verir. 

Mühafizəkar 

mülkədarlığa 

qarşı 


qoyulmuş 

Cəmil 


yeniyetmə, ―nəcib, incə ruhlu‖ maarifpərvər bir gəncdir. Əsərin 

remarkasında  Cəmilin  atası  Turxan  bəy  ―qarnıyoğun‖, 

―şişmanca‖ bir mülkədardır; Cəmil isə 27 yaşlı, ―zəif əndamlı, 

zəif vücudlu, incə ruhlu, həssas‖ gənc bir hüquqşünasdır. İkinci 

pərdədə  gənc  hüquqşünas  öz  atası  və  onun  kimi  köhnəpərəst, 

qoluzorlu, kütbeyin, zülmkar mülkədarlar haqqında deyir: ―Zor 

etmək  deyil,  insanı  qəhr  etmək  belə  onlarca  əhəmiyyətsiz  bir 

işdir‖.  Cəmil  özü  isə,  tamamilə  əksinə,  insanlıq  aşiqi,  həyat 

aşiqidir, sevmək və sevilmək üçün yaradılmış bir xilqətdir. Bu 

o  deməkdir  ki,  dramaturq  ata-oğulu  şüur  və  əxlaqca 

fərqləndirdiyi kimi, zahiri portretləri ilə də fərqləndirir. Şübhə- 

siz  ki,  bu  sadəcə  bir  ata  ilə  bir  oğul  arasında  olan  fərq  deyil, 




 

95 


ümumiyyətlə  müəllifin  fikrincə  yeni,  mədəni  nəsil  ilə  köhnə, 

mühafizəkar nəsil arasında olan bir fərqdir. 

Biz 

zəif  vücudlu  Cəmili  sentimental  romanların 



qəhrəmanları  kimi  daim  məhzun,  yorğun,  fikirli,  dalğın, 

düşüncəli  görürük.  O  mümkün  qədər  insanlardan  qaçmağa 

çalışır,  təkliyi,  tənhalığı  sevir.  Gənc  hüquqşünasın  ən  yaxın 

həmdəmi  kitablardır.  Həmişə  əlində  kitab  gəzdirir.  Onun 

haqqında  deyirlər:  ―Cəmil  kimsəyə  qarışmaz,  daim  tək  və 

kədərlidir‖.  Biz  başa  düşürük  ki,  dramturq  Cəmili  şüurlu 

surətdə,  müəyyən  məqsədlə  belə  göstərmişdir.  Axı  onun  bu 

romantik qəhrəmanı çox ağır şəraitdə, həmişə öz həmcinslərini 

qəhr  etməyə  hazır  olan  köhnə  fikirli,  zülmkar  turxanbəylər 

mühitində  yaşayır,  bu  mühiti  bəyənmir.  O,  başqa  bir  mühit, 

başqa bir yaşayış arzu edir. Cəmil oxuduğu kitablardan olsa da, 

sabahın, özü kimi incə ruhlu, mərhəmətli insanların arzularına 

tam  uyğun  gələn  mədəni  bir  həyatın  xoş  ətrini,  rayihəsini 

duyur. Arzu edilən bu həyat isə hələ yoxdur. Belə olduğu halda 

Cəmil  necə  dalğın,  fikirli  və  pərişan  görünməyə  bilər? 

Müəllifin fikrincə mühafizəkarlar mühiti məngənəsində sıxılan, 

mövcud cəmiyyətdən narazı qalan Cəmil bəy kimi mərhəmətli, 

ağıllı, ―incə ruhlu‖ adamlar məhz bu xasiyyətdə ola bilərlər. 

Yenə ikinci pərdədə Cəmili az-çox başa düşən tanışlarından 

biri,  mühəndis  Bəypolad  ata  ilə  oğulu  müqayisə  edib,  Cəmilə 

deyir:  ―Siz  bu  dərəcədə  məhzun  olduğunuz  halda,  Turxan 

bəydə  heç  oylə  bir  hal  görünmüyordu‖.  Cəmil  cavabında 

atasını belə səciyyələndirir: ―Onun qayğı ilə, sıxıntı ilə nə işi? 

O, yalnız kəndini düşünür, kəndi kefinə baxır. Hələ yazıyorlar 

ki, bu günlərdə evinə on yeddi yaşında bir gəlin də gətirmiş‖

1



Beləliklə,  heç  bir  qayğı,  heç  bir  sıxıntı  bilməyən,  yalnız 

özünü  düşünən,  öz  kefinə  baxan  turxanbəylərə  qarşı  zəmanə 

yeni  bir  nəsil  yetişdirmişdir  ki,  bunlar  özlərini  deyil, 

başqalarını da düşünürlər, ümumun səadətini düşünürlər, gözəl 

həyat  arzusu  ilə  yaşayırlar.  Belə  bir  həyat  isə  hələ  yoxdur. 

                                                 

1

 H.Cavid. Seçilmiş əsərləri. səh. 122. 




 

96 


Buna  görə  də,  özündən  razı,  xudpəsənd  arsızlardan  fərqli 

olaraq,  onlar  daim  qayğılı,  dalğın,  düşüncəli,  pərişandırlar; 

onlar daha çox tənhalığı sevir, mümkün qədər insanlardan uzaq 

olmağa  çalışırlar.  Dramaturq  Cəmili  bizə  həmin  bu  nəslin  bir 

nümayəndəsi kimi təqdim edir. 

Yenə  başqa  bir  yerdə  Bəypolad  Cəmilə  deyir:  ―Bilirmisən, 

Cəmil!  Sən  bu  əsr  üçün  deyil,  bəlkə  başqa  bir  zaman  üçün 

yaradılmışsan.  Hissiyyatın  o  qədər  nəcib,  o  qədər  ali  ki,  şu 

mühit səninçin pək dar, pək qaranlıqdır‖

 1



Cəmillər turxanbəylər mühitində xoşbəxt ola bilmirlər, onlar 

özgələrini 

də  xoşbəxt  edə  bilmirlər.  Çünki  irtica, 

mühafizəkarlıq  onlardan  qüvvətli  çıxır,  cəmiyyətin  qara 

qüvvələri  onları  əzir,  tapdalayır,  susmağa  məcbur  edir. 

Dramaturq  sarsıdıcı  dramatik  səhnələr  vasitəsi  ilə  fikrinin 

reallığını  sübut  edir.  Turxan  bəy  qısqanclıq  üzündən  gözəl 

Maralı güllə ilə vurub öldürür. 

Lakin  cəmilləri,  humayları,  maralları  bədbəxt  edən,  onların 

həyatını  sarsıdıcı  faciəyə  çevirən  yalnız  turxanbəylərdirmi? 

Yox!  Bu  gənclərin  faciəsi  bir  də  onların  öz  görüşlərində, 

mənəviyyatlarında olan ziddiyyətlə əlaqədardır. 

Cəmil  özünün  fərdiyyətçiliyi,  mərdümgirizliyi,  pərişan 

xəyalları,  puç  olmuş  şirin  arzuları,  başqa  həyat  həsrəti  ilə 

müəyyən  dərəcədə  Qərbin  romantik  qəhrəmanlarını  xatırladır. 

Lakin  əslində  o  nə  Çayl  Harold,  nə  Manfred,  nə  də  Karl 

Moordur.  O,  hər  şeydən  əvvəl,  Şərqə,  Şərq  romantizminə, 

Azərbaycan  romantizminə  məxsus  bir  tipdir.  Cəmil  yenicə 

oyanmış  Şərqin  özünə  məxsus  keyfiyyətlərə  malik  romantik 

gənclərindən  biri  olmaqla  bərabər,  Şərqə  xas  olan  ənənəvi 

sentimental,  romantik  əhvali-ruhiyyəyə  malikdir.  Məsələn, 

onun Humaya olan məhəbbətini alaq. 

Cəmil çadrasını atmış, savadlı, məlumatlı, tərbiyəli, həssas, 

insana  mehriban  olan  gözəl  Humayı  sevir;  ―sevir,  həm  də  bir 

məcnun kimi‖, ənənəvi aşiqlər və eşq divanələri kimi... 

                                                 

1

 H.Cavid. Seçilmiş əsərləri, səh. 124. 




Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə