Azərbaycan Ölkə üzrə Ġqtisadi Memorandum



Yüklə 3,94 Mb.
Pdf görüntüsü
səhifə83/102
tarix17.09.2018
ölçüsü3,94 Mb.
#69161
1   ...   79   80   81   82   83   84   85   86   ...   102

 172 
5.40.
 
Qeyri-neft  vergi  yükünün  azaldılması  “real  daimi  qaydadan”  irəli  gələn  xərclərin 
nisbətən  azaldılması  ilə  uyğun  olacaq.  Neft  gəlirlərinin  xərclənməsinə  dair  daimi  gəlir 
yanaĢmasının  tətbiqinin  nəticələri  üçüncü  fəsildə  təfərrüatı  ilə  izah  olunur.  Əgər  Azərbaycan 
həmin  qaydaya  riayət  etsə,  yaxın  gələcək  üçün  real  xərclərin  dəyiĢməz  saxlanılmasına  zərurət 
yaranacaq.  Bu  isə  xərclərin  qeyri-neft  ÜDM-ə  nisbətini  2012-ci  ilə  qədər  təxminən  20  faiz 
azaltmaq  deməkdir  (2009  –  2012  illər  üçün  OMXP).  Qeyd  olunan  20  faizdən  qeyri-neft  vergi 
yükü  qeyri-neft  ÜDM-in  8  faizi  həcmində  azalacaq.  Bunun  nəticəsində  Azərbaycan  Neft 
Fondundan  daimi  gəlir  strategiyasında  nəzərdə  tutulan  məbləğdən  qeyri-neft  ÜDM-in  15  faizi 
qədər  artıq  vəsait  istifadə  etməlidir.  Lakin,  buna  baxmayaraq  Neft  Fondu  aktivləri 
akkumulyasiya  etməkdə  davam  edəcək.  Bununla  belə,  real  xərclərin  səviyyəsi  sabit  olmadığı 
halda  Azərbaycanın  əlveriĢsiz  Ģəraitdə  (pessimist  ssenaridə)  imkanları  kəskin  azalır  və  bu  ya 
gələcək xərclərin azaldılması ya da ki, Neft Fondunun aktivlərinin tükənməsi ilə nəticələnə bilər. 
 
5.41.
 
Vergi rejimi daxili investorlar üçün kifayət qədər cəlbedici olmalıdır ki, onlar leqal 
iqtisadiyyata  yatırımlar  etsinlər.  Eyni  zamanda  vergi  rejimi  regional  baxımdan  rəqabətli 
olmalıdır ki, qeyri-neft xarici investorlar digər ölkələrlə müqayisədə Azərbaycana üstünlük 
versinlər.  Vergi  bazasının  geniĢlənməsini  nəzərdə  tutan  iqtisadi  artıma  yönəldilmiĢ  vergi  zərfi 
birbaĢa vergilərin (müəssisələrin mənfəət vergisi, fiziki Ģəxslərin gəlir vergisi, sosial sığorta 
ödəmələri)  dərəcələrinin  əhəmiyyətli  dərəcədə  azaldılmasını  və  vergi  və  gömrük 
inzibatçılığının əhəmiyyətli dərəcədə təkmilləĢdirilməsini özündə əks etdirməlidir. Bu vergilərin 
hal-hazırda  yüksək  olması  iqtisadiyyatın  ―kölgədə‖  fəaliyyət  göstərməyə  meylliliyin  əsas 
səbəbidir. Belə strategiya ticari sektora təzyiqləri əhəmiyyətli dərəcədə azalda və Azərbaycanın 
neft  hasilatçısı  kimi  yeni  ticarət  Ģərtlərinə  uyğun  olan  yeni  məhsul  çeĢidlərinin  istehsalını 
stimullaĢdıra bilər. Bu hesabatda 2009  - 2010-cu illər üçün KMV, FGV və SMÖ ödəniĢlərinin 
azaldılmasının  təsirinin  ilkin  qiymətləndirilməsi  hazırlanmıĢdır:  (i)  Cari  fiziki  Ģəxslərin  gəlir 
vergisi  (FGV)  strukturunun  (14-35  faiz)  vahid  11  faizlik  dərəcə  ilə  əvəz  olunması;  (ii)  2010  – 
2012-ci  illər  arasında  sosial  sığorta  (SS)  dərəcəsinin  25  faizdən  (22+3)  20  faizə  (18+2)  qədər 
azaldılması  və  DSMF-in  gəlirlərində  potensial  kəsiri  örtmək  və  müavinətlərin  çatdırılmasında 
hər  hansı  fasiləyə  yol  verməmək  üçün  adekvat  tədbirlərin  görülməsi;  və  (iii)  2010-cu  ilədək 
müəssisələrin  mənfəət  vergisinin  (KGV)  22  faizdən  18  faizə  qədər  azaldılması.  Cədvəl  5.6-da 
göstərildiyi  kimi  qeyd  olunan  tədbirlər  qeyri-neft  vergilərin  ÜDM-ə  nisbətinin  2008-ci  ildəki 
34,3  faizdən  2010-cu  il  üçün  30  faizə  qədər  azaldılmasına  yardım  edə  bilər.  Təbii  olaraq  belə 
azalma  yalnız qlobal böhran dövründə fiskal balansın qorunub saxlana biləcəyi Ģəraitdə həyata 
keçirilə  bilər.  Böhran  dövründə  qeyri-neft  gəlirləri  əhəmiyyətli  dərəcədə  azalarsa,  ―vergi 
yükünün‖  azaldılmasının  əsas  hissəsi  vergi  və  gömrük  inzibatçılığının  təkmilləĢdirilməsininin 
üzərinə düĢəcək. 
 
 
 
 
 
 
 
 
 
 


 173 
Cədvəl 5.6: Vergilər/ÜDM nisbətinin azaldılması üçün islahatlar zərfinin effekti 
Ġslahatlar zərfi  
2009-2010 
Tədbirlər 
2007 
2008 
2009 
2010 
  
  
q/n ÜDM, %  
FGV  
2009-cu il üçün 11% 
(vahid dərəcə)  
5.3% 
5.5% 
3.0% 
3.0% 
MGV 
2010-cu ildə 18% dərəcə  
3.9% 
4.0% 
4.0% 
3.3% 
ƏDV 
DəyiĢiklik olunmur 
10.6% 
12.6% 
12.6% 
12.6% 
SS ödəmələri 
2010-cu ildə 20% 
4.9% 
4.2% 
4.0% 
3.2% 
Aksiz 
DəyiĢiklik olunmur
 
3.6% 
3.1% 
3.1% 
3.1% 
Torpaq vergisi  
DəyiĢiklik olunmur
 
0.2% 
0.2% 
0.2% 
0.2% 
Əmlak vergisi  
DəyiĢiklik olunmur
 
0.6% 
0.6% 
0.6% 
0.6% 
STR 
DəyiĢiklik olunmur
 
0.4% 
0.4% 
0.4% 
0.4% 
Gömrük tarifi 
DəyiĢiklik olunmur
 
1.4% 
1.4% 
1.4% 
1.4% 
Digər gəlirlər 
DəyiĢiklik olunmur
 
2.1% 
2.3% 
2.2% 
2.2% 
ÜMUMĠ 
  
33.2% 
34.3% 
31.5% 
30.0% 
Mənbə: Dünya Bankının hesablamaları. 
5.42.
 
Müəssisələrin  mənfəət  vergisi  (KGV)  və  sosial  sığorta  dərəcələrinin  azaldılması 
Ģirkətlərin  vergi  yükünü  azaldar  və  onların  rəqabət  qabiliyyətini  artırar.  Müəssisələrin 
mənfəət  vergisinin  22 faizdən 18 faizə qədər azaldılması  bu  vergi  dərəcəsini qonĢu  Ermənistan 
və Gürcüstanın analoji vergi dərəcəsindən aĢağı edəcək (qeyd olunan ölkələrdə KGV dərəcəsi 20 
faizdir) və bu qeyri-neft xarici investisiyalarını ölkəyə cəlb edə bilər. ĠĢə götürənlər uçun sosial 
sığorta  dərəcəsinin  azaldılması  (22  faizdən  18  faizə  qədər)  iĢçilərlə  iĢəgötürənlər  arasında 
müqavilələrin  leqallaĢdırılmasını  stimullaĢdıra  bilər.  Sosial  sığorta  üzrə  təklif  olunan  18  faizlik 
vergi  dərəcəsi  Avropa  və  Mərkəzi  Asiya  regionunun  əksər  ölkələrindən  aĢağı  olacaq,  lakin 
Gürcüstanda olan vergi dərəcəsindən yüksək olaraq qalacaq (Gürcüstanda hal-hazırda iki vergini 
əhatə  edən  (FGV  və  SS  dərəcəsi)  vahid  25  faizlik  vergi  dərəcəsi    mövcuddur.  Cədvəl  5.7-də 
təklif  olunan  vergilərin  azaldılmasının  sıravi  kiçik,  orta  və  böyük  müəssisələrin  vergi  yükünə 
təsir effektləri simulyasiya olunur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 3,94 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə