Azərbaycan Ölkə üzrə Ġqtisadi Memorandum



Yüklə 3,94 Mb.
Pdf görüntüsü
səhifə19/102
tarix17.09.2018
ölçüsü3,94 Mb.
#69161
1   ...   15   16   17   18   19   20   21   22   ...   102

37 
 
62.
 
Gələcəkdə  hökumət orqanları daha da  sayıq olmalıdır.  Ġqtisadiyyatda yüksək inkiĢaf 
tempi  saxlandıqca,  kreditlər  də  eyni  qaydada  inkiĢaf  edəcək.  Kreditlərin  artım  tempi  artıq  bir 
qədər zəifləyib. Tamamilə mümkündür ki, bankların məhdud insan resursları və zəif korporativ 
idarəçiliklə  nəzərəçarpan  kredit  artımı  mühitində  borcalanların  adekvat  Ģəkildə  ödəmə 
qabiliyyətlərinin  yoxlanılması  çətin  olmuĢdur.  Zəif  risk  menecmenti  və  borcalanın  kredit 
tarixçəsinə  məhdud  nəzarət  iqtisadiyyatın  sürətlə  monetizasiya  olduğu  Ģəraitdə  təhlükəli 
kreditlərin  sürətlə  artmasına  gətirib  çıxara  bilər.  Qlobal  böhran  Ģəraitini  nəzərə  alaraq,  bir  neçə 
bankın  çətinliklərlə  üzləĢməsini  gözləmək  olar.  Ciddi  kredit  və  likvidlik  problemləri  yarandığı 
təqdirdə  dövlətin  sahib  olduğu  bankın  dominantlığı  bank  sistemini  və  iqtisadiyyatı 
sabitsizləĢdirmək potensialına malikdir.  Əgər belə bir vəziyyət yaranarsa səlahiyyətli orqanların 
qabaqlayıcı tədbirlərlə bu risklərin təsirinin yumĢaltdılmasına  kömək etməsi lazımdır.  
63.
 
Azərbaycanın  maliyyə  qurumları  qlobal  böhrandan  öncəki  zəngin,  eyni  zamanda 
olduqca riskli dövrdə proaktiv rol oynamıĢlar. 2005-08-ci illərdə Azərbaycanda daxili kredit 
orta hesabla illik  64.4  faiz artmıĢdır. Bu, hökumətin  həyata keçirdiyi    maliyyə  siyasəti və  ABġ 
dolları ilə münasibətdə de fakto təsbit olunmuĢ məzənnə rejiminin tətbiq olunması çərçivəsində 
baĢ vermiĢdir. Məzənnənin bahalaĢması böyük həcmli xarici borclanmaya gətirib çıxara bilər. Bu 
ağrılı  yolu  Qazaxıstan  keçib.  Azərbaycanın  bank  sektorunu  idarə  edən  qurumlar  bu  təcrübəni 
nəzərə  almıĢ  və  məzənnə  riski  ilə  bağlı  problemlərlə  üzləĢməmək  üçün  həddən  artıq  ehtiyatlı 
olublar.  Belə  ehtiyatlı  yanaĢmanın  nəticəsində  2008-ci  ilin  sonunda  kommersiya  banklarının 
xarici  borcunun  məbləği  təxminən  2.6  milyard  ABġ  dolları  təĢkil  etmiĢdir.  Əfsus  ki,  qlobal 
böhran  nəticəsində  kreditin  uzadılması  (roll-over)  mümkün  deyil.  Hər  bir  halda  borc  məbləği 
idarə  olunan  olmalı  və  banklara  cari  öhdəliklərini  yerinə  yetirməyə  imkan  verməlidir.  O,  yeni 
kreditlərin uzadılması baxımından bank sisteminin imkanları qarĢısında çətinlik təĢkil edir. 2008-
ci ilin sonuna olan məlumata əsasən, Azərbaycanın Neft Fondu və Mərkəzi Bankında 18 milyard 
ABġ dolları həcmində ehtiyatları mövcuddur ki, bu da qısamüddətli borcların ödənilməsi üçün 
kifayətdir.   
64.
 
Qlobal  böhran  hakimiyyət  qurumlarından  2008-ci  ilin  oktyabr  ayına  qədər  atılan 
addımları  yenidən  nəzərdən  keçirilməsini  və  kredit  ekspansiyasının  stimullaĢdırılmasını 
tələb  edir.  Qlobal  böhran  dövründə  iqtisadi  fəaliyyəti  dəstəkləmək  məqsədilə  pul-kredit 
qurumları  proaktiv  mövqe  tutmuĢlar.  Belə  ki,  kommersiya  banklarına  tətbiq  olunan  xarici 
kreditlər  üzrə  5  faizlik  məcburi  ehtiyat  norması  ləğv  olunmuĢdur.  Həmçinin,  kommersiya 
bankları üçün aĢağı faiz dərəcələri ilə kredit imkanları yaradılmıĢdır. Bununla belə, Neft Fondu 
aktivlərinin kommersiya banklarına borc və ya investisiya formasında verilməsi ilə bağlı sonrakı 
müzakirələr  diqqətlə  aparılmalı,  potensial  xərc  və  faydalar  diqqətlə  tarazlaĢdırılmalı  (konkret 
hansı  problemin  hansı  iĢlərlə  həll  olunacağına  lazımi  diqqət  yetirməklə),  icmal  büdcənin 
əməliyyatları ilə bağlı olaraq Neft Fondunun qaydalarının pozulmaması təmin olunmalıdır.   
65.
 
Hökumət  həm  kredit  verən  qurumlar  üçün  olan  məlumatları,  həm  də  kredit 
bazarını  geniĢləndirmək  üçün  əlavə  təminatdan  yararlanma  sistemini  gücləndirməlidir.  
Kredit  verən  qurumlar  üçün  mövcud  məlumat  sistemini  gücləndirmək  məqsədilə  aĢağıdakıları 
etmək  olar:  (i)  Kredit  reyestrinin  əhatə  dairəsini  geniĢləndirmək;  (ii)  pərakəndə  ticarətçilər, 
ticarət  kreditorları,  kommunal  Ģirkətlər,  habelə  maliyyə  institutlarının  kredit  məlumatlarını 
yaymaq  üçün  reyestrin  əhatə  dairəsini  geniĢləndirmək.  Girovdan  istifadə  etmənin 
mümkünlüyünü  yaxĢılaĢdırmaq  üçün  aĢağıdakıları  etmək  olar:  (i)  qanunvericiliyə  dəyiĢiklik 
edərək bütün vətəndaĢlara girov müqaviləsinin iĢtirakçısı olmaq hüququnu vermək; (ii) daĢınan 
və  daĢınmaz  əmlak  üzərində  mülkiyyət  hüquqlarının  vahid  reyestrini  yaratmaq;  (iii) 
qanunvericiliyə  dəyiĢiklik  edərək  bütün  tərəflərə  mübahisələri  məhdudiyyətsiz  olaraq 


38 
 
məhkəmədən  kənar  həll  etmək  imkanı  vermək;  və  (iv)  maliyyə  müqavilələrinin  tətbiqi,  o 
cümlədən  girovun  müsadirəsinin  xərclərini  azaltmaq.  Azərbaycan  lizinqi  daha  da  inkiĢaf  etdirə 
və  zəmanətli  kreditlər  üzrə  qanunvericliyi  tətbiq  edə  bilər.  Hər  iki  alət  qeyri-likvid  girovu 
icarəçinin  və  ya  borcalanın  öz  öhdəliklərini  yerinə  yetirmədiyi  təqdirdə  asanlıqla  satılmasına 
imkan verən likvid maliyyə alətlərinə ―transformasiya‖ etməyə Ģərait yaradır.   
66.
 
Yuxarıdakıları nəzərə almaqla, hesabatda tövsiyə olunur: 
Tövsiyə  11:  Pul-kredit  qurumları  tərəfindən  proaktiv  bank  nəzarəti  və 
tənzimləmənin həyata keçirilməsi . 
67.
 
Güclü  və  dinamik  mikro,  kiçik  və  orta  müəssisələr  (MKOM)  sektorunun 
yaradılması maliyyələĢdirmə tələb edir.  Belə ki, MKOM-lara kredit ayırmaq üçün bir çox 
səyləri artırmaq lazımdır və bunun bazar prinsipləri əsasında həyata keçirilməsi zəruridir
Azərbaycanda  MKOM-lar  üçün  bir  neçə  kredit  proqramları  mövcuddur,  lakin  onları 
geniĢləndirmək,  böyütmək  və  bazar  prinsiplərinə  uyğun  möhkəmləndirmək  lazımdır.  
Azərbaycanda yeni mikrokredit bankı hesabına mikrokreditlərin həcmi, Milli Sahibkarlıq Fondu 
hesabına  isə  kiçik  müəssisələrə  verilən  maliyyə  resurslarının  miqyası  əhəmiyyətli  dərəcədə 
artmıĢdır. Ölkədə bu səyləri geniĢləndirmək və, daha əhəmiyyətlisi, kənd təsərrüfatı sektorunda 
maliyyəyə çıxıĢ məsələlərini yaxĢılaĢdırmaq lazımdır.  Kənd təsərrüfatı sektorunda kommersiya 
tipli  kreditlərin  verilməsi  sahəsində  uğur  qazanmıĢ  bir  sıra  ölkələr  arasında  Hollandiya  və 
Fransanı qeyd etmək olar.   
68.
 
Bununla belə, dövlət müəssisələrinə borc verən bank sistemi özəl sektorun layihələri 
üçün maliyyə resurslarının yerləĢdirilməsini sıxıĢdırıb çıxarır. 2008-ci ilin sonunda iri dövlət 
sektorunun  təĢəkkül  tapdığı  Ģəraitdə  dövlət  müəssissələrinə  ayrılan  bütün  kreditlərin  xüsusi 
çəkisi  13.7  faiz  təĢkil  etmiĢdir  ki,  bunun  da  üçdə  iki  hissəsindən  çoxu  dövlətin  sahib  olduğu 
bankın portfoliosunda yerləĢib. Dövlət müəssisələrinə kreditlərin ayrılmasında Ģəffavlığın azlığı 
rəqabəti təhrif edir və real sektor üçün daha yüksək maliyyələĢdirmə xərclərilə nəticələnə bilər.   
69.
 
Azərbaycanın rəhbərliyi qlobal böhran baĢa çatdıqdan sonra xarici bankları ölkəyə 
cəlb etməyə hazır olmalıdır. Azərbaycan bir neçə xarici bankı ölkəyə cəlb edib. Lakin, böhran 
səngidikdən  və  xarici  bankların  maliyyə  sağlamlığı  ilə  bağlı  daha  aydın  mənzərə  yarandıqdan 
sonra bəzi adlı-sanlı maliyyə qurumlarının Azərbaycana cəlb olunması vacibdir. Ölkədə rəqabəti 
gücləndirmək  məqsədilə  belə  banklardan  yararlanmaqdan  əlavə  (Azərbaycanda  yerli  bankların 
bazarda payının azaldılması ilə bağlı ölkədə əldə olunmuĢ irəliləyiĢə baxmayaraq), xarici banklar 
həm  də  bank  sektoruna  əhəmiyyətli  dərəcədə  dəyər  qata  bilərlər.  Xüsusilə  onu  nəzərə  almaq 
lazımdır ki, xarici  bankların  kommersiya Ģərtləri ilə kənd təsərrüfatı sektoruna  kredit verməklə 
bağlı zəngin təcrübələri vardır.   
70.
 
Yuxarıdakıları nəzərə almaqla, hesabatda tövsiyə olunur: 
Tövsiyə 12: İnstitusional mühitin (məsələn borcalanla bağlı məlumatların əldə 
olunması  imkanları)  təkmilləşdirilməsi  və  qlobal  böhrandan  sonra  xarici 
bankların  cəlb  edilməsi  (məsələn,  kənd  təsərrüfatı  sahəsində  ixtisaslaşmış 
banklar)  yolu  ilə  MKOM-lar  və    böyük  korporasiyalar  üçün  kreditə  çıxışı 
yaxşılaşdırmaq.   


Yüklə 3,94 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə