Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə10/26
tarix20.09.2018
ölçüsü0,55 Mb.
#69786
1   ...   6   7   8   9   10   11   12   13   ...   26

28

 

 



Bank xidmətləri bazarı marketinqin bank tərəfindən nəzarət edilməyən və əsasən 

“oyun qaydalarını” müəyyənləşdirən ətraf mühit amillərinin güclü təsirinə məruz qa-

lır.  Bank  fəaliyyəti  dövlət  tərəfindən  kifayət  qədər  ciddi  surətdə  reqlamentləşdirilir. 

Bu, əsasən, kredit institutlarının iqtisadiyyatdakı xüsusi yeri və rolu, həmçinin onların 

ölkənin iqtisadiyyatının işlək halda olmasına ciddi surətdə təsir etməsi ilə izah edilə 

bilər. Dövlət bankların fəaliyyətinə həm birbaşa məhdudiyyətlər qoya bilər (məsələn, 

Nizamnamə kapitlının və ehtiyyat fondun minimum səviyyəsini müəyyənləşdirməklə, 

bütünlükdə bank fəaliyyətini və ya onun yerinə yetirdiyi ayrı-ayrı əməliyyatları lisen-

ziyalaşdırmaqla),  həm  də  onların  fəaliyyətini  (məsələn,  vergi  siyasəti  vasitəsi  ilə) 

dolayısı tənzimləyə bilər. 

Bununla yanaşı bank sisteminin inkişafına iqtisadiyyatın ümumi vəziyyəti: isteh-

salın  artım  (azalma)  tempi,  özəlləşdirmə  və  müflüsləşmə  proseduru, pul dövriyyəsi, 

inflyasiya səviyyəsi, iqtisadiyyatın makro və mikrosəviyyəsində kredit münasibətləri, 

gəlirlik səviyyəsi, ölkə əhalisinin ümumi rifah səviyyəsi, mədəni və iqtisadi biliklərin 

səviyyəsi və bu kimi digər göstəricilər də ciddi təsir edir. 

Banklar  lobbi  yaratmaqla  öz  maraqlarını  müdafiə  etməyə  cəhd  etsə  də  o,  ətraf 

mühit amillərinə nəzrət edə bilmir və özünün inkişaf strategiyasını hazırlayarkən bu 

amilləri verilmiş kimi qəbul etməli və nəzərə almalıdır. Bunun üçün banklar  makro 

mühit amillərində baş verən dəyişikliklərin daima izlənməsini (monitorinqini) təşkil 

etməlidir. 

Marketinqin  makro  mühit  amillərinə  marketinq  alətləri  vasitəsilə  təsiretmə 

imkanı mövcudluğu marketinq kompleksinə dair tövsiyələrin hazırlanması məqsədilə 

onların  tədqiq  edilməsini  zəruri  edir.  Bank  xidmətləri  bazarının  tədqiq  məsələsinə 

dissertasiya  işinin  sonrakı  hissəslərində  baxılacaqdır.  Burada  isə  yalnız  onu  qeyd 

etmək lazımdır ki, bank xidmətləri bazarında vasitəçilərin yalnız iki tipi: a) banklara 

informasiya  və  marketinq xidməti göstərən təşkilatlar və  b)  maliyyə-kredit vasitəçi-

ləri  (bankın  onlarla  münasibəti  əməliyyatların  sığortalanması,  kredit  resurslarının 

verilməsi,  qiymətli  kağızlarla  əməliyyatların  həyata  keçirilməsində  özünü  göstərir) 

fəaliyyət göstərir. 



29

 

 



Aparılmış tədqiqatlar göstərir ki, inkişaf etmiş xarici ölkə bankları öz fəaliyyət-

lərində marketinqi bazar münasibətləri aləti kimi çoxdan tətbiq etsələr də ölkə bank-

ları ondan indi-indi istifadə etməyə başlayırlar, özü də bu, yeni məhsulların hazırlan-

ması və tətbiq edilməsi, bank xidmətlərinin satışının təşkili və satışının həvəsləndiril-

məsi,  bank  xidmətlərinin  qiymətinin  müəyyən  edilməsi  kimi  əməliyyatların  həyata 

keçirilməsi  ilə,  başqa  sözlə,  marketinq-miksin  və  ya  marketinq  kompleksinin  hazır-

lanması ilə məhdudlaşır (şəkil 1.2): 

 

 



 

 

 



 

 

Artıq  əvvəldə  də  qeyd  etdiyimiz  kimi,  bank  xidmətlərinin  spesifik  özəllikləri, 



xüsusi  ilə  onların  duyulmamazlığı  (gözlə  görməyin  mümkünsüzlüyü)  marketinq 

kompleksinə  xidmət  standartları  əlavə  etməklə  onun  genişləndirilməsini  zəruri  edir 

(şəkil 1.3): 

 

 



 

 

 



 

 

 



 

Banklarda xidmət standartlarına aşağıdakı elementlər aiddir: 

1. Heyət. Bankın işçi heyəti onun inkişafının və tərəqqisinin başlıca resursudur. 

MARKET NQ 

Məhsul 


Qiymət 

rəlilədilmə 

Satış 

Şə

kil 1.2. Marketinq kompleksi (və ya marketinq-miksi) 



Marketinq 

Məhsul


 

Qiymət


 

Xidmət standartları 

rəlilədilmə 

Satış 


Şə

kil 1.3. Bank marketinqinin genişləndirilmiş kompleksi (marketinq-miksi) 




30

 

 



Buna görə də heyətin zəif və güclü tərəflərinin təhlil edilməsi, işçilərin malik olmalı 

olduğu zəruri vərdişərin, biliklərin və bacarıqların müəyyən edilməsi, işçilərin ixtisas 

səviyyəsinin daima artırılmasının təmin edilməsi əsasında heyətin idarə edilməsi sis-

teminin inkişaf etdirilməsi zəruridir. Bank xidmətləri sferasında rəqabət mübarizəsi-

nin  kəskinləşməsi  bankları  heyətin  idarə  edilməsinə,  onların  öz  vəzifə  öhdəliklərini 

yüksək effektlə və nəzakətlə yerinə yetirməsi üçün şərait yaradılmasına və bunu on-

lardan tələb etməsinə, onların bank xidmətləri sahəsində kifayət qədər məlumatlı ol-

masına və müştərilərin göstərilən xidmətlərin səviyyəsinə reaksiyasının öyrənməsinə 

xüsusi diqqət yetirməyi tələb edir. 

2.  Xidmətin  göstərilməsi  prosesi.Xidmətin  göstərilməsi  prosesində  xidmətlərin 

satışının necə həyata keçirildiyi, müştərinin xidmətmətləri almağa nə qədər vaxt sərf 

etməsi məsələsi həll edilir. Xidmətin göstərilməsi prosesi çərçivəsində banklar daha 

vacib  müştərilərə  xidmət  edən  fərdi  menecerlər  (top-menecerlər)  və  maliyyə 

məsləhətçiləri  təyin  edilməsi,  bank  bölmələrinin  iş  rejiminin  dəyişdirilməsi,  “bank-

müştəri”  elektron  kommunikasiya  vasitələrinin  tətbiqi  və  inkişaf  etdirilməsi 

praktikasından istifadə edirlər. 

3.  Bankdaxili  mühit.Bankın  interyeri  onun  vizit  kartı  olmaqla  müştərilərdə  və 

bankın işçilərində müəyyən bir əhval-ruhiyyə yaradır və yeni müştərilərin cəlb edil-

məsinə və mövcud müştərilərin qorunub-saxlanılmasına şərait yaradır. Bank işçiləri-

nin ixtisas səviyyəsinin qiymətləndirilməsinin çətinliyi müştəriləri ilk baxışdan ikinci 

dərəcəli amil kimi qiymətləndirilən amillərə - xarici ətraf mühit amillərinə və əlavə 

xidmətlərin mövcudluğuna diqqət yetirməyə vadar edir. 

stehsal  təyinatlı  məhsullar  marketinqindən  fərqli  olaraq  bank  marketinqində 

daha  böyük əhəmiyyət kəsb edən başlıca məsələlərdən biri bank xidmətlərinin baza-



ra  düzgün  irəlilədilməsinin  təşkili

  və  bank  xidmətlərinin  duyumluluğu  səviyyəsinin 

(onun  nəzərə  çarpması  səviyyəsinin),  onların keyfiyyətinin  qiymətləndirilməsi,  satış 

yerlərində və məntəqələrində xoş mühitin yaradılması məsələsidir. 

Bank  marketinqi  sisteminin  ən  əsas  tərkib  elmenti  bank  məhsulunun  özüdür, 

bank  xidmətlərinin  göstərilməsinin  haqqı  (qiyməti)  və  tarifləri,  bank  məhsullarənın 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə