51
kömək etsin. Bundan sonra Bakıya qayıdıb 1875-1876-cı illərdə neft sənayesi sahəsində ilk addımlarını atdı. O,
neft sənayesinin böyük imkanları və gələcəyinə inanırdı, ancaq bütün bunlar Bakı neft sənayesində istifadə
olunan üsulların zəif cəhətlərini görməkdə ona mane olmurdu. 1875-ci ildə o, Tiflis şirkətindən Qara şəhərdə
1000 funt-sterlinqə kiçik bir neftayırma zavodu aldı. Burda yenidənqurma işləri apardıqdan sonra neft emalına
yeniliklər tətbiq etməyə başladı. Həmin zavodu almamışdan az əvvəl Bakıda bir neçə neftli sahə almış və neft
istehsalını təşkil etmişdi. Balaxanı mədənlərindən gələn xam neft emalına başlayan kimi Robert başa düşdü ki,
çəlləklərlə xam neftin daşınması gec və baha başa gəlir, çoxlu məsrəf tələb edir. Mövcud şirkətlər onunla
birlikdə neft kəməri çəkmək təklifini rədd etdilər. Məcburiyyət qarşısında qalıb o, yenə də qardaşı Lyüdviqə üz
tutdu. 1000 funt-sterlinq sərf etməklə Balaxanıdan Qara şəhərə neft kəməri çəkdirdi. Elə birinci il neft kəməri
ona çəkilmiş xərcləri çıxartdı ki, bu da Nobel qardaşlarının böyük hörmət qazanıb məşhurlaşmasına səbəb oldu
və digər şirkətlərin də belə kəmərlər çəkilişinə ruhlandırdı. Bu minvalla onlar Bakıda müasir neft sənayesi və
neft işinin əsasını qoydular.
Deyilənlərə görə nefti çəlləklə daşıyan minlərlə arabaçı bu iş üçün ildə 150000 funt-sterlinqə yaxın pul
qazanırdılar, neft kəmərlərinin çəkilişi bu qazancın onların əlindən çıxmasına səbəb oldu. Buna görə Nobel
qardaşlarına qarşı o qədər kin-küdurət artmışdı ki, acıqla boruları kəsirdilər, qardaşlarsa məcbur olub kəmər
boyu gözətçi budkaları tikdirib nəzarətçi qoyurdular. Nobel qardaşları dərin qazma sahəsində öncül olmuşlar.
Onlar Bakıdakı neft mədənlərini saxlamaqla Pensilvaniyadan qazmaçılar gətirmişdilər. Lakin onların istifadə
etdiyi qazma üsulları yaxşı deyildi, buna görə də onlar müəyyən dəyişikliklər etməklə mürəkkəb bir qazma
qurğusu ixtira etmişdilər. Bu qurğu sonralar Bakı mədənlərində istifadə olunan bütün sistemlər üçün nümunə
rolunu oynadı. Onlara məxsus neft mədənləri də neftayırma zavodları kimi tədricən böyüyüb Bakıda ən böyük
neft mədənləri oldu. Heç bir şirkət iddia edə bilməz ki, Xəzər dənizi ilə neftin nəqli və ticarətini inkişaf etdirmək
sahəsində Nobel qardaşları qədər iş görmüşlər. Onlar Müqəddəs adada və Çələkəndə neft quyusu qazdırmış,
Berekeydə yeni bir mədəni işlətməyə başlamış və qazmaçılarını bir sıra daha ümidverici bölgələrə
göndərmişdilər. Onlar nəinki neft istehsalı və emalı ilə məşğul olan ingilis-rus şirkətləri ilə dostluq və həmrəylik
şəraitində işləyirdilər, həm də Rotşildin neft və neft məhsullarının satışı ilə məşğul olan nəhəng birgə neft
şirkətində payçı idilər. XIX əsrin sonu — XX əsrin əvvəllərində Bakının indiyədək "Qara şəhər" adlandırılan
yeni sənaye rayonunda 200-ə yaxın neftayırma zavodu vardı. Bu, Nobel qardaşlarının hakim olduqları çox iri
sənaye sahəsi idi. Nobel qardaşlarının fəaliyyət dairəsinin geniş hüdudlarını qeyd edərkən çox təəssüflənirik ki,
Azərbaycan neft
sənayesindən istədikləri kimi əldə etmələrinə baxmayaraq Bakı şəhəri üçün heç nə etmədən,
tükənməz var-dövlət aparmışdılar. Dünyanın məşhur milyonçularının Qara şəhərdə kiçik bir villası qalmışdır.
Bax bu da xarici sahibkarların özlərinə məxsus uzunmüddətli maliyyə siyasətinin nəticəsidir. Tarix bir daha
sübut edir ki, milli burjuaziyanın, zəif də olsa, öz imkanı daxilində inkişafı xalqımızın milli mənafeyi, onun
milli şüurunun, iqtisadi və mənəvi inkişafının naminə yönəldilmişdir. XX əsrin əvvəllərində Bakı neft
sənayesində yaranmış ən iri ittifaq "Nobel qardaşları" və "Mazut" şirkətləri arasında neft məhsullarının daxili
bazarda birgə satışı haqqında bağlanmış saziş idi. "Nobmazut" adlı bu saziş aydın ifadə olunmuş kartel xarakteri
daşıyırdı. O, bazarların göstərilən şirkətlər arasında bölüşdürülməsi işində fəal siyasət yeridir, rəqiblərə satmaq
yolu ilə böyük mənfəət götürmək məqsədi güdərək, yanacaq bazarlarında öz hökmran vəziyyətini
möhkəmləndirirdi. Halbuki saziş formal olaraq neft məhsullarının daşınması və satışına çəkilən xərcləri
azaltmaq üçün bağlanmışdı. Rotşildlər və "Nobel qardaşları" arasında əldə olunmuş bu saziş, Nobellərin
Rusiyanın neft sənayesində aparıcı rol oynadıqlarının etiraf edilməsi demək idi. Lakin bu, onlar arasındakı
mübarizənin ancaq formasını dəyişdirirdi.
Bazarların iri şirkətlər tərəfindən zəbt olunması təhlükəsi digər neft sənayesi şirkətlərini də birləşməyə
sövq etdi. İngilis iri kapital sahiblərinə mənsub olan müəssisələr Rusiyanın daxili bazarları uğrunda mübarizədə
"Nobmazut"a qarşı öz səylərini birləşdirməyə cəhd göstərdilər. 1904-çü ildə "S.M.Şibayev və K"" və
"Bibiheybət neft sənayesi cəmiyyəti" şirkətlərinin direktoru, eyni zamanda Böyük Britaniyanın Bakıdakı
konsulunun müavini Urkvartın təşəbbüsü ilə ümumi neft ticarəti aparmaq üçün dörd ingilis şirkətinin bir-
ləşməsi nəzərdə tutulurdu. Gələcəkdə bu iki şirkətə ümumi illik hesabı 81,9 mln. pud olan "Oleum" və "Born"
şirkətləri də birləşdirilməli idi. Bu cür samballı kömək Urkvarta 1904-cü ildə "Mazut" şirkətinin nümayəndələri
ilə daxili bazarda birgə fəaliyyət barədə danışıqlar aparmağa imkan verdi. Danışıqlar 1905-ci ilin yazında
"Nobmazut və K°" və "Oleum" şirkətlərinin anbarlarını və Rusiyada neft malları satışı ilə məşğul olan
təşkilatlarını icarəyə götürdü və hər il ingilis şirkətlərinə məxsus 40 mln. neft qalığını və 9 mln. pud çıraq
yağlarını mal komissiyasına qəbul etdi. Bu saziş birləşmiş neft şirkətlərini ixracatçı ingilis şirkətlərinin inhisar
yolu ilə özünə tabe etməsinin möhkəmləndirilməsi demək idi. Müqavilənin şərtlərinə görə ingilis şirkətləri
"Nobel qardaşları" və "Mazut"un vasitəçiliyi olmadan Rusiyanın hər hansı bir rayonunda neft məhsulları
satmamağı öhdələrinə götürməklə öz neft qalıqları və ağ neftlərini Bakıda "Nobmazut"a təhvil verməli idilər.
Eyni zamanda bunu da qeyd etmək vacibdir ki, "Nobel qardaşları" və "Mazut" özlərinə daxili bazarda ingilis
şirkətlərinin yeganə nümayəndələri kimi çıxış etmək hüququ da qazandılar.
Mərkəzi Rusiya bazarlarında ticarət müstəqilliyini tamamilə itirən ingilis şirkətləri onlara məxsus olan
anbarları, rezervuarları (çənləri) və nəqliyyat vasitələrini yerli şirkətlərə vermək məcburiyyətində qaldılar.