Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə13/26
tarix20.09.2018
ölçüsü0,55 Mb.
#69786
1   ...   9   10   11   12   13   14   15   16   ...   26

37

 

 



Bank  marketinqi  Azərbaycanda  çox  geniş  tətbiq  olunsa  da,  hələ  də,  kifayət 

qədər  ixtisaslı  marketoloqların  olmaması  bu  sahədə  vahid  idarəçilik  konsepsiyanın 

formalaşmamasına səbəb olur.  

Yerli  bank  sahibkarlığı  sferasında  çatışmayan  ən  vacib  məsələlərdən  biri  də, 

bankların öz rəqiblərini izləməmələri və bu istiqamətdə marketinq tədbirlərini həyata 

keçirməmələridir.  Bütün  bu  qeyd  olunan  problemlər  və  məsələlərlə  bağlı  nəticədə 

müvafiq təkliflər və tədbirlər həyata keçirilir. 

Azərbaycanda bank sektorunun inkişafı iqtisadiyyatın inkişafının əsas göstərici-

lərindən  biri  sayılır.  Bank  sektorunun  qarşısında  çox  çətin  vəzifə  durur:  qeyri-neft 

sektorunun  inkişafı  üçün  iqtisadiyyatın  kreditləşdirilməsi,  investisiya  qoyuluşları  və 

s.  

2010-cu  ilin  maliyyə  nəticələrinə  baxdıqda  Azərbaycan  banklarının  böhrana 



hazır  olduğu  aydın  olur.  Burada  Mərkəzi  bankın  tənzimləmə  siyasəti  o  cümlədən 

xəbərdaredici tədbirlərin görülməsinin də çox güclü təsiri var

Azərbaycanda əhalinin banklarda olan əmanətlərinin həcmi 2008-ci ilin əvvəlin-

dən  22,2%  artaraq  1  noyabr  2014-cü  il  tarixinə  olan  məlumata  əsasən  1,784  mlrd. 

manat  təşkil  edib.  Bu  göstərici  son  bir  il  ərzində  34,3%  artıb.  2014-cü  ilin  oktyabr 

ayında  son  21  ay  ərzində  ilk  dəfə  olaraq  bank  əmanətlərinin  həcmi  azalıb,  aylıq 

azalmanın həcmi isə 94,7 mln. manat və ya 5% təşkil edib. Bununla yanaşı bildirilir 

ki, 2007-ci ilin yanvar ayında əmanətlərin həcmi 84,2 mln. manat və ya 10,2% azalıb. 

Ə

manətlərin  azalmasını  iri  həcmli  əmanət  sahiblərinin  investisiya  yatırımlarını 



birbaşa  kredit  hesabına  deyil,  öz  vəsaitləri  hesabına  həyata  keçirməsi  ilə 

ə

laqələndirib.  O  cümlədən,  bir  neçə  əmanətçi  banklarda  saxladıqları  vəsaitləri 



(təxminən  18  mln.  manat)  həmin  bankların  səhmdar  kapitalının  artırılmasına 

yönəldilib. Qalan hissə isə banklardan götürülərək əmanətçilər tərəfindən investisiya 

yatırımları üçün istifadə olunub.  

Aparılmış təhlil göstərir ki, hazırda Azərbaycanın bank sektorunun məcmu xari-

ci  öhdəlikləri  2,2  mlrd.  manat  təşkil  edir.  2014-cü  il  yanvar-oktyabr  aylarında  isə 

Azərbaycan bankları tərəfindən 900  mln.  manat həcmində xarici  borcun  ödənilməsi 




38

 

 



həyata  keçirilib.  Bunun  210  mln.  manatı  2014-cü  ilin  sentyabr-oktyabr  aylarında 

ödənilib. Məcmu bank aktivlərinin 23%-i likvid vəsaitlərə aiddir və bu göstərici cəmi 

ə

manətlərin həcmindən çoxdur.  



Milli bankın gördüyü tədbirlər nəticəsində böhran dövründə Azərbaycanda olan 

kommersiya  bankları  iflas  olmaqdan  xilas  oldular.  Ancaq  2010-cu  ildə  Milli  bank 

bankların  konsildasiyası  və  bank  sisteminin  optimallaşması  üçün  bankların  nizam-

namə kapitalının artırılmasına qərar vermişdir. 2010-cu ildə Mərkəzi bank iki bankin  

Debutbank  (1994)  və  Kovsərbank(1992)  lisenziyasının  ləğv  olunmasına  qərar 

vermişdir. Buna səbəb bankın məcmu kapitalının az olması  və Milli bankın tələbləri-

nə cavab verməməsi olmuşdur.  ki bankın Naxçıvanbank və AFB bankın lisenziyası 

təsdiq  olunmuşdur. Həmçinin 2010-cu ilin  mart  aynın  axırında  Mərkəzi bank  Azər-

baycan  kapitalı  ilə  işləyən  VTB  bankın  lisenziyasını  təsdiq  etmişdir.  2011-ci  ilin  1 

yanvarına  olan  məlumata  görə  Azərbaycanın  bank  sektorunda  45  bank  fəaliyyət 

göstərir.  

Azərbaycanda maliyyə resurslarını yerləşdirmək, o cumlədən bölüşdürmək üçün 

həm  iri  həm  də  xirda  banklar  lazimdir.  Bank  sektorunda  hal-hazırda  risklər 

artır. qtisadiyyatın  kreditləşməsi  üçün  banklara  şərait  yaradılıb.  Amma  banklar  bu 

vəsaitin vaxtında geri  qaytarılmasını təmin etməlidir. Dünya praktikasında ödənilmə-

yən  kreditlər  10%  keçdikdə  problemli  sayılır.  MB  məlumatina  görə  2009-cu  ildə 

bankların kredit portfelində problemli kreditlər 3.9% təşkil etmişdir. Ancaq 2014-cü 

ildə bu faiz artaraq 5.4 % təşkil etmişdir. Banklar yaranmış problemdə çıxış yolunu 

iqtisadiyyatin digər sahələrini,  o cümlədən kiçik və orta sahibkarlığın kreditləşməsin-

də görürlər. 

Ümumilikdə isə Azərbaycan banklarında problemli kreditlərin həcmi belə sırala-

nır:  


Texnikabank – 38,8%; 

Beynəlxalq Bank – 27,8%; 

Unibank – 17,2%; 

Azəriqazbank – 12,5%; 




39

 

 



Kapital bank – 7,7%; 

Azərdəmiryolbank – 6,0%; 

Accessbank – 1,0% 

Mütəxəssislər isə beynəlxalq normalara görə problemli kreditlərin həcminin beş 

faizi keçməsi «həyəcan təbili» çalmaq üçün kifayət olduğunu qeyd edirlər.  

2014-cü ilin dekabr ayına olan məlumatına əsasən iqtisadiyyatda kredit qoyulu-

ş

u 0.9%, ümumi 2014-cü ildə isə 9% (9163,4 mln AZN) artmışdır. Bununla bərabər 



qısamüddətli kreditlər 2014-cü ilin dekabr ayında 0.8% artmış, ümumilikdə isə 2014- 

cu ilin əvvəli ilə müqayisədə 8.8% artıb. 

Dünya praktikasında tətbiq olunan və ya böyük bankların təcrübəsini Azərbay-

can  banklarına aid eləmək olmur. Birincisi ona görə ki, dövlət bankı olan Azərbay-

can  Beynəlxalq  Bankının  bazar  gücünün  digər  banklardan  daha  üstün  olmasıdır. 

kincisi,  əmanətlərin  sığortalanması  2009-cu  ilin  may  ayına  qədər  uçot  faizləri  ilə 

ə

laqəli idi. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qan-



ununa görə, ancaq uçot faizinin 1,8 misli qədər və daha az faiz təklif edən depozitlər 

dövlət tərəfindən  sığortalanırdı.  Beləliklə,  faiz  dərəcəsi  azaldıqda  yüksək  faiz  verən 

depozitlər  sığortalanmamış  olurdu.  Bu  isə  depozit  təklifinə  əlavə  təsir  edirdi. 

Üçüncüsü isə, Azərbaycanın əsasən neft ölkəsi olmasıdır. Artan neft gəlirlərinin ölkə 

iqtisadiyyatına  daxil  olması  bankların  risk  iştahını  artıra  bilər  və  onları  faiz  marjını 

azaltmağa sövq edə bilər. 

lkin təcrübi nəticələr onu göstərir ki, Azərbaycan bank sektorunda faiz marja-

ları  ilə  uçot  dərəcəsi  arasında  müsbət  əlaqə  mövcuddur.  Mərkəzi  Bank  tərəfindən 

uçot dərəcəsi artırıldığı zaman faiz marjı da artır. Belə təxmin etmək olar ki, bankla-

rın  fondlarının  naliyyəti  artdığı  üçün  faiz  marjlarını  da  artırırlar.  Orta  depozit  və 

kredit faizləri ilə uçot dərəcəsi arasında əlaqə müsbətdir, ancaq bu təsir kredit faizləri 

üzrə depozit faizlərindən iki dəfə böyükdür. Əlavə araşdırmaya ehtiyac olsa da, ilkin 

nəticə onu göstərir ki, uçot faizinin artmasından yaranan xərci banklar kredit müştə-

rilərinə yükləyirlər. 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə