Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə12/26
tarix20.09.2018
ölçüsü0,55 Mb.
#69786
1   ...   8   9   10   11   12   13   14   15   ...   26

34

 

 



II  Fəsil.  Bank  xidmətləri  sferasında  bank  marketinqinin  təşkilinin  təkmilləşdi-

rilməsi istiqamətləri 

2.1. Ölkənin kommersiya banklarında marketinqin tətbiqi praktikası 

Bazar münasibətlərinə keçid şəraitində maliyyə və bank sisteminin sağlamlaşdı-

rılması  və  yenidən  qurulması  ölkə  iqtisadiyyatının  stabilləşməsinin  və  inkişafının 

təxirəsalınmaz tədbirlər sistemi kimi nəzərdən keçirilir. Bu tədbirlərin uğurla həyata 

keçirilməsi bank sistemində marketinqin tətbiqi səviyyəsi və onun daha inkişaf etdi-

rilməsi, müxtəlif banklar, banklarla onların müştəriləri arasında formalaşan qarışılıqlı 

münasibətlərlə,  həmçinin  bank  xidmətləri  bazarının  formalaşdırılması  və  bu  kimi 

digər amillərlə müəyyən olunur. 

Xidmət  sahələri,  ocümlədən  maliyyə-kredit  institutları  marketinqdən  rəqabətin 

kəskinləşdiyi,  xərclərin  səviyyəsinin  artdığı  və  xidmətlərin  keyfiyyətinin  pisləşdiyi 

keçən əsrin 60-cı illərdən istifadə etməyə başladılar. Xidmət sahəsində banklar mar-

ketinqə  aviaşirkətlərdən sonra  müraciət  etdilər  və  əvvəlcə  onun  ayrı-ayrı  elementlə-

rindən,  xüsusən  də  reklamdan,  sonra  isə  marketinqdən  və  strateji  planlaşdırmadan 

istifadə etdilər. Başqa sözlə desək, onlar əvvəlcə əməliyyat marketinqini, sonralar isə 

strateji  marketinqi  tətbiq  etməyə  başladılar.  Mütəxəssislər  bunu  maliyyə  bazarının 

inkişafı  ilə  əlaqar  olaraq  müştərilər  uğurunda  rəqabət  mübarizəsinin  kəskinləşməsi, 

bank  xidmətləri  bazarının  ətraf  mühitində  baş  verən  ciddi  dəyişikliklər  və  bu  kimi 

digər çoxsaylı amillərlə izah edirlər. 

qtisadi ədəbiyyatda bank xidmətləri bazarının inkişafının ümumi qanunauyğun-

luqlarını aşağıdakı amillərlə əlaqələndirirlər:  

- iqtisadi proseslərin beynəlmilləşməsi və bu prosesin ölkələrin maliyyə bazarına 

xarici bankların daxil olması və onların yerli banklarla rəqabət aparması nəticəsində 

bank sferasında rəqabətin qloballaşması ilə; 

-  bütün  dünya  ölkələrində  çoxlu  sayda  qeyri-bank  idarələrinin  (sığorta  kompa-

niyalarının, müxtəlif fondların və s.) yaranması və inkişafı və onların bankların rəqi-

binə çevrilməsi ilə; 




35

 

 



-  bank  fəaliyyətinin  diversifikasiyası,  yəni  bankların  göstərdikləri  xidmətlərin 

spektırının  və  pul  vəsaitlərinin  cəlb  edilməsinin  müxtəlif  qeyri-bank  metodlarının 

meydana çıxması və inkişafı ilə; 

- müasir texnikanın bazasında informasiya texnologiyalarının və kommunikasi-

ya  alətlərinin və  bunun sayəsində  plastik kartların  və  kargüzarlıqda  elektron  maşın-

ların tətbiq edilməsi ilə. Texnologiyaların təkmilləşdirilməsi kağız axınının və əmə-

liyyatların maya dəyərinin artdığı bank fəaliyyəti sahəsində baş verdi; 

- həm pul vəsaitlərinin cəlb edilməsi, həm də kredit xidmətlərinin göstərilməsi 

sahəsində bank sistemi daxilində və banklarla qeyri-bank institutları arasında rəqabə-

tin inkişafı ilə; 

-  bank  fəaliyyətinin  dövlət  tənzimlənməsi  ilə  əlaqədar  olaraq  bank  xidmətləri 

bazarında qiymət vasitəsi ilə raqabətin məhdudlaşdırılması ilə. Bu, bank xidmətləri-

nin  keyfiyyətinin  və  bu  xidmətlərin  bazara  irəlilədilməsinin  idarə  olunmasını  ön 

plana çəkdi; 

-  fiziki  şəxslərə,  yəni  əhaliyə  bank  xidmətləri  göstərilməsi  sahəsində  rəqabətin 

kəskinləşməsi ilə. Belə ki, əmanətçilərin vəsaitlərinin əmanət və ssuda bankları tərə-

findən cəlb edilməsi onlarla kommersiya bankları arasında rəqabətin meydana çıxma-

sına səbəb oldu. 

Qərb  ölkələrində  bank  sferasında  marketinq  sistemi  inkişaf  etmiş  marketinq 

bazasına  malik  müəssisə  və  təşkilatların  çoxillik  təcrübəsindən  istifadə  etməklə 

formalaşır.  lk  vaxtlar  banklar  marketinqə  yalnız  tələbin  öyrənilməsi,  satışın 

stimullaşdırılması və müştərilərin cəlb edilməsi aləti kimi yanaşırdılar. Yalnız keçən 

ə

srin  80-ci  illərində  bank  marketinqi  konsepsiyası  formalaşdı  və  o,  kommersiya 



banklarının idarə edilməsinin əsası oldu.  

Rəqabətin kəskinləşməsi və bank xidmətlərinin keyfiyyətinə müştərilərin tələb-

lərinin yüksəlməsi daima dəyişən ətraf mühitə uyğunlaşmaq və raqabət mübarizəsin-

də uğurun təmin edilməsi məsələsi bankları marketinqdən istifadə etməyə vadar etdi. 

Ölkəmizdə bank xidmətləri sferasında marketinq yalnız son illərdə tətbiq edilir, 

inkişaf edir. Özü də bu proses marketinqin tətbiqi sahəsində kifayət qədər təcrübənin, 




36

 

 



metodik  işləmələrin,  yüksək  ixtisaslı  kadrların  və  informasiya  xidmətinin  olmadığı 

mürəkkəb bir şəraitdə həyata keçirilir. Bu səbəbdən də hər bir bank marketinq kimi 

mürəkkəb  fəaliyyəti  müstəqil  surətdə,  səhvlərə  və  sınaqdan  keçirməyə  əsaslanaraq 

mənimsəyir. 

Ölkəmizdə  iki  pilləli  bank  sisteminin  və  çoxlu  sayda  kommersiya  banklarının 

yaranması  bank  sferasında  rəqabət  mühitinin  milli  iqtisadiyyatın  digər  sahələri  ilə 

müqayisədə daha tez və sürtlə formalaşmasına səbəb oldu. Bundan başqa son illərdə 

müxtəlif  qeyri-bank  təşkilatları,  maliyyə,  investisiya  və  sığorta  təşkilatları,  pensiya 

fondları və bu tip digər təşkilat və fondlar çox sürətlə yaranıb və inkişaf edir. Ölkənin 

maliyyə bazarına xarici ölkə bankları daxil olur. Beləliklə, bank xidmətləri bazarında 

alıcılar  bazarı  formalaşır  və  müştərilər  uğurunda  rəqabət  mübarizəsi  daha  da 

kəskinləşir.  Şübhəsizdir  ki,  bu  rəqabət  mübarizəsində  yalnız  rəqabət  üstünlüyü  əldə 

edən,  fərdiliyi  və  kifayət  qədər  müştərisi  olan,  bank  xidmətlərinə  yeni  tələbat  for-

malaşdıran banklar uğur qazanacaqdır. Bu isə, öz növbəsində, ölkənin bank sferasın-

da  marketinqin  tətbiqini  və  onu  həyata  keçirən  marketinq  xidmətinin  yaradılmasını 

israrla tələb edir. 

1  aprel  2014-cü  il  tarixinə  qədər  ölkəmizdə  bank  əməliyyatları  aparmaq  üçün 

lisenziyası  olan    150  kredit  təşkilatı  fəaliyyət  göstərmişdir.  Bunlardan  106-sı  bank 

olmayan  kredit  təşkilatlarıdır.  Mərkəzi  Bankın  mətbuat  xidmətindən  verilən 

məlumata  görə,  1  aprel  2014-cü  il  tarixinəqədər  respublikada  44  bankın  lisenziyası 

olub ki, onlardan 1-i dövlət, 43-ü isə özəl bankdır. Xarici kapitalın iştirakı ilə 22 bank 

fəaliyyət  göstərib.  Xarici  kapital  7  bankın  nizamnamə  kapitalının  50%-dən  100%-ə 

qədərini, 13 bankın nizamnamə kapitalının isə 50%-dən az olan hissəsini təşkil edir. 

Xarici bankların yerli filiallarının sayı isə 2-yə bərabərdir. 

Təhlil  edilən  dövrdə  fəaliyyətdə  olan  bankların  yerli  filiallarının  sayı  646-ya 

bərabər  olub.  Bunların  38-i  dövlət,  608-i  isə  özəl  bankların  payına  düşür.  Yerli 

filialları  olan  bankların  sayı  39-a,  bank  şöbələrinin  sayı  isə  123-ə  bərabərdir. 

Bankların xaricdə fəaliyyət göstərən strukturlarının sayı 8-ə bərabərdir. Bunlardan 5-i 

nümayəndəlik, 2-si törəmə bankdır. 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə