Azərbaycan Ölkə üzrə Ġqtisadi Memorandum



Yüklə 3,94 Mb.
Pdf görüntüsü
səhifə75/102
tarix17.09.2018
ölçüsü3,94 Mb.
#69161
1   ...   71   72   73   74   75   76   77   78   ...   102

 156 
səviyyəsinin  sistem  (və  ya  ―makro‖)  səviyyəsində  necə  saxlanmasının  anlaĢılmasına  və  onun 
təsirinin yumĢaldılması üçün tədbirlərin tövsiyə edilməsinə səy göstərilir. 
B.
 
B
EYNƏLXALQ MÖVQE
 
5.3.
 
Azərbaycanda  özəl  sektorun  fəaliyyəti  üçün  mühitin  təhlili  1995-ci  ildən  etibarən 
əhəmiyyətli  irəliləyiĢin  olduğunu  göstərir.  Lakin  təhlil  həmçinin  komparator  ölkələrlə 
müqayisədə  təkmilləĢmə  üçün  yerin  olduğundan  da  xəbər  verir.  AYĠB-in  birinci  nəsil 
islahatlarla  bağlı  keçid  göstəriciləri  göstərir  ki,  Azərbaycan  keçid  prosesinə  bir  çox 
komparatorlarından  gec  baĢlasa  da,  o,  nisbətən  daha  çox  irəliləyiĢ  əldə  etmiĢdir  (xüsusilə  də 
1997  -  2001-ci  illərdə).  Bu  göstəricilərə  kiçik  müəssisələrin  özəlləĢdirilməsi,  qiymətlərin 
liberallaĢdırılması,  ticarət  və  valyuta  mübadiləsi  sistemi  daxildir.  Lakin  2001-2007-ci  illərdə 
Azərbaycanda islahatların tempi (xüsusilə də qonĢu ölkələrlə müqayisədə) yavaĢımıĢdır. 
Diaqram 5.3: 2008-ci ildə biznes mühitinin tənzimlənməsi: Avropa və Mərkəzi Asiya 
 
 
5.4.
 
Ġslahatların  ikinci  nəsli  sahəsində  əldə  edilmiĢ  irəliləyiĢ  göstərir  ki,  rəqabət 
qabiliyyətli  bazarların  formalaĢmasını  dəstəkləyən  institusional  əsaslar  hələ  tam 
formalaĢmamıĢdır.  İslahatların  ikinci  nəslinə  iri  müəssisələrin  özəlləĢdirilməsi,  müəssisələrin 
restrukturizasiyası və idarəetmə məsələləri, rəqabət siyasəti, bank islahatları və faiz dərəcələrinin 
liberallaĢdırılması,  qiymətli  kağızlar  və  qeyri-bank  maliyyə  institutları,  infrastruktur  sahəsində 
islahatlar aiddir.  Bu  göstəricilər üzrə Azərbaycan bütün  komparatorlarından  geri qalır (diaqram 
5.2)  və  2001-ci  ildən  etibarən  bu  sahələrdə  az  irəliləyiĢ  əldə  etmiĢdir.  Ġslahatların  birinci  nəsli 
qiymət mexanizmlərinin müvafiq qaydada fəaliyyətə baĢlaması üçün vacib olduğu halda, ikinci 
nəsil  islahatlar  bazar  institutlarının  inkiĢafı  üçün  vacibdir.  Yuxarıdakı  reytinq  göstərir  ki, 
Azərbaycan  iqtisadiyyatı  kapitalın  bölüĢdürülməsində  əhəmiyyətli  səmərəsizliklər  və  qeyri-
:  
 
 
Mənbə: Doing Business 2009. 
Mənbə: Doing Business 2009. 
0
50
100
150
200
Biznes fəaliyyəti ilə
məşqul olmağın
asanlığı
Biznesin
başlanması
Lisenziyalaşdırma
İşə qəbul
Əmlakın qeydiyyata
alınması
Kreditin alınması
İnvestorların
müdafiəsi
Vergilərin
ödənilməsi
Beynəlxalq ticarət
Müqavilələrin hüquqi
tətbiqi
Biznesin
bağlanması
Gürcüstan
Armenia
Qazaxıstan
AZƏRBAYCAN
0
50
100
150
200
Biznes fəaliyyəti ilə
məşqul olmağın
asanlığı
Biznesin başlanması
Lisenziyalaşdırma
İşə qəbul
Əmlakın qeydiyyata
alınması
Kreditin alınması
İnvestorların
müdafiəsi
Vergilərin ödənilməsi
Beynəlxalq ticarət
Müqavilələrin hüquqi
tətbiqi
Biznesin bağlanması
AB8
Türkiy
ə
M DB11
Rusiya


 157 
mütənasibliklərlə  üzləĢir.  Məsələn,  kommunal  xidmətlər  və  iri  infrastruktur  xidmətləri  hələ  də 
dövlətin əlindədir. Bu günədək iri kommunal müəssisələrin özəlləĢdirilməsi baĢ verməmiĢdir.  
5.5.
 
Azərbaycan  bu  yaxınlarda  özəl  sektorun  fəaliyyətinin  bəzi  aspektlərinin 
asanlaĢdırılması sahəsində əhəmiyyətli irəliləyiĢ əldə etmiĢdir. Azərbaycan BMK-nın qlobal 
Doing  Business  2009”  hesabatındakı  reytinqdə  33-cü  yeri  tutmuĢdur  (araĢdırma  2008-ci  ildə 
dərc  olunmuĢdur).  Bu,  bir  il  əvvəlki  97-ci  illə  müqayisədə  böyük  nailiyyətdir.  Bu  sahədə  ölkə 
dünyanın  bir  nömrəli  islahatçısı  adını  qazanmıĢdır.  Bu  islahatların  arasında  ən  vacibi 
müəssisələrin  qeydiyyatı  üçün  bir  pəncərə  sisteminin  tətbiqidir.  Bir  pəncərə  sistemi  sahibkarlıq 
subyektinin qeydiyyatı üçün tələb olunan günlərin sayını dramatik Ģəkildə - 2005-ci ildəki 114 
gündən 2008-ci ildə 16 günədək azaltmıĢdır. 
5.6.
 
Amma biznesin islahatların yaratdığı yeni imkanlardan tam bəhrələnməsi üçün bəzi 
vacib  istiqamətlərdə  çox  məhdud  irəliləyiĢ  əldə  olunmuĢdur.  5.3-cü  diaqramdan  göründüyü 
kimi,  Azərbaycanın  reytinqi  üç  vacib  sahədə  aĢağıdır:  lisenziyalaĢdırma  məsələləri,  vergilərin 
ödənilməsi  və  beynəlxalq  ticarət.  Beynəlxalq  ticarət  və  vergitutma  Azərbaycan  üçün  xüsusilə 
aktualdır, çünki ölkənin diversifikasiya strategiyası qlobal bazarlara uğurlu inteqrasiya və tranzit 
ticarətinin  inkiĢafına  əsaslanır.  Gürcüstan  və  Türkiyədə  hazırda  davam  edən  islahatlar 
Azərbaycan üçün xüsusi maraq daĢıyır. Həmin ölkələrdəki islahatlar ticarət məsələlərini, habelə 
vergilərin ödənilməsinin asanlaĢdırılması və investorların müdafiəsi məqsədini güdür. 
5.7.
 
Azərbaycanda özəl sektor çox zaman dövlətin iqtisadiyyata kifayət qədər geniĢ cəlb 
olunması ilə razılaĢmalı olur... Birinci və ikinci fəsillərdə qeyd olunduğu kimi, Azərbaycanda 
özəl  sektorun  üç  təyinedici  xarakteristikası  var:  (1)  o,  çox  iri  mərkəzi  hökumətin  mövcudluğu 
Ģəraitində  fəaliyyət  göstərir  və  məhdud, 
qeyri-ticari  resurslar  uğrunda  onunla 
rəqabət  aparır;  (2)  o,  çox  zaman  daha 
əlveriĢli Ģəraitdə fəaliyyət göstərən kiçik, 
orta  və  iri  müəssisələrdən  ibarət  olan  iri 
dövlət  müəssisələri  sektoru  ilə  yanaĢı 
fəaliyyət  göstərir;  və  (3)  aĢağıda  qeyd 
edildiyi  kimi,  özəl  sektorun  müəyyən 
hissəsi  ya  strukturuna  görə,  ya  da 
zərurətdən  hökumətlə  yaxın  əlaqələrə 
malikdir.  Dövlət  sektorunun  sahibkarlıq 
fəaliyyətində 
geniĢ 
rolu 
bugünkü 
korrupsiyaya 
da 
təsirsiz 
ötüĢmür 
(Diaqram  5.4).
96
 Hökumət  və  əlveriĢli 
mövqedə 
olan 
Ģirkətlər 
arasında 
münasibətlər  daxili  bazarlarda  rəqabətin 
azlığına  da  yol  açır.  Çox  zaman  bunun 
nəticəsində  daha  yüksək  qiymətlər,  daha 
aĢağı  keyfiyyətli  məhsul  istehsalı  və 
məhsul  çeĢidlərinin  azlığı  baĢ  verir.  Ġxrac,  xüsusilə  də  idxal  olunmuĢ  materiallardan  istifadəni 
                                                 
96
 Diaqram ―dövlət səlahiyyətlərindən fərdi fayda üçün istifadə edilməsi, o cümlədən korrupsiyanın kiçik və iri 
formaları, habelə elita və özəl maraqlar üçün dövlətin ―zəbt olunması‖ dərəcəsini‖ ölçən göstəricilərə əsaslanıb. 
Bax: Kaufmann and others 2008. 
Diaqram 5.4: Korrupsiyaya nəzarət  
 


Yüklə 3,94 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə