Azərbaycan Ölkə üzrə Ġqtisadi Memorandum



Yüklə 3,94 Mb.
Pdf görüntüsü
səhifə27/102
tarix17.09.2018
ölçüsü3,94 Mb.
#69161
1   ...   23   24   25   26   27   28   29   30   ...   102

54 
 
Azərbaycanda  qeyri-neft  BXĠ-lərin  qeyri-neft  ÜDM-ə  nisbəti  azalmıĢdır.  Bu  yaxınlarda 
aparılmıĢ xarici investisiyaların sektoral bölgüsünün təhlili göstərir ki, azalma kənd təsərrüfatı, 
istehsal və tikinti sektorlarında qeydə alınıb. Bu azalma elektrik enerjisi, qaz və su sektorlarına 
yatırılan  irimiqyaslı  və  artan  investisiyalarla  kompensasiya  olunmuĢdur.  Digər  sözlərlə, 
istehsal, yığım (qurğular, maĢınlar) və xidmətlər sektoruna yatırılan BXĠ-lər həddən artıq azdır. 
BXĠ-lərin  əksər  hissəsi  ölkə  infrastrukturuna  (bu  sahə  dövlət  xərcləri  ilə  də  dəstəklənir)  və 
hasilat sənayesinə  yönəldilir. Azərbaycanın ən böyük xarici investoru Türkiyədir. Digər ən iri 
iki xarici  investorlar ABġ və Böyük Britaniyadır. 2001-2008-ci illərdə qeyd olunan ölkələrin 
payına  BXĠ-lərin yarısından çoxu düĢürdü. 
1.14.
 
Azərbaycan iqtisadiyyatının neft sektorundan asılılığı tədricən, lakin ardıcıl Ģəkildə 
artmıĢdır  ki,  bu  da  1990-cı  illərin  ortalarından  baĢlayaraq  neft  qiymətlərinin  artımı  və 
istehsalın geniĢlənməsi hesabına baĢ vermiĢdir. 2006-cı ildə neft və qazın ümumi ixracda payı 
təxminən 30 faizdən 86 faizə qədər yüksəlmiĢdir (Diaqram 1.12). Həmin zamandan, neft və qaz 
istehsalı  hesabına  formalaĢan  fiskal  gəlirlər  artmaqda  olan  vacib  gəlir  mənbəyinə  çevrilmiĢdir. 
Neft  gəlirləri  1998-ci  ilin  ümumi  gəlirlərin  8  faizindən  artaraq  2006-cı  ildə  ümumi  gəlirlərin 
yarısından çoxunu təĢkil edirdi. (Diaqram 1.12). Azərbaycanın  cari hesabının qeyri-neft hissəsi 
2000-ci  ilə  qədər  pisləĢmiĢdir  ki,  bu  da  ölkənin    ixrac  mallarına  tələbin  zəifləməsi  ilə  bağlı 
olmuĢdur  (keçid  dövründən  əvvəl).  Lakin,  yeni  ixrac  mallarının  və  yeni  ticarət  tərəfdaĢlarının 
yaranması  nəticəsində  2006-cı  ilə  qədər  qeyri-neft  cari  hesabın  vəziyyəti  yaxĢılaĢmıĢdır  (bu 
fəslin  1.15  diaqramı,  və  2-ci  fəsil).  Azərbaycanın  ümumi  qeyri-neft  ticarəti  2001-ci  ildən 
baĢlayaraq  yaxĢılaĢmıĢdır,  lakin  son  illərdə  ticarət  balansı  yenidən  pisləĢmiĢdir.  2004-2008-ci 
illər  ərzində  Azərbaycanın  ümumi  real  effektiv  məzənnəsi  büdcə  kəsirinin  ABġ  $  hesabına 
maliyyələĢdirilməsi  nəticəsində  42  faiz  bahalaĢmıĢdır.  Həmin  dövr  ərzində  qeyri-neft  ixracı 
əsasında hesablanmıĢ real effektiv məzənnə cəmi 
11  faiz  bahalaĢmıĢdır  ki,  bu  da    Azərbaycanın 
qeyri-neft ixrac ticarət tərəfdaĢları olan ölkələrdə 
inflyasiya meylləri ilə bağlıdır (Diaqram 1.17).  
 
 
 
Diaqram 1.17: Nominal və Real Effektiv məzənnə 
(q-n ÜDM-də faizlə) 
 
Mənbə: Azərbaycan Mərkəzi Bankı 
60
70
80
90
100
110
120
130
00
01
02
03
04
05
06
07
08
NEM
REM
REM qeyri-neft ümumi
REM qeyri-neft ixrac


55 
 
 
1.15.
 
Yuxarıda sadalanan müstəqillikdən sonra əldə olunan iqtisadi göstəricilər cədvəl  1.1-də 
əksini  tapıb.  Real  sektorun  inkiĢafı  və  yoxsulluğun  azaldılması  məsələləri  aĢağıda  müzakirə 
olunur. 
 
 
 
 
 
 
 
 
 
 


56 
 
C.
 
M
ƏġĞULLUQ VƏ YOXSULLUĞUN AZALDILMASI
 
1.16.
 
Azərbaycanın uğurlu makroiqtisadi siyasəti və neft sektorunun perspektivləri 2000-
ci  ildən  baĢlayaraq  iqtisadiyyatın  hərtərəfli  inkiĢafına  dəstək  olmuĢdur.  90-cı  illərin 
ortalarından  Azərbaycan  iqtisadiyyatı  Sovet  Hökumətindən  qalmıĢ  sənaye  məhsul  istehsalı 
bazasından alüminium filizi, xam neft və bir sıra qida emalı və yüksək dəyərli kənd təsərrüfatı 
məhsullarının  istehsalına  keçmiĢdir.  Azərbaycanın  kənd  təsərrüfatı  ildə  5  faizdən  yuxarı  artım 
tempi nümayiĢ etdirirdi. Sənaye sektoru (neft daxil olmaqla) çoxlu təlatümlərə məruz qalmıĢdır, 
lakin,  buna  baxmayaraq  təhlil  olunan  dövrün  əksər  hissəsində  əhəmiyyətli  artım  göstərmiĢdir 
(illik  hesabla  10  faizdən  yuxarı).  Qeyd  olunan  dövr  ərzində  xidmətlər  sektoru  da  dayanıqlı 
inkiĢaf  nümayiĢ  etdirmiĢdir  (bu  keçid  dövrünü  yaĢayan  çox  ölkələrdə  baĢ  verir).  Xidmətlər 
sektoru ildə təxminən 10 faiz artmıĢ və hal-hazırda da onun geniĢlənməsi davam edir.  
 
Diaqram 1.18: MəĢqulluğun bölgüsü (%), 2000 (içəri dairə) və 2008 (xarici dairə) 
 
 
Mənbə: Azərbaycan Hökuməti və Dünya Bankının hesablamaları
 
1.17.
 
Ġqtisadi  artım  ölkədə  məĢğulluğu  artırmıĢ  və  iĢçi  qüvvəsinin  strukturunda 
dəyiĢikliklərin  olunmasına  töhfə  vermiĢdir.  1995-2008-ci  illər  ərzində  Azərbaycanda  rəsmi 
məĢğulluq təxminən 13 faiz artmıĢdır ki, bunun da 80 faizi 2000-ci ildən sonrakı dövrə təsadüf 
edir.  2008-ci  ilin  sonunda  məĢğulluq  4.1  milyon  təĢkil  edirdi.  Bununla  belə,  Azərbaycanda, 
əsasən tikinti sektorunda iĢləyən 15 000 miqrant yaĢayır (böhrandan əvvəliki dövr). 2000-2008-
ci  illərdə  əmək  qüvvəsinin  kiçik  restrukturizasiyası  qeydə  alınmıĢdır.  Ġlkin  olaraq  neft 
sektorunda, sonra tikinti, daĢınmaz əmlak və bir qədər sonra dövlət sektorunda açılan imkanlar 
2000-2007-ci  illəri  əhatə  edən  dövrdə  kənd  təsərrüfatı  və  balıqçılıq  sektorunda  məĢğulluğu 
təxminən  2.5  faiz  azaltmıĢdır.  Eyni  dövrdə  sənaye  sektorunda  məĢğulluğun  payı  (əsasən  tikinti 
sektorunda)  təxminən  1.5  faiz  artmıĢdır.  Diaqram  1.18-də  2008-ci  ildə  məĢğulluğun  strukturu 
(çevrədən  kənarda  xüsusi  çəki  göstərilir)  və  onun  2000-ci  illə  müqayisəsi  göstərilib  (çevrənin 
daxili).  Xidmətlər  sektorunda  məĢğulluğun  payı  təxminən  1  faiz  artıb  və  2000-2008-ci  illər 
ərzində ümumi məĢğulluğun təxminən 49 faizini təĢkil edib. Kənd təsərrüfatı sektoru məĢğulluq 
baxımından  böyük  əhəmiyyət  kəsb  etməkdə  davam  edir:  bu  sektorda  məĢğulluqun  38  faizi 
çəmləĢir.  
41%
0%
1%
5%
1%
4%
17%
0%
4%
0%
3%
7%
9%
5% 3%
38%
0%
1%
5%
1%
6%
16%
1%
5%
1%
3%
7%
9%
6%
3%
Kənd təs.
Balıqçılıq
Dağ mədən
Emal
Kommunal xidmətlər
Tikinti
Topdan satış
Mehmanxana
Nəqliyyat
Maliyyə
Daşınmaz əmlak
Dövlət İdarəçiliyi
Təhsil
Səhiyyə
Rabitə


Yüklə 3,94 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə