Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVL



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32569
1   ...   16   17   18   19   20   21   22   23   ...   68

 
60
iyulda Berlin müqaviləsi imzalandı.Müqavilənin şərtlərinə görə 
Bolqar  knyazlığının  muxtariyyəti  təsdiq  olunurdu,  lakin  onun 
sərhədləri Balkanlardan şimala doğru Dunayboyu olan ərazi ilə 
məhdudlaşırdı.  Balkanlardan  cənuba  sultanın  hakimiyyəti 
altında  Şərqi  Rumeliya  muxtar  vilayəti  yaradıldı.Makedoniya 
Türkiyənin hakimiyyəti altında qaldı. Çernoqoriya, Serbiya və 
Rumıniya  müstəqil  elan  edilirdilər,  lakin  Çernoqoriya  və  Ser-
biyanın  ərazisi  genişlənmirdi.  Rusiya  isə  Bessarabiyanın  bir 
hissəsini,  Ərdahan,  Batum  və  Qarsı  alırdı.  Təzminat  əvvəlki 
məbləğdə təsdiq olunurdu. Avstriya Bosniya və Hersoqovinanı 
idarə etmək hüququ aldı,  ngiltərə isə Kipr adasını tutdu, son-
ralar onu hərbi dəniz bazasına çevirdi.        
 
3.Gənc türklər və Balkan müharibələri 
 
 
“Yeni  Osmanlılar”ın  mütərəqqi  addımları  hədər  get-
mədi.  Yenilikçi    ziyalılar  Sultan  ağalığına  qarşı  mübarizəni 
davam  etdirdilər.  1889-cu  ildə  hərbi  tibb  məktəbində  oxuyan 
tələbələr  shaq  Sükuti,  Mehmet  Rəşid,  Abdullah  Cevdət, 
brahim  Temo  gizli  bir  cəmiyyət  “ ttihad  və  tərəqqi”ni  yarat-
dılar. Bu o demək idi ki, türk burjua demokratik hərəkatı rəsmi 
şə
kildə  fəaliyyətə  başlayır.  Cəmiyyətin  əsas  məqsədi  II  Əb-
dülhəmid rejiminə son verərək Konstitusiyanın yenidən elanına 
nail  olmaq  idi.  “ ttihad  və  tərəqqi”  cəmiyyətinin  üzvlərini  və 
tərəfdarlarını  “Gənc  türklər”  adlandırırdılar.  1895-ci  ilə  qədər 
gizli    hürriyyətçi    kitablar  buraxılır,  toplantılar  keçirilirdi. 
1889-cu il Fransa inqilabının  100 illiyi münasibəti ilə  Parisə 
yollanan bir çox mücahidlər oradan  yeni fikirlər  və mütərəqqi  
ideyalarla qayıdırdılar. Gənc  türklər  hərəkatının  ikinci  mər-
hələsi  1895-1897-ci  illəri  əhatə  edir.  Berlin  konfransından 
sonra böyük dəstək alan ermənilər 1895-ci ildən başlayaraq  s-
tanbulda  bir  neçə  qətllər  törətdilər.  Əbdülhəmid  rejimi  isə  bu 
məsələni həll  etmək üçün heç bir addım atmırdı. Belə olduğu 
halda gənc türkçülər özləri xalqı mübarizəyə qaldırırdı. Parisdə 
downloaded from KitabYurdu.org


 
61
olan hərəkat üzvlərindən də dəstək  gəldi.  Onların belə  fəallığı 
Ə
bdülhəmidin xoşuna gəlmədi və bir çoxu uzaq yerlərə sürgün  
olundu, ya da həbsə düşdü. Bəziləri isə  hərəkat tərəfindən  bir  
müddətliyə  Misir  və  Avropaya  qaçırıldı.  Artıq  1896-cı  ildə  bir 
çox hərbi məmurlar,  komandirlər  hərəkatın üzvü idi. 1896-cı 
ildə Əb-dülhəmidi  taxtdan  salmaq  üçün bir plan qurulmuşdu.  
Lakin  üzvlərdən  birinin  satqınlığı  planın  həyata  keçməsinə 
mane  oldu.  Tutulanlar  uzaq  yerlərə  sürgün  olundu.  Beləliklə, 
bu  illərdə  hərəkat  istəyinə  nail  olmadı.  1897-1899-cu  illərdə 
hərəkatın daxilində fikir ayrılıqlarının olması durğunluğa  gəti-
rib çıxardı. Hərəkatın yenidən canlanmasına səbəb  ngiltərə və 
Almaniyanın dəmiryolu məsələsində rəqabəti oldu. Belə ki, Al-
maniya   ngiltərəyə zərbə vurmaq üçün Türkiyəni yaxın Şərqdə 
özünün  əsas  müttəfiqinə  çevirmişdi.  1896-cı  ildə  bir  alman 
ş
irkəti  tərəfindən  Konya  Eskişehir  dəmiryolu  xətti  açılmışdı. 
Sonra  Almaniya    tərəfindən  xəttin  Bağdada  qədər  davam 
etdirilməsi məsələsi gündəmə gəldi. Almaniya kralı II Vilhelm  
biri  rəsmi,  digəri  qeyri-rəsmi  olmaqla  2  dəfə  stanbula  gəlmiş 
və Əbdülhəmidlə danışıqlar aparmışdı. Əbdülhəmid almanlarla 
razılığa  gəlmişdi.  Bağdad  dəmiryolu  konsessiyasını  alandan 
sonra  Almaniya  Türkiyəyə  bütövlükdə  sahiblənmək  və  onu 
özünün  müstəmləkəsinə  çevirmək  üçün  fəaliyyətini  güclən-
dirmişdi.  Türkiyə  sultanı  II  Əbdülhəmid  də  özünün  zəifləmiş 
hakimiyyətini  Almaniyanın  və  alman  kapitalının  köməyi  ilə 
möhkəmləndirmək istəyirdi. O, Almaniyadan Balkanlarda milli 
azadlıq  hərəkatına  qarşı  istifadə  etmək  fikrində  idi.  Almaniya 
türk sultanının bu istəyinə tərəfdar çıxırdı. Canlanan hərəkatın 
üzvləri  1902-ci  il  Parisdə  toplaşdılar.  Onlar  qərara  aldılar  ki, 
yalnız  mətbuatla  nəyəsə  nail  olmaq  olmaz,  hərbi  gücdən  də 
istifadə olunmalıdır. Amma konfransda fikir ayrılığının olması 
gənc  türklərin  parçalanması  ilə  nəticələndi.  1907-ci  ilin 
sonlarında Parisdə “ ttihad və tərəqqi” cəmiyyətinin və ona qo-
ş
ulmuş  təşkilatların  birləşmiş  konfransı  çağırıldı.  Konfrans 
mövcud  rejimi  silahlı  üsyan  yolu  ilə  devirmək  və  1876-cı  il 
downloaded from KitabYurdu.org


 
62
konstitusiyasını  bərpa  etmək  qərarını  qəbul  etdi.  Məhz  bu 
illərdə Osmanlı üçün digər bir önəmli hadisə Revel danışıqları 
oldu.  1908-ci  il  iyunun  9-10  da  Reveldə  ngiltərə  ilə  Rusiya 
arasında  Osmanlı  imperiyasının  bölüşdürülməsi  haqqında 
razılıq  əldə  olundu.  Makedoniya    tamamən    türklərdən    alın-
malı və   ngiltərə  ilə  Rusiyanın himayasində müstəqil olmalı 
idi.  Anadolunun  şərq  bölgələri  Rusiyaya,  bütün  ərəb  ölkələri 
isə  ngiltərəyə  verilməli  idi.  Əbdülhəmid  yenə  də  ölkənin 
müdafiəsi üçün heç bir tədbir gör-mədi. Gənc türklər  müəyyən  
olunmuş  vaxtdan  tez  çıxış  etməyi    qərara  aldılar.  nqilab  təş-
kilatın  Makedoniya komitəsi üzvlərinin təşəbbüsü ilə başladı. 
1908-ci  il  iyulun    3-də  Makedoniyada    Resne  şəhərinin    ko-
mendantı leytenant Niyazi bəy  200  əsgər və 200 mülki  vətən-
daşdan  ibarət  bir  qrupla  dağlara  çəkildi.  yulun  6-da  Ənvər  
bəyin  komandanlığı  ilə  başqa  bir  hərbi  dəstə  də  üsyançılara 
qoşuldu.  Ədirnəni  də  üsyan  bürüdü.  Təkcə  əhali  deyil,  bütün 
ordu üsyançılar tərəfə keçdi.  
 
II  Əbdülhəmid  bu  hərəkat  qarşısında  dayanmağa  və 
hərəkatın liderlərini ələ almağa çalışsa da ancaq buna müvəffəq 
olmadı.  Solonik  və  Monastrdakı  ordular  açıq  surətdə  sultana 
qarşı  cəbhə  təşkil  etdilər  və  Ədirnədəki  ikinci  ordudan  da  kö-
mək aldılar. 1908-ci il iyulun 23-də “ ttihad və tərəqqi” təşki-
latının    Mərkəzi  Komitəsi  Monastr  şəhərində  böyük  bir  mi-
tinqlə  konstitusiyanın  bərpa  olunmasını  elan  etdi,  sultana  isə 
ultimatum  göndərdi.  Əbdülhəmidə  qəti  olaraq  bildirildi  ki,  3 
gün  ərzində  konstitusiya  bərpa  olunmasa,  stanbul  üzərinə 
hərbi  hücum  təşkil  olunacaqdır.  Çıxılmaz  vəziyyətdə    qalan  
Ə
bdülhəmid  1908-ci  il  23  iyulda  1876-cı  il  konstitusiyasının 
bərpası  və  tezliklə  parlament  seçkiləri  haqqında  fərman 
imzaladı.  Türkiyə  konstitusiyalı  monarxiya  elan  edildi  və 
Ə
bdülhəmidin  32  illik  diktaturası  sona  çatdı.  Hökumətə  gənc 
türklərin  Kamil  paşa,  Süleyman  paşa  və  Səid  paşa  kimi 
nümayəndələri  daxil  edildi.  1908-ci  il  2  noyabr  tarixində 
parlamentin  açılışı  və  ilk  iclası  keçirildi.  Parlamentə  seçilmiş 
downloaded from KitabYurdu.org


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə