Azərbaycan Ölkə üzrə Ġqtisadi Memorandum



Yüklə 3,94 Mb.
Pdf görüntüsü
səhifə17/102
tarix17.09.2018
ölçüsü3,94 Mb.
#69161
1   ...   13   14   15   16   17   18   19   20   ...   102

33 
 
gömrük  və  s.,  nümayəndələri  çalıĢır).  Lakin,  gömrük  təmizləməsinin  özü ayrıca  fəaliyyətdir  və 
ölkənin  daxilində  yerləĢən  dövlətə  məxsus  dörd  terminalda  həyata  keçirilir.  Təlim  keçmiĢ 
gömrük mütəxəssislərinin və gömrük brokerlərinin sayı məhduddur. Bu proqramın çərçivəsində 
Azərbaycan  müasir  harmonik  tarif  sistemini  tətbiq  etməyi  planlaĢdırır.  Eyni  zamanda  yeni, 
risklərin qiymətləndirilməsinə əsaslanan yoxlama sisteminə keçid nəzərdə tutulur. Bundan baĢqa 
Azərbaycan  irəliləyiĢlərin  və  nəticələrin  monitorinqini  aparmaq  üçün  meyarlar  hazırlamaq 
niyyətindədir.  Hökumətin  cari  islahatlarına  dəstək  və  texniki  yardım  göstərilməsi  ehtiyacının 
olacağı mümkündür.  
 
48.
 
Yuxarıdakıları nəzərə alaraq hesabatda tövsiyə olunur: 
Tövsiyə  8:  Həm  yerüstü,  həm  də  dəniz  limanlarındakı  sərhəd-keçid 
məntəqələrində 
gömrük 
və 
ticarətin 
asanlaşdırılması 
proseslərinin 
islahatlarının  sürətləndirilməsi  və  daha  müasir,  kompüterləşdirilmiş,  risklərin 
qiymətləndirilməsinə  əsaslanan  gömrük  təmizləməsi  proseslərinə  doğru  keçid 
(hansı ki, fiziki yoxlamaların sayının azalmasına xidmət edir) 
49.
 
Hökumət,  investisiyaya  və  hökümət  yığımlarına  dəstək  zərfinin  bir  hissəsi  kimi 
vergi  dərəcələrini  tədricən  lakin  etibarlı  və  sistemli  Ģəkildə  azaltmaq  məqsədilə  neft 
gəlirlərinin  idarəedilməsi  üçün  NQGIUS-da  nəzərdə  tutulan  maliyyə  imkanlarından 
yararlanmalıdır.  Azərbaycanda müstəqillikdən sonra münasib vergi sistemi formalaĢdırılmıĢdır 
və  onun  icrası  son  illərdə  təkmilləĢdirilmiĢdir.    Ġqtisadiyyatın  inkiĢafı,  vergi  və  gömrük 
inzibatçılığında  aparılan  islahatlar  qeyri-neft  sektorunda  ödənilən  vergilərin  həcmində 
əhəmiyyətli  dərəcədə  artıma  öz  töhfəsini  vermiĢdir.    Qeyri-neft  ÜDM-də  qeyri-neft  vergilərin 
payı  2003-cü  ilin  19.7  faizindən  həm  2007-ci  və  həm  2008-ci  ildə  təxminən  32  faizə  qədər 
yüksəlmiĢdir.  Azərbaycanda vergi dərəcələri komparator ölkələrlə müqayisədə nisbətən yüksək 
olaraq qalmaqdadır. Neft gəlirləri artdıqca Hökumət vergi dərəcələrinin azaldılmasını nəzərdən 
keçirə  bilər.  Ümumiyyətlə  yüksək  vergi  dərəcələri  (fərdi  gəlir  vergisi  və  sosial  müdafiə 
ödəniĢləri)    formal  sektorda  iĢləməyə  əngəl  törədir  və  yeni  özəl  investisiyaların  yatırılmasını 
həvəsləndirmir
10
.   
50.
 
Mövcud  vergi  sistemi  (həm  normativ  vergi  dərəcələri,  həm  də  vergi  inzibatçılığı) 
Ģirkətləri  kiçik  ölçülü  qalmağa  və  əməliyyatlarının  ciddi  bir  hissəsini  rəsmi  iqtisadiyyat 
hüdudlarından  kənarda  tutmağa  təĢviq  edir.  Yüksək  vergi  dərəcələrindən  əlavə,  vergi 
inzibatçılığı  təcrübəsi  (sənədlərin  təqdim  olunması  üzrə  tələblər,  audit  praktikası  və  s.) 
müəssisələr  üçün  çətinliklər  yaradır.  Müəssisələr  də  ya  qeydiyyatdan  keçməməyə,  ya 
SadələĢdirilmiĢ  Vergi  Sistemində  qalmağa,  ya  da  qazanclarını  olduğundan  az  göstərməyə 
üstünlük  verirlər.
1112
 Nəticədə,  Ģirkətlər  maliyyə  və  texniki  xidmətlərdən  kənarda  qalır,  müasir 
menecment  və  mühasibatlıq  təcrübəsinin  tətbiq  olunması  üçün  onların  stimulları  olmur.  Buna 
                                                 
10
 2009-cu ilin May ayında Hökumət  müəssisələr (22 faizdən 20 faizə qədər) və fiziki Ģəxslər (35 faizdən 30 faizə 
qədər) üçün maksimal vergi dərəcələrini azaltmıĢdır (bu tədbir hesabatda tövsiyə edilənlərlə uyğundur).   
11
 Hazırda  Azərbaycanda  rüblük  22,500  AZN  və  ya  ildə  90,000  AZN  aĢağı  dövriyyəsi  olan  müəssisələr  üçün  4 
faizlik  SadələĢdirilmiĢ  Vergi  Sistemi  (SVS)  tətbiq  olunur  (bu  müəssisələrin  98  faizi  Bakıda  yerləĢir).  Bu  rejimlə 
iĢləyən  müəssisələr  nə  əmlak  vergisi,  ƏDV  (18  faiz),  sosial  müdafiə  ödəniĢləri  (23  faiz)  vermir.    SVR  rejimi  ilə 
iĢləyən fiziki Ģəxslər isə heç bir gəlir vergisi ödəmirlər.   
12
 SadələĢdirilmiĢ  vergi  rejimi  (SVR)  Azərbaycanda  mikro  və  kiçik  müəssisələrə  dəstək  vermək  məqsədilə 
yaradılmıĢdır.  Bu  hesabatda  deyilir  ki,  müəssisələr  sadələĢdirilmiĢ  vergi  rejimi  altında  iĢləməyə  can  atırlar. 
Hesabatda  tövsiyə  olunur  ki,  bu  rejimdən  ƏDV  rejiminə  keçmək  üçün  stimullar  (həm  vergi  dərəcələrinin,  həm  də 
inzibatçılığın təkmilləĢdirilməsi yolu ilə) əhəmiyyətli Ģəkildə gücləndirilməlidir.   


34 
 
görə  də,  təəccüblü  deyildir  ki,  Azərbaycan  region  üzrə  adambaĢına  ən  az  rəsmi  MKOM-lar 
(mikro, kiçik, orta müəssisələr) olan ölkələrdən biridir
13
.   
51.
 
Hökumət  vergi  dərəcələrinin  azaldılması  və  inzibatçılığının  təkmilləĢdirilməsi 
sahəsində  irəliləyiĢ  nümayiĢ  etdirib. 2003-cü  ildən baĢlayaraq vergi  dərəcələrinin  azaldılması 
sahəsində  ən  vacib  irəliləyiĢlər  aĢağıdakılar  olmuĢdur.  2005-ci  ildə  mənfəət  vergisinin 
azaldılması  (24%-dən  22%-ə,  2009-cu  ildə  isə  20  faizə),  2004-ci  ildə  məcburi  sosial  sığorta 
dərəcəsinin  azaldılması  (28  faizdən  25  faizə  qədər),  ƏDV-nin  azaldılması  (2005-ci  ildə  20 
faizdən 18 faizə) və aksiz vergilərin mütəmadi artırılması. Vergi inzibatçılığına gəldikdə son iki 
il  ərzində  bir  sıra  irəliləyiĢlər  müĢahidə  olunmuĢdur  ki,  bunun  nəticəsində  vergi  yükü  və  vergi 
ödəyicisi  ilə  rəsmi  Ģəxlər  arasında  birbaĢa  ünsiyyət  azalmıĢdır.  Bu  sahədə  görülən  iĢlər 
aĢağıdakılardı:  (ı)  bəyannamələrin  elektron  formatda  doldurulmasının  tətbiqi  (2007-ci  ilsən 
baĢlayaraq  bu  xidmətdən  ƏDV  ödəyicilərinin  96%,  sahibkarlıq  fəaliyyəti  ilə  məĢğul  olan  və 
ƏDV  rejimində  iĢləyən  ödəyicilərin  isə  35%  faydalanır),  (ıı)  ―qaynar  xəttin‖  yaradılması,  (ııı) 
vergilər  haqqında  lazımı  məlumatların  internet  səhifəsində  yerləĢdirilməsi,  (ıv)  son  bir  neçə  il 
ərzində  vergilərlə  bağlı  hesabat  formalarının  90-dan  15-ə  qədər  azaldılması,  səmərəliliyin 
artırılması və ödəyicilərlə vergi rəsmiləri arasında birbaĢa ünsiyyətin azaldılması və (v) Vergilər 
Nazirliyinin məlumat bazası ilə digər qurumların məlumat bazaları arasında əlaqənin yaradılması 
(Xəzinədarlıq, Gömrük Komitəsi, kommersiya bankları və Daxili ĠĢlər Nazirliyi). Eyni zamanda 
bir  sıra  vergi  əməliyyatları  (kameral  yoxlamalar  daxil  olmaqla)  avtomatik  rejimdə  həyata 
keçirilir.  Vergilərin  ödəniĢi  ilə  bağlı  hər-hansı  bir  problemin  yaranması  haqqında  bildiriĢ 
avtomatik Ģəkildə 5 gün ərzində vergi ödəyicisinə göndərilir (insan müdaxiləsi olmadan). ƏDV 
üçün xüsusi depozit hesabının açılması vergi sisteminin əsasını təĢkil edir və iri vergi ödəyiciləri 
tərəfindən yaxĢı qarĢılanmıĢdır (əvvələr mübahisəli olsa da).      
52.
 
Buna  baxmayaraq,  vergilər  və  inzibati  yük  yüksək  olaraq  qalmaqdadır. 
Müəssisələrin  formal  sektorda  fəaliyyət  göstərməsi  və  onların  bütün  əməliyyatlarının 
formal sektora cəlb olunması vacib islahatların həyata keçirilməsini tələb edir. Vacibdir ki,  
müəssisələrin  qeyri-formal  sahibkarlıq  fəaliyyətindən  SVR  (SadələĢdirilmiĢ  Vergi  Rejimi) 
rejiminə  və  sonra  SVR  rejimindən  adi  vergi  rejiminə  keçməsi  düzgün  stimullarla 
istiqamətləndirilsin. Eyni zamanda, müəssisələr üzərində vergi inzibatçılığı yükünün azaldılması 
da  böyük  əhəmiyyət  kəsb  edir.  AĢağı  vergi  dərəcələri  müəssisələrin  SVR  rejimində  qalması  və 
gəlirlərin  gizlədilməsi  istəyini  azaldır.  Bununla  belə,  vergi  və  gömrük  inzibatçılığının 
təkmilləĢdirilməsi  sahibkarları  formal  sektorda  fəaliyyət  göstərməyə  stimullaĢdırır.  Vergi 
inzibatçılığına  gəldikcə  Azərbaycan  cari  səylərini  gücləndirməlidir  ki,  sahibkarlarla  vergi 
inspektorları arasında kontaktlar minimuma ensin.   
53.
 
Hökumət  Dövlət  Müəssisələrindən  maliyyə  vəsaitlərinin  əldə  olunması  məqsədilə 
vergi  dərəcələrini  yüksək  saxlamamalıdır.  Bunun  əvəzinə,  Dövlət  Müəssisələrində 
yerləĢdirilən  səhmlərdən  dividentlərin  və  yaxud  Dövlət  Müəssisələrinə  verilən  kreditlər 
üzrə faizin alınması daha məqsədəuyğundur. Məlumatlara əsasən, hökumət DM-lərdən aldığı 
əhəmiyyətli  dərəcədə  gəlirləri  itirmək  qorxusuyla  vergi  dərəcələrini  azaltmağa  tərəddüd  edir. 
Nəticədə, özəl Ģirkətlər və qeyri-neft iqtisadiyyatındakı qurumlar üçün də yüksək vergi dərəcələri 
saxlanılır ki, bu da bazara daxil olmaq prosesinə mənfi təsir göstərir. Hesabatda tövsiyə olunur 
ki, vergi dərəcələri azaldılsın, lakin DM-lər üzərində vergi yükü dəyiĢməz qalsın (yəni Hökumət 
tərəfindən həmin vəsait tənzimləmə və dividendlər hesabına əldə olunsun).   
                                                 
13
 Qeyd etmək lazımdır ki, qeyri-formal fəaliyyət göstərmək üçün qərarın verilməsinə bir sıra faktorlar təsir edə bilər 
(mədəniyyət, bazarın miqyası, maliyyə resurslarının qıtlığı, qeyri-etik davranıĢ). Lakin, bu hesabatın qənaətinə görə 
vergi sisteminin yaratdığı yüksək əməliyyat xərcləri bu kimi qərarların verilməsinə ciddi təsir göstərir.   


Yüklə 3,94 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə