7
Nümayəndə
heyətinin məsləhətçisi
Məhəmməd Məhərrəmov (1885-1982)
İrəvan gimnaziyasını bitirmiş, gənc yaşlarından İrəvan azərbaycanlılarının (eyni adlı
xanlığın mərkəzi olan bu Azərbaycan şəhəri 1918-ci ildə yeni yaranan Ermənistan
Respublikasının paytaxtı elan olunmuşdu) təmsilçilərindən biri kimi tanınmışdı.
1917-ci ilin noyabrında İrəvan quberniyasından
Rusiya Müəssislər Məclisinə
nümayəndə seçilmişdi. Transqafqaz Seyminin üzvü olmuş, Milli Xartiyanı - İstiqlal
Bəyannaməsini imzalayanlar sırasında yer almışdı.
Azərbaycan Parlamentində
Sosialist fraksiyasının üzvü idi.
Heyətinin başqa bir məsləhətçisi
Miryaqub Mirmehdiyev (1887-?)
Peterburq Universitetinin
hüquq fakültəsini bitirmiş, Bakıda vəkillik fəaliyyəti ilə
məşğul olmuşdu. Azərbaycan Parlamentinə “İttihad” partiyasından üzv seçilmişdi
1919-cu ilin avqustunda Parlamentin Sosialist fraksiyası
Nümayəndə heyəti
tərkibindəki üzvlərinin rotasiya qaydası ilə əvəzlənməsi barəsində qərar çıxarmış və
M. Məhərrəmovun yerinə
Abbas bəy Atamalıbəyov (1892-1962)
Parisə
göndərmişdi. Lakin həmin dövrdə heyətin başqa bir üzvü - M.H.Hacınski artıq
Azərbaycana qayıtdığından həm M.Məhərrəmovun, həm də A.Atamalıbəyovun
Parisdə qalmaları məqbul sayılmışdı. Peterburq Kadet
korpusunda ali hərbi təhsil
almış A.Atamalıbəyov Nümayəndə heyətinin ən gənc üzvü kimi digər işlərlə yanaşı
həm də missiyanın katibi vəzifəsini öz üzərinə götürmüşdü.
Nümayəndə heyətinin texniki tərkibinə əməkdaşlar -
Dostları ilə paylaş: