45
əsrin əvvəllərində Bakı ticarət limanı yük dövriyyəsinin həcminə görə Rusiyanın bütün ticarət limanları arasında
1-ci yeri tuturdu. Yük daşınmalarında emal edilmiş neft məhsulları üstünlük təşkil edirdi. Bu, iri neft sənaye
şirkətlərinin — "Nobel qardaşları şirkəti"nin, "Xəzər — Qara dəniz cəmiyəti"nin, H.Z.Tağıyevin öz neftdaşıma
donanmalarının yaratmasını şərtləndirdi.
1907-ci ildə Bakı—Batum neft kəmərinin istismara verilməsi Amerika neft sənayesi ilə uğurlu
mübarizədə əvəzsiz rol oynadı.
Bakı neft limanından Qara dəniz sahilindəki Batuma kerosin vurmaq məqsədilə rus mühəndisi və alimi
V.T.Şukovun rəhbərliyi ilə bu iki liman arasında 860 km-lik neft kəməri çəkilmişdi. 1889-cu ildə bu kəmər
vasitəsilə xarici bazarlara nasosla neft vurulmağa başlanmışdı.
Batumu Batum edən Bakı idi. Yarım əsrə yaxşı bir müddətə neft Bakıdan Qafqaz dağlarını aşaraq Batuma
gəlmiş, Bakının nefti sayəsində o, Avropada tanınmışdı. Bu iki liman neftin gəmi ilə daşınması və neft
sənayesinin bu sahəsinin inkişafı tarixində mühüm rol oynamışlar. Aşağıdakı rəqəmlər Batumda neft biznesinin
miqyasını göstərir:
Cədvəl 6
illər
pudla
tonla
1899
71202200
1148422
1900
65377000
1054477
1901
77519700
1250317
1902
84234000
1358613
1903
82211500
1325976
1904
79526900
1282692
1905
43666803
381723
1906
40501547
653251
Batum limanından dənizyanı dövlətlərin gəmiləri və iri tankerlər istifadə edərək, müntəzəm (yaxud qeyri-
müntəzəm) şəkildə neft və digər məhsullar daşıyırdılar. Bu limanın müəyyən üstünlükləri olmasına və onun
tikilməsi üçün böyük məbləğdə pul sərf edilməsinə baxmayaraq, gəmilərin adicə dayanma yeri təhlükəsizlik
baxımından əlverişsiz idi. Belə ki, dənizdə qabarma baş verdikdə buxtada su qalxır və tankerlər üçün təhlükə
yaradırdı. Təhlükəni aradan qaldırmaq məqsədilə limanın yenidən qurulması üçün layihələr işlənib hazırlandısa
da, ancaq qəbul edilmədi. Çünki limanın müdiriyyəti belə hesab etdi ki, layihənin xərci bir neçə milyon rubla
başa gəldiyindən məqsədə uyqun deyil. Belə hesab olundu ki, limandan gələn gəlir kifayət qədər olmadığından,
çəkilən xərclər özünü doğrultmayacaqdır.
Kerosin daşıyan tankerlər üçün yüklənmə yeri dalğaqıranın içində idi. Bütün nasos stansiyalarından boru
kəmərləri bu dalğaqırana gəlib çıxırdı və hamısı dörd ayrı-ayrı yüklənmə körpüsündə qurtarırdı. Burda eyni
zamanda dörd gəmi yüklənə bilirdi. Çəllək və konteyner daşınarkən isə dalğaqıranın içərisində eyni vaxtda altı
gəminin yük götürməsi mümkün idi.
1903-cü ildə 241 tanker 642194 ton qeyri-neft məhsulları daşımışdısa, 157 gəmi də 318871 ton xam neft
daşımışdı. 1903-cü ildə limana 5226 gəmi daxil olmuşdu, Sahilyanı ticarət gəmilərinin sayı isə 723 paroxod və
1763 yelkənli gəmidən ibarət idi.
Bizim fikrimizcə, dünyada elə bir qeydalma sənədi qalmayıb ki, neft daşıyan gəmilərin sayını müəyyən-
ləşdirə bilsin, yəni gəmilərin adını, yükdaşıma gücünü, gəmi həyəti haqqında məlumatı, Rusiyaya hansı
dövlətlərin bayrağı altında üzdüyünü göstərsin. Neftdaşıyan gəmilər sayına və yükdaşıma qabiliyyətinə görə
böyük bir donanma təşkil edirdi. həm neft istehsalı, həm də istehlakı ilə bağlı fəaliyyət sahələrinin sürətlə
artması, gəmiçinin maliyyə və naviqasiya baxımından böyük sərmayəyə malik olması, neft sənayesinin
özünəməxsus tələblərinə həddindən tez bir müddətdə uyğunlaşması dünya ticarətinin ən böyük uğurlarından idi.
1891-ci ildə "Markus Semyuel və şirkəti" Bakı neftinin qablaşdırılmadan Uzaq Şərq ölkələrinə nəqli
sistemini genişləndirmək planını ortaya atdı. Bu planı həyata keçirmək üçün Leyn və Makendru Markus
Semyuel və Rotşildin şirkətləri ilə müqavilə bağlayıb, lazımi qədər neft təchizatına təminat verdilər və bu yolla
Bakı neftinin qablaşdırılmadan şərqə ixracı inkişaf etməyə başladı. 1891-ci ildə Bakı neftinin Uzaq Şərq
ölkələrinə qablaşdırılmadan ixracı, dördkünc metal qablarda ixrac olunanlar da əlavə olunmaqla, 9.000.000 qaba
çatdı.
1904-cü ildə İngiltərəyə qablaşdırılmadan Batumdan — 13.304.835 pud, Novorossiyskdən — 5.456.087
pud həcmində təmizlənmiş Bakı nefti göndərilmişdi.
1905-ci ilin birinci yarısında Bakıdan təmizlənmiş və qablaşdırılmadan Böyük Britaniyaya göndərilən
neft aşağıdakı miqdarda olmuşdu: Batumdan — 2.455.334 pud, Novorossiyskdən — 2.604.272 pud, 1906-cı
ildə isə müvafiq olaraq 8.093.655 və 3.217.487 pud.
46
Bütün Avropa və İngiltərə bazarlarında neft barrellə satılırdı. Hamburq və Bremendə isə bu qaydadan
istifadə olunmurdu. Bazar qiymətləri aşağıdakı kimi idi:
İngiltərədə 1 qallon — penslə, Almaniyada 50 kq — marka ilə, Fransa, Belçika, İspaniyada 100 kq —
frankla, İtaliyada 100 kq — lirə ilə, Avstriyada 100 kq — Avstriya quldeni ilə satılırdı.
Bakı neftayırma zavodlarının yeganə narahatçılıq mənbəyi qablaşdırılmadan satılan neftin Batumdan
gəmi ilə (FOB), Bakıdan isə dəmir yolu ilə daşınma (FOR) qiymətləri idi. Ona görə də Bakı qiymətlərinin xarici
qiymətlərlə ekvivalentini tapmaq məqsədilə neftin bir pudu üçün qəpiklə qiymətdən aşağıdakılar çıxılmalı idi:
a)
Batuma qədər nəqliyyat xərci (hər pud üçün 19 qəpik), liman və gəminin dayanma xərci (hər pud
üçün təxminən 3 qəpik);
b)
Batumdan son məntəqəyədək nəqliyyat, sığorta və baş verə biləcək sızıntı xərci. Yük həmişə brutqo
ilə, hər ton üçün 1 şillinq hesablanırdı. 1 funt - sterlinqin orta mübadilə kursu 940 qəpik idi. Beləliklə hər pud
üçün 0,7577 qəpik alınırdı. Neftin qablaşdırılmadan gəmi ilə daşınması üçün ümumiyyətlə üç qiymət vardı. Ən
yüksək daşınma haqqı İngiltərə və Almaniyanın okeana çıxan limanlarında, nisbətən ucuzu Fransanın
limanlarında, lap ucuzu isə İtaliya və Fransanın Aralıq dənizi limanlarında idi.
Bir qayda olaraq gəmi sığortası yükün dəyərinin 1/2%-inə bərabər idi, sızıntı vasitəsilə itki adətən 1%-lə
hesablanırdı.
v) Qiymətlər çəlləklər doldurulmuş neft üçün hesablandıqda, onda bura gəminin dayanma, nefti
qəbuletmə, gəmidə çəlləklərin tərpənməməsi üçün onların bağlanması, çəlləyin üstünə etiget yapışdırılması,
üstünün rənglənməsi, çəlləyin doldurulması və bağlanması, taraya görə çəkinin itkisinə əlavə azalma (yerli
istifadəyə görə), komission haqqı, nağd ödəmə zamanı güzəşt, kapitala görə faiz daxil edilirdi. Bütün bunlar
hamısı birlikdə yuvarlaq şəkildə hər pud yük üçün 11 qəpik edirdi.
Taraşsız neftin daşınmasından söhbət gedəndə qiyməti təşkil edən əvvəl dediyimiz elementlərdən bəziləri
çıxılırdı, onda hər pud neftin daşınma haqqı yuvarlaq şəkildə 5 qəpiyə enirdi.
q) Boş çəlləklərin qiyməti. Bu haqda heç yerdə deyilmir, ancaq hər pud üçün 24 qəpikdən 25,05 qəpiyə
qədər hesablanırdı.
d)
Amerika və Bakı neftinin qiymətləri arasındakı fərq. Neftin daşınması zamanı gəmilər arasında
rəqabət olmadıqda Bakı ilə London qiymətləri arasında fərq hər pud üçün 2 qəpiyə qalxır. Digər bazarlarda bu
fərq əksər hallar- da 10 qəpikdən də yuxarı qalxırdı.