24
Buradan sərhəd xətti Aparan çayının qolu istiqamətində şimal-şərqə, Tiflis-
İrəvan dəmir yolunun 5 km-də yerləşən Zeynə kəndinə doğru gedir,
sonra şərq
istiqamətinə dönür, dəmir yol xəttinə paralel şəkildə bu xətdən 7 km. şimalda yerləşən
Ağbaş kəndinə tərəf uzanır:
Qarni çayından keçən sərhəd xətti şimal-şərqdə Ağdağ (10906 fut),
Qaraqaya (11178 fut) Gözəldərə dağlarına qalxır, buradan qərb istiqamətinə burulur
və Göyçə gölünün şərq sahilində Zağalı kəndinə çatır.
Qafqaz Ermənistanının sərhəddi Semyonovka
kəndi istiqamətində gölün
səthini düz xətlə keçir, Yelizavetpol və İrəvan quberniyalarının keçmiş inzibati ərazi
bölgüsü üzrə Beçəkeçməz dağının (Yelizavetpol, İrəvan və Tiflis quberniyalarının
sərhədlərinin ortaq kəsişmə nöqtəsi) zirvəsinə qalxır, buradan Yelizavetpol və Tiflis
quberniyalarının inzibati sərhəddi boyunca şimala dönür və Çimal dağının (2465 fut)
zirvəsinə qalxır.
Son olaraq sərhəd xətti biri-birinin ardınca Şahəlhəm, Şahtaxtı, Lialvar,
Lecan dağlarından enir və iki ölkə arasında sərhəd olan Ağlağan dağının
zirvəsinə
çatır.