Azərbaycan Ölkə üzrə Ġqtisadi Memorandum



Yüklə 3,94 Mb.
Pdf görüntüsü
səhifə18/102
tarix17.09.2018
ölçüsü3,94 Mb.
#69161
1   ...   14   15   16   17   18   19   20   21   ...   102

35 
 
54.
 
Hökumət  qlobal  böhran  fürsətindən  istifadə  edərək  xərcləri  daha  dayanıqlı 
səviyyəyə  çatdıra  bilər,  lakin  bununla  belə  neft  gəlirlərindən  faydalanaraq  özəl  sektorun 
vergi  yükü  azaldıla  bilər.  Birinci  diaqramda  cari  neft  qiymətləri  ssenarisində  neft  gəlirlərinin 
qeyri-neft  ÜDM-ə  nisbəti  təsvir  olunmuĢdur.  Daha  konservativ  qiymət  ssenarisi  daimi  gəlir 
səviyyəsinin daha aĢağı olmasını və hökumət xərclərinin qeyri-neft ÜDM-in 40 faizindən aĢağı 
səviyyəyə  daha  tez  çatdırılmasını  nəzərdə  tutacaq.  Buna  görə  də  neft  bumunun  erkən 
mərhələsində  neft  gəlirləri  özəl  sektora  ―tətil‖  verilməsi  üçün  istifadə  olunmalıdır  (hətta  aĢağı 
neft qiymətləri ssenarisində belə). 
55. 
Yuxarıdakıları nəzərə almaqla, hesabatda tövsiyə olunur: 
Tövsiyə 9: Birbaşa vergitutma və sosial müdafiə ödənişləri daxil olmaqla, vergi 
dərəcələrini  azaltmaq  (bütün  pensiyaların  aktuar  və  strateji  təhlilinin  başa 
çatmasını  və  sosial  sığorta  ödəyən  və  ödəməyənlər  üçün  dayanıqlı  pensiya 
paketinin müəyyən olunmasını nəzərə alaraq ). Bunlar özəl sektora yük olur və 
çox  vaxtı  qeyri-rəsmi  məşğulluqa  cətirib  çıxarır.  Həmçinin,  vergi  inzibatçılığı 
sahəsində  islahatları  davam  etdirmək  (xüsusilə  inspektorlarla  müəssisələr 
arasında kontaktların minimallaşdırılması istiqamətində) .   
56.
 
Azərbaycan  hökumətinin  böyük  ölçüdə  olması  özəl  sektorun  iqtisadi  fəaliyyətinə 
qarıĢmaq  üçün  dövlət  müdaxiləsinə  çoxlu  əlavə  imkanlar  yaradır.  Hökumət  bu  rolu 
dəyiĢməli  və  özəl  sektorun  problemlərini  eləcə  də  qeyri-neft  ixracının  inkiĢafında 
problemləri həll edən olmalıdır. Qeyd olunduğu kimi, 2008-ci ildə dövlət xərclərinin ÜDM-in 
83%-nə  çatması  gözlənilir.  Bununla  belə,  Hökumət  ümumi  investisiyaların  təxminən  80  faizini 
idarə  edəcək.  Korrupsiya  və  Ģəffaflıqla  bağlı  beynəlxalq  sorğulardakı  zəif  nəticələr,  həmçinin 
AYĠB-in  ikinci  nəsil  islahatlar  (bazarları  daha  səmərəli  fəaliyyətə  sövq  etmək  məqsədini 
daĢıyan) üzrə keçid indikatorlarının səviyyəsi ciddi narahatlıq doğurur (xüsusilə Hökumətin bu 
cür  böyük  ölçüdə  olduğunu  nəzərə  alaraq).  Bu,  dövlət  sektorunun  fəaliyyətində  (lisenziya  və 
icazələrin  verilməsi,  satınalmalar  və  s.)  daha  çox  Ģəffaflığı,  iqtisadi  fəaliyyəti  məhdudlaĢdıran 
maneələrə  daha  yaxĢı  cavab  vermək  məqsədilə  özəl  sektorla  açıq  dialoqun  aparılmasını  tələb 
edir.  Son  illərdə  bir  sıra xarici  ölkələrdə  aparılmıĢ  islahatlar  (Ġrlandiya,  Malayziya)  göstərib  ki, 
özəl  sektorla  aparılan  nəticəyönümlü  əməkdaĢlıq  (daxili  investisiya,  BXĠ  və  ixracın  inkiĢafı 
sahələrində)  hökumətə  imkan  vermiĢdir  ki,  özəl  sektorun  ehtiyaclarına  daha  dəqiq  Ģəkildə 
reaksiya versin.  Bu mübadilə ya regional, ya da sektoral çərçivədə baĢ verə, özündə həmkarlar 
ittifaqları  və  QHT-ləri  ehtiva  edə  bilər.  Hökumət  üçün  vacibdir  ki,  KOM-lar  və  böyük 
sahibkarlarla özünün funksional məlumat əldəetmə mexanizmini yaratsın.    
57.
 
Yuxarıdakıları nəzərə almaqla, hesabatda tövsiyə olunur: 
Tövsiyə 10:  Qeyri-neft ixrac potensialı olan sənaye sahələrinə, BXİ-nin cəlb 
olunmasına diqqət yetirməklə, özəl sektorla şəffaf dialoq üçün şərait yaratmaq. 
Hökumətin dəstəyi ilə maliyyə, keyfiyyət və standartlaşdırma məsələlərini fəal 
araşdırıb həll etməkdaxili bazarda alt-sektor və məhsul kateqoriyası 
səviyyəsində rəqabətə maneçilik törədən çatışmazlıqları aradan qaldırmaq.    
IV.  
Maliyyə Sektoru  
58.
 
Azərbaycanın  maliyyə  sektoru  son  illərdə  həcmcə  artmıĢdır.  2008-ci  ildə  daxili 
əmanətlərin ümumi səviyyəsi ÜDM-in 65 faizini təĢkil etmiĢdir ki, bu da regional və beynəlxalq 


36 
 
miqyasda  ən  yüksək  göstəricilərdən  biridir.  Pulun  real  kəmiyyəti  (bank  depozitlərinin  real 
kəmiyyəti də daxil olmaqla)  əhəmiyyətli  dərəcədə artmıĢdır. 2005-ci  ildən etibarən kreditlər də 
əhəmiyyətli  dərəcədə  artmıĢdır.  Bu,  monetar  və  məzənnə  siyasətlərinin  kombinasiyası 
nəticəsində  baĢ  vermiĢdir  (bax  Fəsil  1).  Buna  baxmayaraq  2008-ci  ilin  ortalarında  ümumi 
kreditlərin ÜDM-ə nisbəti təxminən 17 faiz təĢkil etmiĢdir (Avropa Birliyinə daxil olan ölkələrin 
50  faiz  göstəricisi  ilə  müqayisədə).  Bu,  maliyyə  dərinliyinin  nisbətən  aĢağı  olduğunu  göstərir. 
Azərbaycanda bankların mahiyyətcə əsas maliyyə vasitəçiləri olduğunu nəzərə alsaq bu göstərici 
xüsusilə aĢağıdır.  
59.
 
Eyni 
zamanda 
maliyyə 
sektorunun 
tənzimlənməsi 
də 
gücləndirilmiĢdir. 
Azərbaycanın  maliyyə  sektoru  Beynəlxalq  Maliyyə  Hesabatları  Standartlarını  tətbiq  edən  ilk 
sektor olmuĢdur. BMK, AYĠB və digər tərəfdaĢlarla birlikdə bank sektoru korporativ idarəetmə 
sistemini gücləndirən ilk sektor olmuĢdur. Azərbaycan Mərkəzi Bankı sektor üzrə əsas hüquqi və 
tənzimləmə  bazasını  təkmilləĢdirmək,  onu  beynəlxalq  standartlara  uyğunlaĢdırmaq  və 
tənzimləyici  kimi  öz  potensialını  inkiĢaf  etdirmək  üçün  vacib  hüquqi-normativ  sənədləri 
hazırlamıĢdır.     
60.
 
Bununla  belə,  Azərbaycanın  maliyyə  sektoru  resursların  paylaĢdırılması 
vasitəçiliyində  və  riskləri  üzərinə  götürməkdə  məhdud  rol  oynamaqdadır.  Ġqtisadiyyatın 
diversifikasiyasında da onun rolu kiçikdir. Azərbaycanın əsasən bank sektorundan ibarət olan 
çox  yeni  maliyyə  sektoru  var.    46  bankın  fəaliyyət  göstərdiyi  bu  sektorda  ən  böyük  bank 
sektorun aktivlərinin 44 faizinə, ən iri iki bank isə 50 faizdən çoxuna nəzarət edir.Eyni zamanda, 
mütəĢəkkil  kapital  bazarının  inkiĢafa  töhfəsi  çox  məhdud  olmuĢdur.    Qiymətli  kağızlar  üzrə 
aparılan  əməliyyatların  təxminən  90  faizi  fond  birjasından  kənarda  (BFB)  həyata  keçirilir  və 
bazar  məlumatı  kimi  yayılmır.    Nəticədə  qiymətlər  haqqında  məlumatın  əldə  olunması  aĢağı 
səviyyədədir  və  bazarın  Ģəffaflıq  səviyyəsi  zəifdir.  2007-ci  ildə  mütəĢəkkil  bazarın  illik  səhm 
dövriyyəsi  ÜDM-in  təxminən  1  faiziqədər  olmuĢdur.  2008-ci  ildə  isə  bu  göstərici  iki  dəfə 
azalmıĢdır.  MütəĢəkkil  bazar  üzrə  ilkin  və  təkrar  dövriyyənin  təxminən  90  faizi  qısamüddətli 
borc  alətləri,  yəni  Dövlət  Qısamüddətli  Ġstiqrazlar  (DQĠ)  və  Azərbaycan  Mərkəzi  Bankının 
(AMB) notlarıdır. Ötən iki il ərzində korporativ istiqrazların emissiya səviyyəsi sürətlə artmıĢdır, 
lakin onların dövriyyə müddəti 15 aydan artıq deyil.   
61.
 
Son illərdə Azərbaycanda sürətli kredit ekspansiyası müĢahidə olunur. Bu, müsbət 
addım  olsa  da,  nəzarət  orqanları  tərəfindən  sayıqlığı  tələb  edir.  2002-08-ci  illərdə  bank 
sektoru hesabına verilmiĢ kreditlərin həcmi on üç dəfədən artıq çoxalmıĢdır, baxmayaraq ki, bu, 
çox kiçik bazadan baĢlamıĢdır.  Qeyri-bank kredit təĢkilatlarının sayı da həmin müddət ərzində 
47-dən  94-ə  artmıĢdır.  Kreditin  bu  həcmdə  artımı  büdcə  kəsirinin  irimiqyaslı  dollar  axınları 
hesabına maliyyələĢdirilməsi, ARDNġ-in yüksək gəlirləri və yerli bankların xaricdə borclanması 
fonunda  baĢ  verən  manatın  tənzimlənən  bahalaĢmasının  həyata  keçirilməsinin  bir  aspektidir. 
Azərbaycan  bankları,  xüsusilə  2007-ci  ildən  baĢlayaraq,  xaricdən  gələn  maliyyə  vəsaitlərinin 
(borcun)  alıcılarına  çevriliblər  ki,  bu  da  yerli  valyutanın  bahalaĢmasına  təzyiqləri  artırmıĢdır. 
Qazaxıstanda  bu  kimi  borclanma  maliyyə  böhranı  ilə  nəticələndi.  Eyni  zamanda,  kredit 
portfelinin  keyfiyyəti  də  yüksəlməkdədir:  2007-ci  ildə  bank  sektorunun  qeyri-iĢlək  kreditlərin 
ümumi  kreditlərə  nisbəti  2.9  faiz  təĢkil  etmiĢdir  (yalnız  5  bankda  5  faizdən  artıq  nisbət  qeydə 
alınmıĢdır).    2008-ci  ilin  ortalarında  bu  göstərici  2.2  faiz  olmuĢdur  (2001-ci  ildəki  29  faizdən 
aĢağı).  Lakin  ehtiyatlı  olmaq  lazımdır,  çünki  böhran  zamanı  iqtisadi  Ģərait  korlanmağa 
təmayüllüdür və böhran özü də hələ daha yeni baĢ verib. Azərbaycan Mərkəzi Bankı 2008-ci ildə 
nəzarətə olan diqqətini artırmıĢdır.   


Yüklə 3,94 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə