Azərbaycan Ölkə üzrə Ġqtisadi Memorandum



Yüklə 3,94 Mb.
Pdf görüntüsü
səhifə81/102
tarix17.09.2018
ölçüsü3,94 Mb.
#69161
1   ...   77   78   79   80   81   82   83   84   ...   102

 168 
 
5.30.
 
Vergi  inzibatçılığı  sahəsində  son  illərdə  irəliləyiĢ  əldə  olunsa  da,  vergi  ödəyiciləri 
üzərindəki  tənzimləyici  yük  hələ  də  ciddi  ölçüdə  qalmaqdadır.    2009-cu  il  üzrə  Doing 
Business hesabatında göstərilən 181 ölkə arasında Azərbaycan vergilərin ödənilməsinin asanlığı 
üzrə 102-ci yeri tutur.  2008-ci ildə isə ölkə 141-ci yerdə olmuĢdur.  AĢağıda barəsində danıĢılan 
2007/08-ci  illərdə  aparılmıĢ  islahatların  nəticəsində  ixtiyari  Azərbaycan  Ģirkəti  ildə  23  ödəniĢ 
etməlidir  (ötən  il  bu  rəqəm  38  olmuĢdur).    Ermənistan  və  Gürcüstanda  bu  göstərici  30,  AMA 
üzrə  orta  rəqəm  47,  ĠƏĠT  üzrə  orta  göstərici  isə  13-dür.  Azərbaycanda,  həmçinin,  Ģirkətlərin 
vergiləri ödəmək üçün tələb olunan müddəti də  azalmıĢdır.  Hazırda bu, 376 saat təĢkil edir ki, 
ötən il bu rəqəm 952 olmuĢdur.  Ermənistan və Gürcüstanda bu göstərici müvafiq olaraq 958 və 
387  olmuĢdur.    AMA  üzrə  orta  rəqəm  267,  ĠƏĠT  üzrə  isə  367  olmuĢdur.    Azərbaycanda  qərar 
qəbul  edən  Ģəxslər  çalıĢmalıdırlar  ki,  tənzimləyici  sistemdəki  dəyiĢikliklər  daha  dinamik,  daha 
rəsmi  özəl  sektora  transformasiya  olunsun.    Ancaq  indiyə  kimi  özəl  sektorun  xüsusiyyəti  (yəni 
onun  əsas  etibarı  ilə  kiçik  və  qeyri-rəsmi  olması)  qismən  2006/07-ci  illər  üzrə  vergilərin 
ödənilməsinin çətin olmasının və mövcud yüksək vergi dərəcələrinin nəticəsidir.   
 
5.31.
 
Son iki ildə inzibatçılıqda həyata keçirilmiĢ bir sıra irəliləyiĢlər riayətetmə yükünü 
əhəmiyyətli  dərəcədə  azaltmıĢ,  həmçinin  vergi  ödəyicisi-vergi  məmuru  arasında  əlaqə 
səviyyəsi aĢağı düĢmüĢdür.  Ən diqqətəlayiq məqam ondan ibarətdir ki, Azərbaycanda elektron 
vergi  hesabat  vermə  sisteminin  tətbiqidir.  2007-ci  ildə  ƏDV  ödəyicilərinin  96  faizi  və  bütün 
vergi ödəyicilərinin isə 35 faizi bundan yararlanmıĢdır.   (ii) bütün ölkə üzrə xidmət mərkəzləri 
yaradılmıĢdır; (iii) vergi ödəyicisinin hesabı ilə bağlı məlumatlar internetdə yerləĢdirilmiĢdir; (iv) 
son  bir  neçə  il  ərzində  formaların  sayı  90-dan  15-ə  azaldılmıĢdır  ki,  bunun  da  nəticəsində 
səmərəlilik artmıĢ, vergi ödəyicisi və vergi məmuru arasındakı yaxın əlaqə azalmıĢdır; (v) vergi 
məlumat  bazası  digər  agentliklərin,  yəni  Xəzinədarlıq,  Gömrük,  kommersiya  bankları,  Daxili 
ĠĢlər Nazirliyinin məlumat bazaları ilə əlaqələndirilmiĢdir. Nəticədə, bir çox vergi funksiyaları, o 
cümlədən  masaüstü  (kameral)  audit  sistemi  avtomatlaĢdırılmıĢdır.  Kameral  audit  sistemi  tam 
avtomatlaĢdırılıb:  vergilərin  qaytarılması  ilə  bağlı  hər  hansı  uyğunsuzluq  heç  bir  insan 
müdaxiləsi  olmadan  həyata  keçirilir  və  beĢ  gün  ərzində  vergi  ödəyicisinə  göndərilir.    Ġlk  öncə 
mübahisəli  olsa  da,  ƏDV  üçün  xüsusi  depozit  hesabının  olması  böyük  vergi  ödəyiciləri 
tərəfindən  yaxĢı  qarĢılanmıĢdır  ki,  onlar  da  vergi  sisteminin  özülünü  təĢkil  edir.  600  iri  vergi 
ödəyicisinə Ġri vergi ödəyiciləri idarəsi xidmət göstərir, çünki onlar Vergilər Nazirliyi tərəfindən 
toplanan ümumi gəlirlərin 80 faizini təĢkil edirlər. 
 
5.32.
 
Korrupsiya  vergi  və  gömrük  inzibatçılığında  ciddi  məsələdir.  Bir  çox  hallarda  özəl 
sektor  nümayəndələri korrupsiya amilinin onların fəaliyyətinin rəsmiləĢdirilməsinə ciddi maneə 
olduğunu bildirmiĢlər. Epizodik məlumatlar göstərir ki, hətta həqiqi əməliyyatlar üçün, ƏDV-nin 
qaytarılması  çox  çətindir.  Özəl  sektorun  nümayəndələri  ilə  söhbətlərdən  belə  məlum  olur  ki, 
idxal  olunan  malların  məbləğinin  aĢağı  göstərilməsi  idxal  rüsumlarını,  ƏDV-i  və  gömrükdəki 
digər  vergiləri  azaldır.  Ancaq  bu  praktika  yerlərdə  (müəssisələrdə)  mövcud  olan  fiziki 
ehtiyatlarla,  vergi  müfəttiĢlərinin  tələb  etdiyi  sənədlər  arasında  uyğunsuzluğun  yaranması  ilə 
nəticələnir. Buna görə də, gömrük orqanlarından malların keçirilməsində  yaranan çətinlik vergi 
inzibatçıları üçün həm saxtakarlıq, həm də korrupsiya imkanları yaradır.  


 169 
E.
 
X
ARICI TICARƏT REJIMI VƏ RƏQABƏT
 
5.33.
 
Ġqtisadi  tərəfdaĢların  ixrac  statistikasında  Azərbaycana  ixrac  həcmi  ilə  bağlı 
rəqəmlərlə Azərbaycana idxal olunan və gömrük orqanlarında qeydiyyata alınan malların 
həcmi  ilə  bağlı  rəqəmlər  arasında  əhəmiyyətli  fərqin  olması  hesabata  alınmayan  idxalın 
olduğundan  xəbər  verir.  2006-cı  ildə  Azərbaycan  ―müsbət  güzgü  ticarəti  saldosuna”  malik 
idi.
113
 BaĢqa  sözlə  desək,  ölkənin  ticarət  tərəfdaĢlarının  Azərbaycana  bütün  ixracının  ümumi 
dəyəri  Azərbaycana  rəsmi  idxalın  dəyərindən  xeyli  çoxdur.  2006-cı  ildə  hesaba  alınmayan 
idxalın  həcmi  böyük  idi  və  artmaqda  davam  edir.  Məsələn,  2006-cı  ildə  ölkənin  ticarət 
tərəfdaĢlarının  Azərbaycana  bütün  ixracının  dəyəri  2005-ci  illə  müqayisədə  ABġ  dolları 
ifadəsində  43  faiz  artmıĢdır,  Azərbaycanda  rəsmi  qeydiyyata  alınmış  idxalın  dəyəri  isə  ABġ 
dolları ilə yalnız 32 faiz artmıĢdır. 2003 - 2006-cı illər arasında Azərbaycana rəsmi idxalın dəyəri 
2 dəfə artaraq 2,6 mlrd ABġ dollarından 5,3 mlrd ABġ dollarına çatmıĢdır, ticarət tərəfdaĢlarının 
məlumatları  əsasında  isə  Azərbaycana  bütün  ixrac  2,2  dəfə  artaraq  2003-cü  ildəki  3  mlrd  ABġ 
dollarından 2006-cı ildə 6,7 mlrd ABġ dollarına çatmıĢdır. Güzgü idxalının dəyərinə sığorta və 
daĢıma  xərcləri  əlavə  olunarsa  (güzgü  idxalının  15  faizi)  2006-cı  ildə  güzgü  mal  dövriyyəsi 
kəsiri 1,4 mlrd ABġ dollarından 2,4 mlrd ABġ dollarınadək artmıĢ olar.  
 
5.34.
 
Qeydiyyata  alınmamıĢ  idxalın  mövcudluğu  yerli  bazarda  rəqabətin  təhrif 
olunmasının  və  bəzi  Ģirkətlərin  xarici  ticarət  qaydalarına  əməl  edənlərə  münasibətdə 
ədalətsiz nisbi üstünlüyə malik olmasının əlamətidir. Əhəmiyyətli həcmdə hesaba alınmayan 
idxalın olması Azərbaycan idxalının xeyli hissəsinə fərqli münasibətin olduğunu göstərir ki, bu 
ya  qaçaqmalçılıq,  yaxud  da  idxalçıların  sərhəd  qurumları  ilə  sövdələĢməsi  səbəbindən  baĢ  verə 
bilər.  Bundan  baĢqa  hökumət  orqanlarının  bəzi  idxalçılara  əlavə  fərqli  münasibət  göstərdiyi  də 
meydana  çıxır,  yəni  bəzi  idxal  növləri  ƏDV  və  rüsumların  ödənilməsindən  azad  edilmiĢdir. 
2006-cı  ildə  idxal  rüsumlarının  baĢqa  sözlə  desək  ―beynəlxalq  ticarət  üzərinə  verginin‖  yığım 
səviyyəsi  malların  franko-bort  (FOB)  dəyərinin  4  faizini  təĢkil  etmiĢdir.  Lakin,  idxal  olunan 
məhsullardan yığılan ƏDV vergisi idxalın FOB dəyərinin yalnız 6 faizini təĢkil etmiĢdir ki, bu da 
18  faizlik  ƏDV  dərəcəsindən  xeyli  aĢağıdır.  Bundan  baĢqa  ―üstünlük  verilən  idxalçılar‖  xarici 
ticarət  fəaliyyətini  tənzimləyən  inzibati  qaydalara  riayət  edilməsi  ilə  bağlı  ümumi  əməliyyat 
xərclərini  çəkmirlər.  Azərbaycanda  qaydalara  əməl  edilməsi  üçün  tələb  olunan  vaxt  və  xərclər 
çox yüksəkdir. Hər hansı Gürcüstan Ģirkəti ilə müqayisədə Azərbaycan Ģirkəti ixrac əməliyyatını 
yerinə  yetirmək  üçün  səkkiz,  idxal  əməliyyatını  yerinə  yetirmək  üçün  isə  altı  gün  artıq  sərf 
etməlidir. Bundan baĢqa Azərbaycanda bütün bu iĢlər Gürcüstanda qeydiyyata alınan Ģirkətlərin 
xərclərindən müvafiq olaraq 175 və 5 ABġ dolları artıq vəsait tələb edir. Bu əməliyyat xərclərinə 
çox güman ki,  təlim  almıĢ  gömrük brokerlərinin  sayının  azlığı  da təsir  göstərir;  onların  sayının 
azlığı səbəbindən gömrük prosedurlarının yerinə yetirilməsi prosesində çətinliklərin baĢ verməsi 
də ehtimal olunur. 
 
                                                 
113
 Güzgü ticarət kəsiri dedikdə Azərbaycanın ticarət tərəfdaĢlarının məlumatlarına görə Azərbaycana ixrac edilmiĢ 
malların dəyəri (buna ―güzgü idxal‖ da deyirlər) ilə Azərbaycanda rəsmən qeydə alınmıĢ idxalın dəyəri arasında fərq 
nəzərdə tutulur. Ġdxala sığorta və yükün daĢınması (CĠF) haqqı daxil olduğu, ixrac isə franko-bort (FOB) Ģərti ilə 
həyata keçirildiyi üçün güzgü ticarət balansı mənfi olmalıdır. Azərbaycana daĢınma xərcləri kifayət qədər baha 
olduğu üçün bu fərq təxminən minus 15 faiz (bəlkə də daha çox) olmalıdır. Məsələn, Ermənistanda bu göstərici 
2003-2006-cı illərdə minus 20 faiz təĢkil etmiĢdir.  


Yüklə 3,94 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə