Azərbaycan Ölkə üzrə Ġqtisadi Memorandum



Yüklə 3,94 Mb.
Pdf görüntüsü
səhifə82/102
tarix17.09.2018
ölçüsü3,94 Mb.
#69161
1   ...   78   79   80   81   82   83   84   85   ...   102

 170 
5.35.
 
Azərbaycan  ixracatçıları  da  ÜTT-yə  üzv  olan  ölkələrə  nisbətən  daha  əlveriĢsiz 
vəziyyətdədirlər.  Xarici  bazarlara  daxil  olmaq  üçün  Ģərtlər  ÜTT-nin  əsasını  təĢkil  edən 
çoxtərəfli  ticarət  saziĢləri  ilə  tənzimlənmir.  Bu  Ģərtlər  ÜTT  qaydaları  ilə  məhdudlaĢdırılmadığı 
üçün  hökumətlər  təĢkilata  üzv  olmayan  ölkələrə  münasibətdə  onları  öz  mülahizələrinə  uyğun 
Ģəkildə dəyiĢdirə bilərlər. Bu subyektivlik ixrac sektorlarında investisiyalara mənfi təsir göstərir, 
çünki investorlar cari tarif və digər haqların dəyiĢməz qalacağına təminat ala bilməzlər. Əksinə 
ÜTT-nin  üzvləri  olan  ölkələrin  ixracatçıları  ÜTT-nin  qaydalarını  pozan  tədbirlərdən  əsasən 
müdafiə olunmuĢlar. 
 
5.36.
 
 “Ticarətin  asanlaĢdırılması  infrastrukturunda”  zəifliklər  səbəbindən  Azərbaycan 
ixracatçıları  və  idxalatçıları  daha  yüksək  əməliyyat  xərcləri  ilə  üzləĢirlər.  Logistika 
Fəaliyyəti  Göstəricilərinə  (Logistics  Performance  Indicator)  150  ölkədə  həm  xarici  logistika 
mühiti  barədə  təsəvvürlər,  həm  də  logistika  xidmətlərinin  rahatlığı  ilə  bağlı  obyektiv  tədbirlər 
aiddir.
114
 Azərbaycanın  LFG-i  MDB  ölkələrinin  əksəriyyətindən  aĢağıdır  (Cədvəl  5.5). 
Azərbaycanın  LFG-i  gömrük  sisteminin  reytinqindən  aĢağıdır,  amma  bunun  səbəbi  gömrüyün 
səmərəliliyi  və  ya  effektivliyi  ilə  deyil,  yerli  logistika  xərclərinin  bahalığından  irəli  gəlir.  Bura 
yerli nəqliyyat, terminal xidmətləri və anbarlar, yüklərin öz təyinat məntəqəsinə vaxtında çatması 
və  birbaĢa  yük  xərcləri  daxildir.  Azərbaycanın  göstəricisi  ən  yaxĢı  reytinqə  malik  olan 
Sinqapurun  göstəricisinin  36  faizinə  bərabərdir.  Bu  göstəriciyə  görə  Azərbaycan  Özbəkistanla 
eyni  sırada,  Qazaxıstandan  (35)  azca  yuxarı,  Tacikistandan  (29)  isə  əhəmiyyətli  dərəcədə 
yuxarıda  yer  alır.  Lakin  Azərbaycanın  LFG-i  dənizə  çıxıĢı  olmayan  digər  iki  ölkənin  – 
Qırğızıstan (42) və Ermənistandan (40) xeyli aĢağıdır. 
 
 
5.37.
 
Son  illərdə  Azərbaycanın  gömrük  sistemi  infrastruktura,  gömrük  obyektlərinə  və 
ĠT  sistemlərinə  faydalı  investisiyalar  qoymuĢdur.  Bu  təkmilləĢdirmələr  Azərbaycanın 
beynəlxalq  reytinqlərinin  yaxĢılaĢdırılması  məqsədilə  gömrük  prosedurlarının  yerinə 
yetirilməsi 
vaxtının 
azaldılmasına 
transformasiya  olunmalıdır.  Hazırda 
beynəlxalq 
reytinqlərin 
aĢağı  olması 
regionda  potensial  biznes  mərkəzi  kimi 
Azərbaycanın 
rəqabət 
qabiliyyətini 
əhəmiyyətli dərəcədə zəiflədir. Azərbaycan 
rəhbərliyinin 
gömrük 
tənzimləməsində 
islahatlar  aparmağa  ciddi  öhdəliyi  sərhəd-
icazə 
sənədlərinin 
sayını  əhəmiyyətli 
dərəcədə 
azaltmağa, 
əməliyyatların 
əksəriyyətinin  fiziki  yoxlamasından  post-
nəzarət  audit  sisteminə  keçməyə,  ticarət 
axınlarına  nəzarət  etmək  üçün  müasir 
risklərin  idarə  edilməsi  metodlarından 
istifadə  etməyə  və  hər  əməliyyat  üzrə 
yoxlama  əvəzinə  müəssisələrdə  istifadə  olunan  sistemlərin  xüsusiyyətləri  əsasında  aparılan 
                                                 
114
 LFG  ölkə  daxilində  logistika  təchizat  zəncirinin  fəaliyyətini  qiymətləndirir  və  üç  hissədən  ibarətdir:  ticarət 
tərəfdaĢı olan ölkələrin logistika mühiti ilə bağlı təsəvvürləri; gömrük və digər sərhəd prosedurlarının səmərəliliyi 
və effektivliyi; və logistika üçün nəqliyyat və ĠT infrastrukturunun keyfiyyəti. 
Cədvəl 5. 5: MDB ölkələrində logistikanın fəaliyyət 
göstəriciləri və gömrüyün qiymətləndirilməsi, 2006 
  
Logistikanın fəaliyyət 
göstəriciləri  
Gömrük 
Ukrayna 
49 
41 
Belarus  
48 
56 
Rusiya 
43 
31 
Qırğızıstan 
42 
40 
Moldova  
41 
38 
Ermənistan 
40 
41 
Azərbaycan 
36 
37 
Özbəkistan 
36 
31 
Qazaxıstan 
35 
30 
Tacikistan 
29 
30 
Mənbə: 
http://web.worldbank.org/wbsite/external/topics/exttransport/exttlf
 
Ġnternet səhifəsində məlumatlar əsasında hazırlanmıĢdır 
Qeyd: Gürcüstan və Türkmənistan üzrə məlumatlar yoxdur. 


 171 
auditlərə  arxalanmağa  imkan  verəcək.  Xüsusi  olaraq,  bu  sistem  aĢağı  risk  kateqoriyasına  aid 
edilən  müəssisələr  üçün  gömrük  təmizləməsi  vaxtını  və  qaydalara  riayət  etmə  xərclərini 
azaldacaq,  çünki  bu  müəssisələr  sərhədi  keçən  hər  bir  yük  partiyasını  yoxlatdırmaq  zərurəti  ilə 
üzləĢməyəcəklər. Əvəzində  ildə  bir dəfədən  çox olmamaqla onların  hesabları  kompleks  Ģəkildə 
audit  olunacaq.  Azərbaycan  gömrüyündə  vahid  pəncərə  sistemi  prinsipcə  tətbiq  olunsa  da,  de-
fakto  olaraq  sərhədlərdə  mal  axınlarına  bir  neçə  təĢkilat  nəzarət  edir.  Bu,  beynəlxalq  ticarətin 
xərclərini artırır və təəccüblü deyil ki, ictimaiyyət bütün ləngimələri gömrük orqanlarına aid edir. 
Əksər müasir sərhəd sistemlərində sərhəddə yalnız bir qurum (bir qayda olaraq Gömrük) olur və 
o, fitosanitar, baytarlıq, nəqliyyat və digər hökumət qurumlarının müvafiq səlahiyyətlərini yerinə 
yetirmək hüququna malikdir. Lakin Azərbaycanın halında bu qurumlar öz sahələrində siyasətləri 
həyata  keçirməkdə  davam  edir  və  lazım  gəldikdə  icazələr  verir  və  ya  sənədlər  tələb  edirlər. 
Vəziyyətin  dəyiĢdirilməsi  inteqrasiya  olunmuĢ  tarif  sisteminin  yaradılmasını  tələb  edəcək.  Bu 
zaman informasiya sistemi yükün və sənədlərin xarakterindən asılı olaraq müvafiq məmura hansı 
sənədlərin  tələb  olunduğu  və  hansı  rüsumun  tətbiq  olunacağı  barədə  avtomatik  olaraq 
xəbərdarlıq edəcək.    
F.
 
Ġ
QTISADI ARTIMA VƏ DIVERSIFIKASIYAYA YÖNƏLDILMIġ ISLAHATLAR ZƏRF
Ġ 
5.38.
 
Əsas məqsədi məĢğulluğun artırılması və iqtisadi diversifikasiyanın təmin olunması 
olan kompleks islahat paketi vergi yükünün azaldılması, vergi rejimi nəticəsində yaranmıĢ 
disproporsiyaların aradan qaldırılması və bazara çıxıĢın liberallaĢdırılması yolu ilə həyata 
keçirilməlidir. Azərbaycanın zəif idarəçilik və vergi rejimi sadələĢdirmə və müasirləĢməni tələb 
edir.  Eyni  zamanda,  buna  paralel  olaraq  vergi  yükünün  azaldılmasına  da  ehtiyac  var.  Bazara 
çıxıĢın liberallaĢdırılması rəqabəti artıracaq və Azərbaycan biznesi üçün qlobal əmək bölgüsündə 
yeni  iĢtirak  imkanları  yaradacaq.  Bununla  belə,  biznesin  aparılması  üçün  məsrəfləri  azaltmaq 
yolu  ilə  ölkədə  biznes  mühitinin  yaxĢılaĢdırılması  üçün  təklif  olunan  tədbirlər  məcmu  təklifə 
müsbət  təsir  göstərməsi  ehtimalını  artırır.  Bu  hesabata  görə  Azərbaycan  qarĢıdan  gələn  iki  il 
ərzində kompleks islahatlar zərfini hazırlayaraq, bəyan edərək və həyata keçirərək özəl sektorun 
artımına  yönəldilmiĢ  ―daha  sürətli‖  yanaĢmadan  faydalana  bilər.  Sözü  gedən  zərf  əsas 
məqsədlərə çatmaq üçün bir sıra zəruri ortamüddətli tədbirlərdən ibarət olacaq.  
 
5.39.
 
Azərbaycanın  vergi  siyasəti  strategiyası  özəl  investisiyaların  qeyri-neft  sektoruna 
istiqamətləndirilməsi 
və 
gizli  iqtisadiyyatdan  çıxarılması  məsələlərini  nəzərdən 
keçirməlidir.  Neft  bumu  və  ölkənin  gəlir  cəhətdən  problemlərinin  olmaması  Azərbaycan  üçün 
fiskal  nöqteyi-nəzərdən  vergi  siyasəti  strategiyasına  dəyiĢiklik  edilməsi  üçün  unikal  imkan 
yaradır.  Vergi  siyasətinin  gəlirlərin  maksimallaĢdırılması  məqsədinə  qulluq  etməsinə  daha 
ehtiyac duyulmur; əksinə, vergi siyasəti gizli iqtisadiyyatın leqallaĢdırılmasına yardım etmək və 
vergilərin  könüllü  Ģəkildə  ödənilməsinin  stimullaĢdırılması  məsələlərini  əhatə  etməlidir.  Neft 
gəlirlərinin  bu  yaxınlarda  öz  zirvəsinə  çatacağını  nəzərə  alaraq,  2009  -  2010-cu  illərdə  vergi 
siyasətinə  dəyiĢiklik  etmək  və  vergi  inzibatçılığını  təkmilləĢdirilmək  daha  məqsədəuyğundur. 
Bu,  post-neft  dövrü  üçün  Azərbaycana  daha  geniĢ  vergi  bazasını  yaratmağa  imkan  verə  bilər. 
Dövlət  sektorunun  miqyasının  kiçildilməsi  və  dövlət  xərclərinin  azaldılması  (xərclərin  real 
baxımdan  dondurulması  və  daimi  gəlir  yanaĢmasının  tətbiqi)  tədbirləri  ilə  yanaĢı  Hökumətin 
2009 -  2010-cu illərdə  qlobal böhran dövründə  qeyri-neft  gəlirlərinin  kursundan asılı  olaraq  öz 
gəlirlərini 3 faiz azaltması imkanı da var (fəsil 3). . 
 


Yüklə 3,94 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə