Azərbaycan Ölkə üzrə Ġqtisadi Memorandum



Yüklə 3,94 Mb.
Pdf görüntüsü
səhifə15/102
tarix17.09.2018
ölçüsü3,94 Mb.
#69161
1   ...   11   12   13   14   15   16   17   18   ...   102

29 
 
32.
 
Birinci  vəzifə  2007-ci  ildə  aparılmıĢ  tarif  dəyiĢikliyinin  bazasında  aydın  qiymət 
siyasətini qəbul etməklə kommunal xidmətlərin maliyyə dayanıqlığının gücləndirilməsidir. 
Əvvəlki illərdə kommunal xidmətlər iri miqyaslı dolayı subsidiyaların obyekti idi. 2006 və 2007-
ci illərdə kommunal xidmətlərə dolayı subsidiyalar qeyri-neft ÜDM-in müvafiq olaraq 4,7 və 3 
faizinə  bərabər  idi.  Tariflərə  əhəmiyyətli  dəyiĢiklik  edilməsi  yolu  ilə  bu  subsidiyalar  prinsipcə 
2007-ci  ildə  ləğv  olunmuĢdur.  Bir  tərəfdən,  rəsmi  statistikanın  da  təsdiq  etdiyinə  görə, 
Azərbaycanın neft-kimya kompleksi 2007-ci ilin yanvar ayındakı tarif artımına dözə bilməmiĢ və 
bir  müddət  fəaliyyətini  dayandırmıĢdı.  Perspektivə  baxsaq  Tarif  ġurası  tarif  siyasətini 
hazırlamaqla  və  yerli  və  xarici  investorlara  onu  öncədən  qiymətləndirmək  imkanı  yaratmaqla 
gələcək  tarifləri  daha  proqnozlaĢdırıla  bilən  etməlidir.  Uyğun  olaraq,  Dövlət  Əmlakının 
Ġdarəolunması üzrə Dövlət Komitəsi (DƏĠDK) idarəçilik potensialını gücləndirməlidir. DƏĠDK, 
Maliyyə  Nazirliyi  və  Tarif  ġurası  maliyyə  dayanıqlığı  ilə  bağlı  2007-ci  ildə  əldə  olunmuĢ 
nailiyyətləri qoruyub saxlamaq üçün birlikdə iĢləməlidir. Hazırda qiymətlərin müəyyən olunması 
prosesi  investorlar  üçün  gözlənilən  deyil  və  kommunal  xidmətlərin  dövlətin  əlində  qalmasını 
təĢviq edir.  
33.
 
Qiymətlərin formalaĢdırılması prosesi maliyyə dayanıqlığını təmin etməklə bərabər  
əməliyyat  xərclərini  və  investisiya  yatırmaq  imkanlarını  da  (hər  bir  sektor  üçün 
məqsədəuyğun  səviyyədə)  nəzərə  almalıdır.  Xidmətlərin  göstərilməsinin  məsrəf  strukturu 
barədə  dəqiq  məlumatın  olmaması  tarif  dəyiĢiklikləri  üçün  əsaslandırılmıĢ  trayektoriyanın 
müəyyənləĢdirilməsini  çətinləĢdirə  bilər.  Son  islahatlar  Maliyyə  Nazirliyinə  büdcə  prosesinin 
çərçivəsində  dövlət  müəssisələrinin  maliyyə  məlumatları  ilə  bir  qayda  olaraq  vaxtında  tanıĢ 
olmaq  imkanı  vermiĢdir.  Bu  təĢəbbüsün  gücləndirilməsi  və  ölkənin  iri  dövlət  müəssisələrində 
Beynəlxalq  Maliyyə  Hesabatları  Standartlarının  (BMHS)  tətbiqi  (1  yanvar  2008-ci  ildən 
tətbiqinə baĢlanmalı idi, amma  vaxt  bir qədər uzadılıb) dövlət  müəssisələrinin  xərc strukturunu 
daha yaxĢı anlamağa kömək edəcək ki, bu da etibarlı planlaĢdırmanın, o cümlədən investisiyalar 
və tariflərin müəyyən edilməsinin əsasını təĢkil edir. Bundan baĢqa, kommunal xidmətlərin (əsas 
etibarı  ilə  yol  sektorunda)  orta  müddət  baxımından  istismar  xərclərinin  planlaĢdırılması 
potensialı gücləndirilməlidir.  
34.
 
Yuxarıdakıları nəzərə alaraq hesabatda tövsiyə olunur: 
Tövsiyə 4: İnvestisiyalar və dövlət müəssisələrinin maliyyə dayanıqlığının təmin 
olunması  üçün  maliyyə  idarəçiliyi  və  istismar  xərcləri  ilə  bağlı  qiymətlərin 
formalaşdırılması siyasətini və institusional gücləndirməni tamamlamaq.   
35.
 
Ġkinci vəzifə kommunal xidmətlərin səmərəliyinin artırılması və seçilmiĢ “qısa, lakin 
əmin”  yolun  seçilməsi  orta  müddət  baxımından  hökumət  üçün  maliyyə  yükünə 
çevrilməməsinin  təmin  edilməsidir.    Səmərəliliyin  artırılması  təkcə  məqbul  xidmətlərin 
göstərilməsi üçün deyil, həm də  yeni investisiyaların maliyyələĢdirilməsi  ehtiyacını və büdcəyə 
təzyiqləri  azaltmaq  üçün  tələb  olunur.  Ġri  miqyaslı  investisiyaların  təcili  xarakter  daĢıması  ola 
bilsin ki, hökumətə səmərəliliyin artırılmasına diqqət yetirmək üçün kifayət qədər vaxt verməyib. 
Eyni  zamanda,  bu  dövr  ərzində  müəssisələrin  korporasiyalaĢdırılması,  qaz  və  elektrik  enerjisi 
sektorlarında  göstərilən  xidmətlərə  görə  hesabların  təqdim  edilməsi  və  yığım  səviyyəsində 
potensialın yaxĢılaĢdırılması, 2007-ci ildə tariflərə əhəmiyyətli dəyiĢikliklərin edilməsi, Maliyyə 
Nazirliyi  və  kommunal  müəssisələr  arasında  informasiya  mübadiləsinin  təkmilləĢdirilməsi 
müĢahidə  olunmuĢdur.  Gələcəkdə  səmərəliliyin  artırılmasının  stimullaĢdırılması  üçün  tarif 
trayektoriyası müəyyən oluna bilər. Bir sıra ölkələrdə bu faydalı praktika hesab olunur. Bunun 
davamı olaraq, baĢqa ölkələrdə uğurla tətbiq olunduğu kimi, özəl sektor həm investisiya, həm də 


30 
 
idarəetmə  sahələrinə  cəlb  oluna  bilər.  Birinci  addım  qlobal  böhran  sona  çatdıqda  Aztelekomun 
(yerüstü  telefon  xətt  operatoru)  nüfuzlu  beynəlxalq  investora  satılması,  Azərbaycanda  müstəqil 
enerji  istehsalçılarının  (MEĠ)  tətbiqinin  sürətləndirilməsi  və  su  sahəsində  idarəetmə 
müqavilələrinin  nəzərdən  keçirilməsi  ola  bilərdi.  Lakin,  daha  səmərəli  iĢtirak  üçün  hər  bir 
sektorun institusional mexanizmlərinin və struktur stimullarının dəqiqləĢdirilməsi tələb olunur.  
36.
 
Yuxarıdakıları nəzərə alaraq hesabatda tövsiyə olunur: 
Tövsiyə  5:  Qlobal  böhran  müddətində  dövlət  müəssisələrinin  səmərəliliyini 
artırmaq  üçün  orta  müddətli  tarif  siyasətindən  istifadə  edilməsi  imkanlarının 
nəzərdən  keçirilməsi  və  böhran  aradan  qalxdıqca  səmərəliliyi  artırmaq, 
əməliyyat risklərini azaltmaq və fiskal fəza yaratmaq üçün özəl sektorun daha 
geniş  iştirakına  səy  göstərilməsi  (xüsusilə  Aztelekomun  özəlləşdirilməsi,  bir 
müstəqil enerji istehsalçısının tətbiqi  və  yolların istismarına özəl  sektorun cəlb 
edilməsi).  
37.
 
Üçüncü  vəzifə  müvafiq  institutların  formalaĢdırılması  yolu  ilə  maliyyə 
dayanıqlığının,  səmərəliliyin  və  özəl  sektorun  iĢtirakının  təmin  edilməsi  üçün  Ģəraitin 
yaradılmasıdır.  Birinci  addım  kimi,  Tarif  ġurasının  tam  müstəqil  olmasına  ehtiyac  duyulur. 
Lakin, məqsədəuyğun tənzimləyici orqan tələb edir ki, Hökumət bazar strukturu və özəl sektorun 
rolu ilə bağlı qərar qəbul etsin. Bazar strukturu ilə tənzimləmə arasında əlaqənin yaxĢı nümunəsi, 
Azərbaycanın energetika sektorunun qarĢısında duran müxtəlif strateji seçim variantları ola bilər. 
Birinci növbədə Azərenerji milli iqtisadiyyata xidmət edən Ģirkətə çevrilməyə çalıĢmalı və onun 
fəaliyyəti üçün mülkiyyət və idarəetmə modellərindən biri seçilməlidir ki, burada Azərenerjinin 
rolu, müstəqil enerji istehsalçılarının potensial rolu, habelə paylama Ģəbəkələrinin mülkiyyət və 
idarəetmə formaları müəyyən olunsun. Tənzimləyici orqan bundan sonra modelin ətrafında təĢkil 
olunmalıdır. Alternativ olaraq ölkə elektrik enerjisi sahəsində mövcud olan regional imkanlardan 
faydalana bilər.  Lakin,  bu halda  Azərenerji  daha  çox alıcı  Ģirkət  funksiyalarını  yerinə  yetirməli 
olacaq və bu halda onun paylama Ģəbəkələrini idarə etmək vəzifəsindən azad edilməsi onun daha 
səmərəli  fəaliyyət  göstərməsinə  imkan  verər.  Hər  bir  halda  hökumətin,  özəl  sektorun  və 
tənzimləyici orqanın xüsusi rolu fərqlidir. Lakin, bazarın strukturu barədə konkret qərar olmadan 
hökumət  investorları  çıxılmaz  vəziyyətdə  qoyur  və  tənzimləyici  orqanın  inkiĢafını  ləngidir. 
Azərbaycanın digər kommunal sektorları (rabitə, qaz və müəyyən dərəcədə su və irriqasiya) daha 
birmənalı vəziyyətdə olsalar da, strateji istiqamətlər və bazarın strukturu barədə qərarların qəbulu 
eyni dərəcədə vacibdir. Dəmir yolları sahəsində Hökumət restrukturizasiyanı davam etdirmək və 
dəmir  yollarını  kommersiya  qurumuna  çevirmək  niyyətindədir.  Eyni  zamanda,  törəmə 
qurumların  yaradılması da nəzərdə tutulur (infrastruktur, yük daĢımaları, sərniĢin daĢımaları və 
sair).  
38.
 
Yuxarıdakıları nəzərə alaraq bu hesabatda tövsiyə olunur: 
Tövsiyə  6:  Kommunal  xidmətlər  sektorlarının  (xüsusilə  də  elektrik  enerjisi  və 
su) bazar strukturu barədə strateji qərarları qəbul etmək, və tənzimləmə və özəl 
sektorun dəvət edilməsi mexanizmlərini işləyib hazırlamaq.  
III.  
Özəl sektorun mühiti 
39.
 
Özəl  investisiyalar  təkcə  infrastruktur  xidmətlərindən  və  zaman  baxımından 
uzlaĢdırılmıĢ  makroiqtisadi  siyasətlərdən deyil, həm də özəl  sektor üçün açıq və rəqabətə 


Yüklə 3,94 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə