34
İstanbulda bir araya gələn Azərbaycan nümayəndələrinin 1918-ci il sentyabrın 12-də
Avropa səfirliklərinə göndərdikləri qəti etirazı başa düşmək çətin deyil. Bu etiraz
1918-ci il sentyabrın 9-da Almaniya ilə bolşeviklər arasındada imzalanmış Brest-
Litovsk müqaviləsinə əlavə maddələrdən irəli gəlirdi.
Müqavilənin üçüncü
maddəsində deyilirdi:
“Rusiya hökuməti Bakı neft mədənlərinin fəaliyyətini intensivləşdirmək və
oldə olunan məhsulun dörddə bir hissəsinin Almaniyaya göndərməklə bağlı öz
üzərinə təhəddüd götürür”.
Bu akt hüquqi nöqteyi-nəzərindən çox əsassız, qeyri-qanuni idi,
heç bir
siyasi və əxlaqi bünövrəyə söykənmirdi və təbii ki, Brest-Litovsk müqaviləsinin özü
kimi onun olavə maddələrı də ləğv olunmalıdır. İstənilən halda bu ədalətsiz akt heç
bir vaxt, heç bir vəchlə Azərbaycan dövləti tərəfindən qəbul edilməyəcək. Neft
istehsalının yerli tələbatı üstələməsinə və Azərbaycan dövlətinin həmin artıq məhsulu
hazırkı dövrdə yanacağa ciddi ehtiyac duyan ölkələrə müvafiq müqavilələr bağlamaq
yolu ilə satmağı öz üzərinə götürməsinə baxmayaraq Respublika Bakı mədənlərindəki
neftin açıq müdaxilə yolu ilə istismar olunmasına heç vəchlə yol verə bilməz. Xarici
istismar Respublika üçün intihar demək olardı.
Dostları ilə paylaş: