Azərbaycan Ölkə üzrə Ġqtisadi Memorandum



Yüklə 3,94 Mb.
Pdf görüntüsü
səhifə87/102
tarix17.09.2018
ölçüsü3,94 Mb.
#69161
1   ...   83   84   85   86   87   88   89   90   ...   102

 179 
özəlləĢdirilmiĢdir.  2004-cü  ildən  2008-ci  ilin  sentyabr  ayınadək  dövlət  bankların  kredit  portfeli 
özəl banklarına nisbətən demək olar ki, 50 faiz daha tez artmıĢdır –  776.9 faiz  568.3 faizə qarĢı. 
Bank sistemi üçün kreditin depozit əmsalı 2008-ci ilin sonunda 173-ə çatmiĢdır. Ölkədə bir neçə 
regional  bank  fəaliyyət  göstərir,  lakin  tanınmıĢ  beynəlxalq  banklardan  heç  biri  Azərbaycanda 
təmsil olunmayıb.  
 
6.8.
 
Lakin  bank  sistemi  yüksək  dərəcədə  təmərküzləĢmiĢdir.  2008-ci  ilin  sonunda  bank 
sisteminin  aktivlərinin  83  faizi  beĢ  ən  iri  bankda  cəmləĢmiĢdi.  2008-ci  ilin  sonunda  bank 
sisteminin aktivlərinin 42.5% dövlətin sahib olduğu ABB-yə məxsus idi. Digər 45 arasında öndə 
gedən 9 bankın aktivləri ümumi bank sisteminin aktivlərinin 35 faizini təĢkil edirdi və bu zaman 
fərdi  qaydada  hər  bir  bankın  aktivləri  6  və  daha  az  faiz  təĢkil  etmiĢdir.  Xarici  kapitalı  olan 
bankların  sayı  2004-cü  ildə  15-dən  artaraq  hal-hazırda  23  olmuĢdur  və  bunlardan  yeddisində 
xarici  əmlak  çoxluq  təĢkil  edir.  Bununla  belə,  yalnız  bir  bank  nüfuzlu  qərb  bankı  –  Ġtaliyanın 
UniCredit bankı tərəfindən yoxlanılır
116
.  
 
6.9.
 
Digər  maliyyə  institutlarının  da  fəaliyyəti  əhəmiyyətli  dərəcə  geniĢlənmiĢdir,  lakin 
onların sektora töhfəsi kiçik olaraq qalır. Qeyri-bank maliyyə institutlarının sayı demək olar 
ki,  2  dəfə  artmıĢdır  –  2002-ci  ildəki  47-dən  2008-ci  ildə  94-dək.  2007-ci  ildə  lizinq  bankların 
ümumi kreditlərinin 4 faizini, qeyri-bank maliyyə institutları təxminən 2,7 faizini, mikromaliyyə 
kreditləri  isə  2,8  faizini  təĢkil  etmiĢdir.  1999-cu  ildən  etibarən  neft  pullarının  qeyri-neft  özəl 
sektorun  inkiĢafına  yönəldilməsi  məqsədilə  bir  neçə  dövlət  maliyyə  institutu  yaradılmıĢdır. 
HaĢiyə 6.1-də bank sektorunda yüksək rəqabətin olduğundan irəli gələn faydalar təqdim olunub.    
 
6.10.
 
Azərbaycan Mikromaliyyə Bankı vasitəsilə mikromaliyyələĢdirmə sürətlə geniĢlənir. 
Bir  sıra  beynəlxalq  donorlar  (AYĠB,  BMK,  Alman  ĠnkiĢaf  Bankı)  bu  bankın  səhmdarlarıdır. 
2005-ci  ilin  dekabrından  2007-ci  ilin  noyabrınadək  MikromaliyyələĢdirmə  Bankının  kredit 
portfeli  515  faiz,  kreditlərinin  qalığı  isə  653  faiz  artmıĢdır.  2007-ci  ildə  bu  bank  hər  biri  orta 
hesabla  3000  ABġ  dolları  təĢkil  edən  60  000  kredit  vermiĢdir  (cəmi  170  mln  ABġ  dolları 
məbləğində).
 
HaĢiyə 6.1: Bank sektorunda rəqabətin effektləri 
 
Bank  maliyyələĢdirməsi  dünyanın  hər  bir  yerində  Ģirkətlərin  maliyyələĢdirilməsinin  əsas  mənbəyidir. 
Bank xidmətləri üçün yüksək əməliyyat xərcləri çox zaman sistemdə olan rəqabət səviyyəsini əks etdirir. 
Xarici rəqabətə açıq olan banklar ən son texnologiyaları tətbiq etməyə və əməliyyat xərclərini azaltmağa 
məcbur olurlar. Bek və digər müəlliflər qrupunun araĢdırmasında (2004)
117
 göstərilir ki, bank sisteminin  
inkiĢafı  yoxsulların  gəlirinin  qeyri-mütənasib  Ģəkildə  artımına  təkan  verir,  çünki  gəlir  səviyyələrində 
qeyri-bərabərlik  (Gini  əmsalı  ilə  ölçülür)    nisbətən    güclü  bank  sisteminə  malik  olan  ölkələrdə  daha 
sürətlə azalır. Bunun səbəbi resursların daha effektiv bölüĢdürülməsindədir. Bek və digərləri (2007)
118
 62 
ölkədə 209 bankı nəzərdən keçirmiĢlər. Onlar müəyyən etmiĢdir ki, Ġsveçrədə özəl kreditləĢdirmə ÜDM-
in  150  faizindən  artıqdır  və  kiçik  və  orta  müəssisələrə  verilən  kreditlərə  komissiya  tətbiq  olunmur.  Bu 
kreditlər orta hesabla 1,6 günə rəsmiləĢdirilir. Müqayisə üçün seçməyə daxil edilmiĢ digər ölkələrin orta 
                                                 
 
 
117
 ―Finance, Inequality and Poverty: Cross-Country Evidence,‖ Beck, Demirgüç-Kunt, and Levine, World Bank 
Policy Research Working Paper 3338, June 2004 
118
 ―Banking Services for Everyone?  Barriers to Bank Access and Use Around the World,‖ Beck, Demirguc-Kunt 
and Martinez Peria, World Bank, February 2007. 


 180 
göstəricisinə görə KOM kreditlərinə tətbiq olunan komissiya adambaĢına  ÜDM-in 3,5 faizini təĢkil edir 
və  onların  rəsmiləĢdirilməsi  orta  hesabla  10,7  gün  tələb  edir.  Pasadilla  və  Milo
119
 (2005) 
müəyyənləĢdirmiĢlər ki, Filippində bank sisteminə daxil olma asanlaĢdırıldıqdan sonra 1990-1995-ci illər 
arasında  yeni  bankların  sayı  50  faiz  artmıĢdır.  Bunun  nəticəsində,  1995-2003-cü  illər  ərzində  kredit 
dərəcələrilə depozit dərəcələri arasında olan fərq (spread) demək olar ki, yarıbayarı azalmıĢdır.         
 
6.11.
 
Azərbaycanın kapital bazarı çox dayazdır. Qiymətli kağızlarla əqdlərin təxminən 90 
faizi ikitərəfli qaydada birjadankənar (OTC) aparılır və bazar informasiyası kimi yayılmır. Bu 
qiymətlərin müəyyən olunmasına və bazarın Ģəffavlığına mənfi təsir göstərmiĢdir. 2007-ci ildə 
mütəĢəkkil birjada illik qiymətli kağızlar dövriyyəsi ÜDM-in təxminən 1faizinə bərabər 
olmuĢdur və 2008-də bu göstərici iki dəfə azalmıĢdır. MütəĢəkkil birjada ilkin və ikinci 
dövriyyənin təxminən 90 faizi hökumətin qısa müddətli borc alətləridir (Xəzinədarlıq istiqrazları 
və AMB-nın notları). Təxminən 50 Ģirkətin səhmləri ticarətə qəbul olunmuĢ, lakin mütəĢəkkil 
birjanın listinqinə daxil edilməmiĢdir. Korporativ istiqraz emissiyası son iki il ərzində çox aĢağı 
bazadan sürətlə artmıĢdır, lakin onların müddəti 15 aydan artıq deyil. Azərbaycanın kapital 
bazarlarının problemləri aĢağıda (HaĢiyə 5.1-də) daha ətraflı araĢdırılır.  
 
Faiz dərəcələri və kreditləĢdirmə müddətləri  
 
6.12.
 
Əmanət səviyyəsinin yüksək olduğunu nəzərə alaraq real faiz dərəcələrinin nisbətən 
aĢağı ola biləcəyini gözləmək olardı. Bundan baĢqa yüksək inflyasiya səviyyəsi və 
beynəlxalq arbitraj da aĢağı real (ex-post) faiz dərəcəsinə təsir göstərən amil olmalı idi. 
Lakin, gəlirlərin ifrat yüksək sürətli artımı səbəbindən resurslara tələb çox yüksək olmuĢdur və 
2006-cı il ərzində kreditlər üzrə real faiz dərəcəsi 12 faiz təĢkil etmiĢdir. Müqayisə üçün MDB 
üzrə orta real faiz dərəcəsi 4,7 faiz təĢkil etmiĢdir. Bununla belə inflyasiya səviyyəsi 2006-cı 
ildəki 8,4 faizdən 2007-ci ilin iyun – 2008-ci ilin iyun ayları arasındakı dövrdə təxminən 20 faizə 
qalxmıĢdır. Bu, real faiz dərəcəsinin sıfır faizə yaxın olması demək idi.
120
 Kreditlər üzrə faiz 
dərəcəsi çox ehtimal ki, artan beynəlxalq arbitrajla məhdudlaĢır. Qlobal böhrandan əvvəl yerli 
valyutanın bahalaĢması gözləntilərindən həvəslənərək arbitrajçılar xarici valyuta ilə bir rəqəmli 
faizlə kreditlər götürərək onları daxili bazarda 20 faiz dərəcəsi ilə təkrar kredit Ģəklində verə 
bilərdilər. 
  
6.13.
 
2007-ci  ilin  ortalarınadək  Azərbaycanda  kredit  dərəcələri  sahəsində  meyllər  bank 
sektorunda rəqabətin məhdudluğundan xəbər verirdi, lakin spredlərin azaldılması və bank 
məhsullarının  çeĢidinin  geniĢləndirilməsi  yolu  ilə  rəqabətin  təĢviq  olunması  istiqamətində 
müəyyən irəliləyiĢ mövcuddur. Lakin daha sonrakı meyllər, yəni böhranadək manatizasiya 
(de-dollarizasiya),  böhran  zamanı  isə  dollarizasiya,  spredlərin  artımı  ilə  müĢayiət 
olunmuĢdur.  2005-ci  ildən  etibarən  Azərbaycanda  depozitlər  üzrə  faiz  dərəcələri  əhəmiyyətli 
dərəcədə artmıĢdı və 2006-cı ilin sonu – 2007-ci ilin əvvəllərinədək spredlərin (kredit dərəcəsi – 
depozit  dərəcəsi)  azalması  meyli  çox  ümidverici  idi.  Bank  sektorunda  rəqabətin  məhdud 
olduğunu  nəzərə  alaraq  gözləmək  olardı  ki,  depozit  dərəcələrinin  artması  nəticəsində  kredit 
dərəcələrinin  də  artacağı  baĢ  verəcək.  Amma  bunun  ciddi  səviyyədə  baĢ  verməməsindən  belə 
nəticə  çıxarmaq  olar  ki,  spredlərin  azalması  inhisarçı  mənfəətin  tədricən  azalması  ilə 
                                                 
119
 Effect of Liberalization on Banking Competition,‖ Pasadilla and Milo, World Bank (2005) 
120
 Müqayisə üçün 2008-ci ilin iyununa olan məlumata görə real kredit faizləri Ermənistanda 3 faiz, Gürcüstanda 18 
faiz, Rusiyada mənfi 4 faiz təĢkil etmiĢdir. 


Yüklə 3,94 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə