|
Azərbaycan Paris Sülh Konfransında (1918-1920)kitab20111201125922638Məmməd Həsən
Hacınski (1875-1931)
Bakı real məktəbində və Peterburq Yol Mühəndisləri
İnstitutunda təhsil almış, uzun müddət Bakı Dumasında şəhər tikintisi idarəsinə
başçılıq etmişdi. O, həm də Ə.M.Topçubaşovla birlikdə Müsəlman ictimai-siyasi
təşkilatları İcraiyyə Komitəsinin rəhbərlərindən biri idi. Sonralar “Müsavat” sıralarına
keçən M.H.Hacınski bu partiyanın I qurultayında Mərkəzi Komitə üzvü seçilmişdi.
F.Xan-Xoyskinin qurduğu birinci hökumətdə xarici işlər, ikinci hökumətdə isə
maliyyə naziri vəzifələrini tutmuşdu. Azərbaycan Parlamentinin üzvü idi.
Nümayəndə heyətinin üzvü
Əkbərağa Şeyxülislamov (1881-1961)
İrəvan
gimnaziyasının və Peterburq Yol Mühəndisləri İnstitutunu bitirmişdi. Transqafqaz
Seyminin üzvü, Transqafqaz hökumətində daxili işlər nazirinin müavini olmuşdu.
Siyasi fəaliyyətini menşevik istiqamətli “Hümmət” partiyasında davam
etdirirdi. Azərbaycan Cümhuriyyətinin qurulmasını elan edən İstiqlal Bəyannaməsini
imzalayanlar içərisində Ə.Şeyxülislamov da var idi. O, Fətəli xan Xoyskinin ilk
hökumətində torpaq və əmək naziri kimi çalışmışdı. Parlamentdə sosialist fraksiyasını
təmsil edirdi.
Nümayəndə heyətinin üzvü
Əhməd bəy Ağaoğlu (1869-1939)
tanınmış
publisist və ictimai xadim idi. Paris Ali Hüquq Moktəbində və Sorbonna
universitetində mükəmməl hüquq təhsili almışdı. XX əsrin əvvəllərində “Həyat”,
“İrşad”, “Tərəqqi” qəzetlərinin redaktoru olmuş, 1905-ci ildə Azərbaycanda ilk siyasi
partiya sayılan “Difai”ni qurmuşdu. Rusiya gizli polisinin təqibləri nəticəsində 1909-
cu ildə Osmanlı imperiyasına -Türkiyəyə mühacirət etdikdən sonra burada “İttihad və
Tərəqqi” partiyasının liderləri ilə yaxınlaşmış, “Türk yurdu” və “Türk ocağı”
təşkilatlarının qurucuları sırasında yer almışdı. O, eyni zamanda İstanbul
universitetinin rus ədəbiyyatı professoru və Osmanlı Məclisi-Məbusanının
(Parlament) üzvü kimi elmi-siyasi fəaliyyət göstərmişdi. Ə.Ağaoğlu 1918-ci ildə
Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın siyasi məsələlər üzrə müşaviri
kimi Azərbaycana gəlmiş, burada Parlamentə üzv seçilmişdi. Lakin İstanbuldakı
ingilis işğal qüvvələri “İttihad və Tərəqqi” liderləri ilə yaxınlığına görə
Ə.Ağaoğlunun Parisə getməsinə imkan verməmişdi. O, 1919-cu ildə İstanbulda həbs
olunmuş və Malta adasına sürgün edilmişdi.
Nümayəndə heyətinin məsləhətçisi
Dostları ilə paylaş: |
|
|