Azərbaycan Ölkə üzrə Ġqtisadi Memorandum



Yüklə 3,94 Mb.
Pdf görüntüsü
səhifə89/102
tarix17.09.2018
ölçüsü3,94 Mb.
#69161
1   ...   85   86   87   88   89   90   91   92   ...   102

 183 
çatıĢmazlığı qeyd edilmiĢdir. Sorğunun seçməsinə daxil edilən MKOM-ların yalnız 10 faizi kənd 
təsərrüfatı və 5 faizi aqroemalla məĢğul olan müəssisələr olmuĢdur.  
 
 
6.19.
 
Bu gün Azərbaycanda kreditə çıxıĢ çox böyük ehtimalla vəsaitlərin olmaması ilə 
deyil, hüquqi infrastruktur və iqtisadiyyatın kredit mədəniyyəti ilə əngəllənir. Maliyyə 
institutları maliyyələĢdirməni borcalan 
barədə informasiya və girov təminatı 
əsasında təmin edirlər. Ümumilikdə 
sorğulardan və yerlərə səfərlərdən əldə 
edilmiĢ kredit informasiyası göstərir ki
kredit əldə edilməsini məhdudlaĢdıran ən 
əsas amillər zəruri kredit informasiyasının 
çatıĢmazlığı və mülkiyyət hüquqlarının 
zəif tətbiq edilməsidir. Borcalan barədə 
məlumatların toplanması ilə kreditorların 
çəkdiyi xərclərin azaldılması və girovun 
müsadirəsi üçün müddət və xərclərin 
azaldılması həm MKOM, həm də kənd 
təsərrüfatı sektorlarının kreditə çıxıĢını 
əhəmiyyətli dərəcədə geniĢləndirərdi. 
 
 
6.20.
 
  “Doing  Business  2009”  hesabatında  Azərbaycanın  kreditdən  yararlanma  üzrə 
reytinqi  əhəmiyyətli  dərəcədə  yaxĢılaĢmıĢdır.    Doing  Busines  2009  hesabatında  Azərbaycan 
kreditlərdən yararlanma üzrə 181 ölkə arasında 12-ci yeri tutmuĢdur. Kredit üzrə reytinq ölkənin 
iĢgüzar  fəaliyyətlə  məĢğul  olmanın  ümumi  reytinqindən  (33-cü  yer)  yuxarı  olmuĢdur.  Doing 
Business hesabatında ―kredit alma‖ adlanan qiymətləndirmə meyarında dövlət (və ya özəl) kredit 
reyestrlərinin əhatə dairəsi və borcalan və kreditorların hüquqlarının müdafiəsi qiymətləndirilir. 
Bu  meyarla  kreditlərin  hansı  hissəsinin  özəl  sektorun  bir  qisminə  və  ya  hamısına  getdiyi 
qiymətləndirilmir.  Azərbaycan  hüquqların  müdafiəsi  üzrə  Avropa  və  Mərkəzi  Asiya  ölkələri 
arasında  ən  yuxarı  20-likdə  qərar  tutub.  Ölkənin  dövlət  kredit  reyestrində  həddi-buluğa  çatan 
əhalinin 3,1 faizi əhatə olunmuĢdur və özəl kredit reyestrləri mövcud deyil. Ermənistanın dövlət 
reyestri  yaĢlı  əhalinin  2,6  faizini,  özəl  reyestr  isə  24,4  faizini  əhatə  edir.  Qazaxıstanın  özəl 
reyestri yaĢlı əhalinin 25,6 faizini, Türkiyənin 26,3 faizini, Rusiyanın 10 faizini, Gürcüstanın 4,5 
faizini əhatə edir. 
 
6.21.
 
Azərbaycan özəl sektorun kredit almaq imkanlarını yaxĢılaĢdıra bilər.  Kreditorların 
sərəncamında  olan  informasiyanın  artırılması  yolu  ilə  kreditdən  yararlanma  imkanlarının 
təkmilləĢdirilməsi  məqsədilə  Azərbaycan  kredit  reyestrinin  əhatə  dairəsini  geniĢləndirməklə 
kiçik  borcalanları  və  Ģirkətləri  də  əhatə  edə  bilər.  Eyni  zamanda  ticarət  kreditorlarından, 
kommunal Ģirkətlərdən və ya maliyyə institutlarından əldə olunan infiormasiya da istifadəçilərin 
sərəncamına  verilə  bilər.  Girovdan  istifadə  etmənin  mümkünlüyünü  yaxĢılaĢdırmaq  üçün 
Azərbaycan:  (i)  qanunvericiliyə  dəyiĢiklik  edərək  bütün  vətəndaĢlara  girov  müqaviləsinin 
iĢtirakçısı olmaq hüququ verə; (ii) daĢınan və daĢınmaz əmlak üzərində mülkiyyət hüquqlarının 
vahid  reyestrini  yarada;  (iii)  qanunvericiliyə  dəyiĢiklik  edərək  bütün  tərəflərə  mübahisələri 
Diaqram 6.3: Kənd təsərrüfatı və aqroemala 
verilmiĢ kreditlər, 2000–2008-ci illər 
 
Mənbə: AMB 


 184 
məhdudiyyətsiz  olaraq  məhkəmədən  kənar  həll  etmək  imkanı  verə;  və  (iv)  maliyyə 
müqaviilələrinin tətbiqi, o cümlədən girovun müsadirəsinin xərclərini azalda bilər.  
 

 
Azərbaycan lizinqi daha da inkiĢaf etdirə və zəmanətli kreditlər üzrə qanunvericliyi 
tətbiq  edə  bilər.  Hər  iki  alət  qeyri-likvid  girovu  icarəçinin  və  ya  borcalanın  öz 
öhdəliklərini  yerinə  yetirmədiyi  təqdirdə  asanlıqla  satılmasına  imkan  verən  likvid 
maliyyə alətlərinə ―transformasiya‖ etməyə imkan verir. Lizinq inkiĢaf etməkdədir; onun 
ümumi  aktivləri 150 mln ABġ dollarından  azdır ki,  bu da bankların kredit portfelinin  4 
faizinə  bərabərdir.  Maliyyə  trastları  üzrə  qanunvericilik  lizinq  Ģirkətlərinin 
maliyyələĢdirilməsini  daha  səmərəli  və  əlçatan  edə  bilər.  Biz  anlayırıq  ki,  bu 
qanunvericiliyin  layihəsi  BMK-nın  himayəsi  altında  texniki  yardım  layihəsinin 
çərçivəsində  təqdim  olunmuĢdur.  Bu  çərçivədən  istifadə  edərək  lizinq  Ģirkətləri  kredit 
portfelini  maliyyə trastına transfer  etməklə  onları sekuritizasiya  edə  biləcəklər ki,  bu da 
lizinq Ģirkətlərinə fəaliyyətin növbəti dövrəsinə keçmək üçün zəruri likvidliyi verəcək.  

 
Analoji  olaraq,  məhsulla  zəmanət  verilən  kreditlər  üzrə  qanunvericiliyin
123
 qəbul 
olunması  kiçik  Ģirkətlərə,  xüsusilə  də  kənd  təsərrüfatı  sektorunda,  öz  məhsullarını 
girov  qoymaqla  istehasalı  maliyyələĢdirməyə  kömək  edərdi.  Zəmanət  mərkəzi 
zəmanət  Ģəhadətnaməsi  verə  bilər  ki,  o  da  istənilən  maliyyə  institutunda 
diskontlaĢdırıla bilər. 
D.
 
S
ƏHM MALIYYƏLƏġDIRMƏSI
 
6.22.
 
Kapital  bazarları  inkiĢaf  etdikcə  Ģirkətlərin  borc  və  ya  səhm  emissiya  etmək 
imkanları  da  geniĢlənəcək  və  bu  kredit,  xarici  valyuta  və  roll-over  risklərinin 
yumĢaldılmasına  və  bank  sistemindən  asılılığın  azaldılmasına  yardım  edə  bilər.  Amma 
Azərbaycan  sistemin  effektivliyini  təmin  etmək  üçün  bəzi  fundamental  məsələləri  həll 
etməlidir.
124
 Müəssisələr bu gün maliyyələĢdirmə üçün səhm bazarına ona görə müraciət etmirlər 
ki,  maneələr  hələ  böyük  olaraq  qalır.  Vergi  strukturu  və  bəzi  hökumət  qurumlarının 
sahibkarlardan  haqq  umması  müəssisələrin  kölgə  iqtisadiyyatında  qalmasını  stimullaĢdırır. 
BMK-nın  2008-ci  ildə  KOM-lar  arasında  keçirilmiĢ  sorğusunun  nəticələri  bunu  sübut  edir.
125
 
Buna  baxmayaraq,  səhm  maliyyələĢdirməsini  reallığa  çevirmək  üçün    Azərbaycan  üç  sahədə 
islahatlar həyata keçirməlidir.  
 
 
 
 
 
 
 
 
                                                 
123
 Xüsusi anbarlarda saxlanılan məhsulla təminat verilən kredit. 
124
 2006-cı ildə hökumət tərəfindən yaradılmıĢ Azərbaycan Ġnvestisiya ġirkəti strateji müəssisələrə səhm 
maliyyələĢdirməsini təmin edir. Bu mövzu növbəti bölmədə müzakirə edilir. 
125
 Məsələn bax ―2005 EBRD-World Bank Business Environment and Enterprise Performance Survey‖ 


Yüklə 3,94 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə