Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVL



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32569
1   ...   12   13   14   15   16   17   18   19   ...   68

 
48
imperiyası ərazisində rus tacirlərinin ticarət azadlığına təminat 
verirdi.Osmanlı  tərəfi  Cənubi  Qafqazın  Rusiya  tərəfindən 
işğalını  tanıyırdı.  Nəhayət,  müqavilədə  Moldaviyanın,  Valaxi-
yanın  və  Serbiyanın  muxtariyyatı  təsdiq  olundu.  Yunanıstanın 
müstəqilliyi  haqqında  3  dövlətin  protokolu  Osmanlı  dövlətinə  
qəbul etdirildi. Az sonra yəni, 1830-cu ildə Yunanıstanın istiq-
laliyyəti də elan edildi. 
 
Yunanıstanın  müstəqilliyinin  bərpası  və  Ədirnə  sülhü 
Osmanlı imperiyasının zəifləməsini göstərdi. Misir paşası Mə-
həmmədəli  yaranmış  şəraitdən  istifadə  edib  stanbula  hücum 
etmək qərarına gəldi. Onun məqsədi Misirin müstəqilliyinə nail 
olmaq  idi.  1832-ci  ildə  Misir  qoşunu  Suriyanı  ələ  keçirdi, 
Konya  yaxınlığındakı  döyüşdə  Osmanlı  ordusu  ağır  məğ-
lubiyyətə  uğradı.  Yaranmış  vəziyyətdən    çıxış  yolu  axtaran  II 
Mahmud  Fransa    və  ngiltərədən    yardım  istəməyə  məcbur 
oldu.  Fransa  rədd  cavabı  verdikdən  sonra,  ngiltərə  Avstriya 
vasitəsilə    kömək  etmək  qərarına  gəldi.  Bu  vaxt  Məhəmməd-
ə
linin  Yaxın  Şərqdə  möhkəmlənə  bilməsindən  qorxuya  düşən 
Rusiya gözlənilmədən Osmanlıya yardım əlini uzatdı. 1833-cü 
il    fevral-aprelində  Bosforun    Asiya  sahilindəki  Ünkər- skələ 
yaxınlığında  14  min  rus  əsgəri  quruya  çıxarıldı.  1833-cü  ildə 
sultan ilə onun rəsmi vassalı olan Məhəmmədəli arasında Kü-
tahya  sülhü  imzalandı  və  Misir  ordusunun  hücumu  dayan-
dırıldı. Bu müqaviləyə görə Mə-həmmədəlinin Misir valiliyinə 
Suriyada  əlavə  olundu.  1833-cü  il  iyulun  8-də  Türkiyə  ilə 
Rusiya  arasında  Ünkər- skələ  müqaviləsi  imzalandı.  Müqavi-
ləyə  əsasən,  hər  iki  tərəf  razılaşdırılmış  siyasət  yeritməyi  tə-
rəflər  əmin-amanlıq  və  təhlükəsizliyi  təmin  etməyə  ehtiyac 
duyduqda  bir-birinə  kömək  etməyi  öhdəsinə  götürürdü.  Mü-
qavilənin gizli maddəsi Türkiyəni Rusiyaya  yardım göstərmək 
öhdəçiliyindən  azad  edirdi,  lakin  bunun  əvəzində  Rusiyanın 
tələbi  Türkiyənin  xarici  hərbi  gəmilərə  boğazlardan  keçməyə 
icazə  verməməsi  idi.  Müqavilədən  sonra  rus    qoşunları  Tür-
kiyəni tərk etdi. Ərəb Şərqində Məhəmmədəlinin mövqelərinin  
downloaded from KitabYurdu.org


 
49
möhkəmlənməsi ilə heç bir vəchlə razılaşmayan  ngiltərə 1838-ci 
ildə    bağlanmış  türk-ingilis  ticarət  konvensiyasına  Misir 
canişininin məhəl qoymamasından istifadə edərək sultan  Mah-
mudla  Məhəmmədəli arasında yeni münaqişə törətdi. 1839-cu 
ildə  iyulun  24-də  Suriyanın  şimalında,  Nəzib  kəndi  yaxın-lı-
ğ
ında  sultan  ordusu  ilə  Misir  qoşunları  arasında    baş  vermiş 
döyüşdə  türklər məğlub oldu. Vəziyyətin ağırlığını görən Tür-
kiyə hökuməti  barışıq  yolları axtarmağa başladı.  Lakin 1839-
cu  il  iyulun  27-də  ngiltərə,  Rusiya,  Fransa  və  Avstriya 
Türkiyəyə  kollektiv  nota  göndərərək  bildirdilər  ki,  onların  ra-
zılığı olmadan Məhəmmədəli ilə sülh danışıqları apara bilməz, 
Sultan  bu əmrə tabe olmağa məcbur oldu.1840-cı ildə London-
da  bir  tərəfdən  Türkiyə,  o  biri  tərəfədən  də  ngiltərə,  Rusiya, 
Avstriya  və  Prussiya  arasında  saziş  imzalandı.  Bu  saziş  
“Osmanlı  imperiyasının  bütövlüyünü  və  istiqlaliyyətini  təmin 
etməyə  nəzarət”  pərdəsi  altında  həmin  dövlətlərin  Türkiyə 
üzərində  qəyyumluğunu  təsbit  edirdi.  Saziş  bütün  dövlətlərin 
hərbi  gəmilərinin    Bosfor  və  Dardanelə  gəlməsini  qadağan 
edirdi. Sazişdə Məhəmmədəliyə verilməli olan tələblər də gös-
tərilmişdi.  Əgər,  bu  tələblər  rədd  edilərdisə,  onda  saziş  bağ-
lamış dövlətlər silaha əl atacaqlarını öhdələrinə götürmüşdülər. 
Məhəmmədəli  əvvəlcə  bu  ultimatumu  rədd  etdi,  sonradan 
sultana  xərac  verməyi,  ordusunu  18  min  nəfərədək  azaltmağa 
razı oldu və 1838-ci il türk-ingilis konvensiyasını qəbul etməyi 
öhdəsinə götürdü. Misir məsələsini həll etdikdən sonra 13 iyul 
1841-ci  ildə  Osmanlı,  ngiltərə,  Rusiya,  Fransa,  Avstriya  və 
Prussiya  dövlətləri    Londonda  boğazlar  haqqında    müqavilə 
imzaladılar.  Sazişə  görə  Türkiyənin  iştirak  etmədiyi  müharibə 
zamanı  Qara  dəniz  boğazları  bütün  dövlətlərin  hərbi  gəmiləri 
üçün bağlanmalı idi, Türkiyənin iştirak etdiyi müharibə zamanı 
isə  Türkiyə  hökuməti  istədiyi  ölkənin  hərbi  gəmilərini 
boğazlardan buraxa bilərdi.  
XIX əsrin I yarısında ölkədə xarici kapitalın ağalığı türk 
ticarət və sənaye burjuaziyasını çox pis bir vəziyyətə salmışdı. 
downloaded from KitabYurdu.org


 
50
Xarici  kapitalistlər  öz    iqtisadi  üstünlüyü  və  kapitulyasiya  hü-
quqlarından istifadə edərək hazır sənaye məhsullarının idxalını 
və kənd təsərrüfatı məhsullarının ixracını öz əllərində cəmləş-
dirmişdilər.  Osmanlının  kapitalist  dövlətlərinin  xammal  baza-
sına    çevrilməsi  prosesi  güclənirdi.  Osmanlının    iqtisadiyyatı 
getdikcə  daha  çox  birtərəfli  şəkildə  inkişaf  edirdi.  Beləliklə, 
XIX  əsrin  30-50-ci  illərində  Osmanlının  həm  siyasi,  həm  iq-
tisadi cəhətdən Avropanın iri dövlətlərinin, başlıca olaraq  ngil-
tərə  və  Fransanın  müstəmləkəsinə  çevrilməsi  üçün  zəmin  ya-
ranmışdı. 
 
Osmanlı  dövlətinin  geriliyini  başa  düşən  mütərəqqi 
qüvvələr  islahatların  keçirilməsini  istəyirdilər.  Onlar  bu  yolla 
Avropa  dövlətlərinin  Osmanlı  dövlətinin  daxili  işlərinə  qarış-
masının  qarşısını  almaq,  daxili  böhranı  zəiflətmək  niyyətində 
idilər. Sultan II Mahmud hakimiyyətinin son illərində islahatlar 
keçirməyə başladı, belə ki o, imperiyanın ciddi bir islahata eh-
tiyacı olduğunu yaxşı anlayırdı. Yeni nazirliklər quruldu, bun-
lardan  ən  önəmlisi  Ticarət  nazirliyi  idi.  Baş  vəzirin  səlahiy-
yətlərinin azaldılması və onun  işlərinin nazirlərə  paylanılması 
sarayın  qüvvətlənməsi    ilə  nəticələndi.  Əhalinin  siyahıya  alın-
ması  aparıldı,  təhsil  sahəsində  ciddi  qərarlar  qəbul  olundu, 
hərbi məktəblər açıldı. Lakin II Mahmud islahatlarını tamamla-
ya bilmədi, o, 1839-cu ildə vəfat etdi və hakimiyyətə Mahmu-
dun  böyük  oğlu  Əbdülməcid  gəldi.  Türkiyə  tarixində  o, 
tənzimat padşahı kimi tanınır. Belə ki, 1839-cu il noyabrın 3-də 
Musatafa  Rəşid  paşanın  komissiyası  tərəfindən  sultanın  ali 
fərmanı  elan  edildi.  Bu  fərman  Gülxana  sarayında  oxunduğu 
üçün “Gülxana fərmanı”adlandı. Fərmanda Osmanlı imperiya-
sının  əhalisinin həyat, şərəf və əmlak təhlükəsizliyinin təmini 
elan  edilirdi.  “Gülxana  fərmanı”  xristian  xalqların  hüququnu 
daha  da  genişləndirdi.  Tənzimat  dövründə  xristian  təbəələr 
dövlətə  qarşı  fəaliyyətlərini  daha  da  gücləndirdilər.  kinci  ən 
vacib  məsələ  vergi  məsələsi  idi.  Vergi  hər  kəsin  bacarığına 
görə  müəyyən  edilməli  və  bundan  artıq    alınmamamlı  idi. 
downloaded from KitabYurdu.org


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə