Azərbaycan Ölkə üzrə Ġqtisadi Memorandum



Yüklə 3,94 Mb.
Pdf görüntüsü
səhifə76/102
tarix17.09.2018
ölçüsü3,94 Mb.
#69161
1   ...   72   73   74   75   76   77   78   79   ...   102

 158 
tələb  edən  məhsulların  ixracı  çətinliklərlə  üzləĢə  bilər,  çünki  hökumət  qurumları  rəqabət 
qabiliyyətli  mal  və  ya  xammal  idxalına  maneələrin  yaradılması  ehtimalı  mövcuddur.  Bu 
münasibətlər ―yerli inhisarların‖ meydana gəlməsinə Ģərait yarada bilər.
97
  
5.8.
 
…mikro, kiçik və orta müəssisələr (250-dək iĢçisi olan müəssisələr) üzrə məlumatlar 
bunu  təsdiq  edir.  Belə  mühit  KKOM  sektorunun  iqtisadi  keçidə,  diversifikasiyaya,  və  daha 
əsası,  iĢ  yerlərinin  yaradılmasına  potensial  töhfəsini  məhdudlaĢdırır  ki,  bu  da  sahibkarlıq 
fəaliyyətinə  siyasət  maneələri  barədə  narahatlıqlar  yaradır.  BMK-nın  KKOM-lar  üzrə  məlumat 
bazasına daxil edilmiĢ 106 ölkə arasında Azərbaycan əhalinin hər 1000 nəfərinə düĢən KKOM-
ların  sayına  görə  81-ci  yer  tutur.
98
 Azərbaycan  bu  göstəriciyə  görə  Avropa  Birliyinin  Mərkəzi 
Avropadan olan  yeni  üzvlərindən aĢağı,  Moldovadan isə  yuxarı reytinqə  malikdir (Cədvəl  5.1). 
Keçid  iqtisadiyyatları  üzrə  tədqiqat  göstərir  ki,  KKOM-lar  iqtisadiyyatın  ―köhnə  sektorlardan‖ 
can qurtarmasında aparıcı rol oynamıĢ yeni məhsulların istehsalını həyata keçirməklə və kifayət 
qədər  böyük  iĢə  götürən  olmaqla  digər  ölkələrin  keçid  prosesinə  böyük  yardım  göstərmiĢlər.
99
 
Təbii sərvətlərə malik olan, amma bununla yanaĢı uğurlu diversifikasiyanı həyata keçirmiĢ ölkə 
perspektivini  reallaĢdırmaq  məqsədilə  Azərbaycan  Çilinin  bugünkü  səviyyəsinə  çatmaq  üçün 
KKOM-ların sayının altı dəfə, Malayziyanın səviyyəsinə çatmaq üçün isə üç dəfə artırmağa səy 
göstərməlidir. ġirkətlərin sayının artması iqtisadiyyatın diversifikasiyasında özəl sektorun vacib 
rolunun təmin edilməsi üçün vasitələrdən biri ola bilər.  
                                                 
97
 Nümunələr üçün bax: Fəsil 2.  
98
 Məsələn,  əhalisi  3,6  milyon  nəfər  olan  Albaniyada  2007-ci  ildə  78000  aktiv  Ģirkət  var  idi.  Bu  nisbətlə,  2,4  dəfə 
artıq əhaliyə  malik olan Azərbaycan 186 000 aktiv  Ģirkətə  malik olmalı idi.  Halbuki,  Azərbaycanda cəmi 33 000, 
baĢqa sözlə desək əhali nisbətində götürüldükdə Albaniyada olan Ģirkətlərin sayının 17 faizi səviyyəsində Ģirkət var 
idi. 
99
 Dünya Bankı 2002. 
 
Cədvəl 5. 1: SeçilmiĢ ölkələrdə MKOM-lar (ümumi və hər 1000 nəfərə sayı ) 
 
 
  
50 nəfərədək  iĢçisi olan 
mikro və kiçik firmalar  
50 -250 iĢçisi olan 
orra firmalar  
KKOM-ların iĢçü 
qüvvəsi (ümumi 
məĢğulluqda payı) 
Hər 1000 nəfərə 
firmaların sayı 
Albaniya (2004) (c) 
98.5 
1.5 
44.3 
12.3 
Azərbaycan (2006) 
99.0 
1.0 
5.0 (d) 
7.2 
Ermənistan (2005) 
95.7 
4.3 
34.0 
33.1 
Botsvana (2005) 
96.9 
3.1 
n/a 
7.4 
Bolqarıstan (2003) 
98.5 
1.5 
79.0 
27.7 
Çili (2004) (a) 
96.6 
3.4 
95.0 
43.9 
Estoniya (2005) 
98.0 
2.0 
n/a 
48.5 
Malayziya (2005) 9b) 
97.8 
2.2 
65.2 
20.5 
Moldova (2003) 
89.3 
10.7 
21.6 
6.1 
PolĢa (2001) 
99.2 
0.8 
67.1 
43.3 
Mənbələr: Azərbaycan üçün Ədliyyə nazirliyi. digər ölkələr üçün Dünya Bankının nəĢri "Micro, Small, and Medium 
Enterprises: A Collection of Published Data" database on April 5, 2008. 
Qeydlər: (a) Mikro və kiçik US$750,000 aĢağı. (b) Ġstehsal sektoru. (c) Məlumat bazasına yalnız 50 nəfərədək iĢçisi olan 
firmalar daxil edilmiĢdir; (d) 2003-cü ilin məlumatı. 


 159 
C.
 
D
ÖVLƏT ƏSAS ISTEHSALÇI VƏ SƏRMAYƏÇI KIMI 
 
5.9.
 
2005-ci ildən bəri dövlət sektorunda sürətli artımın məqsədi ölkədə iqtisadi vəziyyəti 
yaxĢılaĢdırmaq  idi,  bununla  yanaĢı  o,  ən  azı  müvəqqəti  olaraq,  özəl  sektorun  inkiĢafını 
əngəlləyib.
100
 2008-ci  ildə  Azərbaycanın  icmal  büdcəsinin  qeyri-neft  ÜDM-in  85  faizinə 
çatacağı gözlənildiyi bir Ģəraitdə, dövlət investisiya xərclərinin qeyri-neft ÜDM-də payı 37 faizə 
çatacaq.    Ġqtisadiyyatda  ümumi  sərmayələrin  payı  qeyri-neft  ÜDM-in  50  faizini  təĢkil  edir  və 
hökumət  2008-ci  ildə  ölkənin  qeyri-neft  investisiyalarının  76  faizinə  qədərini  idarə  etmiĢdir. 
Azərbaycanın  korrupsiya  sahəsində  aĢağı  reytinqlərini,  dövlət  sektorunda  islahatların 
ümumilikdə  aĢağı  tempini  və  daxili  bazarların  getdikcə  daha  çox  ziddiyyətli  xarakterini  nəzərə 
aldıqda,  qeyri-bərabər  fəaliyyət  mühitinin  davam  etməsi  riski  kifayət  qədər  yüksəkdir.  
Həqiqətən,  korrupsiya  reytinqləri  ciddi  diskussiya  mövzusu  olsa  da,  Azərbaycanın  bu  sahədə 
göstəriciləri 2005 - 2007-ci illərdən sonra  əhəmiyyətli dərəcədə pisləĢib.  Buradan belə nəticəyə 
gəlmək olar ki, daxili bazarlar getdikcə daha çox himayə olunur, sahibkarlığın isə qarĢısı alınır. 
5.10.
 
Qeyri-neft  özəl  investisiyalar  2007-ci  ildə  azalmıĢdır  və  bu  da  investisiyaların 
sıxıĢdırılıb-çıxarılması effektinin əlaməti ola bilər.
101
  Azərbaycanda 2007-ci il üzrə qeyri-neft 
özəl  investisiyalarla  bağlı  məlumatın  diqqətli  təhlili  göstərir  ki,  qeyri-neft  özəl  investisiyaların 
həcmi  2006-cı  ildən  bəri  qeyri-neft  ÜDM-in  təxminən  4  faizi  qədər  azalıb.    Bu  azalmanın 
təxminən  yarısı  yaĢayıĢ  binalarının  tikilməsi  səviyyəsinin  aĢağı  düĢməsi  və  üçdə  biri  isə 
nəqliyyatla bağlıdır (Cədvəl 1.6).
102
  Bu hesabatda təxmin olunur ki, 2006 - 2007-ci illərdə qeyri-
neft  özəl  investisiyaları  (hökumətin  nəzarətində  olan  sektorlarda,  yəni,  əsasən,  kommunal  və 
neft-kimya  müəssisələrinə  investisiyalar,  habelə  yaşayış  binalarının  tikintisinə  qoyulan 
investisiyaları  çıxmaqla)  real  rəqəmlərlə  təxminən  19  faiz  azalmışdır.    Bu  da  ona  iĢarədir  ki, 
iqtisadiyyatın diversifikasiyasına yönəldilmiĢ investisiyalarda əhəmiyyətli dərəcədə azalma var. 
5.11.
 
  Azərbaycanda,  həmçinin  çoxlu  sayda  dövlət  müəssisələri  (bu  kontekstdə, 
kommunal müəssisələr və sosial xidmətləri çıxmaqla) var ki, bu da rəqabətə mane ola bilər.  
2007-ci  ildə  Azərbaycanda  fəaliyyət  göstərən  cəmi  74  534  müəssisənin  11  666-sı  dövlət 
müəssisəsi  olmuĢdur.
103
 2006-cı  ildə  dövlət  sektoru  ümumi  əmək  bazarının  32  faizini  təĢkil 
etmiĢdir (2004-cü ildə isə bu göstərici bir qədər çox, 34 faiz olmuĢdur).  Dövlət müəssisələri çox 
vaxt  müvafiq  nazirliklərə  və  ya  büdcə  qurumlarına  tabe  olur,  mahiyyət  etibarilə  bu  qurumların 
maliyyələĢdirdikləri  layihələri  icra  edirlər.  2006-cı  ildə  dövlət  müəssisələri  tikinti,  nəqliyyat  və 
istehsal  sektorları  üzrə  müvafiq  olaraq  25,  25  və  13  faiz  paya  malik  olmuĢlar.  2008-ci  ilin 
                                                 
100
  Qeyd etmək lazımdır ki, dövlət müəssisələri qeyri-neft özəl sektor tərəfindən yaradılan əlavə dəyərdə üçdə iki 
paya malikdirlər (bax 2-ci fəsil). 
101
   SıxıĢdırılıb  çıxarılma  dedikdə,  adətən,  hökumətin  dövlət  borcu  hesabına  maliyyələĢdirilən  xərclərinin  artması 
səbəbindən  özəl  investisiyaların  azalması  nəzərdə  tutulur.    Sıxışdırılma  mexanizmi  faiz  dərəcələridir.    Hökumətin 
borclanması  bir  qayda  olaraq  investisiya  olunabiləcək  vəsaitə  olan  tələbi  artırmaqla,  faiz  dərəcələrini  yüksəldir  ki, 
bu da öz növbəsində investisiya xərclərini artırır.  Nəticədə özəl investisiya azalır.  
 
102
  YaĢayıĢ binaların tikintisi Bakı Ģəhərinin mərkəzində binanın uçmasından sonra 2007-ci ildə əsasən dayanmıĢdır.  
Tikinti  iĢlərinin  2008-ci  ilin  axırlarında,  tikinti  normaların  təkmilləĢdirilməsindən  və  yoxlamaların 
tamamlanmasından  sonra  bərpa  olunması  gözlənilir.  2007-ci  ildə  nəqliyyat,  pərakəndə  və  topdansatıĢ  ticarətə 
qoyulmuĢ  sərmayələr  qeyri-neft  ÜDM-in  1,7  faizi  qədər  azalmıĢdır,  lakin  emaledici  sənaye,  o  cümlədən  qida 
məhsullarının  istehsalına, ərzağa qoyulmuĢ sərmayələr qeyri-neft ÜDM-in 0,7 faizi qədər artmıĢdır.  
103
 Müqayisə  olunan  ölkələr  üzrə  dəqiq  rəqəmləri  əldə  etmək  çətin  olsa  da,  AYĠB-in  Keçid  Ġndikatorlarından 
görünür ki, iri miqyaslı özəlləĢdirmə sahəsində Azərbaycanın reytinqi (2.00) AYĠB orta reytinqindən (4+ Ģkala üzrə 
3.7) aĢağıdır.  Lakin onun göstəricisi AYĠB-in kiçikmiqyaslı özəlləĢdirmə (Azərbaycanda 3.7, orta hesabla 3.9)  və 
müəssisələrin yenidənqurulması (Azərbaycanda 2, orta hesabla 2.5) ilə bağlı orta göstəricisinə çox yaxındır. 


Yüklə 3,94 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə