48
Şəmsi hacı Əsədulla oğlu Əsədullayev XIX əsrin 60-cı illərinin axırlarında — 70-ci illərinin əvvəl-
lərində bir qədər pul yığıb dövlət duz mədənini icarəyə götürdü. Eyni zamanda Musa Nağıyev ilə birlikdə
Ramanada üzüm-meyvə bağı aldı. Bu cür fəaliyyətdən əldə etdiyi gəlir ona daha mənfəətli işə başlamağa imkan
verdi. 1872-ci ildə neft sənayesində icarə sisteminin ləğv olunması təşəbbüskar adamlar üçün neft işi sahəsində
böyük perspektivlər açdı. Belələrindən biri də Ş.Əsədullayev idi. O, 1874-cü ildə kiçik bir torpaq sahəsi alıb
orada neft hasilatı müəssisəsi yaratdı. 1893-cü ildə onun yeganə neft quyusundan 23 milyon pud neft çıxarıldı,
1895-ci ildə isə neft fontanı 40 milyon pud neft verdi. Nəticədə onun müəssisəsi "Ş.Əsədullayev" neft hasilatı və
emalı kontoruna çevrildi. Bu kontor əsas kapitalı 10 milyon rubldan çox olan iri neft sənayesi müəssisələri
sırasına çıxdı. XX əsrin əvvəllərində kontor səhmdar cəmiyyətinə çevrildi.
Həmin cəmiyyət Bakı rayonunda bütün neft hasilatının təxminən 60%-ini verən 12 şirkətdən biri oldu.
"Podrat qazma" kontoru başqa bir milli sahibkar Murtuza Muxtarovun adı ilə bağlıdır. O, əsrin axırlarında
Bibiheybətdə qazma avadanlığı zavodu inşa etdi. Bu zavod Rusiyada neft avadanlığı istehsalı üzrə ilk xüsusi
müəssisə idi. 1906-cı ildə o, "Qazma avadanlığı sahibləri sindikatı"nın və "Neft quyularının qazılması üzrə Bakı
podratçılar cəmiyyəti"nin əsas iştirakçılarından biri oldu. Onun 1903-cü ildə yaratdığı neft emalı şirkəti 1913-cü
ildə əsas kapitalı 4 milyon rubl olan səhmdar cəmiyyətinə çevrildi. Cəmiyyət əsasən neft quyularının qazılması
və neft avadanlığının təmiri işləri ilə məşğul olurdu. Bütövlükdə neft sənayesinin bu sahəsində milli sahibkarlar
kifayət qədər möhkəm mövqe tutmuşdular. 34 podrat qazma müəssisəsindən 3-ü, 1913-cü ildə isə 45 belə
müəssisədən 7-si azərbaycanlılara məxsus idi.
Neft emalı sənayesində Azərbaycan kapitalının xüsusi çəkisi getdikcə artırdı. 1883-cü ildə Bakının 100
kerosin zavodu sahibindən 41-i azərbaycanlı idi.
Neft emalı sənayesində Azərbaycan sahibkarlarının iştirakının azalması meyli əsrin əvvəllərində də
davam etmişdi. Məsələn, 1904-cü ildə Azərbaycan sahibkar- larına məxsus 19 neft emalı müəssisəsindən 11-i
başqa millətlərdən olan sahibkarlara icarəyə verilmiş, 4-ü isə il ərzində işləməmişdi. Fəaliyyət göstərən başqa
müəssisələrdən 4-ü Azərbaycan kapitalının iri nümayəndələrinə məxsus idi. Həm də bu müəssisələrdə istehsal
olunan neft məhsullarının ümumi həcmi 1904-cü ildə Bakı rayonunda onların istehsalının yalnız 4,7%-ini təşkil
edirdi. 1906-cı ilə dair məlumatlara görə isə, fəaliyyət göstərən 77 müəssisədən artıq 20-si azərbaycanlılara
məxsus idi ki, bu da onların mövqeyinin möhkəmlənməsini sübut edirdi. 1913-cü ildə isə Ş.Əsədullayevin və
M.Nağıyevin zavodları bütün neft emalı zavodlarının 45%-ə qədərinə sahib olan və Rusiyanın neft
məhsullarının 60%-ə qədərini istehsal edən 6 ən güclü müəssisə qrupuna daxil idi.
Kimya sənayesinin inkişafı neft emalı ilə sıx bağlı idi. XX əsrin əvvəllərində Azərbaycan sahibkarları
kimya (sulfat turşusu, kaustik soda və s.) müəssisələri sahiblərinin ümumi sayının 10%-ini təşkil edirdilər.
Maşınqayırma sənayesində milli kapital istər müəssisələrin və işçilərin sayına, istərsə də istehsalın
həcminə görə zəif mövqe tuturdu. Metal emalı sənayesində Azərbaycan kapitalı daha sanballı təmsil olunmuşdu.
Bakının mexaniki zavodlarından birinin şərikli sahibi K.Z.Tağıyev idi. XIX əsrin axırlarında bu sahədə
M.Muxtarova, Cavanşirov qardaşlarına və başqalarına məxsus xeyli müəssisə qazma avadanlıqlarının təmiri
üzrə ixtisaslaşmışdı. Bunların ən məşhuru M.Muxtarovun podrat qazma ilə məşğul olan iki mexaniki zavodu idi.
Onlardan ən böyüyü isə Sabunçu zavodu idi. Bu iki nəhəng müəssisədə fəhlələrin bir qismi qazma işləri ilə,
digər qismi isə qazma ləvazimatının istehsalı və təmiri ilə məşğul idi. M.Muxtarovun müəssisələri tədricən
genişlənirdi. 1913-cü ildə daha bir mexaniki zavod inşa edildi. Bu zavod mədənləri iri qazma texnikası ilə təmin
edirdi.
Senator Kuzminskinin verdiyi məlumata görə, Azərbaycan sahibkarları "gəmiçilik səhəsində çox iri
sahibkarlar idilər, onların bəzilərinin payına isə sənayenin bu sahəsi üzrə rüsumların və gəlirin 3/4 hissəsindən
çoxu düşürdü".
XX əsrin əvvəllərində Xəzərdə bütün ticarət donanmasının say tərkibinin 44,4%-i və yükqaldırma
qabiliyyətinin 42,1%-i Azərbaycan kapitalının nümayəndələrinə məxsus idi. 1907-ci ildə Xəzərin buxarla
işləyən yanacaqdoldurma donanmasının 129 gəmisindən 20-si öz neftayırma zavodları olan gəmi sahiblərinə —
"Nobel qardaşları", "Ş.Əsədullayev", "M.Nağıyev", "M.S.Manafov" şirkətlərinə məxsus idi. Xəzər dənizinin
cənub limanları və İran ilə əlaqə saxlayan Xəzərdəki ən iri müəssisələrdən biri H.Z.Tağıyevin "Kür — Xəzər
cəmiyyəti" idi. Cəmiyyətin çox böyük sərnişin və yanacaqdaşıma donanmaları var idi.
Bakı tacirlərinin ticarət əməliyyatlarında neft məhsullarının ixracı kifayət qədər mühüm yer tuturdu.
Nəqliyyat vasitələrinə malik olan Bakı sahibkarları nəinki böyük miqdarda neft məhsulları apara bilirdilər, həm
də Rusiya və xarici bazarlarda onları yaxşı sata bilirdilər. Ş.Əsədullayevin, M.Nağıyevin, H.Z. Tağıyevin
apardıqları neft məhsullarının həcmi ildə 10 milyon puddan çox idi. XX əsrin əvvəllərində H.Z. Tağıyevin
ticarət şirkətinin Rusiyanın bir çox şəhərlərində çoxsaylı nümayəndəlikləri var idi. O, Moskvada ticarət
əməliyyatları keçirmək üçün çoxmərtəbəli mülk, İranda karvansaray almışdı. Bakıda Tağıyevin pasajı alıcılar
arasında böyük populyarlıq qazanmışdı. Neft məhsulları ticarətində onun illik dövriyyəsi 5 milyon rubl
məbləğində idi. XX əsrin əvvəllərində "Ş.Əsədullayev" şirkətinin ticarət istehsal əməliyyatları genişləndi. Onun
müəssisələrinin ticarət dövriyyəsi 2 milyon rubldan çox idi. Rusiyanın bir çox sənaye mərkəzlərində —