Azərbaycan Ölkə üzrə Ġqtisadi Memorandum



Yüklə 3,94 Mb.
Pdf görüntüsü
səhifə77/102
tarix17.09.2018
ölçüsü3,94 Mb.
#69161
1   ...   73   74   75   76   77   78   79   80   ...   102

 160 
iyununda  hazırlanmıĢ  Ölkə  üzrə  Satınalmaların  Qiymətləndirilməsinin  İcmalında  Dövlət 
Satınalmaları  haqqında Qanunundakı  ciddi boĢluqlar  əks olunub  ki,  bunlar  da ədalətli  rəqabətə 
əngəl  törədirlər.  Bu  boĢluqlara  aĢağıdakı  faktlar  daxildir:  (i)  yalnız  müəyyən  həddən  yuxarı 
məbləğdə müqavilələr üçün elan verilməlidir; (ii) icraçı qurumlar təlimata uyğun olaraq tenderi 
məhdudlaĢdıra  bilərlər;  (iii)  açıq  tender  həddi  250  milyon  Azərbaycan  manatı  olaraq 
müəyyənləĢdirilir. 
5.12.
 
Dövlət  müəssisələri  sahəsində  tənzimləmədə  boĢluqlar  dövlət  orqanlarına  rəqabəti 
məhdudlaĢdırmaq  imkanları  yaradır  və  bu  məsələ  əlavə  təhlil  tələb  edir.    Hüquqi  və 
tənzimləyici bazada nəzərdə tutulan bəzi normaların rəqabəti məhdudlaĢdırmaq imkanları yarada 
biləcəyinə istinad edərək biznes dairələrinin bəzi nümayəndələri qeyd ediblər ki, onlar hökumət 
tenderlərində  iĢtirak  etmirlər.  Bu,  həqiqətən  də  doğru  görünür,  çünki  özəlləĢdirmənin  sürəti 
olduqca  zəifləmiĢdir:  2002-2005-ci  illərdə  1280  müəssisə  özəlləĢdirildiyi  halda,  2006-2007-ci 
illərdə  isə  bunların  onda  biri  qədər,  yəni  125  müəssisə  özəlləĢdirilmiĢdir.  Bu  ona  iĢarədir  ki, 
hökumətin  yüksək  neft  gəlirləri  olan  dövrdə  istehsaldan  imtina  etmə  sürəti  artmaq  əvəzinə 
azalmağa  doğru  gedir.  AYĠB-in  Azərbaycan  üçün  iki  Keçid  Ġndikatoru  –  ―geniĢ  miqyaslı 
özəlləĢdirmə‖  və  ―müəssisələrin  yenidən  qurulması‖  –  da  göstərir  ki,  Azərbaycan  2007-ci  ildə 
müqayisə olunduğu ölkələrdən geridə qalmıĢdır. 
5.13.
 
Yuxarıda  qeyd  olunan  təhlil  Azərbaycan  üçün  strateji  məsələni  ortaya  çıxarır
Hökumət  dövlətin  iqtisadiyyatda  birbaĢa  iĢtirak  səviyyəsini  artırmağa  çalıĢmalıdır,  yoxsa  özü 
üçün  daha  böyük  tənzimləyici  rolu  müəyyənləĢdirməli  və  ikinci  nəsil  islahatları 
sürətləndirməlidir? Con Meynard Keynsin  bu haqda dedikləri faydalıdır:  ―Hökumət  üçün vacib 
məsələ  ayrı-ayrı  fərdlərin  artıq  etdiklərini,  onlardan  bir  qədər  yaxĢı  və  ya  bir  qədər  pis 
təkrarlamaq  deyil,  əksinə,  heç  görülməyən  iĢləri  həyata  keçirməkdir‖.
104
   Azərbaycanın  strateji 
vəziyyəti  ilə  bağlı  birmənalı  cavab  bundan  ibarətdir  ki,  dövlət  diqqətini  istehsala  deyil,  özəl 
biznes  üçün  stimulların  yaradılmasına  yönəltməlidir.  Azərbaycan  təcili  surətdə  dövlət 
xərclərindəki artımı yavaĢlatmalı və islahat proqramını gücləndirməlidir. Neft bumu imkan verir 
ki,  hökumət  ikinci  nəsil  iqtisadi  islahatların,  xüsusilə  də  kiçik  və  iri  miqyaslı  özəlləĢdirmənin 
nəticələrini  potensial  ―məğlub  tərəflərə‖  kompensasiya  edə  bilsin.  Satınalmalar  və 
lisensiyalaĢdırma  üzrə  qanunverici  aktların  qəbulu  DM-lər  və  özəl  sektor  üçün  imkanları 
bərabərləĢdirə  bilsə  də,  DM-lərin  əlveriĢli  rəftar  istəmələri  ehtimalı  nəinki  qalacaq,  hətta 
üstünlük  təĢkil  edəcək.  Beləliklə,  Ģəffaf  özəlləĢdirmə  səmərəli  korporativ  idarəetməni  təmin 
etmək üçün ən yaxĢı seçim ola bilər.   
D.
 
D
AXILOLMA VƏ GENIġLƏNMƏ ÜÇÜN STIMULLAR
 
Ümumi çərçivə, rəqabət və investorların qorunması  
 
5.14.
 
Azərbaycanın Ümumdünya Ticarət TəĢkilatına (ÜTT) qoĢulmaq üçün on ildən artıq 
müddətdir müraciət etməsinə baxmayaraq, ölkənin xarici ticarət siyasəti və institutları hələ 
də  ÜTT-yə  uyğunlaĢdırılmayıb.    ÜTT-yə  üzvlük  avtomatik  olaraq  yüksək  keyfiyyətli  xarici 
ticarət  rejiminə  təminat  vermir.  Bununla belə, üzvlük  həm idxalçılar, həm  də  ixracatçılar üçün 
bazara  daxilolma  Ģərtləri  ilə  bağlı  Ģəffaflıq,  stabillik  və  gözlənilənliyi  tələb  edir.    Azərbaycan 
ÜTT-yə  üzv  olmadıqca,  onun  ixracatçıları  ÜTT-nin  çoxtərəfli  qaydalarının  nəzərdə  tutduğu 
                                                 
104
 John Maynard Keynes, ―QarıĢmama siyasətinin sonu.‖ 


 161 
himayədən  yararlana  bilməyəcək.    Bundan  əlavə,  ÜTT-nin  himayəsinin  olmaması  həm  xarici, 
həm  də  daxili  səviyyədə  ticarətlə  bağlı  investisiyaları  zəiflədəcək,  idxal  zamanı  rəqabəti 
sıxıĢdıracaq.  Buna görə də, Azərbaycanın diversifikasiya strategiyası ÜTT-yə üzvlükdən mühüm 
dərəcədə asılıdır.   
5.15.
 
Azərbaycanda  həmçinin  investisiya  və  rəqabət  qanunlarının  hazırlanmasında 
gecikmə  baĢ  verir.    Hər  iki  qanun  layihəsi  dəfələrlə  millət  vəkillərinin  müzakirəsinə  təqdim 
olunsa  da,  qanunlar  hələ  də  qəbul  olunmayıb.  Ġndiki  mərhələdə  bu  qanun  layihələrinin  qəbul 
olunması və beynəlxalq standartlara cavab verməsi vacibdir.     
Qeydiyyat, lisenziyaların verilməsi və daĢınmaz əmlak məsələləri 
  
5.16.
 
Azərbaycan ötən illər ərzində bir sıra tənzimləyici islahatlar həyata keçirmiĢdir ki, 
bunlar  da  ölkənin  2007/08-ci  illər  üzrə  Doing  Business  hesabatında  yüksək  nəticə  əldə 
etməsinə  gətirib  çıxarmıĢdır.    Azərbaycan,  son  illərdə  həyata  keçirdiyi  özəl  sektora  dəstək 
tədbirləri nəticəsində  həm  qlobal, həm  də regional səviyyədə ən islahatçı  ölkə  kim tanınmıĢdır. 
2007-ci ilin sentyabr ayında kreditlər barədə dövlət kredit reyestrinə məlumatın daxil edilməsi ilə 
bağlı minimum  hədd aradan qaldırılmıĢdır və hazırda maliyyə  sistemi  tərəfindən verilən bütün 
kreditlərlə  bağlı  məlumatlar  qeydə  alınır.  Bu  islahat  kredit  tarixçəsi  olan  borcalanların  əhatə 
dairəsini iki dəfədən də  çox artırmıĢdır.  Bundan əlavə, 2007-ci ilin mayında əmək məcəlləsinə 
edilmiĢ  əsas  dəyiĢikliklər  iĢçilərin  iĢə  götürülməsini  asanlaĢdırmıĢdır.  Bu  dəyiĢikliklər 
sahibkarlara imkan vermiĢdir ki, daimi tapĢırıqlar üzrə müddətli müqavilələrdən istifadə etsinlər, 
habelə gecə iĢi ilə bağlı məhdudiyyətlər yüngülləĢdirilmiĢ və iĢçilərin ixtisarı ilə bağlı tələblərin 
sayı  azaldılmıĢdır.  Həmçinin,  Bakı  Ģəhərində  ikinci  iqtisad  məhkəməsi  açılmıĢ,  kommersiya 
məsələlərinə  baxan  hakimlərin  sayı  beĢdən  doqquza  artırılmıĢdır.  Müqaviləni  məhkəmədə  icra 
etmək  üçün  tələb  olunan  müddət  orta  hesabla  30  gün  azalmıĢdır.  Yeni  qanun  maraqlı  tərəflər 
arasında  bütün  əqdlərin  payçılar  tərəfindən  təsdiq  olunmasını  tələb  etməklə,  investorların 
qorunmasını  gücləndirmiĢdir.    Maraqlı  tərəflərə  icazə  verilir  ki,  məsələ  ilə  bağlı  səs  verə 
bilsinlər.  Bundan əlavə, cavabdehlik daĢıyan direktorlar zərərin əvəzini ödəməli və əldə etdikləri 
mənfəəti  geri  qaytarmalıdırlar.  Azərbaycanda  həm  də  yeni  vahid  əmlak  reyestri  yaradılmıĢ, 
əmlakı  qeydiyyata  almaq  üçün  tələb  olunan  prosedurların  sayı  yeddidən  dördədək  azalmıĢdır.  
Hazırda, Dövlət Reyestr Xidməti dörd prosedurdan ikisini sadələĢdirmək imkanına malikdir ki, 
bu  da  əmlakı  11  gün  müddətinə  qeydiyyata  almağı  mümkün  edir.    Eyni  qaydada,  ölkədə 
Ģirkətlərin  qeydiyyatı  üçün  vahid  pəncərə  sistemi  yaradılmıĢdır  (aĢağıda)  ki,  bununla  da 
prosedurların sayı  13-dən 6-ya  endirilmiĢ və tələb olunan vaxt iki dəfə azaldılmıĢdır. Nəhayət, 
Azərbaycanda vergi məsələləri ilə məĢğul olmaq proseduru da sadələĢdirilmiĢdir. Belə ki, lazımi 
vergiləri  hesablamaq  üçün  təkmil  mühasibat  proqramı  ilə  təchiz  olunmuĢ  onlayn  bəyanat  və 
ödəniĢ sisteminin tətbiqinə baĢlanmıĢdır. Orta hesabla, bu, kağız iĢlərinin azaldılmasına görə ildə 
500 saata qənaət edir.  
5.17.
 
Biznes  qurumlarının  qeydiyyata  alınmasının  müasirləĢdirilməsi  ən  diqqətəlayiq 
məsələdir.  Azərbaycanda  biznes  subyektlərinin  qeydiyyatı  üçün  yeni  ―vahid  pəncərə  sistemi‖ 
Vergilər  Nazirliyinin  (VN)  himayəsi  altında  həyata  keçirilir  və  biznes  qurumları  tərəfindən 
müsbət  qarĢılanmıĢdır.  Hazırda  onlar  bütün  müvafiq  informasiyanı,  o  cümlədən  VN-yə  təqdim 
və  təsdiq  olunmaq  üçün  lazım  olan  sənədləri,  Dövlət  Sosial  Müdafiə  Fondu  və  Statistika 
Komitəsi  tərəfindən  qeydiyyat  sənədlərini,  bank  hesabının  açılması  ilə  bağlı  məlumatı  həmin 
vahid  pəncərə  məntəqələrinə  təqdim  edə  bilərlər.    Kommersiya  qurumlarının  dövlət  reyestri 


Yüklə 3,94 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə