Azərbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,29 Mb.
səhifə32/97
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51525
1   ...   28   29   30   31   32   33   34   35   ...   97

 

97 


Cəmilin  Humaya  münasibətində  biz,  Cavidin  sonralar 

yaratdığı  bir  sıra  başqa  romantik  qəhrəmanlarda  olduğu  kimi, 

məhəbbətin 

bir 


növ 

ilahiləşdirilməsi, 

məşuqənin 

ideallaşdırılması,  fövqəlbəşər  insan  dərəcəsinə  qaldırılması 

hadisəsi  ilə  qarşılaşırıq.  Cəmil  məhəbbətə,  o  cümlədən  qadın 

məhəbbətinə  insanı  dünyanın  bütün  əzab-əziyyətindən  xilas 

edəcək,  mühitdəki  bütün  vəhşi  münasibətləri  unutduracaq  bir 

vasitə  kimi  baxır.  Ona  görə,  çox  təbiidir  ki,  Cəmil  sevdiyini 

―cənnət  quşu‖  adlandırır,  ona  ―sən  bəşər  deyilsən,  allah 

tərəfindən  göndərilmiş  şəfqətli,  mərhəmətli  bir  mələksən‖  — 

deyir.  Humayın  incə  ruhlu,  gözəl  insani  münasibəti, 

qayğıkeşliyi, həssas, mərhəmətli olması Cəmilə fövqəlbəşər bir 

xüsusiyyət kimi görünür. Çünki belə insani münasibətlər onun 

idealıdır.  Cəmil  ilk  dəfə  məhəbbətinə  qarşılıqlı  cavab 

almadıqda ―eşq dərdindən‖ xəstələnir, yatağa düşür, qızdırmalı 

hallar keçirir, sayıqlayır. Bu da çox səciyyəvi haldır ki, Cəmilin 

Humaya  olan  məhəbbəti  bəzi  cəhətlərdən  Şeyx  Sənanın 

Xumara  olan  məhəbbətini  xatırladır.  Cəmil  də,  Sənan  kimi 

fəzalara  uçmaq  istəyir:  ―Ah,  Humay!  Gözəl  mələk,  lütf  et, 

sövda  pərisi  kimi  ağuşuma  gəl...  Bərabər  uçalım.  Burax,  ruh 

bədəndən  ayrılsın  da,  qol-qola  uçalım,  əl-ələ  uçalım,  dodaq-

dodağa uçalım.  Bu fəlakət zindanından xilas olub da qaçalım. 

Ucu-bucağı yox fəzalara qədər uçalım‖

 1



Şübhəsiz  ki,  bu  da  ―fəlakət  zindanı‖  olan  ictimai  mühitə, 

―çulsuz-palansız  uzunqulaqlar‖  mühitinə  qarşı  bir  nifrət 

əlamətidir.  Ancaq  hər  necə  olsa,  bu  yenə  də  həmişə  bir  ayağı 

Leyli-Məcnun  dünyasında  olan  bir  romantik  Şərq  ziyalısının 

nifrətidir. 

Biz  realist  ədəbiyyatımızdan  Cəmilin  müasirləri  olan 

fəxrəddinləri,  səadət  xanımları  tanıyırıq.  Onlar  da  yeni  tipli, 

yeni  ruhlu  insanlardır.  Onlar  da  ―fəlakət  zindanına‖  nifrət 

edirlər,  Hacı  Səməd  ağaların  mühitindən  narazıdırlar,  bu 

mühitin məngənəsində sıxılırlar; lakin onlardan heç birində bu 

                                                 

1

 H.Cavid. Seçilmiş əsərləri, səh. 136. 




 

98 


qara qüvvələrin hücumu  cəmiyyətdən qaçmaq, tək-tənha  yaşa- 

maq  meyli  doğurmur.  Fəxrəddinlə  Səadət  xanım  bir-birini 

sevirlər,  lakin  bu  sevgi  real  sevgidir,  məfkurə  birliyindən, 

zövqlər birliyindən doğan sevgidir. Onlar hər ikisi köməkləşib 

xalqı  maarifləndirmək,  kənddə  xəstəxana,  məktəb  açmaq 

haqqında düşünürlər, bağ salır, məktəbdarlıq edirlər. Onlardan 

heç  biri  ―ucu-bucağı  yox  fəzalara  uçmaq‖  istəmir.  Fəxrəddin 

onu  əhatə  edən  qudurğan,  kütbeyin  ağalar  mühitinə,  avamlıq, 

cəhalət  və  mühafizəkarlığa  tarixi  şəraitin,  iqtisadi,  siyasi  və 

mədəni  geriliyin  bir  əlaməti  kimi  baxır.  O,  yeri  gələndə, 

silahlanıb,  yırtıcı  düşmənlərdən  özünü  müdafiə  etməyə 

hazırlaşır.  Cəlil  isə  başqa  cürdür.  O,  bərk  ayaqda  silaha  əl 

atmaz,  iş  görmək  əvəzinə,  mücərrəd  əxlaq  dərsi  verməyə 

başlayır.  O  nəinki  insanlara,  hətta,  heyvanlara  qarşı  da  silah 

qaldırmağa  cəlladlıq,  qaniçicilik  hesab  edir.  İlk  səhnələrin 

birində  Cəmil  meşədə  bir  ovçunun  bir  quşcuğazı  güllə  ilə 

vurub  öldürdüyünü  gördükdə  deyir:  ―Əcəba  insanlarda  bu 

cəlladlıq, bu xunxarlıq nə vaxta qədər davam edəcək?! (Əli ilə 

işarə edərək) Bir bu vicdansız hərifə deyən yox ki, bu günahsız 

quşcuğazı  məhv  etməkdə    nə  məna  var?  Bir  az  əvvəl  zavallı 

daldan-dala  qonaraq  şakır-şakır  ötüyordu.  Ah,  mərhəmətsiz 

cəllad, mədəni canavar!

1

‖ 

Son  səhnədə  də  Cəmil  buna  bənzər  qanlı  bir  hadisənin 



şahidi  olur.  Lakin  burada  öldürülən  ―zavallı  quşcuğaz‖  deyil, 

kimsəsiz-arxasız,  on  yeddi  yaşlı  Maral,  onun  öz  analığı, 

öldürən isə öz atasıdır... 

Bütün bu qanlı faciələri görə-görə Cəmil yenə də öz əxlaqi 

təkamül  ideyasından  əl  çəkmir.  O,  arzu  edir  və  gözləyir  ki, 

dünyada insanlar arasında yalnız məhəbbət hökmranlıq edəcək, 

mərhəmətsiz  cəlladlar,  mədəni  canavarlar  da  bu  yol  ilə 

kamilləşib həqiqi insan olacaqlar. 

Bu  kiçik  müqayisədə  müəyyən  dövrdə  ədəbiyyatımızdakı 

romantizmlər  realizmin  heç  olmazsa  mühüm  bir  fərqi  özünü 

                                                 

1

 H.Cavid. Seçilmiş əsərləri, səh. 124. 




 

99 


göstərməkdədir: realist qəhrəman ən çətin şəraitdə belə əlindən 

gələni  edir,  çalışır,  çarpışır,  yaradır,  romantik  qəhrəman  isə 

yalnız əlçatmaz gözəl  arzularla  yaşayır, bərk ayaqda həyatdan 

uzaqlaşır, sonsuz fəzalara doğru üz tutur... 

Cəmil bəydə olan əhvali-ruhiyyə, xarakter Cavidin sonralar 

yaratdığı bir sıra başqa romantik qəhrəmanlarına da aiddir. Bu 

tipli qəhrəmanlar istər  yaradıcılığının birinci dövründə, istərsə 

sonrakı  dövrlərində  şair  üçün  yeganə  ideal  qəhrəmanlarmı 

olmuşdur?  Buna  hökm  vermək  olmaz.  Ancaq  bir  həqiqət  var 

ki,  Cavid  uzun  müddət  belə  qəhrəmanlarla  məşğul  olmuşdur. 

Doğrudur  ki,  o  bu  qəhrəmanların  qarşısında  diz  çökməmiş, 

səcdə  etməmişdir;  lakin  yaradıcılığının  birinci  dövründə  o, 

həyatda bunlardan başqa qəhrəman görə bilməmişdir. 

 

4. ―ġEYX SƏNAN‖ FACĠƏSĠ 



 

―Şeyx  Sənan‖,  hər  şeydən  əvvəl,  dini  təəssübkeşliyə  qarşı 

yazılmış  qiymətli  bir  əsər  idi.  Əsərin  məhz  12-14-cü  illərdə 

qələmə  alınması  təsadüfi  deyildir.  Çünki,  yuxarıda  dediyimiz 

kimi,  millətçilik  və  dini  təəssübkeşlik  xüsusən  Zaqafqaziyada 

çox fəlakətlər törətmişdi. Bu mənfur təbliğat ―parçala və hökm 

sür!‖  siyasəti  yeridən,  Zaqafqaziya  zəhmətkeşlərini  daimi 

əsarətdə  saxlamağa  və  onların  azadlıq  uğrunda  mübarizəsini 

boğmağa çalışan çar hökumətinin və yerli istismarçıların əlində 

əlverişli bir silaha çevrilmişdi. Əsərin ortaya çıxdığı illərdə, bi- 

rinci  dünya  müharibəsinin  yenicə  alovlandığı  dövrdə  bu 

təbliğat  beynəlxalq  irtica  ilə,  imperialist  müharibəsi  ideyaları 

ilə də çox yaxından səsləşirdi. 

Zaqafqaziya  bolşevikləri  başda  olmaqla  cəmiyyətin  bütün 

mütərəqqi qüvvələri millətçilik və dini təəssübkeşlik təbliğatına 

qarşı geniş mübarizə cəbhəsi açmalı olmuşdular. 

 Zaqafqaziyanın,  o  cümlədən  Azərbaycanın  bütün  qabaqcıl 

yazıçıları  bu  mübarizlər  sırasında  idilər.  Nərimanovun  hələ 

1900-cü  ildə  nəşr  etdirdiyi  ―Bahadır  və  Sona‖,  Cəlil 



Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə