26
məcbur olurdular. Lakin bu da həmin müstəqil xanlıqların tez-tez İranın özü, eləcə də
Türkiyə, Gürcüstan və nəhayət Rusiya ilə müharibələrə cəlb olunmalarının qarşısını
ala bilmirdi. Bu müharibələrin çoxu müdafiə xarakteri daşıyırdı və aydındır ki,
xanlıqlar müstəqilliklərini qoruyub saxlamaq uğrunda vuruşurdular. Təhlükə Rusiya
tərəfindən gələndə mübarizə daha kəskin və sərt xarakter alırdı. Rusiya imperiyası
ardı-arası kəsilməyən müharibələrlə Türkiyə və İranın
sərhəd bütövlüyünü
zəiflətdikdən sonra Gürcüstanı Moskvaya birləşdirdi. Gürcülər bu yolla öz
təhlükəsizliklərini təmin edəcəklərini düşünürdülər. Rusiya isə bütün Transqafqazı
fəth etmək və onun xalqlarını əsarət altına almaq istəyirdi.
Xanlıqların süqutu
Azərbaycanın tarixi qəhrəmanlıq epizodları ilə zəngindir.
Bu tarixin
səhifələrini çevirdikcə biz kiçik xanlıqların silaha sarılaraq azadlıq və ləyaqətlərini
qorumaq üçün rus qoşunları ilə necə cürətlə və qorxu bilmədən vuruşduqlarının şahidi
oluruq. Onlar azadlıqları uğrunda doğma torpaqlarını oğullarının qanı ilə
suvarmışdılar. Onlar öz azadlıqlarını XIX əsrin başlanğıcı,
hətta həmin əsrin birinci
rübünün axırına qədər mərdlik və müvəffəqiyyətlə qoruyub saxlaya bilmişdilər. Bu
dövrdə xanlıqların qüvvəsi tədricən zəiflədiyindən onlar güclü Rusiya ordusunun
hücumlarına davam gətirə bilmirdilər. 1813-cü
ildə Qarabağ, Gəncə, Şəki, Şirvan,
Dərbənd, Quba, Bakı, Talış, 1828-ci ildə isə İrəvan və Naxçıvan xanlıqları ruslar
tərəfindən ələ keçirildi.
Müstəqillik itirildikdən, rus hakimiyyət dairələri gücləndikdən və onların
işğal olunmuş ərazilərdə apardıqları ruslaşdırma siyasəti böyük vüsət aldıqdan sonra
xanlıqları “Odlar yurdu”nun başqa hissələri ilə bağlayan tellər qırılmağa başladı.
Həmin dövrdən etibarən artıq Rusiya nəzarətindəki Azərbaycan torpaqları deyil,
mərkəzi Təbriz olmaqla İrandakı ərazilərimiz Azərbaycan adlandırılmağa başladı.
İşğal olunmuş ərazilər özbaşınalıqla bölünür,
şəhərlərin, mahalların adları
dəyişdirilirdi (nümunə kimi Azərbaycanın qədim mərkəzlərindən biri olan Gəncənin
Rusiya imperatriçəsinin şərəfinə Yelizavetpol adlandırılmasını göstərmək olar).
Rusiya imperiyası Azərbaycan ərazisini istədiyi şəkildə qayçılayır, işğala qədər
mövcud olmuş siyasi azadlığın ən kiçik təzahürlərini də məhv edirdi.
Rus dövləti
işğal etdiyi xanlıqların əhalisinin adını dəyişdirməkdən də çəkinmirdi. Etnoqrafiyanı,
xalqın dilini və ədəbiyyatını nəzərə almadan Azərbaycan əhalisinə Qafqaz tatarları,
Qafqaz müsləmanları, yaxud sadəcə olaraq müsəlman adı qoyulmuşdu.
Dostları ilə paylaş: