60
D.
O
RTA
-
MÜDDƏTLI PROBLEMLƏR
1.21.
Azərbaycanın ən vacib və təxirəsalınmaz orta-müddətli vəzifəsi neft gəlirlərindən
həddən artıq çox asılılığın aradan qaldırılmasıdır. Yuxarıda qeyd olunduğu kimi, neft
sektorunun sürətli inkiĢafı nəticəsində Azərbaycan iqtisadiyyatının neft sektorundan asılılığı
əhəmiyyətli dərəcədə artmıĢdır. Bu məsələ həm fiskal gəlirlərə həm də cari hesaba aiddir. 2005-
ci ildən baĢlayaraq qeyri-neft ticarət kəsiri də dayanıqlı artım nümayiĢ etdirirdi. Qısa müddət
baxımından qeyri-neft ticarət kəsiri neft ixracı hesabına örtülməkdə davam edəcək. Orta və uzun
müddət baxımından isə (neft qiymətlərinin trayektoriyasından asılı olaraq) qeyri-neft ticarət
balansı maliyyə kəsirinin yaranmasına səbəb ola bilər ki, bu da ya idxalın azalması və yaxud
qeyri-neft ixracın artırılması və BXĠ-lərin cəlb olunması hesabına aradan qaldırıla bilər.
1.22.
Azərbaycan investisiya çatıĢmazlığı ilə də üzləĢir ki, bu da infrastrukturun
keyfiyyətinə təsir göstərir. Azərbaycanda investisiyalar neft sektoruna istiqamətlənmiĢdir.
Diaqram 1.20-də Azərbaycan üzrə ümumi investisiyaların ÜDM-ə nisbəti (punktir hətt)
göstərilib. Bu göstərici qeyri-neft investisiyaların (özəl və dövlət) qeyri-neft ÜDM-ə nisbəti
(qalın xətt) və MDB və keçid iqtisadiyyatların orta investisiya göstəriciləri ilə müqayisə olunur.
Diaqramdan görünür ki, 1995-2002-ci illərdə Azərbaycan qeyri-neft ÜDM-in təxminən 4 faizi
miqyasında investisiya yatırıb ki, bu da MDB ölkələrinin eyni orta göstəricisi ilə müqayisədə
daha azdır. Ġnvestisiyaların ÜDM-ə nisbəti isə 8 faiz olmuĢdur ki, bu da keçid iqtisadiyyatlarının
eyni orta göstəricisi ilə müqayisədə aĢağıdır. Marağlıdır ki, 1996-2004-ci illər ərzində
Gürcüstanın illik investisiya səviyyəsi ÜDM-in təxminən 25 faizini təĢkil edib (Azərbaycandakı
neft bumundan öncə). Ermənistanda eyni göstərici ÜDM-in 20 faizindən bir qədər yuxarı
olmuĢdur. Azərbaycanın qeyri-neft investisiyalarının qeyri-neft ÜDM-ə nisbəti 1995-2004-ci
illər ərzində orta hesabla 11.7 faiz təĢkil etmiĢdir. Təbii ki, neft bumundan əvvəl müĢahidə
olunan aĢağı investisiya göstəriciləri ölkə infrastrukturuna əhəmiyyətli təsir göstərmiĢlər.
Ümumilikdə Azərbaycanda infrastruktur xidmətlərin etibarlılığı və keyfiyyəti qeyri-
qənaətbəxĢdir. Ölkənin infrastruktur qurğuları onların 25-30 illik istismar dövrünü artıq baĢa
vurublar. Maliyyə vəsaitlərinin qıtlığı nəticəsində infrastrukturun böyük hissəsi korlanmıĢ,
xidmətlərin keyfiyyəti isə aĢağı düĢmüĢdür. Yolların təxminən 56 faizi pis vəziyyətdədir, 30 faizi
isə təcili təmirə ehtiyac duyur. Regional və yerli yolların təxminən 45 faizinin istismar dövrü
bitib ki, bu da bəzi regionlarda ərazi vahidləri arasında il boyu nəqliyyat əlaqələrinin təmin
edilməsinə mane olur. Dəmir yol infrastrukturunun pisləĢməsi ilə bağlı olaraq Azərbaycan dəmir
yolları tam gücü ilə fəaliyyət göstərə bilmir. Su təchizatı sisteminin etibarlılığı son illərdə
müəyyən dərəcədə yaxĢılaĢsa da onun vəziyyəti (xüsusilə kapital baxımdan) hələ də aĢağı
olmaqda qalır (orta hesabla günə 13 saat). Bakıdan kənarda yerləĢən ölkənin bir sıra bölgələrində
əhali su ilə gündə orta hesabla 3 saat təchiz olunur.
1.23.
Azərbaycan bazar institutlarının zəifliyi ilə bağlı olan risklərə məruzdur. Yuxarıda
qeyd olunan ürəkaçan makroiqtisadi mənzərə ilə müqayisədə institusional sahədə inkiĢaf zəif
olmuĢdur. Bu məsələ narahatlıq doğurur, çünki iqtisadi ədəbiyyata görə yaxĢı institutların
mövcudluğu dayanıqlı iqtisadi artım və özəl sektorun inkiĢafı üçün olduqca vacibdir.
22
2008-ci
ilin sonunda Azərbaycan siyasi risklər və dövlət idarəetmə sisteminin keyfiyyəti baxımından
üçüncü kvartilya (dörddə bir), demokratik hesabatlılıq və korrupsiyanın dərinliyinə görə isə ən
aĢağı kvartilya daxil edilib.
23
AYĠB-ın keçid indeksi
24
də göstərir ki, Azərbaycan MDB ölkələrlə
22
Acemoglu, and others 2005.
23
International Country Risk Guide 2007.