Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə15/26
tarix20.09.2018
ölçüsü0,55 Mb.
#69786
1   ...   11   12   13   14   15   16   17   18   ...   26

43

 

 



edir,  yeni  xidmət  növləri  hazırlayır,  fəaliyyətin  həyata  keçirilməsi  üçün  zəruri  olan 

maddi-texniki baza, bank əməliyyatlarının həyata keçirilməsinin və kommersiya sirri-

nin qorunmasının hüquqi bazasını  yaradır. Buna görə də bank xidmətlərinin faktiki 

maya dəyəri bu bölmələrin xərclərini nəzərə almaqla müəyyən edilməlidir. 

Bankın  ştab  bölmələri  onun  bütün  bölmələri,  xüsusən  də  daha  böyük  həcmdə 

ə

məliyyatlar həyata keçirən və daha çox gəlir əldə edən bölmələr üçün müəyyən işlər 



görür. Bunu nəzərə alaraq bu bölmənin xərclərini funksional bölmələr arasında onla-

rın gəlirlərin həcminin çəkisinə uyğun olaraq bölüşdürmək daha düzgündür. 

Lakin  onu  da  qeyd  etmək  lazımdır  ki,  bu,  ştab  bölmələrin  xərclərinin 

bölüşdürülməsinin yeganə variantı, metodu deyildir. Bu xərclərin bölüşdürülməsinin 

digər  variantı  funksional  bölmələrin  xərclərinin  həcmi  (çəkisi)  ola  bilər.  Bu  halda 

ş

tab bölməsinin xərclərinin daha çox hissəsi xərclərinin həcmi (çəkisi) daha çox olan 



funksional  bölmənin  payına  düşəcəkdir.  Ştab  xərclərinin  bölüşdürülməsinə  belə 

yanaşma bank xidmətlərinin maya dəyərində birbaşa xərclərin payının çox olmasını 

təmin edəcəkdir. 

ndi isə bank  xidmətlərinin qiymətinin  müəyyən  edilərkən bankın  yerinə  yetir-

məli olduğu vəzifələri, işləri izah edək. 

Birincisi, bank xidmətlərinin qiyməti bankın gəlir və xərclərinin planlaşdırılma-

sının  əsası  olmalıdır.  Bank  xidmətlərinin  qiyməti  əmanətçilərdə  bankın  resursların 

cəlb edilməsinə sərf etdiyi xərclər haqqında təssəvvür yaradır. Bu, borc, kredit alanlar 

üçün bank məhsulunun elə bir qiymətini müəyyən etməyə imkan verir ki, bank ziyan-

la işləməsin.  

kincisi, bank xidmətlərinin qiyməti bazar situasiyasına uyğun gəlməli və banka 

onun üçün ən sərfəli olan fəaliyyət istiqamətlərini müəyyən etməyə imkan verməlidir. 

Bankın  resursları  satın  aldığı  qiymət,  birincisi,  resursların  sahiblərinin  tələblərinə 

cavab verməlidir, yəni qiymət öz vəsaitlərini banka qoyan insanları təmin etməlidir. 

Bu təmin edilməzsə insanlar öz vəsaitlərini banka qoymazlar.  kincisi, bu qiymət ban-

kın passiv əməliyyatlarının effektliliyini (gəlirliliyini) müəyyən edir. 




44

 

 



Üçüncüsü, hər hansı bir bank məhsulunun yüksək qiyməti zəruri hallarda digər 

bir bank məhsulunun aşağı qiymətini kompensasiya etməlidir. Başqa sözlə desək, hər 

hansı bir bank məhsulunun yüksək qiyməti digər bir bank məhsulunun satışı nəticə-

sində yarana biləcək ziyanı ödəməyə imkan verməlidir. 

Bank  məhsullarının  maya  dəyərinin və  qiymətinin  müəyyən  edilməsi  problemi 

bank  xidməti  bazarının  ayrı-ayrı  seqmentlərində  bankın  fəaliyyət  göstərməsinin 

effektliliyi ilə sıx əlaqədardır. Bu birinci növbədə əmanətlərin və depozitlərin qəbulu 

xidmətinin, yəni kommersuya bankının passiv əməliyyatlarının effektliliyinin müəy-

yən edilməsi kimi az öyrənilmiş məsələyə aiddir.  

Yuxarıda izah edilənləri nəzərə alaraq bankın fəaliyyətinin müxtəlif istiqaməti-

nin effektliliyinin müəyyən edilməsinin əsas prinsiplərini formalaşdıraq. 

Bankın fəaliyyətinin müxtəlif istiqamətinin effektliliyinin müəyyən edilməsinin 

birinci prinsipi bankın bank xidmətlərinin satışının və mənfəətin həcmini maksimum-

laşdırmağa  çalışan  vahid  orqan  olmasıdır.  Bu  vəzifənin  yerinə  yetirilməsi  çərçi-

vəsində  bankın  hər  bir  bölməsi  özünün  spesifik  funksiyasını  həyata  keçirir.  Buna 

uyğun olaraq bankın bütün bölmələri 2 qrupa – 1) funksional və 2) ştab bölmələrinə 

bölünürlər.  Funksional  bölmələr  birbaşa  müştərilərlə  işləyir  və  bank  xidmətlərinin 

realizasiyasını  həyata  keçirir.  kinci  –  ştab  bölmələri  isə  funkusional  bölmələrin 

fəaliyyəti üçün lazım olan şəraiti yaradır. 

Bankın  funksional  bölmələrindən  resursların  cəlb  edilməsi  və  yerləşdirilməsi 

ə

məliyyatlarını  yerinə  yetirən  idarələri  ayrıca  qeyd  etmək  lazımdır.  Formal  olaraq 



yalnız resursların yerləşdirilməsini həyata keçirən idarənin gəlir gətirməsinə, resurs-

ların cəlb edilməsi ilə məşğul olan idarənin isə heç bir gəliri olmamasına baxmayaraq 

onlar  eybi  bir  texnoloji  xəttdə  yerləşirlər.  Lakin  yalnız  bütün  bölmələrin  qarşılıqlı 

fəaliyyəti  bankın  mənfəət  əldə  etməsini  təmin  edə  bilər.  Şübhəsizdir  ki,  resurs  cəlb 

etmədən  onların  yerləşdirilməsi  mümkün  deyildir.  Buradan  ikinci  prinsip  meydana 

çıxır. Bu prinsipə görə bankın digər bölməsinin cəlb etdiyi resursları yerləşdirən böl-

mənin gəlirləri resurslardan istifdəyə görə bankdaxili haqq kimi resurs cəlb edən böl-



45

 

 



mənin  xeyrinə  yenidən  bölüşdürülməlidir.  Bu  prinsip  əsasında  resursların  cəlb  edil-

məsi ilə əlaqədar olan bank xidmətlərinin gəlirliyini müəyyənləşdirmək olar. 

Bu  prinsiplərin  hər  birini  ayrılıqda  nəzərdən  keçirək.  Burada  gəlirlərin  bankın 

bölmələri arasında bölüşdürülməsi prinsipi xüsusi diqqət tələb edir. 

Qərb mütəxəssislərinin bankın idarə edilməsi nəzəriyyəsi sahəsində apardığı təd-

qiqatlarda  bankın  müxtəlif bölmələrinin  işinin  effektliliyi  və  mənfəətliliyi  aktivlərin 

idarə edilməsi modeli ilə əlaqələndirilir. 

Funksional  bölmələrin  əldə  etdikləri  gəlirlərinin  yenidən  bölüşdürülməsinin 

birinci  metodu  aktivlərin  bölüşdürülməsinin  “Bank  daxilində  bank”  kimi  tanınan 

modelinə  əsaslanır.  Bu  model  bank  daxilində    müxtəlif  mənbələrdən  cəlb  etdiyi 

vəsaitlərin  yerləşdirilməsi  üçün  istifadə  edilən  bir  neçə  likvidlik  –  mənfəətlilik 

mərkəzinin yaradılmasını nəzərdə tutur. Hər bir mərkəz vəsaitlərinin yerləşdirilməsini 

digər  mərkəzlərin  vəsait  yerləşdirməsindən  asılı  olaraq  həyata  keçirdiyindən  bu 

mərkəzlər “Bank daxilində bank” adlandırılır. Başqa sözlə desək, sanki bankda tələb 

edilən kimi əmanətlər bankı, mühafizə edilən əmanətlər bankı, təcili əmanətlər bankı 

və əsas kapital bankı fəaliyyət göstərir. 

Artıq yuxarıda qeyd etdik ki, bankın yalnız resursların cəlb edilməsi ilə məşğul 

olan  və  bunun  ödənilməsinə  görə  müəyyən  haqq  ödəyən  bölməsinin  formal  olaraq 

heç bir gəliri olmur. Bununla əlaqədar olaraq cəlb edilmiş resursların yerləşdirilmə-

sini həyata keçirən bölmə özünün gəlirlərinin bir hissəsini passiv bank əməliyyatları 

həyata keçirən bölmənin, yəni resursları cəlb edən bölmənin fəaliyyətinə aid etməli-

dir. Belə olan halda passiv bank əməliyyatları həyata keçirən bölməni mənfəət mər-

kəzi hesab etmək olarmı? Birinci tərifə görə yalnız resursların cəlb edilməsini təmin 

edən  bölmələr  mənfəət  mərkəzi  hesab  edilir.  Bu  tərifdə  resursları  yerləşdirilən  böl-

mənin adı çəkilmir. 

Bizim fikrimizcə bankın funksional bölmələri tərəfindən həyata keçirilən hər bir 

ə

məliyyat və hər bir fəaliyyət mənfəət gətirməli olduğundan bankın bütün bölmələri 



(hətta  resursların  cəlb  edilməsi  və  yerləşdirilməsi  əməliyyatları  ilə  məşğul 


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə