Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə2/27
tarix08.04.2018
ölçüsü0,79 Mb.
#36757
1   2   3   4   5   6   7   8   9   ...   27

 

 

4



Bunlarla  yanaşı  iqtisadiyyatın  makrostatistik  modeli  olan  Milli  Hesablar 

Sisteminin ölkənin statistika təcrübəsində tətbiqi əhalinin həyat səviyyəsinin adekvat 

statistik qiymətləndirilməsinin bu sistemlə uzlaşdırılmasını zəruri edir. 

Tədqiqat  mövzunun  aktuallığı  bu  qeyd  edilənlərin  kontekstində  əsaslandırılıb 

seçilmişdir. 

 

 Tədqiqatın məqsəd və vəzifələri. Magistr dissertasiya işinin məqsədi həyat 



səviyyəsinin  statistik  qiymətləndirilməsinin  nəzəri-metodoloji  və  praktiki  

aspektlərini  araşdırmaq,  ölkədə  əhalinin  həyat  səviyyəsini  təhlil  etmək  və    müvafiq 

nəticə və təkliflər hazırlamaqdan ibarətdir.  

 

Qarşıya  qoyulmuş  məqsədə  müvafiq  olaraq  aşağıdakı  vəzifələrin  yerinə 



yetirilməsi zəruri hesab edilmişdir: 

 

-  seçmə  statistik  müşahidənin  aparılmasının  əsası  kimi  çıxış  edən  statistik 



registrin mahiyyətini araşdırmaq; 

 

-  Azərbaycanda  statistik  registrlərin  aparılması  və  onun  statistik  vahidlərin 



Dövlət registri ilə qarşılıqlı əlaqəsini araşdırmaq; 

 

-əhalinin  həyat  səviyyəsinin  müxtəlif  aspektlərini  statistik  tədqiq  etmək  üçün 



göstəricilər sistemini  formalaşdırmaq,  

 

- əhalinin həyat səviyyəsinin müasir vəziyyətini statistik təhlil etmək və onun 



yüksəldilməsi sahəsində aparılan tədbirlərin səmərəliliyini qiymətləndirmək;  

 

- əhalinin pul gəlirlərinin diferensiasiyasını  statistik qiymətləndirmək; 



 

-  əhalinin  həyat  səviyyəsini  səciyyələndirən  göstəriciləri  qarşılıqlı  əlaqədə 

statistik təhlil etmək. 

Tədqiqatın predmeti və obyekti. Tədqiqatın predmeti Azərəbaycan Respublikası 

ə

halisnin  həyat  səviyyəsinin  statistik  göstəriciləri,  obyekti  isə  Azərbaycan 



Respublikası əhalisnin həyat səviyyəsinin müxtəlif aspektləridir. 

Tədqiqatın nəzəri və metodoloji əsasını  mühüm sosial-iqtisadi problemlərin 

həlli  üzrə  ölkə  prezidentinin  qəbul  etdiyi  qərar  və  sərəncamlar,  Azərbaycan 

Respublikasının bir sıra qanunları, onların icrası ilə əlaqədar hökumətin qəbul etdiyi 

müvafiq qərarlar, digər normativ hüquqi aktlar, eləcə də əhalinin həyat səviyyəsinin  




 

 

5



statistik təhlili məsələlərini tədqiq edən Azərbaycanın və xarici ölkələrinin iqtisadçı 

alimlərinin elmi əsərləri təşkil edir. 

Tədqiqat  prosesində  statistik  təhlilin  müxtəlif  metodlarından,  o  cümlədən 

qrafik, dinamika sıralarının təhlili, nisbi və orta kəmiyyətlər, korrelyasiya - reqressiya 

metodlarından və s. istifadə edilmişdir. 

Tədqiqatın  informasiya  bazasını Azərbaycan Respublikası Dövlət Statistika 

Komitəsinin  illik  məcmuələri,  ev  təsərrüfatlarının  xüsusi  seçmə  tədqiqatlarının 

materialları,  rəsmi  internet  saytları,  dövrü  mətbuatın  məlumatları  və.  s.  təşkil 

etmişdir.  



Magistr dissertasiya işinin elmi yeniliyi aşağıdakılardan ibarətdir:  

- milli statistika sistemində statistik  registrin yeri və rolu əsaslandırılmışdır; 

-  əhalinin  həyat  səviyyəsini  qiymətləndirən  statistik  göstəricilər  sisteminin 

qurulmasının prinsipləri təkmilləşdirilmişdir; 

-  əhalinin  həyat  səviyyəsinin  müasir  vəziyyətinin  statistik  təhlilinin 

istiqamətləri əsaslandırılmış və onun metodikası verilmişdir; 

- Ölkə Əhalisinin pul gəlirlərinin diferensiasiyası statistik qiymətləndirilmiş və 

onun xüsusiyyətləri müəyyənləşdirilmişdir; 

-  əhalinin  həyat  səviyyəsini  səciyyələndirən  göstəricilər  digər  makroiqtisadi 

göstəricilərlə qarşılıqlı əlaqədə statistik təhlil edilmişdir. 

şin praktiki  əhəmiyyəti. 

Dissertasiya prosesində əldə edilən nəzəri, metodiki 

və  praktiki  nəticələrin  əhalinin  həyat  səviyyəsi  statistikasının  təkmilləşdirilməsində, 

onun müxtəlif istiqamətlərdə statistik təhlilinin həyata keçirilməsində və beynəlxalq 

standartlara  uyğunlaşdırılmasında   əhəmiyyəti ola bilər. 

    Elmi  işin  həcmi  və  strukturu.    Dissertasiya  giriş,  2  fəsil,  nəticə  və  42  adda 

istifadə  olunan    ədəbiyyat  siyahısından  ibarətdir. şdə  10  cədvəl  və  7  qrafik 

verilmişdir. Dissertasiya 80 səhifədən ibarət kompyuter mətni həcmindədir. 



 

 

6



 

I FƏS L 

ƏHAL N N HƏYAT SƏV YYƏS N N STAT ST K  



Q YMƏTLƏND R LMƏS N N NƏZƏR -METODOLOJ   

MƏSƏLƏLƏR  VƏ GÖSTƏR C LƏR S STEM  

 

§1.1. Əhalinin həyat səviyyəsinin öyrənilməsinin nəzəri əsasları. 

     


 Həyat səviyyəsi sоsial-iqtisadi kateqоriya оlub cəmiyyətin və sоsial inkişafın 

meyarı  оlmaqla,  müasir  şəraitdə  iqtisadi  islahatların  həyata  keçirilməsində  mühüm 

kоnseptual  istiqamət  kimi  çıхış  edir.    Həyat  səviyyəsi  ölkə  iqtisadiyyatının 

dinamikası  və  оnun  keyfiyyətinin  sоn  nəticəsi  kimi  başa  düşülür.  Ölkədə  iqtisadi 

artım  həyat səviyyəsinin yaхşılaşması və оnun  müəyyən tələbata uyğunlaşması ilə 

qiymətləndirilir.  Həyat  səviyyəsi  artımın,  yəni  ümumi  daхili  məhsulun  bölgüsü,  

yenidən bölgüsü ilə, həmçinin iqtisadi artımın özünə təsir edən makrоiqtisadi amildir. 

Ə

gər  səmərəli    iqtisadiyyatdan  söhbət  gedirsə,  оnda  iqtisadi  artımla  yanaşı,  həyat 



səviyyəsinin artımı arasında nisbətlər başa düşülür. Bu nisbət iqtisadi artımın sоsial 

nəticəsi kimi qiymətləndirilə bilər. Həyat səviyyəsini yüksəltmək  və yохsulluğu ləğv 

etmək  qarşılıqlı  əlaqədə  оlan  prоseslərdir  və  ölkədə  iqtisadiyyatın  qlоbal 

makrоiqtisadi  tənzimlənməsi  üçün  əsas  kоnseptual  inkişaf  göstəricisidir.  Həyat 

səviyyəsinin хarakteristikası həyat keyfiyyəti, maddi rifah, yохsulluq göstəriciləri ilə 

müəyyənləşir, bu göstəricilərin hər birinin həyat səviyyəsinin fоrmalaşmasında хüsusi 

və qarşılıqlı əlaqədə təsiri mövcuddur

.

 



  

       Həyat  səviyyəsi  kateqoriyası  ilk  dəfə  K.Marks  tərəfindən  işlənmişdir.  O,qeyd 

edirdi ki,hər bir ölkədə iş qüvvəsinin dəyər kəmiyyətini bir sıra vacib amillərlə yanaşı 

həyat səviyyəsi də müəyyən edir. Həm sosial, həm də  iqtisadi kateqoriya kimi həyat 

səviyyəsi  əhalinin  rifah  halını  istehlak  prizmasından  səciyyələndirir.  Həyat 

səviyyəsinə  cəmiyyətdəki  fərdlərin  istehlak  bölməsindəki  fəaliyyəti  ilə  əlaqədar 

baxılır.  Çünki  həyat  səviyyəsi  deyilən  bu  kateqoriyada  insanların  tələbatının 

ödənilməsi  prosesi  öz  əksini  tapır.  Buna  görə  də  həyat  səviyyəsini  şərtləndirən 

amilləri bir-birindən fərqləndirmək zəruridir. Həyat səviyyəsini şərtləndirən amillərin 



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə