8
iqtisadi danışıqlar aparırdı. Ə.Şeyxülislamov daha çox sərhəd məsələləri ilə məşğul
olur, Azərbaycana
dair statistik göstəricilərin, xəritə və diaqramların hazırlanmasını
təşkil edir, nəhayət Nümayəndə heyətinin arxiv və kitabxanasının yaradılması üçün
məsuliyyət daşıyırdı.
M.Məhərrmov xalq təsərrüfatı və əkinçiliklə bağlı məsələlər üçün cavabdeh
idi, eyni zamanda iclas və danışıqların protokollarının Azərbaycan türkcəsində
yazılmasını təmin edirdi. Ticarət və sənaye
məsələləri ilə məşğul olan
M.Mirmehdiyevin vəzifələri sırasına heyətin maliyyə hesabatlarının yoxlanması da
daxil idi. Ə.Ağaoğlu və C.Hacıbəyli isə daha çox informasiya və təbliğat məsələləri
ilə məşğul olmalı, Fransa ictimaiyyəti və fransız mətbuatı ilə əlaqələr qurulmasına
kömək etməli idilər. Hər ikisinin Fransada təhsil almaları, fransız
dilinə və
mədəniyyətinə mükəmməl yiyələnmələri üzərlərinə qoyulan vəzifəni uğurla həyata
keçiriləcəyinə təminat yaradırdı.
Nəhayət, Ə.Hüseynzadə Azərbaycanla bağlı
tarixi-etnoqrafik və ədəbi
materialların seçilməsi və təbliğatda onlardan istifadə edilməsi üçün məsul idi.
Təəssüf ki, Nümayəndə heyəti Parisə tam tərkibdə gedə bilmədiyindən iş bölgüsündə
müəyyən dəyişikliklər aparılması zərurəti yarandı. Bütövlükdə isə heyətin hər bir
üzvü lazım bilinən və tapşırılan hər bir işin öhdəsindən gəlməyə tamamilə hazır idi.
Dostları ilə paylaş: