Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə14/26
tarix20.09.2018
ölçüsü0,55 Mb.
#69786
1   ...   10   11   12   13   14   15   16   17   ...   26

40

 

 



Digər tərəfdən, neft qiymətləri ilə Azərbaycan banklarının faiz marjaları arasın-

da mənfi əlaqə mövcuddur. Neft qiymətlərinin artdığı vaxtda banklar risk iştahını 

artırır  və  faiz  marjlarını  azaldır.  Neft  qiymətləri  azaldığında  isə  bunun  əksi  baş 

verir.  


2003 və 2007-ci illər müddətində ev təsərrüfatı sektoruna verilmiş bank kredit-

lərinin    həcmi  on  dəfə  artmışdır.  Lakin  vaxtı  ötmüş  istehlak  kreditlərinin  payı 

60%-dən yüksək  səviyyədə qalmışdır (2004-cu ildə 71%-dən 2007-ci ilin dekabr 

ayına  61%-dək  enərək),  bu  da  maliyyə  sabitliyi  ilə  bağlı  narahatlıq  doğurur. 

Həmin hal inkişaf etmiş pərakəndə maliyyə  sektorunda  müşahidə olunur, harada 

ki, səkkiz milyon vətəndaşa yalnız 1,1 milyon cari hesab var və qiymətli kağızlar 

və  sığorta  məhsulları  sahəsində  pərakəndə  investisiyalar,  həmçinin,  çox  aşağı 

səviyyədədir. Eyni zamanda, nəzarət orqanları 2007-ci ildə bir mindən çox şikayət  

almışdır.  Onların  əksəriyyəti  kredit  ala  bilməsi  ilə  bağlı  olmuşdur  və  ya  sadəcə 

sorğular  idi,  bu  da  maliyyə  savadlılığının  artırılmasına  ehtiyac  duyulduğunu 

göstərir.   

 

 



Son  illərdə  Azrbaycanın  bank  sektorunun  bütün    əsas  göstəricilərində 

iqtisadiyyatın yüksək artım tempini əks etdirən böyük artım baş vermişdir. 2003-

2006-cı illər  ərzində,  qeyri-neft  sektorunda  ÜDM-in orta  artım  tempi 12%  təşkil 

edib və  2007-ci ildə 11%-ə çatmışdır. 2007-ci ilin dekabr ayına ev təsrrüfatlarına 

verilən kreditlər  ümumi bank kreditlərinin təxminn 34%-ni təskil etmişdir. 2006-

cı  ildən  2007-ci  ilə  qədər  bank    kreditlərinin  artımının  təxminən  üçdə  biri  ev 

təsərrüfatlarının payına düşmüşdür. 

Bank  sektorunun   əsas  göstəriciləri  son  on  ildə  15  dəfə  artmışdır.  Ölkənin 

maliyyə xidmətlərinə çıxış və bank sektorunun sabitlik üzrə beynəlxalq reytinqləri 

yaxşılaşmışdır.  Cəmiyyətin  böyük  bir  hissəsi,  yəni  4  milyona  yaxın  insan  bank-

maliyyə xidmətləri ilə əhatə olunub. Ölkədə biznesə və əhaliyə maliyyə xidmətləri 

göstərən bank və elektron  ödəniş infrastrukturu yaradılmışdır 

Bank sektoru tərəfindən xidmətlər daha müasir texnologiyalar əsasında həyata 

keçirilməli, avtomatlaşdırma səviyyəsi artırılmalı, müştərilərlə fiziki  təmas mini-




41

 

 



mallaşmalıdır. Banklar öz məhsul və xidmətlərinin çeşidini artırmalı, geniş əhali 

kütləsinin və müxtəlif iqtisadi fəaliyyət sektorlarının tələbatlarını ödəyən məhsul-

lar təklif etməlidirlər 

 

2.2. Bank məhsullarının qiymətinin müəyyən edilməsi 

Hər  bir  məhsulun,  o  cümlədən  bank  məhsulunun  qiyməti  həmin  məhsula  olan 

tələb  və  təklifin  həcmi  ilə  müəyyənləşdirilir.  Həm  də  bu  zaman  məhsulun  qiyməti 

bazar  situasiyasının,  bazar  konyukturasının  dəyişməsinə  uyğun  olaraq  dəyişə  bilər. 

Belə  ki,  bazarda  hər  hansı  bank  xidmətinə  tələbin  həcmi  təklif  edilən  xidmətin 

həcmindən  çox  olduğu  halda  həmin  xidmətin  qiyməti  artır,  bu  isə  həmin  xidmətin 

təklifinin  artmasına  səbəb  olur.  Bu  hal  maddi  və  insan  resurslarının  sərfinin 

artırılması,  yəni  bank  xidmətlərinin  göstərilməsinə  sərf  edilən  ictimai  iş  vaxtı 

fondunun  bir  hissəsinin  artırılması  sayəsindəbaş  verir.  Bu  baxımından  bank 

xidmətlərinin  qiyməti  və  qiymətinin  formlaşdırılması  prinsipi  ilə  digər  məhsulların 

qiyməti  və  qiymətinin  formlaşdırılması  prinsipi  arasında  prinsipial  fərqlər  yoxdur. 

Hər bir məhsulun, o cümlədən bank xidmətlərinin qiymətini yalnız bazarda yaranmış 

situasiya  və  bazar  konyunkturasına  uyğun  proqnozlaşdırmaq  mümkündür.  stənilən 

məhsulun,  o  cümlədən  bank  xidmətlərinin  qiymətinin  yalnız  həmin  məhsulun 

qiymətinin əsas hissəsini - maya dəyərini real hesablamalarla müəyyən etmək olar. 

Bank  məhsullarının  qiymətinin  digər  məhsullarının  qiymətindən  fərqliliyi  və 

xüsusiyyəti onun qiymətini formalaşdıran amillərini nəzərdən keçirərkən aşkar olur. 

Məhsulun qiymətini ümumi formada aşağıdakı kimi ifadə etmək olar: 

R

q



F

p

T



h

I

P



p

×

+



×

+

×



+

=

(2.1) 



burada: 

p

I

- məhsulun istehsalına çəkilən xərclərin həcmi, yəni maya dəyəri; 

h,  p  və  q  –  müvafiq  olaraq  əmək  resurslarına,  istehsal  fondlarına  və  təbii 

resurslara nisbətən xalis gəlir norması; 

T, F və R - müvafiq olaraq əmək resursları, istehsal fondları və təbii resursları 

xərcləridir. 




42

 

 



Bank xidmətlərinin birinci fərqləndirici xüsusiyyəti onun göstərilməsi zama-

nı təbii resurslardan istifadə edilməməsidir. Buna görə də bank xidmətlərinin qiyməti 

yuxarıda verilən formuldan fərqli olaraq aşağıdakı kimi müəyyən ediləcəkdir: 

F

p

T

h

I

P

p

×

+



×

+

=



 və ya 

F

q



T

 h

 



Marja

 

×



+

×

=



+

=

Marja



I

P

p

   (2.2) 

Bank xidmətlərinin həmin ximətlərin formalaşmasına təsir edən ikinci xüsusiy-

yəti bankın ayrı-ayrı bölmələrinin fəaliyyətində sıx qarşılqlı əlaqələrin olmasına bax-

mayaraq  onların  hər  birinin  öz  müştərisinə  konkret  məhsul  təqdim  etməsidir. 

Məsələn,  əmanətçilər  üçün  məhsulların  təklifi  bankın  aktiv  əməliyyatlarla  məşğul 

olan  depozit  əməliyyatları  idarəsi  tərəfindən  həyata  keçirlir.  Lakin  onların 

məhsullarının  satışının  həcmi  onlardan  yox,  əmanətləri  və  depozitləri  qəbul  edən 

bölmədən  asılıdır.  Buna  görə  də  bankın  təklif  etdiyi  hər  bir  məhsulun  maya  dəyəri 

onların  realizasiyasını  təmin  edən  bölmənin  və  ya  bölmələrin  xərclərini  nəzərə 

almaqla  müəyyən  edilməlidir.  Bununla  eyni  zamanda  yalnız  ayrı-ayrı  bölmələrin 

xərcləri ilə yanaşı, bütünlükdə bankın fəaliyyəti ilə əlaqədar olan bir sıra xərclər də 

mövcudur.  Bu  tip  xərclər  bankın  bütün  bölmələrinin  xərclərinə  eyni  dərəcədə  aid 

edilməli və onların məhsullarının maya dəyərinin tərkib hissəsini təşkil etməlidir. 

Bankın  ayrı-ayrı  bölmələrinin  fəaliyyəti  ilə  əlaqədar  olan  hansı  xərclər  bank 

xidmətlərinin maya dəyərini formalaşdırır? 

Bu  baxımdan  bank  xidmətlərinin  göstərilməsinə  çəkilən  xərcləri  3  qrupa:  a) 

funksional bölmələrin birbaşa xərclərinə, b) həmin bölmələrin  dolayı xərclərinə və c) 

bankın  gəlir  gətirməyən  bölmələrinin  (ştab  bölmələrinin)  saxlanması  xərclərinə 

bölmək məqsədəuyğundur. 

Bankın gəlir gətirməyən bölmələrinin (ştab bölmələrinin) saxlanması xərclərinin 

üzərində ayrıca dayanmaq lazımdır. 

Məlum olduğu kimi, bankın gəlir gətirməyən bölmələri (ştab bölmələri) resurs-

ların cəlb edilməsi və yerləşdirilməsi ilə birbaşa məşğul olmurlar. Lakin bu bölmələr 

bankın digər bölmələrinin fəaliyyəti üçün zəruri olan şərait yaradır, bankın fəaliyyə-

tinin  və  inkişafının  əsas  istiqamətlərini  və  prioritetlərini  müəyyənləşdirir,  bankın 

likvidliliyini təmin  edir,  bankı  bazarın  vəziyyətini  əks  etdirən informasiya  ilə  təmin 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə