Azərbaycan Ölkə üzrə Ġqtisadi Memorandum



Yüklə 3,94 Mb.
Pdf görüntüsü
səhifə78/102
tarix17.09.2018
ölçüsü3,94 Mb.
#69161
1   ...   74   75   76   77   78   79   80   81   ...   102

 162 
adlanan  bu  məntəqələrin  14-ü  fəaliyyətə  baĢlamıĢdır.  Standart  iki  səhifəlik  məlumat  vəsaiti 
proseslə  bağlı  sahibkarları  istiqamətləndirməyə  kömək  edir.    Bu  prosedurlara  bir  səhifəlik 
formanın  doldurulması  daxildir  ki,  o  da  yeni  qurumun  qeydiyyata  alınması,  ya  da  mövcud 
məlumatların yeniləĢdirilməsi ilə bağlı bütün müvafiq məlumatları özündə ehtiva edir.  Nəticədə, 
qeydiyyatdan keçmiĢ qurumların sayı 2008-ci ilin ilk yarısında 45 faiz artmıĢdır.  Təkcə Bakıda 
2000-dən  çox  müəssisə  qeydiyyatdan  keçmiĢdir.  Bütün  ölkədə  isə  3465  məhdud  məsuliyyətli 
cəmiyyət  yaradılmıĢdır.  Təsadüfi  deyildir  ki,    2009-cu  il  üzrə  Doing  Business  hesabatında 
biznesə baĢlamaq kateqoriyası üzrə Azərbaycanın reytinqi 97-dən 33-ə  yüksələrək, Bolqarıstan, 
Rusiya və Türkiyə kimi ölkələrlə müqayisə olunan səviyyəyə çatmıĢdır. 
5.18.
 
Azərbaycanın  tənzimləyici  mühitdəki  növbəti  islahat  prioritetləri  lisenziyaların  və 
icazələrin verilməsi ilə bağlı olmalıdır... Lisenziyaların, icazələrin və razılıqların verilməsi üzrə 
vahid sistem olmadığına görə bu sistemlər arasında uyğunsuzluqdan irəli gələn ciddi problemlər 
yaranır.    Lisenziya  Qaydalarında  lisenziyaların  rəsmiləĢdirilməsi  və  verilməsi  üçün  meyarlar 
müəyyənləĢdirilsə  də,  icazə  və  razılıqlarla  bağlı  heç  bir  hüquqi  sənəd  aydın  açıqlama  vermir.  
Ġcazə,  təsdiq  və  ya  sertifikatlaĢdırmanın  nədən  ibarət  olması  ilə  bağlı  nə  aydın  tərif  var,  nə  də 
onların  hüquqi  bazasını,  tənzimləyici  məqsədlərini,  yaxud  da  səmərəliliyini  təhlil  etmək  üçün 
təhlil mexanizmi mövcuddur.  Nəticədə, demək olar ki, bütün hökumət qurumları, icra orqanları 
və  bələdiyyələr  razılıq,  icazə  və  ya  sertifikatlaĢdırma  ilə  məĢğul  olurlar.    StandartlaĢdırılmıĢ 
lisenziya  və  icazə  vermə  sisteminin  olmaması  dövlət  qurumlarının  aĢağıdakı  iĢlərlə  məĢğul 
olmaq  riskini  artırır:  (i)  öz  büdcələrinə  əlavə  vəsait  qazandırmaq  üçün  fürsətdən  istifadə  etmə, 
(ii) korrupsiya niyyətini güdən və əsassız (subyektiv) qərar qəbuletmə.
105
 
5.19.
 
 Bu  priorietlər  özündə  appelyasiya,  ləğv,  nəzarət  və  dayandırma  mexanizmlərini 
ehtiva  etməlidir.  Cari  qanunlarda  qurumlar  tərəfindən  lisenziyaların  verilməsi  üçün  ərizələrə 
baxmaqla bağlı tələb olunan vaxt üzrə hüdudlar müəyyənləĢdirilsə də, qanunlarda lisenziya verən 
qurumların  müddət  tələblərinə  riayət  etməmələrinə  görə  hər  hansı  sanksiya  nəzərdə  tutulmur. 
Bundan əlavə, lisenziyaların verilməsi ilə məĢğul olan qurumlar lisenziyanı alanın Ģərtlərə riayət 
etməsinə  nəzarət  etməlidir,  çünki  bu  sahədə  standart  yanaĢma  mövcud  deyil.    Lisenziyaların 
dayandırılması  və  ləğvi  üçün  Ģərtlər  də  çox  geniĢdir  ki,  bunlar  da  lisenziyanı  verən  qurumlara 
əhəmiyyətli  dərəcədə  subyektivlik  imkanı  verir  və  lisenziyanı  alanın  proqzonlaĢdırma 
imkanlarını  məhdudlaĢdırır.    Nəhayət,  Azərbaycanın  lisenziya  qanun  və  qaydaları  imtina 
olunmuĢ və ya ləğv edilmiĢ ərizə üçün inzibati appelyasiya imkanını təmin etmir. 
5.20.
 
Azərbaycanda lisenziya və icazə vermə rejimi standartlaĢdırılmalıdır.  Lisenziyaların 
və icazələrin verilməsi ilə bağlı  yuxarıda qeyd olunan inzibati  subyektivlik hallarını minimuma 
endirmək  məqsədilə  aĢağıdakıları  etmək  olar:  (i)  qanuni  icazələri  bəyan  etmək,  (ii)  hansı 
nazirliklərin  hansı  icazələri  verə  biləcəyini  açıq  Ģəkildə  müəyyənləĢdirən  qaydaları  bildirmək 
(yeni icazələrin verilməsi mövcud qaydalara düzəliĢləri tələb edəcək), (iii) hər hansı lisenziya və 
ya icazə üçün rüsumların ―məntiqi inzibati xərclər‖dən çox olmamasını təmin etmək məqsədilə 
hüquqi  təminatlar  vermək  (əlavə  maliyyələĢdirmə  cəhdlərini  azaltmaq);  (iv)  ödəniĢlərin 
səviyyəsini  dərc  etmək,  (v)  bütün  Ģirkətlərin  (dövlət  və  özəl)  rəqabət  aparmaları  üçün  bərabər 
                                                 
105
 Ġdarəçiliklə bağlı növbəti fundamental problem ondan ibarətdir ki, lisenziyaların verilməsi prosesində dövlət və 
özəl Ģirkətlər arasında ayrı-seçkiliyə yol verilir.  Azərbaycanda Prezidentin sərəncamı ilə yaradılmıĢ, yaxud dövlət 
büdcəsi hesabına maliyyələĢdirilən müəssisə və ya təĢkilatlar lisenziya tələb olunan fəaliyyətlə  lisenziyasız məĢğul 
ola bilərlər. Bu sərəncamdan dövlət və özəl sektorlar arasında rəqabəti məhdudlaĢdırmaq məqsədilə istifadə oluna 
bilər və istifadə olunur.   


 163 
imkanları  təmin  etmək,  (vi)  ərizəçilərə  hər  hansı  qərarla  (imtina  və  ya  ərizənin  rədd  edilməsi) 
bağlı izahata baxmaq hüququnu tanımaq. Bakı Ģəhərinin mərkəzində binanın uçmasından sonra 
Azərbaycanda  inĢaat  üçün  icazələrin  verilməsi  ilə  bağlı  vahid  pəncərə  sisteminin  yaradılması 
üzrə iĢ gedir. 
5.21.
 
Torpaq  məsələləri.  Azərbaycanda  Ģəhər  torpaqlarına  mülkiyyət  hüququ  ilə  bağlı  hər 
hansı hüquqi maneə  yoxdur.  Lakin torpaq hüquqları qeyri-kafi təsbit olunub.  Bu ikimənalılıq 
özəlləĢdirmə-kompensasiya  mübahisələrinə,  zəif  torpaq  bazarına  və  özəlləĢdirilmiĢ  binalar  və 
yaĢayıĢ yerlərinə verilməmiĢ çox ailəli torpaqlara gətirib çıxarmıĢdır.  Azərbaycanda, həmçinin, 
Ģəhər  torpaqlarından  istifadənin  planlaĢdırılması,  zonalaĢdırma  və  tikinti  üçün  icazə  və 
razılıqların  verilməsi  ilə əlaqədar  problemlər  də  mövcuddur.    2004-cü  ilin  iyununda  DaĢınmaz 
Əmlakın  Dövlət  Reyestri  haqqında  Qanun  qəbul  olunduqdan  sonra  DaĢınmaz  Əmlakın 
Qeydiyyatı üzrə Dövlət Reyestri bütün torpaq və bina hüquqlarının qeydiyyatı üçün məsuliyyət 
daĢıyır.  Burada  özünü  doğruldan  qeydiyyat  sisteminin  yaradılması  üzrə  yaxĢı  irəliləyiĢ  nəzərə 
çarpır. 
5.22.
 
Yeni ipoteka qanununun qəbul olunmuĢ ilə torpaq bazarının inkiĢafına olan hüquqi 
maneələrin  sayı  azalmıĢdır.    Beləliklə,  əqdlərin  sayı  artmaqdadır.  Bununla  belə,  ümumi  əqd 
əmsalı aĢağı olaraq qalır.  Burdan belə nəticəyə gəlmək olar ki, hələ də insanların bir çoxu əmlak 
hüquqlarını qeydiyyata almaq üçün rəsmi sistemdən istifadə etmirlər.  Yuxarıda qeyd olunduğu 
kimi,  Azərbaycanda  Doing  Business  2009  hesabatına  əsasən,  tənzimləyici  mühitdə  sistem  üzrə 
əhəmiyyətli  dərəcədə  irəliləyiĢ  qeydə  alınmıĢdır.  2007/08-ci  illərdə  həyata  keçirilmiĢ 
islahatlardan  biri  də  biznesin  qeydiyyata  alınması  üçün  tələb  olunan  prosedurların  sayının 
yeddidən  dördə  endirilməsidir.    Bundan  əlavə,  əmlakı  qeydiyyata  almaq  üçün  tələb  olunan 
müddət  61  gündən  11-ə  endirilmiĢdir  ki,  bunun  da  nəticəsində  Azərbaycan  AMA  ölkələri 
arasında  təxminən  ən  yuxarı  yerləri  tutan  20  faiz  arasına  düĢmüĢdür.    Azərbaycanın  əmlakın 
qeydiyyata  alınması  xərcləri  üzrə  regional  yeri  isə  ən  aĢağı  20  faiz  arasındadır  və  əmlakın 
dəyərinin  0,3  faizi  həcmindədir.  Ölkədəki  islahatlar  2006/07-ci  illərdəki  61-ci  yerdən  2007/08-
dəki  9-cu  yerə  yüksəlməyə  imkan  vermiĢdir.  Əcnəbilərin  torpaq  mülkiyyəti,  dövlətə  məxsus 
torpaqlardan yararlanma (almaq və ya icarəyə götürmək) və korrupsiya ilə bağlı problemlər hələ 
də  qalmaqdadır.  Ümumiyyətlə,  Azərbaycanın  göstəriciləri  region  üzrə  orta  göstəricidən  pis 
olmasa da, o, Dünya Bankı ilə islahat proqramını həyata keçirir.  Bankın prioritetləri daĢınar və 
daĢınmaz  əmlakla  bağlı  vahid  kadastr  yaratmaq,  ölkədə  əmlak  hüquqlarının  ötürülməsi  ilə 
məĢğul olan iki qurumu birləĢdirməkdir. 
 
Qeyri-neft iqtisadiyyatı üçün vergi sistemi  
 
Vergi siyasəti: Dərəcələr  
 
5.23.
 
Azərbaycan müstəqillik əldə etdikdən tezliklə sonra 1990-cı illərin sonunda  məqbul
bazara uyğunlaĢdırılmıĢ vergi sistemlərini qəbul  etmiĢ, keçid dövrünü yaĢayan ölkələrdən 
biri  idi. 
106
   Son  5  ildə  Azərbaycanın  vergi  sistemi  əhəmiyyətli  dərəcədə  dəyiĢikliyə  məruz 
                                                 
106
  Azərbaycanda  neft  və qeyri-neft  sektorları arasında differensiasiya olunmuĢ  vergi  sistemindən istifadə olunur.  
Azərbaycanın neft sektorunda iĢtirak edən xarici Ģirkətlərin vergiləri HPBS əsasında hesablanır. Eyni qayda  HPBS 
üçün idxal, xarici iĢçilərin və kontraktorların cəlbi üçün xüsusi vergi rejimi tətbiq olunur. Bu bölmədəki təhlil qeyri-
neft  iqtisadiyyatının,  yəni  əcnəbilər  tərəfindən  idarə  olunan  neft  və  qazın  hasilatından  baĢqa  bütün  sektorların 
vergiyə cəlb olunması ilə bağlıdır.   


Yüklə 3,94 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə