50
tanınmış böyük humanist Nobel sülh mükafatı, elm və texnikanın ayrı-ayrı sahələri üzrə mükafatların əsasını
qoymuş və təsisçisi olmuş Nobel ailəsinin adı ilə bağlılığıdır.
Bakının neft sənayesi üçün Nobel qardaşlarının gördükləri işi əsl inqilab adlandırsaq səhv etmərik.
Onların Bakı neft sənayesinin inkişafında misilsiz rolu diqqətəlayiqdir.
Onların gördükləri işin həcminin ayrı-ayrı illərdəki mənzərəsinə baxsaq hər şey bizə məlum olar. Belə ki,
1904-cü ildə onlar məhsulun nəqli üçün 95000 funt-sterlinq dəmir yoluna, 6000 funt-sterlinqdən çox xarici gəmi
sahiblərinə, 295000 funt-sterlinqdən çox Xəzər dənizindəki gəmilərin sahiblərinə, 16000 funt-sterlinqə yaxın
Qara dəniz gəmi sahiblərinə, 335000 funt-sterlinqdən çox Volqa çayındakı gəmilərin sahiblərinə haqq
ödəmişdilər ki, bu da hamısı birlikdə 1072000 funt-sterlinqdən artıqdır. Bu illər ərzində onlar 1100000 aksiz
vergisi ödəmişlər.
Onlar həmçinin avadanlığın amortizasiyasına 142279 funt-sterlinq xərcləmiş və 43873 funt-sterlinq
borcların qaytarılmasına sərf etmişlər. Digər məqsədlər üçün (o cümlədən idarə heyəti və işçilərə verilən 60000
funt-sterlinq bonus da bura daxildir) böyük məbləğdə pul ayırdılar. Gəlirdən 150000 funt-sterlinq, yaxud 10%
dividend kimi səhmdarlar arasında bölüşdürmüşdülər.
Onların şirkətinə məxsus neft mədənlərində 3800 işçi çalışır, bunlardan yüz nəfəri ofislərdə işləyir,
Bakıdakı neftayırma zavodlarında və emalatxanalarda 3615 nəfər, bunlardan da 110 nəfəri ofislərdə çalışırdı.
Xəzər dənizində, Volqa və digər çaylarda üzən gəmilərin heyəti 2300 nəfər idi, bunlardan da 250 nəfəri zabit
idi. Hamısı bir yerdə götürüldükdə Nobel qardaşlarının 12135 işçisi var idi ki, onlara mütəşəkkil olaraq 500000
funt-sterlinqdən çox məvacib verirdilər. Məhsul istehsalına görə bu şirkət dünyada birinci, neftayırma
standartları və neft sənayesi məhsullarının satışının təşkilinə görə ikinci yeri tuturdu.
"Nobel qardaşları" şirkətinin təsisçilərinin atası Emmanuel Nobel özünün ixtira etdiyi rezindən
hazırlanmış əsgər çantaları və sürətlə güllə atan tüfəng layihələrini İsveç hökumətinə təqdim etdi. Sonra o, sualtı
mina ixtira etdi, həmin mina 1837-ci ildə sınaqdan keçirildi. Sınaqdan sonra rus hökuməti ona Rusiyada qalmaq
şərtilə 2500 funt-sterlinq verdi və tapşırdı ki, bu cür minaların istehsalı üçün zavod tiksin. O, general Oqarev ilə
birlikdə kiçik bir maşın sexi tikdi, ancaq hökumətdən çox böyük sifariş aldığına görə məsləhət bildi ki, 1846-cı
ildə Sankt- Peterburqda daha böyük bir zavod inşa etsin. Kronştadtdaki zavodları avadanlıq və tokar dəzgahları
ilə təchiz etdi, birinci dəfə olaraq mərkəzi isitmə sistemi üçün özünün layihəsi ilə. Krım müharibəsi baş-
landıqda hökumət düşmən gəmilərinin hücum edəcəyi təqdirdə minalarla Kronştadtı və Sveaberq qalasını
mühafizə etməyi ona tapşırdı. Bu işi o, oğlu Robertlə birlikdə yerinə yetirdi. Müharibənin ikinci ili Emmanuel
hökumətdən gəmilər üçün mühərrik istehsal etmək barədə sifariş aldı. Baltik dənizindəki "Volqa" və "Qanqut",
Aralıq dənizindəki iki göyərtəli "Retvizan" gəmisi Nobellərin icad etdiyi mühərriklərlə təchiz olunmuşdu.
İnşa etdiyi zavodlar Rusiyada ən aparıcı müəssisələr olduğuna baxmayaraq, Emmanuelin özünün şəxsi
maliyyə vəsaiti yox idi. Ona görə də çoxlu borcları vardı. Rusiya hökumətində dəyişikliklərlə əlaqədar
gəmiçiliklə bağlı sifarişlər xaricə verilməyə başladı. O, ayrı-ayrı şirkət və şəxslərdən sifarişlər qəbul etməklə
vəziyyətini düzəltməyə çalışdı, bu minvalla "Qafqaz və Merkuri" şirkəti üçün Volqa çayında üzən 50 gəmi və
digər şirkətlər üçün mühərriklər işləyib hazırladı, sonra isə Sankt-Peterburqla Şlüsselburq arasında daimi gəmi
gəliş-gedişinin açılmasını təşkil etdi. Ümumiyyətlə qeyd etmək lazımdır ki, Emmanuel Qərbdə mühəndis-
texniki tərəqqini yaxından izləyir, özünün müstəqil praktik işi ilə elmi və mühəndis problemlərinin
təkmilləşdirilməsi üzərində çox zəhmət çəkdi. Tikdiyi zavod və emalatxanalarda avadanlığın çoxunu, o
cümlədən buxarla işləyən beş tonluq presi özü düzəltmişdi, onun icad etdiyi bütün mühəndis işi baxımından və
kamilliyi nöqteyi-nəzərindən özündən əvvəlkiləri geridə qoyurdu.
Lakin onun işləri maliyyə cəhətdən pisləşirdi və nəhayət Emmanuel işlərini dayandırıb özünün müflis-
ləşdiyini elan etməyə məcbur oldu. Əlindəki bütün vəsaiti tükənəndən sonra İsveçə qayıdıb partlayıcı maddələr
üzərində tədqiqatlarını davam etdirməyə və oğlanları ilə birlikdə kiçik bir zavod inşa edib partlayıcılar
istehsalına başladı. O, 1872-ci ildə vəfat edərkən vəsiyyət etmişdi ki, 2000000 funt-sterlinq dəyərində konsol və
təminatı səhmlərdən ibarət olan bütün var-dövləti hesabına Nobel fondu yaradılsın, həmin vəsait bu fondun
hesabına keçirilsin və ondan hər il bəşəriyyətə böyük xidmətlər göstərmiş şəxslərə mükafat verilsin.
Robert Nobel 1829-cu ildə avqustun 4-də Stokholm şəhərində anadan olmuş və təhsilini də orada
almışdır. Atası Rusiyadan İsveçə qayıdanda o da atası ilə gəldi, lakin bir azdan Finlandiyaya gedib bir nitro-
qliserin zavodu tikdi. Çox tez-tez qəza hadisələrinin baş verməsinə görə Finlandiya senatı bu partlayıcı mad-
dənin istehsalını qadağan edəndə, Robert yenidən İsveçə qayıtdı, burda atası və qardaşlarının nitroqliserin
zavodunda mühüm vəzifələrdə çalışdı. 1870-ci ildə qardaşı Lyüdviqin dəvətilə Sankt-Peterburqa qayıtdı.
Lyüdviq İjevskdə tüfəng istehsalı üçün müqavilə bağlamışdı, ancaq məsələ qalxmışdı ki, tüfəngin qundağı üçün
xaricdən gətirilən qoz ağacı yerli məmulatla əvəz olunsun. Belə məmulatı da kifayət miqdarda ancaq Qafqazda
əldə etmək mümkün idi. Bu məsələnin həyata keçirilməsi Robertə həvalə olundu. Onun Qafqaza səfəri ayrı bir
sahədə də öz bəhrəsini verdi. Ağac emalı ilə bağlı layihə uğursuzluqla nəticələndiyindən, 1873-cü ildə Sankt-
Peterburqa qayıdıb diqqətini neft sənayesi üzərində cəmləşdirdi. Çünki o, Bakıdan keçib İrana gedərkən, neftin
necə əhəmiyyətli sahə olduğunu dərk etmişdi. Neft sənayesi ilə həddindən çox maraqlandığından qardaşı Lyüd-
viqi də bu işə sövq etməyə nail oldu və qardaşını inandırdı ki, kiçik bir neft müəssisəsinin yaradılmasında ona