16
cu ilin dekabrından sonra göndərilən hesabatlar barəsində də demək mümkündür.
Digər sənədlərdən də göründüyü kimi Nümayəndə heyəti 1919-cu ilin sonu-1920-ci
ilin əvvəllərində daha məhsuldar və intensiv işləmişdi. Təbii ki, bu müddətdə görülən
işlər də Mərkəzə göndərilən hesabatlarda öz əksini tapmışdı. Lakin həmin hesabatlar
ya
məhv edilmiş, ya da Moskvaya aparılmışdır. Hər halda indiyə qədər çatışmayan
hesabatların izlərini Azərbaycan arxivlərində tapmaq mümkün olmamışdır.
Azərbaycan Cümhuriyyətinin xarici siyasəti ilə bağlı bu mühüm sənədlər
birinci və sonuncu dəfə 1927-ci ildə bolşevik tarixçi A.Rayevski tərəfindən
“Musavatskoe pravitelstvo Azerbaydcanskoy Respubliki na Versalskoy konferensii
(mart-dekabr 1919)” adı altında ayrıca kitab şəklində çap edilmişdir. Tərtibçi mətnləri
olduğu kimi vermişdi. Lakin kitaba yazdığı müqəddimədə müstəqil Azərbaycan
diplomatiyasının bu nümunələrini öz dövrünün bolşevik tarixçiliyinin prinsipləri
ruhunda təftiş etməyi və dəyərləndirməyi də unutmamışdır.
Başqa
sözlə desək, bu gün bizim üçün dövlətçilik tariximizin mühüm
sənədləri olan materiallar A.Rayevskinin fikrincə, Azərbaycanı Britaniya
imperializminə satmaq niyyətinə düşmüş bir ovuc müsavatçının siyasi intriqalarından
başqa bir şey deyildi. Lakin qatı bolşevik mövqeyindən asılı olmayaraq bu gün həmin
nəşr üçün A.Rayevskiyə minnətdar olmaq lazımdır. Ümumiyyətlə, 20-30-cu illərdə
ilk respublikamızın tarixini təhrif etmək, onun liderlərinə, məqsəd və amallarına ləkə
yaxmaq məqsədi ilə bolşevik metodoıyası zəminində yazılmış
əsərlər indi nə qədər
qəribə görünsə də, tarixi gerçəkliyi obyektiv qiymətləndirməyə xidmət göstərir. Ən
azı, ideoloji yanaşma tərzini bir kənara qoyaraq bu nəşrlərdəki çoxu artıq müasir
tədqiqatçı üçün əlçatmaz olan fakt və qaynaqların əhəmiyyətini ayrıca
qiymətləndirmək lazımdır.
Hesabatların əksəriyyətinin Parisdən göndərildiyini nəzərə alaraq biz onların
toplandığı kitabı yuxarıda da qeyd olunduğu kimi, “Paris məktubları” adı altında çap
etdirmişdik. İstanbuldan göndərilən hesabatların da daha öncə H.Həsənov və
H.Paşayev tərəfindən “Diplomatiçeskie besedı v Stambule” adı altında nəşr edildiyini
yada salsaq, Azərbaycan Cümhuriyyətinin diplomatiya tarixini əks etdirən
özünəməxsus dialogiyanın meydana çıxdığı aşkar olar.
Azərbaycan hökumətinə göndərilən məlumatlar hamısı üzərində “Prezident
de la deleqation de raix de la Azerbeidjan” (“Azərbaycan Cümhuriyyəti Sülh
Nümayəndə heyətinin rəhbəri”) rəsmi ştampı olan blankda yazılmışdır. Hesabatların
ilk səhifələrində göstərilən qoşa tarixlər (məsələn, 17-19 mart) onun yazılmağa
başlandığı və sona çatdırıldığı tarixi bildirir. Məlumat mətnlərinin bir hissəsi müxtəlif
xətlərlə, əllə yazılmış, qalan hissələri isə makinada çap edilmişdir. Xətt müxtəlifliyinə
baxmayaraq məlumatların əvvəldən axıra kimi bir nəfərin düşüncələrinin məhsulu
olduğu şübhə doğurmur.
Hesabatlar bir qayda olaraq ya Ə.M.Topçubaşovun
özü tərəfindən, ya da
onun diqtəsi ilə katiblər tərəfindən yazılmışdır. Bu məlumatların üslubundan, təhkiyə
tərzindən, habelə birbaşa sədrin funksiyaları ilə bağlı məqamlardan da aydın görünür.
17
Sənədlərin ilk naşiri A.Rayevskidə də Ə.M.Topçubaşovun müəllifliyi heç bir şübhə
doğurmamışdı. Nəhayət, hər bir məlumat Nümayəndə heyətinin rəhbəri tərəfindən
imzalanmış və onun şəxsi möhürü ilə möhürlənmişdir.
Mətnlərin altından qırmızı və göy rəngli karandaşlarla çəkilmiş xətlər,
səhifələrin kənarlarındakı müxtəlif işarələr və qeydlər bu materialların Bakıda
cümhuriyyət rəhbərləri, ilk növbədə isə baş nazir N.Yusifbəyli
və xarici işlər naziri
M.Y.Cəfərov tərəfindən diqqətlə öyrənildiyini, onlardan daxili və xarici siyasətin
qurulmasmda istifadə olunduğunu göstərir.
Ə.M.Topçubaşov özünün və Nümayəndə heyəti üzvlərinin Azərbaycanın
çağdaş vəziyyəti və gələcəyi ilə bağlı fıkirlərini ifadə edərək 1919-cu ildə Parisdən
göndərdiyi məlumatlardan birində yazırdı: “Doğrudur, hələ bizi dövlət kimi
tanımırlar. Lakin getdiyimiz hər yerdə və hamıya artıq il yarımdan bəri bir dövlət
kimi
mövcud olduğumuzu bildirir, öz parlamenti, hökuməti, inzibati sistemi,
məhkəməsi, məktəbləri, ordusu olan Azərbaycanın müstəqil yaşadığını göstəririk. Bu
Azərbaycan bolşeviklərlə amansız mübarizəyə tab gətirib. Deməli, azərbaycanlılar
siyasi həyat qabiliyyətinə malikdirlər və özlərinin müstəqil dövlətini qura bilərlər.
Gücümüz çatdığı qədər, hətta gücümüz çatmasa belə, bu vəziyyəti qoruyub saxlamaq,
bu özünütəsdiqi mühafizə etmək lazımdır. Biz istərdik ki, hamı, bütün xalqımız indi
müstəqil ictimai-siyasi həyata qabil olduğumuzu sübut etmək üçün imtahan
verdiyimizi yaxşı başa düşsün.
İnanırıq ki, buna gücümüz çatacaq. Çünki xalqımız doğrudan da
qabiliyyətlidir, ölkəmiz isə təbii sərvətlərlə zəngindir. Lakin bizdə indiyə qədər əxlaqi
başlanğıca əsaslanan siyasi məktəb olmadığından geniş
xalq kütlələrinin öz gənc
dövlətinin müəssisələrindən, qurumlarından nümunə götürməsi və yaşadığımız indiki
sınaq anının bütün ciddiyyətini dərk etməsi çox zəruridir. Paytaxt və rəhbər xadimlər-
bax, Azərbaycana bütün varlığı ilə xidmət etməyin nümunəsini geniş xalq kütlələrinə
onlar göstərməlidirlər. Ümumi borc xalqı səfərbər etmək və onu müstəqil mövcudluq
ideyası ətrafında birləşdirməkdir. Çünki biz artıq şüurlarda geriyə dönüş üçün yer
olmadığına və ola bilməyəcəyinə əminik. Qarşımızda bir yol var - bu da
Azərbaycanın müstəqilliyinə aparan yoldur”
Həmin yolun ilk yolçuları sırasında Ə.M.Topçubaşov və onun
məsləkdaşlarının xüsusi yerləri var. Doğrudur, dövrün beynəlxalq münasibətlər
sistemində mövcud obyektiv səbəblər və bir sıra subyektiv amillər üzündən onların
mübarizəsi qalibiyyətlə nəticələnmədi. Cümhuriyyətin liderləri xalqı
arzusunda
olduğu və uğrunda mübarizə apardığı müstəqilliyə qovuşdura bilmədilər.
Bolşevik təcavüzü nəticəsində 1920-ci ilin aprelində Azərbaycanın dövlət
müstəqilliyinə son qoyuldu. İlk Azərbaycan Cümhuriyyətinin qurucularından
M.Ə.Rəsulzadənin obrazlı ifadəsi ilə desək, “Yoxdan yaradılmış bir ideal rəmzi” olan
üçrəngli bayraq “qırmızı bir bezə” (Sovet Azərbaycanının dövlət bayrağı nəzərdə
tutulur-V.Q.) dəyişdirildi. Lakin yenə də M.Ə.Rəsulzadənin yazdığı kimi, “yüz illik
18
əsarət dərsi ilə iki illik azadlıq davası” artıq xalqı yalnız başqalarına dcyil, ilk
növbədə öz-özünə tanıtmışdı.
Versal Sülh konfransında iştirak edən Azərbaycan Nümayəndə heyəti yeni
müstəqil dövlətin Avropaya göndərdiyi ilk diplomatik desant idi.
Dostları ilə paylaş: