27
aləminə naməlum qalmasının labüd nəticəsi olaraq bu millətin etnik təşəkkülü və
quruluşu haqqında Rusiya imperiyasının uydurduğu yalanlar rəsmi nöqteyi-nəzər kimi
qəbul edilmişdir. Qədim türk-müsəlman xanlıqlarının əhalisi
əsl mənşələri nəzərə
alınmadan Qafqaz tatarları adlandırılmışlar və indinin özündə də Qafqaz tatarları kimi
tanınırlar. Əsl həqiqətdə köklərinin eyniliyi ilə bir sırada azərbaycanlıların və
tatarların dilləri, adətləri, ənənələri, inamları arasındada da müəyyən yaxınlıq vardır.
Bu yaxınlıq həm fransız tarixçisi M.Leon-Kahen, həm də məşhur macar alimi
H.Vamberi tərəfindən sübuta yetrilimişdir.
Asiyalı fateh Teymurləngin (Teymurləng Avropada Axsaq Teymur
mənasında istifadə olunan Tamerlan adının qarşılığıdır) Azərbaycana yürüşündən söz
açan fransız alimi yazır: “Əsrlər boyu türklərin yaşadığı
bir ölkə olan Azərbaycan
könüllü surətdə Teymurləngin hakimiyyətini qəbul etdi”.
H.Vamberi Azərbaycan xalqının etnik mənşəyindən danışarkən göstərir ki,
İran ünsürlərinin Azərbaycandan hansı dövrdə sıxışdırılıb çıxarıldığını söyləmək
çətindir. Bu məsələ hələlik öz həllini tapmamışdır.
Buna baxmayaraq, biz bir neçə
fakta müraciət edəcəyik:
Azərbaycanın istər İrana aid hissəsində,
istərsə də Qafqaz, yaxud
Transqafqaz hissəsində əhali Azərbaycan dilində danışan türklərdən ibarətdir. Onların
öz ədəbiyyatı, milli poeziyası, ənənələri və mifləri mövcuddur. İslamın iki təriqəti
(şiəlik və sünnilik-tərc.) Azərbaycanda geniş yayılmışdır.
İntellektual mədəniyyət baxımından
Azərbaycan, xüsusən də onun İran
hissəsi qədim İran ədəbiyyatından əsaslı şəkildə təsirlənmişdir. Bu ədəbiyyatın əsas
nümayəndələri olan Firdovsi, Hafız və Sədi azərbaycanlılar arasındada indi də kifayət
qədər məşhurdurlar, onların əsərlərinə tez-tez istinad edilir. Bir tərəfdən İranın
qüdrətinin azalması və onun sosial mədəniyyətinin tənəzzülə uğraması, o biri tərəfdən
isə Rusiya mədəniyyətinin daha geniş ərazidə yayılması və ümumilikdə milli şüurun
yüksəlişi nəticəsində Azərbaycanı İranla bağlayan tellərin qırılmaqda olduğu aşkara
çıxdı.
İndi isə gəlin Azərbaycanın “Qafqaz Azərbaycanı” adlandırılan
hissəsinə
nəzər salaq. Biz İran Azərbaycanına toxunmaq niyyətində deyilik. Biz qafqazlılar
onun sakinlərinə ən yaxşı istəklərimizi yetirir, qüdrətli və mədəni İran dövlətinin
himayəsi altında siyasi və fərdi azadlığa çatmalarını, böyük inkişafa, sosial və siyası
tərəqqiyə qovuşmalarını arzu edirik.
Dostları ilə paylaş: