Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə3/27
tarix08.04.2018
ölçüsü0,79 Mb.
#36757
1   2   3   4   5   6   7   8   9   ...   27

 

 

7



bir  qütbündə  məhsulların,  əmtəələrin  və  nemətlərin  şəxsi  istehlakı  durursa,  digər 

qütbündə təkrar istehsalın inkişafı, iqlim şəraiti,demoqrafik amillər və s. durur. 

Həyat səviyyəsinin yüksəldilməsi, onun amilləri və resurslarının artırılması və 

bölgüsünün təşkili, idarəetmə və tənzimləmə obyekti olaraq sosial-iqtisadi effekt kimi 

qiymətləndirilir.  Mürəkkəb  məsələ  olan  həyat  səviyyəsi,  onun  dinamikası  və 

diferensasiyası  konkret  ölkədə  və  ya  ayrı-ayrı  ərazidə  məhsuldar  qüvvələrin  inkişaf 

səviyyəsi, milli sərvətin həcmi və quruluşu, ümumi daxili məhsulun və milli gəlirin 

istehsalı və bölüşdürülməsi ilə bilavasitə əlaqədardır. 

        Щяйат  сявиййяси  илк  нювбядя  ящалинин  зярури  мадди  немят  вя  хидмятлярля 

тямин  едилмяси,  онларын  истещлакынын  лазыми  сявиййяси  вя  тялабатларын  сямяряли 

юдянилмяси дяряжяси кими мцяййян едилир.  

        “Həyat  səviyyəsi”  anlayışı  mürəkkəb  olmaqla  əhalinin  öz  maddi  və  mədəni 

tələbatını ödəməsi imkanlarını səciyyələndirir. Bura əhalinin həyatının müxtəlif sosial 

aspekti: əmək və məişət şəraiti, əhalinin gəlirləri və xərclərinin səviyyəsi və quruluşu, 

asudə  vaxtın  istifadə  formaları,  səhiyyənin,  incəsənətin,  mədəniyyətin  və  s.  inkişaf 

səviyyəsi  daxildir.  Cəmiyyət  həyatının  bu  cəhətlərinin  müxtəlif  sosial-iqtisadi 

indikatorların köməyi ilə miqdar səciyyəsi əhalinin həyat səviyyəsi və sosial inkişafı 

statistikasının öyrənmə predmetidir. 

        Dünya  əhalisinin  rifahının  müxtəlif  cəhətlərini  əks  etdirən  statistika 

göstəricilərinin işlənib hazırlanması sahəsində böyük təcrübə toplanmışdır.Burada biz 

ə

halinin həyat səviyyəsini öyrənmək üçün hazırda istifadə olunan əsas sosial-iqtisadi 



indikatorları nəzərdən keçirəcəyik: 

1)

  əhalinin həyat səviyyəsinin və sosial inkişafının ümumi (inteqral) indikatorları; 



2)

  əhalinin şəxsi gəlirlərini səciyyələndirən göstəricilər; 

3)

  əhalinin xərcləri və istehlakı göstəriciləri; 



4)

  həyat səviyyəsinə görə əhalinin diferensiyası göstəriciləri. 

Ə

halinin həyat şəraitini səciyyələndirmək üçün dörd səviyyə fərqləndirilir: 



1)

  bolluq (adamların hərtərəfli inkişafını təmin edən nemətlərdən istifadə) 




 

 

8



2)

  normal  səviyyə  (adamların  fiziki  və  intellektual  qüvvəsinin  bərpasını  təmin 

edən,  elmi  cəhətdən  əsaslandırılmış  normalar  üzrə  nemətlərin  səmərəli 

istehlakı); 

3)

  kasıblıq  (işçı  qüvvəsinin  təkrar  istehsalı  üçün  iş  qabiliyyətinin  saxlanması 



səviyyəsində nemətlərin istehlakı); 

4)

  dilənçilik (adamların yaşamaq qabiliyyətini saxlamağa imkan verən nemətlərin 



və xidmətlərin minimal istehlakı). 

        Həyat  səviyyəsi  statistikasının  əsas  vəzifəsi  əhalinin  həyat  səviyyəsi 

göstəricilərinin hesablanması və təhlili metodologiyasını və habelə həyat səviyyəsinə 

təsir edən amillərin öyrənilməsi metodlarını işləyib hazırlamaqdan ibarətdir [17]. 

         ctimai-iqtisadi  kateqoriya  kimi  əhalinin  həyat  səviyyəsi  insanların  maddi, 

mənəvi  və  məişət  ehtiyaclarının  təmin  olunmasını  təşkil  edir.  Maddi  ehtiyaclar 

dedikdə buraya qida məhsulları, geyim, ayaqqabı, mədəni və məişət xidmətləri və s. 

aiddir.  Məişət  xidmətlərinə  isə  geniş  mənada  kommunal  xidmətlər,  həmçinin 

nəqliyyat və rabitə xidmətləri,  tibbi xidmətlər aiddir. 

          Əhalinin  rifahının  xarakteristikası  kimi  "həyat  tərzi"    həyat  səviyyəsi 

anlayışının ən əhəmiyyətli elementidir. 

        Əhalinin    həyat  səviyyəsinin  statistik  öyrənilməsinin  (tədqiqatının)  əsas 

istiqamətləri aşağıdakılardır : 

1)

  əhalinin ictimai-iqtisadi rifahının ümumi və hərtərəfli xarakteristikası; 



2)

  əhalinin həyat səviyyəsinə müxtəlif ictimai-iqtisadi amillərin təsirinin 

dərəcələrinin, onların tərkibi və dinamikasının öyrənilməsi; 

3)

   ictimai-iqtisadi dəstəyə ehtiyac duyan və əhalinin az təmin olunmuş 



səviyyələrinin xarakteristikası. 

    Həyat  səviyyəsi  və  onun  dinamikası  önəmli  ölçüdə  məhsuldar  qüvvələrin 

inkişaf  səviyyəsi  və  həcmi  ilə,  gəlirlərin  yenidən  bölüşdürülməsiylə,  milli  sərvətin 

strukturuyla, istehsalla və ümumi milli məhsuldan istifadəylə təyin edilir. 




 

 

9



        Həyat  səviyyəsi  sosial-iqtisadi  kateqoriya  kimi  əhalinin  rifahını  istehlak 

baxımından  səciyyələndirir.    Mürəkkəb  kateqoriya  olan  həyat  səviyyəsi  bir  çox 

amillərin təsiri altında formalaşır: 

1.  Ölkənin  iqtisadi  ehtiyatlarının  (həcmi)  kəmiyyəti  və  keyfiyyəti,  onların  inkişaf 

səviyyəsi; 

2.  Ölkədə adambaşına ÜMM-un istehsalı; 

3.  Adambaşına düşən pul gəlirləri; 

4. Yaşayış dəyərinin indeksləşdirilməsi, yəni qiymətlərin dəyişməsinə müvafiq olaraq 

ümumi və aylıq gəlirin ona uyğun olaraq dəyişməsi; 

5.  Əmtəə və xidmətlərin həcmi və quruluşu; 

6.  Ölkədə  xidmət  sahələrinin  inkişafı  və  səmərəli  yerləşdirilməsi  də  həyat   

səviyyəsinin yaxşılaşdırılmasına  əhəmiyyətli dərəcədə təsir göstərir. 

         Bazar iqtisadiyyatı  şəraitində əhalinin həyat səviyyəsinin yüksəldilməsinə təsir 

edən  amillərdənən  mühümü  minimum  əmək  haqqının  artmasıdır.  Əhalinin  həyat 

səviyyəsi real gəlirlərin miqdarından asılıdır.Əhalinin gəlirlərə görə qruplara bölgüsü, 

hər birinin öz rasional büdcəsi olan ailələr- aşağı, orta və yüksək gəlirləri olan ailələr 

qrupuna ayrılır. Buna uyğun olaraq, yəni əhalinin aşağı gəlirlər qrupunun xərclərinin 

miqdarının  və  quruluşunun  təhlili  əsasında  yaşayış  minimumu  və  yoxsulluq  həddi 

hesablanır. 

       Beynəlxalq statistika təcrübəsində əhalinin yaşayış səviyyəsi ifadəsi deyil, həyat 

şə

raiti (Living condition) ifadəsi işlədilir. Bu anlayışa nəzəri-metodoloji materiallarda 



müxtəlif  təriflər  verilir.  Məsələn,  Kennet  Lanal  klassik  ədəbiyyatda  bu  göstəricini 

ə

sas  sosial  göstərici  hesab  edir.  Erik  statistik  araşdırmalarda  bu  göstəricini  əhalinin 



pifahı,  xoşbəxtlik  göstəricisi  adlandıraraq,  yaşayış  standartlarının  əsas  göstəricisi 

hesab edir.  

        Yaşayış şəraitinin öyrənilməsinə belə yanaşma nəinki iqtisadi, sosial, hətta ətraf 



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə